Ucuz təyyarə biletləri

Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ

Tarix:  18.10.17 18:10           Yazar:  Rekord.az           Oxunub: 564 dəfə

Nə qədər futboldan danışmaq, yazmaq olar? Sizi heç demirəm, bəzən özüm “o atdı, bu tutdu, filankəs filan kluba keçdi” yazıb-oxuyanda bezirəm. Fərqlilik hər zaman maraqlı və cəlbedici olur. Ona görə də bundan sonra ayda bir dəfə altında imzam olan müsahibədə fərqli suallara fərqli cavablarla tanış olacaqsız. Buna qədər futbolçuların xanımları ilə müsahibələrim olmuşdu. Daha sonra futbol adamları ilə futboldankənar mövzularda söhbətlərim baş tutmuşdu. Lakin bu rubrikada futbolçuların atalarını sorğu-suala çəkəcəm. İlk müsahibim hər kəsin futbolçu və məşqçi kimi yaxşı tanıdığı, Coşqun və Kərimin atası Şahin Diniyev olmuşdu. Bu dəfə isə uzun illər millinin şərəfini qorumuş, “Qarabağ”ın, “Tvente”nin, “Bakı”nın, “İnter”in, “Volqa”nın, “Qəbələ”nin və AZAL-ın formasını geymiş, hazırda klubsuz olan Vaqif Cavadovun atası, ötənlərin futbolçusu Füzuli Cavadovu danışdırmaq qərarına gəldim. Suallara keçməmiş şərt kəsdik ki, heç bir sualı “yola verməyəcək”, ağlında olanı dilinə gətirəcək. Sağ olsun, verdiyi sözə əməl etməyə çalışdı.

 

- Bildiyimə görə, üç oğul atasısız..
- Elədi. Vaqifdən böyük iki qardaşı var. Vaqif ortancıldan 11 il sonra dünyaya gəlib, evin sonbeşiyidi. 
- Deyirlər ki, sonbeşik həm şirin olur, həm də ərköyün.
- Hərənin öz fikri var. Həm də uşaqların xarakteri də müxtəlifdi. İlkbeşiyə, ya da sonbeşiyə baxmır. Amma mən eşitmişəm ki, birinci uşaq şirin olur. Kim nə deyir- desin, övladları bir-birindən ayırmaq olmur. Hərəsinin öz şirinliyi var. 11 ildən sonra dünyaya gələn uşağın bir başqa ləzzəti olur. Vaqif oyuncaq kimiydi, hara gedirdim, qucağımda, yanımda olurdu. 
- Sualıma görə dönə-dönə üzr istəyirəm. Adətən, iki oğuldan sonra üçüncü uşağın qız olmasını arzulayırlar.
- (gülür) Bəli, dediyiniz kimi olub. Həm anası, həm də mən qız istəyirdik, Vaqif gəldi. 
- Təəssüfləndiz?
- Qətiyyən! Allahın verdiyi paydı, ona görə təəssüflənmək olmaz. Sadəcə, evdə qız övladının olmasını arzulayırdıq. 
- Ərköyün idi?
- Ərköyün deyildi, amma çox əsəbiydi. Uduzmağı sevmirdi, udmaq üçün özünü dağa-daşa çırpırdı. İsgəndərin oğlanları (qardaşı İsgəndər Cavadovu nəzərdə tutur – H.) Cavadla rəhmətlik Sübhan, bir də dostum Elxanın oğlu. 2-3 yaşlarından başlayaraq bu dörd uşaq Şağandakı bağımda yığılıb top dalınca qaçırdılar. İki-ikiyə bölüşürdülər, giriş darvazasıyla qarajın qapısını özlərinə qapı seçirdilər. Böyük qardaşım da hakimlik edirdi. Qaç ki qaçasan, vur ki vurasan. Tərin-suyun içində olurdular. Həmin səhnə indi gözümün qabağına gəlir, tüklərim biz-biz olur. Maraqlı, unudulmaz günlər idi. 
- Cığal idi?
- Məni ən çox narahat edən əsəbi olmasıydı. Müəyyən mənada cığallıq, ərköyünlük hər uşaqda olur da. Bunda əsəbilik var idi. 
- Vaqifdə nə var idi ki, böyük qardaşlarında yox idi?
- Futbola olan hədsiz maraq və bacarıq. Düzdü, böyüklər də futbolu sevirdi, qanlarında var idi. Amma Vaqifin potensialı tam başqaydı. Vaqifdən böyük oğlanlarım da futbolla məşğul olurdular, “Neftçi”yə yazdırmışdım. Amma tanınmış mütəxəssislər, dost-tanış deyirdi ki, Füzuli, bunlar sizin kimi oynamır. Hər dəfə eyni sözləri eşitdikcə həvəsdən düşdüm, yavaş-yavaş onları futboldan uzaqlaşdırdım. Böyük oğlumun inanılmaz sürəti var idi. Həm də başım işə-gücə qarışmışdı, çox maraqlana bilmirdim. 
- Vaqifin özüylə ruzi-bərəkət gətirdiyini demək olar? Yəni iki ayağıyla həyatınızı, yaşayış səviyyənizi dəyişdi. 
- Düzünü desəm, hə. Ayağı ruzili uşaqdı. Düzdü, mənim hər şeyim olub: evlərim, maşınlarım. Demək pis çıxmasın, üç bağım var idi, üç evim. “Obexeyis” işləyirdim, şükür, gəlirim, hörmətim var idi. O vaxtkı polisin hörmətli idarəsi, “sağ əli” sayılırdıq. İndiki Vergilər Nazirliyi kimiydi. “Böyüklərin”, nazirlərin hörmət etdiyi şəxslərdən sayılırdıq. Pula ehtiyacım yox idi. Sonradan SSRİ dağıldı, zəmanə dəyişdi, mən də təqaüdə çıxdım, işsiz qaldım. Ac qalmamaq üçün yavaş-yavaş evləri, maşınları satıb Moskvaya getdik. Vaqif də balacaydı, amma hamı futbolçu istedadından danışırdı. Azərbaycanda qalsaydı, bəlkə də potensialını tam aça bilməyəcəkdi. Allah bilir, gələcəyi necə olacaqdı. ÇSKA-ya apardım, baxdılar, yoxladılar və aşağı yaşlılardan ibarət komandaya götürdülər. Moskvada həm də Bədən Tərbiyəsi Universitetini bitirdi. Rusiya vətəndaşlığı da vardı. 
- Nə üçün Bakıya qayıtdız?
- 2006-cı ildə millinin baş məşqçisi olan Şahin Diniyev Vaqifi yığmaya dəvət etdi. Atası kimi mənim fikrimi soruşdular, razı olduğumu dedim. Atam, qardaşlarım, bacılarım – hamımız idmançı olmuşuq. Vaqifin yığmaya çağrılması məndə fəxr hissi oyatdı. Sonradan “Qarabağ”a keçdi, “Tvente”, “Bakı”, “Volqa”... Karyerasının ən parlaq dönəmi “Qarabağ”da oldu. Hollandiyaya getməmişdən əvvəlki dönəmi deyirəm.
- Pul yığandı? 
- Yığmaqla arası yoxdu, xərcləyəndi. Bəlkə də mənə, ya da babasına oxşayıb. Bizim ailədə, nəsildə xəsis adam olmayıb. Puldan balış düzəltməmişik. Əlimizə gələni nəyəsə xərcləmişik, nəsə etmişik. İndiki veteranlardan soruşun, Füzuli əliaçıqlıqda necədi? Simic deyiləm, Vaqif də mənə oxşayıb. 
- Bəs ümumi xarakterdə kimə oxşayıb? Sizə, yoxsa anası tərəfə?
- Mənim kimi əsəbidi, əliaçıqdı, səbirsizdi, kin saxlaya bilmir, heç kimin qabağından “yeməz”. Nəyi varsa, hamısı atasındakı kimidi.
- Qızbazdı?
- Onu deyə bilmərəm. Birlikdə elə yerlərə getməmişik (gülür).
- Xarakterdə sizə oxşadığını dediz. Ona görə soruşdum.
- Mən yazıq harda demişəm ki, qızbazam? Maşındayam, yoldaşım da yanımdadı. Gör neynirsən (gülür). Futbolçular həmişə diqqət mərkəzində olur da. Qadınlar idmançılara rəqbət bəsləyir, bəyənirlər. Bizim vaxtımızda da belə olub, indi də belədi. Normal haldı. Mən özüm heç vaxt şorgöz olmamışam. Ailəmizdə dörd bacı böyütmüşük deyə, həmişə onları düşünmüşəm. Məncə, Vaqif də mənim kimidi. 
- Vaqifi döymüsüz heç?
- Yox, heç vaxt. Ümumiyyətlə, uşaqların heç birinə əl qaldırmamışam. Uşaq vaxtı məşqə Vaqif Paşayevin yanına gedirdi. Paşayev onu danlayanda, bir dəfə də olsun, söz deməmişəm. Amma özüm adam içində oğluma ağır söz deməzdim. Evə gələndə başa salardım. Bir dəfə Qurbana (Qurban Qurbanovu nəzərdə tutur – H.) dedim ki, səndən bir xahişim var. Vaqifin səhvi olanda, nəyisə düz etməyəndə, ona futbolçuların arasında söz demə, acıqlanma. Əksinə, xoş söz de, təsəlli ver. Sonra tək olanda çağır otağa, nə lazımdı de, başa sal. Bilirəm axı, bu uşağa adam içində söz deyəndə daha da geriyə gedir, ya da özündən asılı olmayaraq cavab qaytarır. Biz Cavadovlar hamımız beləyik. 
- Sevib evləndi, yoxsa qızı qohumdan aldız?
- Bizdə qohumdan qız almaq, məcbur etmək söhbəti yoxdu. 9 uşaq olmuşuq, heç birimizi məcbur evləndirməyiblər. Hamımız öz xoşumuzla, istədiyimizlə. Vaqif də bizim kimi. 
- Kasıb yerlə qohum olmusuz, yoxsa imkanlıdılar?
- Vallah, nə deyim? Əsas odu, qızı yaxşı ailədən alıb. 
- Elçi gedəndə tərəddüd etmirdiz?
- Yox, Allah eləməsin. Ağstafadandılar, qızın babasını tanıyırdım. Sonradan lap yaxından tanış oldum və sevindim. Atası dağıstanlıdı, onların namus-qeyrət məsələsinə necə həssas yanaşdığını hamı yaxşı bilir. Gəlinim “Unibank”da aparıcı işçi idi. 
- Allah xoşbəxt eləsin, gözdolusu görsünlər. Bildiyimə görə, Vaqifin də oğlu var.
- Hə, varıdı. Allah olmayanlara qismət eləsin. 1 yaş, 4 aylıqdı. 
- Adı nədi?
- Füzuli.
- Əvvəlki iki oğlunuz bu adı Vaqifin övladı üçün saxlamışdı?
- Yox e, bu ikinci Füzuli nəvəmdi. Moskvada yaşayan böyük oğlum Zaurun iki əkiz oğlu var. Biri Aslandı, o biri Füzuli. Vaqif də Füzuli qoydu. Dedi, ata, mənə söz demə, hansı adı qoyuram, özüm bilərəm. 
- Deyirlər, bir müddətdən sonra kişi arvad tərəfə əyilir. Düz söhbətdi? 
- Belə şeylər var. Amma baxır kimdə və necədi.
- Məsələn, Vaqifdə necədi?
- Vaqifdə yoxdu. Arvad tərəf deyəndə ki... Lazım gələndə hamı arvad tərəfə yıxıla bilər. Heç kim deyə bilməz ki, mən həyat yoldaşıma hörmət etmirəm, yeri gələndə çəkinmirəm, sözümü dəyişmirəm. Heç kimi bunu deyə bilməz, istər biznesmen olsun, istərsə də nazir. Qadın qadındı, evin xanımıdı. Bəzən qadın elə məsləhət verə, elə söz deyə bilər ki, həyatın dəyişər. Ona görə də bu “arvad tərəfə yıxılmaq” söhbətinə heç vaxt ciddi yanaşmıram. Həyat yoldaşının məsləhətinə qulaq asmaq, ya da iradı ilə razılaşmaq hansısa tərəfə yıxılmaq deyil. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi

Xəbər Lenti
23 Fevral 2018
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
14:41 "Zaqatala" - "Mil-Muğan" 2:0 - VİDEO
14:21 “Neftçi” - “Zirə” oyunu 1 manata
14:00 Yunis Hüseynov 1 il vaxt istəyib
13:45 Donnarumma PSJ-ə keçir?
13:23 Ramos ən kobud futbolçudur
13:00 Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
12:42 "Azərbaycan millisi Moldovadan güclüdür"
12:20 Topaz Premyer Liqasında 17-ci turun bütün təyinatları
12:00 Rəşad Sadıqov: "Taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin"
11:48 “Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı 10 klubu arasında
11:22 Avroliqada gecənin qolları - VİDEOLAR
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.