Ucuz təyyarə biletləri

Elnur Eyvazov: “Neftçi”də maliyyə problemi yoxdur” - MÜSAHİBƏ

Tarix:  08.10.17 09:10           Yazar:  Rekord.az           Oxunub: 369 dəfə

“Neftçi”nin icraçı direktoru Elnur Eyvazov “Qəbələ” ilə dünənki yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

 

- Türkiyədə müalicə alan qapıçınız Səlahət Ağayevi ziyarət üçün "Acıbadem" klinikasına getmişdiniz. Futbolçunuzun son durumu necədir və bu səfər hansı zərurətdən irəli gəldi?

 

- Bəli, dünən gecə qayıtdım. Bildiyiniz kimi, futbolçumuz Səlahət Ağayev “Acibadem” klinikasında müalicə alır. Bu klinika Avropanın qabaqcıl klinikalarından biridir.  Hansı ki, sırf idman sahəsində ixtisaslaşıb. Ümumiyyətlə, bu klinikaya səfərim çoxdan planlaşdırılırdı. Çünki onlarla əməkdaşlığımız var. Həm də texniki sponsorumuzdular və bununla bağlı sazişimiz var. Səfər zamanı Səlahətlə də görüşdüm. Onun həkimi həm də Türkiyə milli komandasının həkimidir. Qapıçımızın durumu gözləniləndən də yaxşıdır və hətta bizə bildirdilər ki, oktyabrlın sonu, noyabrın əvvəlindən oyunlara çıxa bilər. Artıq trenajor hazırlıqlara başlayıb və dünəndən yüngül qaçışlara da başlayacaq. Ümid edirik ki, tezliklə sıraya qayıdacaq. Özünüz də görürsünüz ki, qapıçılarla bağlı problemimiz var.

 

- Artıq bir ilə yaxındır ki, klubdasınız. Ümumi durumu necə dəyərləndirirsiniz?

 

- Biz gələndən hamı deyir ki, “Neftçi” “qara zolağ”a düşüb. O zolaq nədənsə ya çox dərindi, ya da çox enli. Buna görə hələ də ordan çıza bilmirik. Amma hardasa ümid işığı var. Yəqin kii, bir ildə çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək. Son oyunlar da göstərdi ki, oyunumuz alınmağa başlayır. Düzdür, bir qələbə ilə demək olmaz ki, hər şey düzəlib. Amma “İnter”dən əvvəlki matçlarda da qol buraxdıqdan sonra ortaya qoyduğumuz oyun bunu deməyə əsas verir ki, irəliləyiş var. Tərlan Əhmədov gəlib və ona ümidimiz böyükdür. Peşəkar məşqçidir, daha əvvəl də “Neftçi”də işləyib. Bundan başqa, yaxşı durumda olmayan AZAL-da çalışdığı dönəmdə də nəyəsə nail ola bilib. Ümid edirik ki, “Neftçi” üçün çox şey edəcək. Biz də rəhbərlik olaraq dəstəyimizi əsirgəmirik, onun yanındayıq və nə lazımdırsa edəcəyik.

 

- Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranmış fasilə sizin xeyrinizə oldu, ya necə?

 

- Düşünürəm ki, bu fasilə bizim üçün müsbət olacaq. Tərlan müəllimə də komanda ilə daha sıx çalışmaq imkanı verib. “Qəbələ” ilə yoxlama görüşündə daha az oynayan futbolçulara şans verildi.  Bildiyiniz kimi, fiziki hazırlıq üzrə məşqçimiz olmadığı üçün bu işi də Tərlan müəllim özü görür. Bununla belə, növbəti aydan yeni fiziki hazırlıq üzrə məşqçi tapacağımıza da ümid edirik.

 

- Klubda idarəetmə strukturu da dəyişdi. Müşahidə Şurasını prezident idarəetmə sistemi əvəz etdi. Sizcə, bu dəyişiklik müsbətdirmi? Bunun nə kimi üstünlüklərini gördünüz?

 

- Bilirsiniz, Müşahidə Şurası istər azarkeşlər, istərsə də media tərəfindən böyük müzakirə predmeti idi. Deyirdilər ki, futbolu bilməyənlər rəhbərlik edir filan. Halbuki “Neftçi” xalq komandası olduğu üçün Müşahidə Şurasının üzvüləri də xalqın içindən seçilmiş və kifayət qədər tanınan simalar idi. Sadəcə, hər şey elə formalaşmışdı ki, hamı elə bilirdi Çingiz Abdullayev hansısa icra orqanı idi. Əslində elə deyildi. Prezident sisteminə qayıtmağımıza gəlincə, bunu ona görə etdik ki, məsuliyyət konkret bir nəfərin üzərində olsun. Hamı görsün ki, klubun prezidenti, vitse-prezidenti var və bütün işlərə cavabdehdilər. Müşahidə Şurası isə bizdən hesabat istəyəcək. Məsələn, klubun durumu necədir, hansı problemlər var, hansı planlarınız var və s.

 

- Belə çıxır ki, Müşahidə Şurasının yaradılması qərarı səhv idi...

 

- Deməzdim ki, səhv qərar idi. Hər sahədə müşahidə şurasının funksiyası tam başqadır. Məsələn, bank sistemində müşahidə şurası qərarverici qurumdur, strategiyanı qurur. Futbol klublarında bir qədər fərqlidir. Deyək ki, Rusiyada, Türkiyədə şuraya üzv olanlar komandaya hansısa fgormada kömək edir. Deyək ki, üzvlərdən biri hansısa tikiş fabrikinin rəhbəridir. O, komandaya, azarkeşlərə bu sahədə kömək edir. Yaxud digər üzv icra başçısının müavinidir. O da özünə aid olan sahədə kluba kömək edir. Yaxud kimsə lagistika üzrə klubda təmsil olunur və nəqliyyat məsələsini həll edir. Bir sözlə, müşahidə şurası pis sistem deyil. Sadəcə, “Neftçi”də bu şura xalqla klub arasında körpü rolunu oynayır.

 

- İndi oynayır, yoxsa əvvəl də oynayıb?

 

- Bizdən əvvəl necə olub, onu deyə bilmərəm.

 

- “Neftçi”nin maliyyə durumu necədir, klubda maliyyə problemi var?

 

- Xeyr, şükür Allaha ki, mən gələndən bəri maliyyə sahəsində heç bir problem görməmişəm. Həm futbolçular, həm də digər işçilər maaşlarını vaxtlı-vaxtında alırlar. Bəli, biz gələndə klubun borcları var idi. Buna görə kredit götürüb həmin borcları bağlamalı olduq. Məsələn, əcnəbi futbolçulara borcumuz var idi və hamısının işi UEFA-da idi. Yəni məsələ o səviyyəyə qalxmışdı. Ona görə həmin borcları bağlamaq məcburiyyətində idik. Orada Mpenzadan başqa, Kanales və Stamenkoviçin də adları var idi. Özü də böyük borclar idi. Yəni büdcənin müəyyən hissəsi həmin borcların bağlanmasına yönəlmişdi. Mən özüm daha əvvəl maliyyə üzrə direktor mçüavini olmuşam, yəni işim sırf bi sahə ilə bağlıdır və klubda da əsas məqsədimiz o olub ki, bütün xərclərimizi maksimum optimallaşdıraq və onu əsas komandaya yönəldək. Istənilən quruma da maliyyə hesabatı verməyə tam hazırıq. Çünki şəffaf sistemimiz var. Sizin də maaş akrtınz ola bilər və bütün xərclərlə bağlı istənilən vaxt gedib bankdan hesabat götürə bilərsiniz. Bizdə də həmin sistemdi. Nağd bir qəpik də yoxdur. Bütün hər şey köçürmə yolu ilə aparılır. Bəzi şeylər yazılır, danışılır bunların heç biri həqiqət deyil. Bizdə “paket maaş” deyə bir şey yoxdur bu, gülməli söhbətdir. Yaxud kiməsə “otkat” vermək filan. Hamısı gülməli söhbətlərdi.

 

- Maliyyəsinə, büdcəsinə görə, “Neftçi” ölkə futbolunda hansı yerdədi?

 

- Yəqin ki, 3-cü, 4-cü yerdə olarıq. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
Millimizin sabiq üzvü futbol məktəbi açdı
Yunis Hüseynov 1 il vaxt istəyib
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

Xəbər Lenti
25 Fevral 2018
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
16:53 “Keşlə” “Sumqayıt”a uduzdu, “Qarabağ” “Kəpəz”ə qarşı - YENİLƏNİR
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.