Ucuz təyyarə biletləri

Rahidin himni oxumaması sərt tənqid olundu: "Millinin kapitanı olmağa layiq deyil"

Tarix:  13.10.17 17:10           Yazar:  Rekord.az           Oxunub: 815 dəfə

Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Çexiya matçında sonuncu dəfə milli formanı geydi. Yeni kapitan isə Rahid Əmirquliyev oldu. Uzun illər “Xəzər Lənkəran”da kapitan olmuş, indi isə “Qarabağ”ın formasını geyən Rahidin yığmada kapitan olması heç də birmənalı qarşılanmadı. Düzdü, Əmirquliyevin təcrübəsi, yığmada imici yetərincə yüksəkdi. Lakin onun “köhlən atlar”ın heyətində oyunlara az çıxması kapitanlıq məsələsində müzakirələrə yol açdı. Kapitan olan şəxs klubunda müntəzəm oynamalıdı. Bundan başqa, yarımmüdafiəçi komandanı seçmə mərhələsinin son oyununda, Almaniya ilə qarşılaşmaya (1:5) kapitan kimi çıxardı. Həmin görüşdən əvvəl dövlət himnləri səsləndirilərkən, Rahid himni oxumadı. Bu da əlavə qalmaqal mövzusudu. Futbolçuya tənqidlər birə-beş artdı. Həqiqətən də millinin kapitanı himni bilmirsə və ya bilib oxumursa, bu əməlli-başlı fəlakətdi. Nəinki kapitan, sıravi futbolçu dövlət himnini ifa etmirsə, bu artıq komanda üçün mənfi xüsusiyyətdi. Buna ad vermək belə çətindi. Rahid milliyyətcə ləzgi olsa da, bu ölkənin – Azərbaycanın vətəndaşıdı. Onun vətəni Azərbaycandı, bu ölkənin millisini təmsil edir, atributlarını təbliğ edir. O, Bədavi Hüseynov və Məhəmməd Mirzəbəyov kimi Dağıstan futbolunun yox, “Şahdağ”ın yetirməsidi. Odu ki, himni oxumağa məcburdu. Özü də bunu xüsusi istək və sevgi ilə etməlidi. Əmirquliyevdən bu haqda açıqlama almaq istəsək də, mümkün olmadı. Onunla əlaqə yarada bilmədik. 
Rahid Əmirquliyev kapitan sarğısına layiqdimi? Millinin kapitanının himni oxumaması nə deməkdi? Bu suala cavab tapmaq üçün siyasətçi, futbol mütəxəssisi və idman jurnalistinin fikirlərini öyrənməyi lazım bildik. Görək, onlar nə düşünür?!
Aqil Abbas, millət vəkili: “Rahid Əmirquliyev yaxşı oyunçu olsa da, millinin kapitanı olmağa layiq deyil. Çünki mənin dövlətimin himnini oxumayan adam yığmanın kapitan sarğısını daşıya bilməz. Bu haqsızlıq və hörmətsizlikdi. Şəxsi fikrimdi, razılaşmaya da bilərsiz. Sözüm Peyğəmbər sözü deyil ki. Lakin mən bunu müsbət qarşılaya bilmərəm”. 
Şahin Diniyev, millinin sabiq kapitanı: “Rahidin kapitan olması haqda xüsusi bir şey deyə bilmərəm. Çünki yığmanın içində deyiləm. Orda baş verən proseslərdən xəbərsizəm. Bu, baş məşqçinin qərarıdı. O nəyisə bilir ki, belə qərar verib. İndi yığmanı Robert Prosineçki çalışdırır. Ola bilər ki, növbəti baş məşqçi fərqli adamı kapitan seçsin. Əmirquliyev həm yaxşı insandı, həm də təcrübəli və bacarıqlı futbolçu. Buna bir söz deyə bilmərəm. Onu yaxşı tanıyıram. Uzun illər “Xəzər Lənkəran”da kapitan olub, uğurlar qazanıb. Həmçinin xeyli müddətdi millidə oynayır. İndiki halda yaxşı seçimdi desək, doğru olar. Lakin Rahidin himni oxumamasına göz yuma bilmərəm. Bu, doğru deyil. Nəinki Rahid, millinin hər bir üzvü himni bilməli və oxumalıdı. Bir neçə gün öncə keçirilən Albaniya – İtaliya matçına baxın. Görün 40 yaşlı, dünyaca məşhur qapıçı Canluici Buffon himni necə oxuyur? O adam himnlə, ölkənin rəmzləri ilə yaşayır. Bizdə də belə olmalıdı”. 
Rüstəm Piriyev, extratime.az saytının baş redaktoru: “Əslində Rahidin seçilməsi mənim üçün bir az qəribə oldu. Kamran Ağayevin kapitan olacağını gözləyirdim. Düzdü, Rahiddən fərqli, Kamran, ümumiyyətlə, oynamır. Qurbanov Əmirquliyevə arada şans verir. Lakin Ağayev belə deyil. O ya klubsuz qalır, ya da kluba keçəndən sonra hər oyunda üç-dörd qol buraxır, biabırçı səhvlərlə yadda qalır. Belə bir məqamda onun da kapitan olması şübhə doğurardı, söz-söhbətə səbəb olardı. Amma Kamran daha təcrübəlidi, liderlik və motivasiya etmək keyfiyyətləri yüksəkdi. Rəşaddan sonra yığmanın əsas ulduzu odu. Mən belə düşünürəm. Rahidin himn oxumaması isə biabırçı haldı. Rahid Arif və Bədavi kimi kənardan milliyə cəlb olunmayıb. O, bizim uşağımızdı, qusarlıdı, azərbaycanlıdı. Futbolu “Şahdağ”da öyrənib, ardınca da “Xəzər Lənkəran”da uğurlar qazanıb. Futbolçu vətəndaş olaraq himni bilməlidi. Uzun illər millidə oynayan, həm də bəzi matçlarda kapitan olan Rahid üçün çox pis haldı. Kapitan məsələsi baş məşqçinin qərarıdı. Daxildəki işləri o çox yaxşı bilir. Amma himnin oxunmaması tənqidə layiqdi. Növbəti oyunlarda Rahid himni öyrənməli və oxumalıdı. İstəməzdim belə söz-söhbət yaransın. Bu mövzunun çox böyüdülməsini istəmirəm. Azarkeşlərin də tənqidi çoxalır. Bu da Rahidin psixologiyasına mənfi təsir edə bilər. Ona uğurlar arzulamaq, dəstək olmaq lazımdı. Kapitan sarğısını almaqla onun məsuliyyəti ikiqat artıb. Himn məsələsinə həssas yanaşmalı, hər zaman formada olmalı, özündə liderlik bacarıqlarını inkişaf etdirməlidi. Yalnız bu halda Əmirquliyev kifayət qədər uğurlu futbolçu və kapitan olacaq”. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Millimizin sabiq üzvü futbol məktəbi açdı
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
"Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!

Xəbər Lenti
26 Fevral 2018
00:05 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
25 Fevral 2018
23:45 "Kəpəz"in veteran futbolçusu tarixi vərəqlədi: “Taksi ilə gedib “Neftçi”ni udmuşduq” - MÜSAHİBƏ + FOTOLAR
22:44 Millimizdən “Böyük Dəbilqə”də daha bir medal
22:35 Vüqar Nadirovdan het-trik, "Səbail"dən "Qəbələ" üzərində qələbə
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.