Ucuz təyyarə biletləri

Klublarımızın buts problemi: "15-20 manatlıq alıb paylayırıq"

Tarix:  21.10.17 14:10           Yazar:  Rekord.az           Oxunub: 310 dəfə

Azərbaycan futbolunun problemini nə əsas yığmada, nə U-21, nə də U-19-da axtarmaq lazımdı. Ən böyük başbəlası uşaq futboluyla bağlıdı. Bu gün klublarda çalışan məşqçilər və əlaqələndiricilərin özləri də acı faktı etiraf edirsə, deməli, 5-10 il sonradan yaxşı mənada nəsə gözləməyə dəyməz. Ən yaxşı halda adlar dəyişəcək. Bacarığa gəlincə, yığmaları bundan da pis günlər gözləyir.


Bir neçə gün öncə premyer-liqa təmsilçilərinin aşağı yaş qruplarından ibarət komandalardakı şərait barədə söz açmışdıq. Məlum olmuşdu ki, “Qarabağ” və “Neftçi” kimi köklü klubların uşaq futbol akademiyaları yoxdu. Daha doğrusu, var, di gəl ki, məskunlaşmaq, qidalanmaq, məşq etmək üçün konkret məkana sahib deyirlər. Hər yaş qrupu üzrə komanda ayrı-ayrı stadionun meydanından yararlanır. “Qəbələ” xaric, digərləri süni örtüyün ümidinə qalır. Yəni sabah gözüylə baxdığımız gələcəyin futbolçuları bu gün “sintetika” üzərində yetişir. Və bir çoxunun istifadə müddəti çoxdan ötüb. Kənardan baxanda yaşıl görünsələr də, üstünə ayaq basanda, bir-iki dəfə yıxılıb duranda asfaltdan fərqi olmadığını hiss edirsən. Belə deyək, bir neçə ildən sonra həmin uşaqlar əsas yığmada ümid mənbəyimiz olacaq. Daha sonra gənc və yeniyetmə futbolçuların beynəlxalq oyun təcrübəsi ilə maraqlandıq və bəlli oldu ki, bu baxımdan da ciddi “axsama” var. 


Budəfəki yazıda bir başqa məqama – uşaq futboluna yaradılan şəraitə, lap dəqiqi, inventarlaşdırmaya nəzər salacağıq. Ki, görək sabah gözüylə baxdığımız uşaqlar geyim dəstləri, əlcək, buts kimi olduqca vacib ləvazimatlarla təmin olunurmu? 


Borçe Xristov, “Qarabağ”: “İnventarlaşdırma ilə bağlı çətinlik çəkdiyimizi deməzdim. Uşaqlar lazım olan bütün geyim dəstləri ilə təmin olunur. İstər yay üçün olsun, istər qış üçün. Klub tərəfindən verilməyən yalnız əlcəklə butsdu ki, onu da valideynlər alır. İmkanı olmayanlara özümüz kömək edirik. Bu baxımdan hansısa problem yoxdu”.


Adil Şükürov, “Zirə”: “Aşağı yaş qruplarından ibarət komandaların hər biri illik geyim dəstləri ilə təmin olunur. Düzdü, bu ilə qədər müəyyən çatışmazlıqlar var idi. Bəzi inventarlar verilirdi, bəziləri çatmırdı. Bu ildən problem həllini tapıb. Hətta məşq inventarları da var. Oyun və məşq formaları, gödəkçələr, idman dəsti – bunlar hər futbolçuya paylanır. Yalnız əlcək və butsla bağlı müəyyən çətinliyimiz var. Açığı, klubun bugünkü imkanlarına uyğun addım atırıq. Əvvəlki illərdə geyim dəstləri ilə bağlı sıxıntı var idisə, indi yalnız əlcək və buts çatışmır. Zamanla bu da həllini tapacaq. Təbii, imkansız uşaqlar nəzərə alınır. Buts almağa gücü çatmayan ailələrə rəhbərlik tərəfindən kömək olunur. Həm də bəzi futbolçulara aylıq maaş da ayrılır. Büdcəmiz yaxşılaşandan sonra, ümumiyyətlə, problem olmayacaq”.


Nail Kərimov, “Qəbələ”: “Bu baxımdan “Qəbələ”də heç bir problem yoxdu. Bütün yaş qrupları üzrə komandalar lazım olan inventarlarla təmin olunur. Geyim dəstlərindən başqa, futbolçulara buts və əlcək də verilir. Düzdü, buts ildə bir dəfə təmənnasız paylanır. Lakin sonradan kimsə ehtiyac duyursa, valideyn özü alır. Çünki geyim dəstlərinin üstündə cəmi bir buts verilir. Əlcəklərlə bağlı problem yoxdu. Qapıçı yaxınlaşıb yararsız əlcəyi göstərir və ona yenisi verilir. Bundan başqa, Qəbələdəki hava şəraitini nəzərə alıb, qalın geyim dəstləri də paylayırıq. Uşaqların daha həvəsli olmasını, işindən zövq almasını istəyiriksə, belə kiçik görünən detallara da həssas yanaşmağımız vacibdi... Etdiyin yaxşılığı demək bəlkə də düzgün qəbul olunmur. Amma söhbəti bu mövzudan salmısızsa, onu da deyə bilərəm ki, “Qəbələ” klubu olaraq inventar baxımından bəzi futbol məktəblərinə, UGİM-lərə kömək edirik: top, fişka, tərlik, ötən mövsümdən qalmış oyun formaları, idman geyimləri, işlənmiş toplar və s. Uşaq futbolunun inkişafını istəyiriksə, bir-birimizə əl tutmalıyıq”.


Ramiz Məmmədov, “İnter”: “Maliyyə baxımından klubun ümumi durumu arzuolunan səviyyədə olmasa da, uşaq futboluna ayrılan diqqət və qeyd etdiyiniz cəhətdən yaradılan şərait yaxşıdı. Rəhbərlik uşaq futbolunun inkişafı üçün hər cür şərait yaratmağa çalışır. Geyim dəstləri, məşq inventarları, hətta buts və əlcək cəhətdən problemimiz yoxdu. Yeganə üzücü məqam, daha öncə qeyd etdiyim kimi, gənc və yeniyetmələrin süni örtükdə oynaması, yetişməsidi. Məni ən çox narahat edən budu”.


Ceyhun Sultanov, “Sumqayıt”: “Geyim dəstlərindən danışırıqsa, problem yoxdu. Akademiyaya illik dəstlər gəlir. Əsas komanda üçün nələr nəzərdə tutulubsa, həmin firmanın məhsullarının eynisini aşağı yaş qruplarına veririk. Əlcəyə qədər paylanır. Yalnız buts yoxdu. Buts elə bir şeydi ki, futbolçunun ayağına rahat “oturmalıdı”. Ona görə də bəyəndiklərini seçib alması daha yaxşıdı”.


Eldar Bədəlov, “Neftçi”: “Bu mövsüm hər şey artıqlaması ilə sifariş olunub və alınıb. Geyim dəstləri də var, toplar da, məşq inventarları da. Hər uşağa başdan-ayağa geyim dəstləri paylanıb. Ən kiçik detaldan belə, şikayətlənməyə əsas yoxdu. Qapıçılara əlcək verilir. Butsa gəlincə, hamısı birdən alınmasa da, hissə-hissə alınıb paylanır. Maşallah, otaq inventarla doludu”.


Azər Məmmədov, “Kəpəz”: “Bu il vəziyyətin ürəkaçan olduğunu deməliyəm. İtaliyanın aparıcı şirkətlərindən birinin oyun formaları alınıb. Hər komandaya göy və sarı olmaqla iki dəst paylanıb. Olduqca keyfiyyətli dəstlərdi. Məşq üçün də futbolka, şort və getrdən ibarət dəstlər verilib. Əlcəklə bağlı da problem yoxdu. Çatışmayan yalnız idman dəstidi. Düzdü, məşqçilərə verilib, amma uşaqların yoxudu. Buts məsələsinə gəlincə, bir çoxunun valideyni alır. İmkanı olmayanlara görə isə şəxsən rəhbərliyə müraciət edirəm və həllinə çalışıram. Bahalı olmasa da, 15-20 manatlıq butsları alıb paylayırıq. Məşq inventarlarımız da var. İdeal səviyyədə olmasa da, varımızdı”.


Bu da növbəti ümumi mənzərə. Deyilənlərdən belə başa düşülür ki, klubların böyük əksəriyyəti aşağı yaş qruplarına buts vermir. Eyni vəziyyət əlcəklə də bağlıdı. Deməli, kasıb ailənin övladı futbol oynamaq üçün valideyni il ərzində azı iki dəfə hərəsi 25-30 manatlıq buts almalı və bir o qədər də əlcək üçün xərcə düşməlidi. Hələ idman dəstlərindən danışmırıq. Avropadakı vəziyyətdən xəbəriniz var? Klub rəhbərliyi geyim dəstlərinə, buts və əlcəklərə limit qoymur. Anbarın qapısı açıqdı, istifadə müddəti bitən əlcək və butslar yenisi ilə əvəzlənir. Diş çöpünə qədər pulsuzdu. Bu azmış kimi, futbolçulara aylıq maaş da verilir. Siz isə butsa pul xərcləməyin. Futbolçudu da, küçədə-bayırda, cırıq ayaqqabı ilə də yetişər, hə?

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 178 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov "İnter"in daha bir futbolçusunu "Neftçi"yə aparır
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
"Zirə"yə lazım deyil, qışda göndərilir
"Kəpəz"dədaha bir məşqçi istefası
"CBC Sport"a üz çevirən ikinci məşqçi
AFFA "Rəvan"a necə möhtac olub?
Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
"Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
De Souza, Rəşad və “Qarabağ” haqqında
Azərbaycanda daha bir futbolçu həbs olundu

Xəbər Lenti
23 Noyabr 2017
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
16:45 Radio aparıcısından gündəmi zəbt edən salamlama - "Hakimgildən gəlmisinizsə..." - VİDEO
16:22 Cüdo üzrə Bakı çempionatına start verildi
16:00 Daha bir milli komandada baş məşqçi istefası
15:40 Millimiz FİFA reytinqində yenə gerilədi
15:21 “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət
15:00 AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
14:40 “Qəbələ”dən 22:0 hesablı qələbə
14:21 “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir
14:00 "Mil Muğan"ın Qəbələyə getməyə pulu yoxdur?
13:45 Avropa çempionatının biletləri satışa çıxarıldı
13:20 Millimiz üçün ciddi sınaq
13:00 Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
12:40 ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı
12:21 “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu
12:00 Avropa Liqası: 1/16 finala kimlər çıxacaq?
11:40 “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu
11:30 De Souza, Rəşad və “Qarabağ” haqqında
11:22 "Qarabağ" - "Çelsi" 0:4 - FOTOLAR
11:00 Elmar Məmmədyarov: “Qarabağ”ın əziyyətinə heyfim gəldi”
10:30 ÇL-də ötən gecənin bütün qolları - VİDEOLAR
10:00 Rövnəq Abdullayev "Qarabağ" - "Çelsi" oyunundakı hakimlikdən danışdı
09:40 Azərbaycan çempionatının daha bir mükafatçısı Türkiyə klubunda
02:45 "Qarabağ" - "Çelsi" oyununda möhtəşəm xoreoqrafiya - FOTO
02:10 “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı
00:22 Qurban Qurbanov: “Narazılığım var, amma...”
22 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?"
23:25 Antonio Konte: "Bakı mənim üçün uğurlu şəhərdi"
23:20 "Qarabağ" - "Çelsi" 0:4 - VİDEO
22:59 Vilian penalti epizodu haqda nə dedi?
22:50 “Qarabağ"ı hakim qərəzi yıxdı
19:40 “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol
19:21 "Qarabağ" U-19 - "Çelsi" U-19 - FOTOLAR
19:00 Şenol Güneş Bakıya niyə gəlib?
18:40 Azərbaycan Cüdo Federasiyasında görüş keçirildi
18:21 Növbəti turu kim buraxacaq?
18:08 Azerisport 11!
18:00 "Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
17:40 "Zaqatala" - "Ağsu" 0:1 - VİDEO
17:38 Avrokubokdakı ilk qələbəmiz - FOTOSESSİYA
17:30 “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı
17:21 “Payız turniri” başladı: 3 oyuna 26 qol
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.