Ucuz təyyarə biletləri

Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”

Tarix:  22.10.17 17:10           Yazar:             Oxunub: 99 dəfə

“Qəbələ” İdman Klubunun boks komandası Ukraynanın Krivoy Roq şəhərində keçirdiyi təlim-məşq toplanışını yerli KB-75 klubu ilə beynəlxalq yoldaşlıq matçı ilə yekunlaşdırıb. 


Rekord.az xəbər verir ki, meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klubumuzun nümayəndə heyətinin rəhbəri, sabiq boksçu Fariz Məmmədov qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:


“Keçmiş boksçu, ömrümü bu idman növünə həsr etmiş bir insan kimi deyə bilərəm ki, təmsilçilərimizdən məni daha çox Məhəmmədəli Tahirzadə yaxşı mənada təəccübləndirdi. Ağır çəki dərəcəsində çıxış edən idmançımız gözləmədiyim qədər gözəl boks nümayiş etdirdi. Baxmayaraq ki, rəqibi ikiqat Ukrayna çempionu, bu ölkənin yığmasının kapitanı İqor Şevadzutski idi. Hərçənd Məhəmmədəlinin özü gənclər kateqoriyasını yeni tərk edib. Kamran Şahsuvarlı və Ümüd Rüstəmov da yaxşı döyüşdülər. Üç boksçu - Rauf Rəhimov, Elvin İsayev və Roman Zakirovun çıxışı məni qane etmədi. Onlar həqiqətən məğlub oldular. Hesab edirəm ki, bu görüşdə 4:3 hesabı ilə qalib gəlməliydik. Amma nəticəni də normal qarşılayıram. Çünki rəqib doğma şəhərdə, arenada çıxış edirdi. Onlar öz boksçularını tamaşaçıları önündə uduzmasına imkan verməzdilər. Qarşılaşmadan sonra KB-75-in prezidenti boksçularımızı mükafatlandırdı və üzrxahlıq etdi. O, auditoriya qarşısında ayağa qalxıb, boksçualrımızı alqışladı”.


Məmmədov Ukraynada baş tutan təlim-məşq toplanışını da dəyərləndirib: “On günlük toplanışda 2-3 dəfə sparrinqlər keçirdik. Xüsusi hazırlıq üzrə məşq etdik. Çünki bizi KB-75-ə qarşılaşma gözləyirdi. Hazırlıqda “Qəbələ”nin baş məşqçisi Ramiz Mirkamalov da, KB-75-in çalışdırıcısı Sergey Krinitski də 7 boksçusu ilə birgə iştirak edirdi. Çox gözəl təlim-məşq toplanışı keçdi. Bunun üçün çox yaxşı şərait yaradılmışdı”.


Nümayəndə heyətinin rəhbəri toplanış və yoldaşlıq görüşünün necə gerçəkləşməsindən də danışıb: “Krivoy Roq şəhərinin boks federasiyasının prezidenti Vladislav Binder mənə müraciət etdi. Onlar artıq “Qəbələ” İdman Klubu haqda geniş məlumata malik idi. Bunda boks üzrə Azərbaycan millisinin baş məşqçisi Leonid Loivski və “Qəbələ”də əsas idman növü olan futbol üzrə komandanın çalışdırıcı Roman Qriqorçukun da ukraynalı olmasının da rolu var. Rio-2016-da Azərbaycana medal qazandıran hər iki boksçu “Qəbələ”ni təmsil etdiyini də bilən ukraynalılar klubumuza 10 günlük toplanış və ardınca beynəlxalq yoldaşlıq oyunu keçirməklə bağlı rəsmi dəvət göndərdilər. Klubumuz da bu dəvəti razılıqla qəbul etdi. Çünki “Qəbələ”də gənc boksçular var. Onların gələcəkdə Azərbaycanı yaxşı təmsil etməsi üçün təcrübə, xarici idmançılarla məşq keçməsi lazımdır”.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR

Xəbər Lenti
23 Fevral 2018
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
14:41 "Zaqatala" - "Mil-Muğan" 2:0 - VİDEO
14:21 “Neftçi” - “Zirə” oyunu 1 manata
14:00 Yunis Hüseynov 1 il vaxt istəyib
13:45 Donnarumma PSJ-ə keçir?
13:23 Ramos ən kobud futbolçudur
13:00 Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
12:42 "Azərbaycan millisi Moldovadan güclüdür"
12:20 Topaz Premyer Liqasında 17-ci turun bütün təyinatları
12:00 Rəşad Sadıqov: "Taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin"
11:48 “Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı 10 klubu arasında
11:22 Avroliqada gecənin qolları - VİDEOLAR
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.