Ucuz təyyarə biletləri

Deyv Bultuis: "Qəbələdə oyundan öncə ancaq inək görürsən" - MÜSAHİBƏ

Tarix:  12.10.17 19:10           Yazar:  Rekord.az           Oxunub: 359 dəfə

“Qəbələ”nin müdafiəçisi Deyv Bultuis Hollandiya mətbuatına müsahibə verib. Rekord.az həmin müsahibəni təqdim edir:

 

 

- Qəbələdə necə yaşayırsan?
- Qəbələdə heç nə yoxdu. Küçələrdə inəklər gəzir. Əhalisi çox azdı. Onlar belə oyunlara gəlmirlər. Azərbaycanda yaxşı futbol mədəniyyəti yoxdu. Burada futbolun inkişafı üçün ciddi səylər göstərilir. Amma azarkeşlərə oyunlar maraqlı deyil. Biz çempionatda 7 komandaya qarşı oynayırıq. Bütün futbolçular paytaxt Bakıda yaşayırlar. Çünki Qəbələdə yaşanacaq heç nə yoxdu. Çempionatın səviyyəsi Hollandiya birincliyinin sonuncu yerləri üçün mübarizə aparanların mübarizəsinə bənzəyir. Əksər klublar Çempionlar Liqasında çıxış edən “Qarabağ” kimi ev oyunlarını Bakıda keçirirlər. Azərbaycanın ürəyi Bakıdı. Bütün neft pulları bu şəhərdə dövr edir.

- “Qəbələ”yə necə keçdiniz?
- Azad agent olarkən bir çox yerdən təklif alırsan. Mənim də variantlarım var idi. “Nürnberq”də 3 il oynadıqdan sonra getməli idim. Əvvəlcə, “Qəbələ”nin təklifini rədd etdim, amma onlar məni komandada görmək istəyirdilər.

- Maliyyə cəhətdən cəlbedici təklif idimi?
- Çox yaxşı müqavilə imzaladım. Maliyyə cəhətdən yaxşı təklif idi. APOEL və “Sürix”dən təklif almışdım. Lakin bu klublar “Qəbələ” qədər pul təklif etmədilər. Bu cür puldan imtina edə bilməzdim. Amma indi düşünürəm ki, pul məni xoşbəxt etmir.

- Niyə?
- Bu yaxınlarda Azərbaycan çempionu “Qarabağ”a qarşı oynadıq. Stadionda 2 mindən az adam var idi. Bəzi oyunlarda isə ümumiyyətlə arenada cəmi 100 və yaxud 200 nəfər olur. Bu çox kədərli mənzərədi. Yəqin ki, hələ bilmədiyim çox şey var. Qəbələdə oyundan öncə ancaq inək görürsən. Sanki onların bağırmasını gözləyirsən. Mən “Utrext” və “Nürnberq” kimi əyləncəsi bol olan klublara lazım olan bir oyunçuyam. Oralarda azarkeşlərlə yaxşı əlaqələr qurdum. Buna görə məsələn, Almaniyada 3 il qaldım. Fədakarlıq və sədaqətimi yüksək qiymətləndirdilər. Mən həmişə 1000 faizi ortaya qoyan oyunçuyam.

- Belə bir mühitdə futboldan necə zövq ala bilərsiz?
- Heç kimə maraqlı olmayan matçlara motivasiya olmaq çətindi. Bəzi matçlarda bilet olsa da, cəmi 50 sentə satılır. Bəli, Azərbaycanda futbolun səviyyəsi yüksək deyil. Həqiqətən yaxşı görünmür. Mən bilirəm ki, Con Kollins və Lorenso Ebesilyo “Qəbələ”də çıxış ediblər. Lakin onlarla əvvəlcədən danışmamışdım. Avropa Liqasında oynamaqda məqsəd “necə alınacağını görək” deyə bir deyim idi. Nəhayət Azərbaycana gəlməklə təxminlərim dəqiqləşdi. Daha bir az da səbrli olmaq lazımdı və gözəl günləri gözləməliyəm. Dion Malonedə də eyni hisslərdi. Xoşbəxtlikdən onunla birlikdəyik. Bir-birimizlə çox şeyi danışırıq. Bir yerdə gəzirik, əylənirik və yemək yeyirik. Bilirsiniz, Bakıda həyat var. Burada Avropa şəhərlərində olan hər şey mövcuddu. Böyük mağazalar, yaxşı restoranlar, əyləncə, gecə həyatı...Vaxt 24/7 möhtəşəmdi. Hər şey müasirdi. Formula-1 də daxil olmaqla Bakı mini Dubaya bənzəyir. Sərvət var. Lakin insanlar qəribədi. İnsanların yarısı çox zəngindi, yarısı isə çox kasıbdı. Bakıdan kənarda mərkəzdəki göydələnlərdən fərqli yüz il əvvəl tikilmiş evlər var. Buradakı insanlar mehribandı, dostluğu sevirlər. Amma əcnəbi olduğunuzu biləndə sizdən pul qazanmaq istəyirlər. Taksilər də eynidi. Əcnəbilərə bahalı qiymətlər deyirlər.

- Azərbaycana gedəcəyinizi biləndə yaxınlarınız nə dedi?
- Mən pul qazanacağımı dedim. Dostlarım Bakıya gəlmək istəsələr də, Hollandiyadan bura birbaşa reys yoxdu. Kiyev və ya İstanbul vasitəsilə uçmalısınız. Bu da təxminən 20 saat çəkəcək. Ailəm və dostlarım bundan əziyyət çəkər. Oğlumun indi bir yaşı var. Keçmiş həyat yoldaşımla ayrılsaq da, əla münasibətlərimiz var. Oğlumu “Facetime” və “Skype” vasitəsilə həftədə görürəm. “Nürnberq”də yaşayarkən hər oyunda onu görürdüm. Onun üçün yenidən Hollandiyaya dönmək istəyirəm.

- Nə vaxt?
- 3 illik müqaviləm olsa da, 1 ildən sonra ayrıla bilərəm. Öz yolumu düşünürəm. Hazırda xaricdə davam etmək istəyirəm. MLS məni cəlb edir. 2018-ci ildə yenidən başlayacaq. Ən azı azarkeşlərlə bol liqadı. Bir idman mədəniyyəti var. Mən keçən il yayda Hollandiyadan təkliflər aldım. Amma qayıtmaq üçün erkən olduğunu düşündüm. Bilmirəm ki, dönərkən necə olacaq. “Utrext” mənim ilk seçimim olacaq. O, sevimli klubum olaraq qalır. Gözəl illərim keçib. Yan Vuytens ilə hələ də əlaqələrim qalır. Hər yaz İbizaya gedirik. Marken Van der Marel mənimlə müntəzəm danışır. Kevin Strootman, Dris Mertens və Van Volfsvinkel kimi oğlanların istedadına sahib deyiləm. Buna görə də cəlbedici təklifi seçirəm. Azərbaycanda xüsusi macəradı. Mənim zəngin təcrübəm var. 27 yaşımda bura gəmlmişəm. Bundan sonrakı transfer dövründə gözəl bir kluba gedəcəyimə ümid edirəm. (Sport24)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Millimizin sabiq üzvləri "Şərurspor"da- ÖZƏL!
Rusiya çempionatının autsayderi "Neftçi"nin daşını-daş üstünə qoymadı: 1:8!
"Neftçi" Mərakeş millisinin üzvünü baxışa çağırdı
U-21 millimiz özlərindən kiçiklərə uduzub - FOTO
Cəmil Həsənli: “Xalq Cümhuriyyəti yıxılmasaydı, futbola da imzamızı ata bilərdik“ - MÜSAHİBƏ
Ərəblər "Qarabağ"ın liderinə 500 min avro təklif edir
“Kəpəz” Rumıniya çempionu ilə heç-heçəyə razılaşdı
Avrokuboklardan "Kəpəz" yox, AFFA imtina edib
Millimiz Albaniyaya məğlub oldu
“Qaradağ Lökbatan”dan “Sabah” üzərində qələbə

Xəbər Lenti
23 Yanvar 2018
15:21 Güləş Federasiyasında daha bir yeni təyinat
15:00 “Turan Tovuz” yenə Premyer Liqaya buraxılmayacaq
14:40 Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlandı
14:35 Bakı klubu daha bir legioneri heyətinə qatıb
14:21 Fərid Cəlalov: ""Olimpiakos" güclü olsa da, məğlubedilməz deyil"
14:21 Çinli futbolçuya görə "Yuventus"dan 15 milyon avro istəyirlər
14:00 "Qarabağ" Xorvatiya çempionatında oynayan futbolçuya təklif göndərdi
13:45 "İnter" "Barselona"nın futbolçusunu transfer etdi
13:23 Novruz Məmmədovla Tanrıverdi Məhərrəmli "Xəzər"in toplanışından danışdılar
13:00 Latviyalı qapıçının "Qəbələ"yə keçidi baş tutmaya bilər
12:47 "Mançester Siti"də yeni müqavilə
12:22 DÇ-2018-də videotəkrara qərar verildi
12:05 "Neftçi" biabırçı məğlubiyyətlə bağlı xəbərləri silmələrinə aydınlıq gətirdi
12:00 Ərəblər "Qarabağ"ın liderinə 500 min avro təklif edir
11:40 Tərlan Əhmədov: “Belə şey yüz ildə bir dəfə olur”
11:22 "Qalatasaray" səfərdə qələbə qazandı
11:00 Avrokuboklardan "Kəpəz" yox, AFFA imtina edib
10:30 Ziya Əzizov “Alkmaar”la oyunda ehtiyatda
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:45 "Neftçi" 8 topu belə buraxdı - VİDEO
00:52 “Qəbələ”: öncə zalda, sonra meydanda
00:47 “Qarabağ”a yağış da mane ola bilmədi
22 Yanvar 2018
23:00 “Sumqayıt” ilk günü fitness zalında tamamladı - VİDEO
21:30 Millimiz Antalyada ilk məşqə çıxdı - FOTOLAR
21:00 “Qaradağ Lökbatan”dan “Sabah” üzərində qələbə
20:30 Millimizdə baş məşqçi dəyişikliyi
20:00 “Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbaxça”nın düşərgəsində
19:41 “Kəpəz”in rumınlarla heç-heçəsi - VİDEO
19:25 Rusiya çempionatının autsayderi "Neftçi"nin daşını-daş üstünə qoymadı: 1:8!
19:21 "Kəpəz" - "Vitorul" 1:1 - FOTOLAR
19:00 Dünya Çempionatının kuboku Bakıya gətiriləcək
18:40 “Səbail” daha bir futbolçu ilə vidalaşdı
18:21 “Zirə” Antalyada ilk məşqə çıxdı
17:40 Azərbaycan - Kosovo matçının vaxtı açıqlandı
17:21 “Sumqayıt”ın Türkiyədə ilk məşqi - VİDEO
17:00 U-21 millimiz özlərindən kiçiklərə uduzub - FOTO
16:46 Bugünkü matçlara necə baxmaq olar? - AFİŞA
16:23 "Keşlə" bu gün Türkiyəyə yola düşür
15:41 “Sumqayıt” Antalyada ilk məşqə çıxdı
15:21 “Kəpəz” Rumıniya çempionu ilə heç-heçəyə razılaşdı
15:15 2018-ci ilin təqvimi
15:14 Millimizin üzvü Fransada quru hesablı qələbə qazanıb
15:00 Millimizin sabiq üzvləri "Şərurspor"da- ÖZƏL!
14:41 “Kəpəz” Divizion klubuna uduzdu
14:21 Neftçinin yeni transferi: “O vaxtdan ləqəbim "Qato”du” - VİDEO
14:04 I Liqa yarışları start götürüb
14:00 Cəmil Həsənli: “Xalq Cümhuriyyəti yıxılmasaydı, futbola da imzamızı ata bilərdik“ - MÜSAHİBƏ
13:40 Səbailin legioneri: “Onlardan həmişə dəstək gözləyirik”
13:21 Azərbaycan - İran: Hakim təyinatları açıqlandı
13:00 "Neftçi" Mərakeş millisinin üzvünü baxışa çağırdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.