Ucuz təyyarə biletləri

Qubadlının futbol tarixi: “Həkəri”dən “Həkəri”yə - I YAZI

Tarix:  24.09.17 17:09           Yazar:  Rekord.az           Oxunub: 364 dəfə

Məcburi köçkün rayonlarımızın futbol tarixindən və bu günündən bəhs edən növbəti yazımız Qubadlıya həsr olunub.

 

Qubadlı rayonu 30 avqust 1930-cu il tarixli Azərbaycan Respublikasi İcrayiə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. Azərbaycanın cənub-qərbində yerləşir.

Rayon 1 şəhər və 93 kəndi əhatə edir. Sahəsi 802 kv mk, əhalisi isə  36 min nəfərdi.  Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.) Baki şəhərindən rayon mərkəzinə 380 km-dir. Qubadlı 1993-cü il avuqts ayının 31-də  Erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Rayon əhalisi Azərbaycanın müxtəlif bölgələrinə səpələnib və 25 ildir ki, köçkün həyatı yaşayır.

 

Tribunasız stadion

Fotoda Qubadlı “Məhsul” İdman Cəmiyyətin idmançıları

 

Qubadlı futbol rayonu sayılmır. Hələ sovet dövrünə nəzər salsaq, araşdırma aparsaq, görərik ki, rayonda heç vaxt peşəkar komanda olmayıb. Qubadlını daha çox güləşçilərinə görə tanıyıblar. Bu mənada SSRİ çempionu Bahadur Həziyevin adını çəkmək olar. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev də məşhur güləşçi kimi ad çıxardıb. Hazırda Rusiyada yaşayan dünya çempionu, bu ölkənin güləş yığmasının heyətində Afina olimpiadasında gümüş medal qazanmış Heydər Məmmədəliyev də qubadlılıdır. Amma təəssüf ki, Qubadlıdan olan bu səviyyəli futbolçu adı çəkmək olmur. Bununla belə, bu rayonda futbolun sevilmədiyini, futbolun yerli-dibli olmadığını da qətiyyən demək olmaz. Ümumiyyətlə, futbol idmanın şahı olduğu üçün dünyanın elə bölgəsi yoxdur ki, orda bu idman növü ilə məşğul olmasınlar. O cümlədən Qubadlıda da futbolla məşğul olan uşaqların sayı az olmayıb. Hətta həmin uşaqlardan təşkil olunan komanda SSRİ vaxtı Azərbaycanda məşhur olan “Sevinc Kuboku”nda da iştirak edib. Böyüklərdə isə vəziyyət fərqli olub. Onlar ancaq həvəskar şəkildə futbol oynayıblar. Kəndlər arasında keçirilən futbol turnirlərinə maraq çox böyük idi.

Fotoda Qubadlı stadionunun işğaldan sonra peykdən çəkilmiş görüntüsü

 

Qubadlıda stadion olmayıb. Rayonun mərkərizində bir meydança olub və bütün yarışlar orada keçirilb. Həmin meydançanın isə tribunası olmayıb. Bununla belə, oyunları 2000-dən artıq azarkeş izləyirdi. Xüsusilə 80-ci illərdə rəhmətlik Əliyar Ağayev  rayonun “Məhsul” İdman Cəmiyyətinə rəhbərlik etdiyi dönəmdə futbol üzrə rayon çempiontı daha geniş vüsət almışdı. Demək olar ki, rayonun əksər kəndləri bu çempionatda çıxış edirdi. Əliyarın özünün yaratdığı və rayon mərkəzini təmsil edən “Bərgüşad” komandası çox güclü olub. Bundan başqa, Xanlıq və Dəmirçilər kəndləri də favorit komandalar olub. Sonradan bu mübarizəyə Muradxanlı kəndi də qoşulub. Əldə etdiymiz məlumata görə, bu yarışlar 1992-ci ilin sonlarına kimi davam edib. Həmin ilin oktyabrında Əliyar Əliyevin şəhid olması bu turnirə də öz təsirini göstərdi və tədricən yarışlar dayandırıldı. Artıq müharibə də get-gedə şiddətlənirdi. 1993-cü il rayonun ən ağır ili oldu və avqustun 31-də Qubadlı işğal olundu.

 

 

Şəhidin ruhuna yaraşmayan qalmaqallı turnir

Fotoda Əliyar Əliyev

 

Rayon işğal olunduqdan bir neçə il sonra kəndlər arası futbol turniri yenidən bərpa olundu. Bir vaxtlar rayonda turniri təşkil edən Əliyar Əliyevin xatirəsinə həsr olunan futbol turniri. Qubadlı əhalisinin əksər hissəsi Sumqayıt şəhərində yaşadığından turnir də elə bu şəhərdə təşkil olunurdu. 2000-ci illərin əvvəllərində sözügedən turnir bir neçə il ardıcıl olaraq keçirilir. Turnirin təşkilatçıları da elə Milli Qəhrəmanın qohum-əqrabası idi. Qalibə kubok, fəxri fərman və pul mükafatı da verilirdi. Həmçinin də finalçıya. Lakin bu turnirin ömrü uzun olmur. Buna da səbəb daim qalmaqalların və dava-dalaşların olması idi. Xüsusilə Xanlıq kəndinin turnirdəki çıxışı ciddi narazılıq yaradırdı. Çünki bu komanda nəyin bahasına olursa-olsun, mütləq turniri qazanmaq istəyirdi. Bunun üçün də bütün təzyiq vasitələrindən istifadə edirdi. Rəqib futbolçulara fiziki təzyiq göstərməkdən də çəkimirdilər. Çox maraqlıdır ki, təşkilatçılar və hakimlər də bu kənddən qorxduqları üçün heç nə deyə bilmirdilər. 2003-cü ildə keçirilən və Xanlıqla “Həkəri”nin final oynadığı turnir isə sonuncu oldu. “Həkəri” hesabda 2:0 öndə olsa da hakim oyunu birtərəfli idarə etməyə başladı. O, Xanlıq futbolçularının rəqib futbolçulara qarşı aşkar kobudluqlarına, sillə-təpik zərbələrinə göz yumur, əksinə, “Həkəri”nin qol buraxması üçün əlindən gələni edirdi. Məhz onun təyin etdiyi iki penaltidən sonra “Həkəri” futbolçuları meydançanı tərk etmişdi. Yalnız Əliyar Əliyevin qohumlarının xahişindən sonra belə qərara alınmışdı ki, tərəflər elə 2:2-dən birbaşa penaltilərə keçsinlər və qalib gələn kuboka sahib çıxsın. Xanlıq azarkeşlərinin rəqibə böyük təzyiqi və təhqiri penaltilər seriyasında həlledici oldu və qalib adını qazanan Xanlıq kəndi layiq olmadığı kuboku aldı. Növbəti ildən isə bu turnirin bir daha keçirilməməsinə qərar verildi.

 

 

İlk “Həkəri”

Qubadlı futbolu deyiləndə ağla ilk gələn “Həkəri” komandası olur. Rayonun yeganə peşəkar futbol komandası. Hansı ki, fəaliyyət dövrü 2000-ci ildən sonraya təsadüf edir. Amma “Həkəri” adında iki komanda olub. Hər ikisi Qubadlını təmsil etsə də bir-birinə qətiyyən bağlı olmayıblar. Ilk olaraq sizə birinci “Həkəri”nin fəaliyyət dövrü haqda geniş məlumat vermək istəyirik.

Fotoda Sabir Əliyev

 

Xocalı futbolundan bəhs etdiyimiz yazımızda “Qarabağ Xocalı” komandası haqda ətraflı yazmışdıq. Qeyd etmişdik ki, 2000-ci ildə qalmaqallı şəkildə “Qarabağ”dan ayrılan Adil Nadirov Xocalının icra başçısı Elmar Məmmədovun dəstəyi ilə bu komandanı yaratmış, Sabir Əliyevi də komandaya baş məşqçi dəvət etmişdi. Əliyev də öz növbəsində sumqayıtlı futbolçuları başına yığmışdı. Komanda qışa qədər Həvəskarlar Liqasına oynamasına və öz qrupuna lider olmasına baxmayaraq maddi dəstək olmadığı üçün fəaliyyətini dayandırmışdı. Lakin sonradan bəzi insanlar bu komandaya Qubadlını təmsil etməyi məsləhət görmüşdü. Rayonun o vaxtkı mərhum icra başçısı Əvəz Hüseynquliyev komandaya maddi dəstək göstərəcəyinə də söz vermişdi. Məhz bu səbəbdən Sabir Əliyev “Qarabağ Xocalı”da olan heyəti götürərək “Həkəri”yə gəldi. Daha da dəqiqləşdirsək, komanda adını dəyişərək “Həkəri” oldu və ikinci dövrəyə bu adla çıxacağını da AFFA-ya bildirdi. Heyətdə isə itkilər var idi. Mahir Şükürov hərbi xidmətə yollanmış, Vüqar Nadirov isə əmisinin istəyi ilə komandanı tərk etmişdi.

 

İlk günlər meydança ilə bağlı ciddi problemlər oldu. Çünki “Qarabağ Xocalı”nın dövründə stadiona icarə borcu qaldığından “İnşaatçı” stadionunun rəhbərliyi işçilərə qazonu bir neçə yerdən qazıb çıxarmaq tapşırığı vermişdi. Qazonun təmiri adı altında. Lakin “Həkəri” fəaliyyətə başladıqan sonra icarə haqqı ödəndi və qazon da qaydaya salındı. Mart ayında isə Həvəskarlar Liqasında ikinci dövrəyə start verildi. İlk dövrədə “Qarabağ Xocalı” adı altında oynayan komandanın işi bu dəfə daha rahat oldu. Belə ki, “Həkəri” ikinci dövrənin ilk matçında “Sumqayıt veteranları”nı 2:0 hesabı ilə məğlub etdi. “Siyəzən” və “Xaçmaz” komandaları fəaliyyətlərini dayandırdığı üçün “Həkəri”yə texniki qələbə verildi. Ən prinsipial oyun isə Şabranın “Bərəkət” komandasına qarşı oyun oldu. Yenə 2:0 hesabı ilə qələbə qazanan “Həkəri” qrup lideri kimi final mərhələyə vəsiqə qazandı. Di gəl ki...

 

Pulsuzluq və erkən son

Fotoda Qubadlının sabiq icra başçısı mərhum Əvəz Hüseynquliyev

 

Bəli, “Həkəri” qrup lideri kimi final mərhələyə vəsiqə qazansa da orda iştirak etmədi. Səbəb isə maddi sıxıntı idi. Halbuki Qubadlı Rayon İcra Hakimiyyəti komandanı himayəsinə götürəndə tamam başqa vədlər verilmişdi. İcra başçıqı Əvəz Hüseynquliyev şəxsən komanda ilə görüşərək hər şeyin yaxşı olacağını bildirmişdi. Komanda üçün top və forma da alınmışdı. Hətta 2001-ci ilin fevral ayında ilk ayın maaşı da verilmişdi. Lakin sonradan bunun ardı gəlmədi. Rayon rəhbərliyi “bu gün bu gün, sabah sabah” deyərək sözünə əməl etmədi. Komanda ikinci ay maaş almamasına baxmayaraq qrup lideri olaraq final mərhələyə vəsiqə qazandı. Orada isə mübarizə aprel ayında başlamalı idi.  Ya maaşlar verilməli, ya da komanda çempionatdan çıxmalı idi. Artıq nə Sabir Əliyev pulsuz işləməkdə, nə də futbolçular pulsuz oynamaqda maraqlı idi. Bu arada, həmin ərəfədə Sumqayıt “Xəzər”nin fəaliyyətini bərpa etməsi gündəmə gəlmişdi. Komandaya yeni sponsor da tapılmışdı. Bu mənada Sabir Əliyevin də bütün fikri “Xəzər”in bərpasına yönəlmişdi. Düzdür, təcrübəli məşqçi öncə  “Həkəri”nin adını dəyişib “Xəzər” adı altında final mərhələdə oynamaq fikrinə düşdü. Lakin sonradan bu fikrindən daşındı və “Xəzər”i I Dəstəyə hazırlamağa başladı. Komandaya yeni futbolçular cəlb olundu. Onların sırasında Elbrus Məmmədov, Mübariz Orucov və Zaur Həşimov kimi futbolçular da var idi. Bir sözlə, “Xəzər” bərpa  olunduğu üçün artıq “Həkəri”nin gələcək taleyi Əliyev üçün maraqlı deyildi. Həm də aşkar şəkildə görünürdü ki, rayon rəhbərliyi komandaya baxmaq fikrində deyil. Daha doğrusu, bunun üçün maddi gücləri yoxdur. Odur ki, AFFA-ya müraciət olundu, durum izah edildi və bildirildi ki, “Həkəri” final mərhələdə oynamaqdan imtina edir. Beləliklə, “Həkəri” imzası futbolumuzda cəmi 3 ay sürdü və 2001-ci ilin mayında komanda rəsmən fəaliyyətini dayandırdı.

 

Anar XANLAROV

Layihə AFFA Yanına Media Komitəsi tərəfindən maliyyələşirilir

Ardı var...

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Millimizin sabiq üzvü futbol məktəbi açdı
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
"Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!

Xəbər Lenti
26 Fevral 2018
00:05 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
25 Fevral 2018
23:45 "Kəpəz"in veteran futbolçusu tarixi vərəqlədi: “Taksi ilə gedib “Neftçi”ni udmuşduq” - MÜSAHİBƏ + FOTOLAR
22:44 Millimizdən “Böyük Dəbilqə”də daha bir medal
22:35 Vüqar Nadirovdan het-trik, "Səbail"dən "Qəbələ" üzərində qələbə
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.