Ucuz təyyarə biletləri

Olimpiya stadionuna süni qazon əkilir

Tarix:  25.09.17 14:09           Yazar:  Rekord.az           Oxunub: 445 dəfə

Son günlər mətbuatda tez-tez Bakı Olimpiya Stadionunun (BOS) adı çəkilir. Bu da boşuna deyil. Belə ki, ölkənin ən nəhəng idman qurğusu qarşıdakı 12 gün ərzində iki önəmli oyuna "qucaq açacaq". Sentyabrın 27-də bu arenada Çempionlar Liqasının 2-ci turu çərçivəsində "Qarabağ" - "Roma" matçı keçiriləcək. Oktyabrın 5-də isə yığma DÇ-2018-in seçmə mərhələsində Çexiyanı məhz Olimpiya stadionunda sınağa çəkəcək. "Qarabağ"ın qitənin ən nüfuzlu klub turnirindəki ilk, millinin isə tsikldəki son ev oyunu böyük maraq doğurur, həmçinin hər iki dueldə anşlaq yaşanacağı şübhə doğurmur. Bundan başqa, çərşənbə günü UEFA-dan gələn xəbər də BOS-la bağlı idi. Söhbət 2019-cu ildə Avroliqanın final görüşünün bu arenada keçiriləcəyindən gedir. Bütün bunlar, eyni zamanda bizi maraqlandıran başqa məsələlər ilə bağlı Olimpiya stadionunun direktoru Cavid Qarayevlə danışdıq.
- Çərşənbə günü UEFA Avroliqanın 2019-cu ildəki finalının finalının Bakıda, Olimpiya stadionunda keçirilməsinə qərar verdi. Əksəriyyət hətta ÇL-in də bizə həvalə olunacağını gözləyirdi. Bu haqda düşüncələriniz maraqlıdı.
- Şəxsən mən Avroliqanın finalının bizə veriləcəyini düşünürdüm. Gözlədiyim kimi də oldu. UEFA da məhz belə qərar verdi. Reallığı nəzərə almalıyıq. Burda bir neçə amil var. Onlar qərar verəndə təkcə stadionu qiymətləndirmirlər. Ancaq bir məsələ də var: 5 il öncə desəydilər ki, bizə belə bir oyunu verəcəklər, heç kim inanmazdı. Artıq ona yiyələnmişik. Sevindirici haldı ki, Avropanın ən önəmli futbol tədbirlərindən biri bizdə olacaq.
- Bunu ÇL-ə doğru atılan addım kimi qiymətləndirənlər də var...
- Təbii. Doğrudan da bu, ÇL-ə doğru atılan önəmli addımdı. Avroliqanın finalından çox şey asılı olacaq. Biz həmin tədbiri problemsiz və qüsursuz keçirsək, məncə, ÇL-in finalını da əldə edə bilərik.
- Yeri gəlmişkən, arenada media sektoru ilə bağlı yenilik gözlənilir. Söhbət nədən gedir?
- Artıq o işə başlanılıb. Bizdə olan media tribunası sırf atletik idman növləri üçün hazırlanmışdı və stadionun sağ tərəfində aşağıda idi. Onu 5-ci mərtəbəyə quraşdırırıq. Düzdü, 5-ci mərtəbədə də media sektoru vardı. Ancaq tələbə uyğun olaraq, oturacaq sayı artmalıdı. Bu üzdən də 5-ci mərtəbədəki media nümayəndələri üçün yerlər artırılacaq.
- Bildiyimizə görə, meydana təbii ilə yanaşı, süni ot da əkiləcək. Hibrid qazon ideyası ilə bağlı nə deyə bilərsiz?
- Qazonun 5 faizi hibridlə əkilir. Bu xüsusi bir avadanlıqdı. O avadanlığın təxminən 100-150 iynəsi var. Həmin iynələr vasitəsilə süni qazon əkilir. Bu da təbii örtüyün möhkəmliyinə, sabit qalmasına kömək edir. Bu iş bizdə ilk dəfə Olimpiya stadionunda görülür.
- Effekti nə dərəcədə olacaq?
- Artıq bu gün (söhbət dünən olub - F.) həmin iş başa çatdırılıb. Vizual görüntüsü çox gözəldi. Effektini futbolçular da hiss edəcək. Bu işi görən şirkət dünyada tanınır. Yəni bu Azərbaycanda ilk dəfə olsa da, başqa ölkələrdə geniş yayılıb. Bir sözlə, həm görüntüsü əladı, həm də keyfiyyət baxımından ürəkaçandı.
- BOS-da qısa müddət ərzində iki oyun keçiriləcək. Əvvəlcə "Qarabağ"ın, daha sonra yığmanın oyunu məhz bu arenada gerçəkləşəcək. Qazon hər iki qarşılaşmaya tab gətirəcək səviyyədədi? Yüklənmə problem yaratmayacaq?
- Elə bunu nəzərə alıb hibriddən istifadə olundu. Əslində bu haqda nə qədər danışsam da, özünüzün görməyiniz tam başqadı. Birbaşa görüb ot örtüyünə toxunsaz, doğrudan da nə qədər effektli olduğunu təsdiq edərsiz. Özü də əllə toxunanda belə, onun süni olduğunu hiss etmək çətindi. Dediyim kimi, ümumi qazonun cəmi 5 faizi həmin otdan ibarətdi. Bu da örtüyün zədələnməməsinə yardımçı olacaq. Bilirsiz ki, futbolçular “sürüşmə” fəndindən istifadə edirlər və bu zaman hibridlə əkilən süni ot qazonun sıradan çıxmasının qarşısını alır. Odu ki, qeyd etdiyiniz oyun zamanı problem olmayacağını deməliyəm.
- Olimpiya stadionunda daha öncə "açıq havada futbol izlə" layihəsi həyata keçirildi və tələbat da çox idi. Gələcəkdə də bu təcrübəni davam etdirmək niyyətindəsiz?
- Həm yığmanın, həm də "Qəbələ"nin oyununu burda göstərmişik. Sadəcə, hava şəraitindən də çox şey asılıdı. Özünüz də qeyd etdiz ki, layihə açıq havada futbol izləmək üçün nəzərdə tutulub. Təbii, hava şəraiti imkan versə, yenə də analoji addımı atarıq. Ancaq soyuqda bunu reallaşdırmaq mümkün deyil. Hava isti olsa, bunu edəcəyik, olmasa, başqa bir şey fikirləşəcəyik. Qapalı yer var, lakin o sayda azarkeş yerləşməz. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
12 Dekabr 2017
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.