Ucuz təyyarə biletləri

“Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”

Tarix:  22.10.17 16:10           Yazar:             Oxunub: 213 dəfə

İlk qələbəsini Yüksək Liqanın 3-cü turunda qazanan “Yasamal” turnir cədvəlində bir pillə irəliləməyə müvəffəq oldu. 


Rekord.az xəbər verir ki, 3 xalın qazanılmasında əməyi az olmayan komandanın aparıcı simalarından Reza Toloui matçdan sonra Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:


- Bu qədər gərginlik nədər qaynaqlanırdı?
- Maraqlı, həm də gərgin oyun keçdi. Rəqibimiz çox aqressiv idi, eyni zamanda kifayət qədər müqavimət göstərdilər. Oyunda çoxlu qol vurulsa da, hər iki tərəf qələbəyə yaxın idi. Yaxşı ki, bu dəfə 3 xalı biz qazandıq və rəhbərliyin yanında başımız uca oldu. Həqiqətən də bu turun oyunları çox maraqlı keçdi. Nəticələr oyunun dinamikasını müəyyən qədər göstərir.


- İlk qələbənizi qazandınız. Hisslərinizi bölüşə bilərsənmi?
- Əvvəlki oyunlarda uduzduğumuza görə, təzyiq altında idik. Meydana heç də rahat çıxmamışdıq. Çünki bu uğursuz seriyaya son qoymaq vacib idi. Məşqçimiz də bu oyunu udmağa borclu olduğumuzu bildirdi. Qalib ruhu tamamilə başqadı. İndi bizi təbrik edirlər, sevinirik, evə də rahat gedəcəyik.


- Bəs əvvəlki oyunlarda niyə qələbə qazana bilmədiniz?
- Rəqiblərimizin güclü olduğunu deyə bilmərəm. Problemlərimiz var idi. Komandamız yeni yığılıb, məşq keçmək üçün zalımız yox idi. Artıq bu problem həllini tapıb. İndi hər oyuna rahat hazırlaşmağımız üçün məşq zalımız var.


- Artıq bütün rəqiblərin oyunlarını izləmisən. İştirakçı komandalarla bağlı qənaətin necədi?
- Güclü rəqabət var. Komandalar heyətinə əl gəzdiriblər. İndi hamı medallar uğrunda mübarizə aparır.


- Hazırkı mövsümdə komandaların heyətində iranlı futbolçular çoxdu. Bu axının səbəbini izah edə bilərsənmi?
- İran Asiya, Azərbaycan isə Avropada çıxış edir. Bizim futzalçılar da özlərini Avropa klublarında göstərmək istəyirlər. Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər. Əlbəttə, burada özümüzü daha yaxşı tərəfdən göstərməliyik ki, menecerlərin diqqətini cəlb edək.


- Ancaq bu, asan deyil. Çünki son 10-12 ildə Avropada ölkəmizi “Araz” təmsil edib. Deməli, ilk növbədə bu klubun diqqətini cəlb etmək gərəkdi..
- Razıyam, ilk növbədə “Araz”ın skautlarının diqqətini cəlb etməliyik. Bu komandaya gedən yolun qapısını açmalıyıq ki, Avropa səhnəsinə çıxa bilək. Bu gün komandamızda istedadlı oyunçular var. İnanıram ki, aralarında bunu bacaranı olacaq və Avropya yollanmaq arzusuna çatacaq.


- İranda Azərbaycan çempionatı ilə maraqlanırlar?
- Əlbəttə, maraqlanırlar. “Araz”ı yaxşı tanıyırlar. EKOL və “Neftçi” haqda da məlumatlıdılar. Oyunlar canlı yayımlananda izləyirlər. Təbii ki, iranlı futzalçıların gəlişindən sonra maraq bir az da artıb.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 0 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 178 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov "İnter"in daha bir futbolçusunu "Neftçi"yə aparır
"Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
"Zirə"yə lazım deyil, qışda göndərilir
"Kəpəz"dədaha bir məşqçi istefası
"CBC Sport"a üz çevirən ikinci məşqçi
AFFA "Rəvan"a necə möhtac olub?
Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
"Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
De Souza, Rəşad və “Qarabağ” haqqında
Azərbaycanda daha bir futbolçu həbs olundu

Xəbər Lenti
23 Noyabr 2017
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
16:45 Radio aparıcısından gündəmi zəbt edən salamlama - "Hakimgildən gəlmisinizsə..." - VİDEO
16:22 Cüdo üzrə Bakı çempionatına start verildi
16:00 Daha bir milli komandada baş məşqçi istefası
15:40 Millimiz FİFA reytinqində yenə gerilədi
15:21 “Sumqayıt”dan son ev oyunu öncəsi müraciət
15:00 AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
14:40 “Qəbələ”dən 22:0 hesablı qələbə
14:21 “Kəpəz” “Qəbələ” ilə oyuna tam heyətlə hazırlaşa bilmir
14:00 "Mil Muğan"ın Qəbələyə getməyə pulu yoxdur?
13:45 Avropa çempionatının biletləri satışa çıxarıldı
13:20 Millimiz üçün ciddi sınaq
13:00 Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
12:40 ÇL-in rekordu “Qarabağ” - “Çelsi” oyununda qeydə alındı
12:21 “Qarabağ” - “Çelsi” matçının ən yaxşısı bəlli oldu
12:00 Avropa Liqası: 1/16 finala kimlər çıxacaq?
11:40 “Qarabağ” uduzsa da, Azərbaycan mövqeyini qorudu
11:30 De Souza, Rəşad və “Qarabağ” haqqında
11:22 "Qarabağ" - "Çelsi" 0:4 - FOTOLAR
11:00 Elmar Məmmədyarov: “Qarabağ”ın əziyyətinə heyfim gəldi”
10:30 ÇL-də ötən gecənin bütün qolları - VİDEOLAR
10:00 Rövnəq Abdullayev "Qarabağ" - "Çelsi" oyunundakı hakimlikdən danışdı
09:40 Azərbaycan çempionatının daha bir mükafatçısı Türkiyə klubunda
02:45 "Qarabağ" - "Çelsi" oyununda möhtəşəm xoreoqrafiya - FOTO
02:10 “Atletiko” “Qarabağ” üçün şans yeri qoymadı
00:22 Qurban Qurbanov: “Narazılığım var, amma...”
22 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?"
23:25 Antonio Konte: "Bakı mənim üçün uğurlu şəhərdi"
23:20 "Qarabağ" - "Çelsi" 0:4 - VİDEO
22:59 Vilian penalti epizodu haqda nə dedi?
22:50 “Qarabağ"ı hakim qərəzi yıxdı
19:40 “Qarabağ”ın rəqiblərinin oyununda 3 qol
19:21 "Qarabağ" U-19 - "Çelsi" U-19 - FOTOLAR
19:00 Şenol Güneş Bakıya niyə gəlib?
18:40 Azərbaycan Cüdo Federasiyasında görüş keçirildi
18:21 Növbəti turu kim buraxacaq?
18:08 Azerisport 11!
18:00 "Neftçi"nin əleyhinə səhv edən hakim ili bitirdi - ÖZƏL!
17:40 "Zaqatala" - "Ağsu" 0:1 - VİDEO
17:38 Avrokubokdakı ilk qələbəmiz - FOTOSESSİYA
17:30 “Qarabağ”ın gəncləri "Çelsi" ilə yenə bacarmadı
17:21 “Payız turniri” başladı: 3 oyuna 26 qol
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.