Ucuz təyyarə biletləri

Gəl girək qol-qola...

Tarix:  05.10.17 14:10           Yazar:  Amal Abuşov           Oxunub: 402 dəfə

Bu məşhur mahnının misralarını AFFA İcraiyyə Komitəsinin bu gün keçiriləcək iclası barədə xəbəri oxuyanda xatırladım: “Gəl girək qol-qola, biz gedək futbola”. Bir anlıq təsəvvür edin ki, AFFA-dan Xarici İşlər Nazirliyinə zəng edilir və cənab nazir Elmar Məmmədyarov üçün belə bir mahnı səsləndirilir. İsgəndər Cavadov Kazbek Tuayevə, o da Vaqif Sadıqova zəng vurandan sonra bu mahnını zümzümə edirlər. Zaur Axundov da Mahir Məmmədova “WhatsApp”la eyni sözləri göndərir: “Gəlin girək qol-qola, biz gedək futbola...” 

“Futbolumuz niyə bu gündədi”, “milli komandamız niyə çexlərlə oyuna start heyətdə üç dağıstanlı, bir braziliyalı və Qazaxıstanda doğulmuş rusla çıxır”, “nə üçün ildən ilə klubların sayı azalır, bölgə futbolu ölür, çempionatımız “Bakının açıq birinciliyi”nə çevrilir” tipli sualların cavabı da elə burdadır, cənablar. Təsəvvür edin, milli komandamızın Çexiya ilə qarşılaşmasının start fiti axşam saat 20:00-da səslənəcək. Ondan iki saat əvvəl isə AFFA İcraiyyə Komitəsinin iclası başlayacaq. Daha doğrusu, yuxarıda adlarını qeyd etdiyim komitə üzvləri Bakı Olimpiya Stadionundakı konfrans otaqlarının birinə toplaşacaqlar. Yuxarı başda əyləşən baş katib Elxan Məmmədovun xeyir-duasıyla gündəlikdəki məsələlərə “hə” deyib, yuxarıya, yemək-içmək masası bəzədilmiş “skay-boks”a tələsəcəklər. Zərrə qədər şübhə etməyə dəyməz ki, elə belə də olacaq. 


Bir anlığa düşünək, müzakirələr qızışır, oyunun başlamasına qədər ortaq məxrəcə gəlmək mümkün olmur, onda necə olacaq? Futbol başlayacaq, iclas hələ də davam edəcək? Bilirəm, bu ehtimalı oxuyanda siz də mənim kimi gülürsüz. Nə müzakirəsi, nə iclası. İclas bəhanədi. İcraiyyə Komitəsinin martdan bəri keçirilməyən iclasının oyun gününə, özü də oyunun keçiriləcəyi məkana təyin edilməsi komitə üzvlərinin futbola olan münasibətinin təzahürüdü. Onları bir yerə toplamaq başqa cür mümkün olmazdı. 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisini Elxan Məmmədov istefaya göndərib, onun vəzifəsini Samir Ələkbərova HƏVALƏ EDİB. Amma komitənin gündəliyində milliylə bağlı məsələ yoxdu. Bölgələrdəki peşəkar klubların “fatihə”sini vermək, gözdən pərdə asmaq üçün birincisi ola-ola həvəskarların ikinci çempionatını rəsmiləşdirmək İK-nin bu günkü hədəfidi. Ondan sonra rahatca “skay-boks”a yollanmaq olar. İclasın gündəliyi də elə simvolikdi: Azərbaycan futbolunun həvəskar səviyyədə idarə olunmasına mistik mesaj. 


Komitə üzvlərini iclas bəhanəsiylə futbola baxmağa yığıblar. Sizi əmin edirəm, inanmayanlar iclasdan sonra yaxınlaşıb soruşsunlar. İcraiyyə Komitəsinin üzvlərinin arasında birinci divizionda neçə komandanın iştirakından, hansı komandaların çempionata qatılmasından xəbəri olmayanlar var. Onlar heç “Region Liqası”nın mahiyyətini, Azərbaycanda buna qədər həvəskarların çempionatının keçirilməsini də bilmirlər. Xəbərləri olsaydı, özləri özlərinə bir sual verərdilər ki, biz nəyi müzakirə edirik, hansı regionlardan danışırıq?


Azərbaycan futbolu can üstədi. İcraiyyə Komitəsi çoxdan toplanmalı, “həyacan təbili” səsləndirməli, çıxış yolları axtarmalıydı. Əvəzində isə əvvəlcədən hazırlanmış sənədlərə əllərini qaldırmaqla işlərini bitmiş sayacaqlar. Normalda komitənin iclası iki saat yox, azı yarım gün davam etməlidi, əzizlərim. 


Biz də özümüzə dərd etməyək, onlar kimi olaq. Birlikdə zümzümə edək: “Gəl girək qol-qola, biz gedək futbola...”

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
AFFA-nın yeni kadrı da "Kəpəz"ə öz adamlarını yığır
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
Bərdə də böyük futbola qayıdır
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi
Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI

Xəbər Lenti
11 Dekabr 2017
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
19:21 Ayxan Abbasov: “Bizim konkret büdcəmiz var”
19:13 “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur”
19:00 Dortmund “Borussiya”sında yeni baş məşqçi
18:29 "Keşlə" - "Kəpəz" 2:0 - VİDEO
18:08 Ramiz Məmmədov: "Nostradamus deyilik"
18:05 Yunis Hüseynov: "Cavab oyununda daha yaxşı oynayacağıq"
17:54 “Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.