Ucuz təyyarə biletləri

Milli üzvləri Rəşad Sadıqov haqda: "Gedib demişdi ki, mən bu futbolçu ilə bir otaqda qala bilmərəm"

Tarix:  12.10.17 16:10           Yazar:  Rekord.az           Oxunub: 639 dəfə

Rəşad Sadıqovun milli karyerasını başa vurması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Hətta yığmanın dünya çempionatının seçmə mərhələsindəki nəticəsi və baş məşqçi Robert Prosineçkinin qalıb-qalmama məsələsi də bunun kölgəsində qalıb.

 

Baş məşqçi dəyişikliyi və yığmamızın seçmə mərhələni 5-ci pillədə başa vurması bizim üçün adi haldı. Ancaq Rəşadsız yığmanı heç vaxt təsəvvür etməmişik.

 

Millini bundan sonra çalışdıracaq mütəxəssis meydanda özünə yeni köməkçi seçməli olacaq. Lakin Rəşad xüsusiyyətində lider, əsl kapitan tapmaq çətin ki, uzun illər mümkün olsun. Elə yığmadakı sabiq komanda yoldaşları da bu fikirdədilər. Onlar apasport.az saytına açıqlamalarında Sadıqovun nə dərəcədə önəmli sima olduğundan bəhs ediblər.

 

Rahid Əmirquliyev: “Rəşadın millidən getməsini heç kim istəməzdi. O, əsl kapitandı, liderdi. Həm yığmanın, həm də Azərbaycan futbolunun ona ehtiyacı var. Ancaq futbolçu karyerası elədi ki, nə vaxtsa son qoymalısan. Rəşad da bunun vaxtının çatdığını düşündü. Onun futbolda qalmasını, yanımızda olmasını istəyirik ki, daim bizə kömək etsin. Bizim Rəşada hələ də ehtiyacımız var. O, yaxşı futbolçu olmaqla yanaşı, həm də gözəl insandı. Gələcək karyerasında uğurlar arzulayıram. Məşqçi olarsa, uğur qazanacağına inanıram”.

 

Kamran Ağayev: “Rəşadla uzun illərdi tanışlığımız var. Çiyin-çiyinə dayanıb himni oxumuşuq, bayrağımızın qalxmasını izləmişik. Dəfələrlə əziyyətli oyunlarımız olub. Onunla bağlı xatirələrim çoxdu. Hətta dalaşdığımız vaxtlar da olub. Azərbaycanda Rəşad kimi futbolçu 20-25 ildən bir çıxır. Anatoli Banişevskidən başlayan dövr indiyə qədər davam edib. Müasir dövrün də lideri Rəşad Sadıqovdu. Azərbaycan futbolu deyəndə, Rəşad yada düşür. Bir gün biz də milli karyeramızı bitirəcəyik, yaşlaşacağıq. Əminəm ki, Rəşad futbolsuz qala bilməyəcək, darıxacaq. Özüm də “Xəzər Lənkəran”da oynayanda kapitan olmuşam. Milliyə hərə bir tərbiyə ilə gəlir. Amma Rəşadın şirin danışığı hamını eyni nöqtəyə yönəldir. Düşünürəm ki, Rəşad Azərbaycan futbolu üçün nadir tapıntıdı. Məşqçi kimi də karyerasını davam etdirir. Ona bu istedadı Allah verib. Əminəm ki, məşqçi kimi də sözünü deyəcək. Azərbaycan futboluna çox kömək edib və etməkdə davam edəcək. Aramızda 4 yaş fərq var. Biz çətin dövrdən çıxan futbolçularıq. İndi hər cür şərait yaradılıb. Həmin dövrdən Rəşad kimi futbolçunun çıxması özü böyük uğurdu. Beləsini hər dəfə tapmaq olmur”.

 

Cavid Hüseynov: “Rəşad haqda yalnız xoş sözlər söyləmək olar. Düzdü, ideal insan yoxdu. Bəlkə də, Rəşadda elə böyük istedad da olmayıb. Amma işinə dəhşətli dərəcədə peşəkar yanaşır. Futbolçularla arada bu barədə söhbət edəndə deyirik ki, işimizə Rəşad kimi peşəkar yanaşsaydıq, bəlkə də, hazırda Avropanın hansısa klubunda oynayırdıq. Həm şəxsiyyət, həm də komandanın lideri kimi nümunəvidi. Bu cür münasibətə də ən çox layiq olan futbolçudu. Rəşadda olan keyfiyyətləri başqa heç kimdə görmürəm”.

 

Əfran İsmayılov: “Rəşad Türkiyədən “Qarabağ”a gələndə nə mən onu tanıyırdım, nə də o məni. Yorğun olanda üzüaşağı yatıram və ayaqlarımı havaya qaldırıram. Rəşad ilk dəfə gəlib bunu görəndə gedib demişdi ki, mən bu futbolçu ilə bir otaqda qala bilmərəm, belə yatmaq olar? Dava-qırğın etdi ki, onunla qala bilmərəm. Başqa otaq olmadığı üçün məcbur qaldı. Ondan sonra yavaş-yavaş dostluğumuz yarandı. Mənim futbolçu kimi yetişməyimdə böyük rolu var. Mən gənc olanda öz məsləhətlərini verirdi, dəstək olurdu. Rəşad heç vaxt bunları demir. Amma onun bir çox oyunçunun üzərində əməyi var. Təbii ki, onlar arasında bunu danan da, Rəşadın arxasınca danışanlar da var. Bir lider kimi çox iş görüb. Özü çox şeyi deməsə də, kənardan bunları görürəm. Bəzən Rəşadla bağlı çox xoşagəlməz fikirlər bildirirlər. Ancaq mən sona qədər ona sadiq qalacam. Belə lider futbolçu bir daha Azərbaycana gəlməyəcək”.

 

Qara Qarayev: “Qarabağ”da oynamağa başlayanda Rəşad mənə çox kömək etdi. Halbuki, oynadığım mövqe mənim üçün yad idi. Rəşad ilk gündən meydanda nə etməli, harda dayanmalı olduğumu başa salırdı. Çox futbolçuya kömək edib. Həm insanlığı, həm meydandakı oyunu, həm də davranışı ilə örnəkdi. Heyf ki, onun milli karyerası mənim oynadığım dövrdən uzun olmadı. Çox istəyərdim ki, onunla birlikdə hələ uzun illər millinin formasını geyinim. Qismət olmadı. Bu, bizim üçün böyük itki olacaq. Ancaq Ruslan Abışovun dönüşü ilə o mövqedəki boşluğu yavaş-yavaş doldura bilirik. İstənilən halda, Rəşad adını qızıl hərflərlə yazmış, oyunu ilə möhürünü qoymuş futbolçudu. Qərarına hörmətlə yanaşırıq. Özü belə hiss edirsə, heç kim oynamağa məcbur edə bilməz. Düşünürəm ki, Rəşad bundan sonra da Azərbaycan futboluna çox fayda verəcək. İnşallah, məşqçi kimi daha çox xeyri dəyər. Qismət olarsa, onun rəhbərliyi altında oynamaq da istəyərdim”.

 

Təmkin Xəlilzadə: “Rəşadla “Qarabağ”da bir yerdə çıxış etmişəm. Onun kimi futbolçu Azərbaycana nadir hallarda gəlir. 16 il millinin şərəfini qorudu. Rəşad Azərbaycan futbolunun simvoludu. Ancaq bu qərarı bir gün hamımız verəcəyik. Bu səbəbdən hörmətlə yanaşmaq lazımdı. Düzdü, bizim üçün çətin olacaq. Onun kimi kapitan bir də çətin gəlsin. Ona “Qarabağ” və məşqçilik karyerasında uğurlar arzulayıram. Rəşadla bağlı ən çox yadımda qalan an “Qarabağ”ın Bakıda “Slovan”la görüşdü. Son dəqiqədə Rəşad qol vurdu. İlk dəfə idi ki, onu belə çılğın görürdüm. Buna da çox təəccüblənmişdim. Vurduğu həmin qol komandanı məğlubiyyətdən xilas etdi. Hətta Qurban Qurbanov da göz yaşlarını saxlaya bilməmişdi”. (apasport.az)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ"ın sabiq futbolçusu I Divizionda!
Şeydayev AFFA-dan xahiş etdi: mənə yeni klub tapın
"Xəzər Lənkəran"ın sabiq kapitanı işsiz qaldı
"Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimovla görüşmək üçün hazırda İstanbuldadı
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
Xames Rodrigesin pornoulduz sevgilisi - FOTOLAR
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
Vinçesteri "Kəpəz"ə icra başçısı transfer edib?
Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?

Xəbər Lenti
17 Fevral 2018
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
14:00 "İnter Arena"nın qazonu dəyişdirilməyəcək
13:32 16-cı turun oyun cədvəli açıqlandı
13:00 Sumqayıt stadionundan yeni xəbər var
12:22 90 dəqiqə və 1 xal
11:30 Millimizin üzvü ehtiyatda qaldı
11:00 "Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
10:30 “Qarabağ”ın bir legioneri sıraya döndü, digəri…
00:30 “Neftçi”nin “Sumqayıt”la 23-cü dueli
16 Fevral 2018
23:56 “Sumqayıt”dan azarkeşlərinə müraciət
23:30 “Neftçi”nin 6 futbolçusu milli komandamızda
22:30 “Transfer pəncərəsi” bağlandı
22:04 Məmmədova pley-offa qələbə ilə başladı
21:55 Lider də çətinlik çəkmədi
21:46 Yığmamızın üzvü Rusiyada 1/4 finalın ilk oyununda uduzdu
21:04 “Kəpəz” Bakı hazırlığını başa vurdu
20:30 Növbəti anti-dopinq seminarı keçirildi
19:42 "Şüvəlan" - "Binə" 1:0 - VİDEO
19:16 Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı
18:47 Yığmamız Sofiyaya 7 boksçu ilə yollanır
18:00 Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
17:48 Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
17:20 Liderdən Zaqatalada çətin qələbə, “Mil-Muğan”dan darmadağın
17:00 Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
16:41 Azərbaycan - Belarus matçının hakimləri açıqlandı
16:31 "Oyunçularla ciddi söhbətimiz olacaq"
16:21 “Qarabağ” UEFA reytinqində gerilədi
16:11 "Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
16:10 "Abşeron" növbəti qələbəsini qazandı
16:00 Bundesliqa 4 milyard səddini aşdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.