Ucuz təyyarə biletləri

Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - II YAZI

Tarix:  22.10.17 23:10           Yazar:  Rekord.az           Oxunub: 225 dəfə

Məcburi köçkün rayonlarımızın futbol tarixindən və bu günündən bəhs edən növbəti yazımız da Qubadlıya həsr olunub. Ötən yazımızda rayonun futbol tarixindən, “Həkəri”nin yaranmasından və çıxışlarından söz açmışdıq. Söhbət 2001-ci ildə yaranan və cəmi 3 ay mövcud olan komandadan gedir. Hansı ki, baş məşqçisi Sabir Əliyev olmuşdu. Qeyd etdiyimiz kimi, Qubadlının sabiq icra başçısı mərhum Əvəz Hüseynquliyevin maddi dəstək verdiyi, amma sonradan buna imkanı çatmadığı üçün fəaliyyətini dayandıran komanda müstəqillik dönəmində Qubadlının ilk futbol təmsilçisi idi. “Həkəri” fəaliyyətini dayandırdıqdan sonra bir müddət rayonun ölkə çempionatında təmsilçisi olmadı. Nə uşaq, nə də böyük futbolda. 

 

 

İkinci qayıdış


2001-ci ildə fəaliyyətini dayandıran “Həkəri” bir ildən sonra, 2002-ci ildə fəaliyyətini yenidən bərpa etdi. Bu dəfə komandanın başında Cavanşir Vahidoğlu dayanırdı. Cavanşir Vahidoğlu özü də Qubadlıdandı.  1974-cü il iyunun 18-də Sarıyataq kəndində fəhlə ailəsində dünyaya gəlib. Uşaq yaşlarında doğma rayonda futbolla məşğul olub. Özü də rəhmətlik milli qəhrəman Əliyar Əliyevin rəhbərliyi altında. Vahidoğlu 17 yaşında könüllü olaraq cəbhəyə gedib döyüşməsi ilə də yadda qalıb. Hətta ayağından güllə yarası da alıb. Atəşkəs elan olunandan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol bölməsində təhsil alıb. 2001-ci ildə “Həkəri”nin fəaliyyətini dayandırması bir qubadlılı kimi onu çox narahat edirdi. Odur ki, 2002-ci ildə “Həkəri”ni ikinci dəfə Azərbaycan futboluna qaytardı. Komanda Sumqayıtdakı “İnşaatçı” stadionunda məşqlərə başladı. Hədəf isə yenidən Həvəskarlar Liqasında mübarizə aparmaq idi. Lakin Həvəskarlar Liqası olsa belə, yenə də oynamaq üçün maliyyə dəstəyi lazım idi. Çünki formaların, topların, inventarların alınması, səfər oyunlarına gedilməsi üçün vəsait lazım idi. Düzdür, “Həkəri” bölgə təmsilçisi olsa da Bakı zonasında mübarizə aparırdı. Çünki məlum məsələ, qaçqın komanda idi və Sumqayıtda məskunlaşmışdı. Buna görə Bakı zonasında oynamaq ən münasib olan idi. Bununla belə, Bakıya gedib-gəlmək üçün də nəqliyyat, yemək xərci tələb olunurdu. Bütün bu xərcləri qarşılamaq üçün isə Vahidoğlunun ağız açmadığı adam, döymədiyi qapı qaılmırdı. Hələ biz məşq və oyunlar üçün stadionun icarə haqqını demirik. “İnşaatçı” stadionunun rəhbərliyi heç də Vahidoğlunun gözlədiyi güzəşti etmirdi. Əslində onları da başa düşmək olardı. Çünki məşqdən sonra yuyunmaq üçün istifadə olunan suyun, eləcə də işlədilən elektrik enerjisinin haqqını stadion rəhbərliyi cibindən ödəyə bilməzdi. Məhz bu cür problemlər ucbatından gənc məşqçi məşqləri gündəlik yox, həftədə 3 dəfə edirdi. Bütün bu çətinliklərə baxmayaraq, “Həkəri” 2002-ci ildən yenidən Həvəskarlar Liqasında mübarizəsini bərpa etdi. Təbii ki, Sabir Əliyevin dövründəki “Həkəri” ilə bu “Həkəri” arasında fərq böyük idi. Ən azı heyət baxımından. Sabir Əliyevin əlinin altında elita təcrübəsi olan futbolçular var idisə, Cavanşir Vahidoğlu daha çox təcrübəsiz gənclərlər oynayırdı. Komandada elita təcrübəsi olan 1-2 futbolçu var idi. Qalan futbolçuların çoxu hətta Həvəskarlar Liqasında belə, debüt edirdi. Lakin bütün bunlara baxmayaraq məhz bu komanda tarix yazmağı bacardı.

 

 

Torpaq meydançada yazılan tarix


Az öncə qeyd etdiyimiz kimi, maddi cəhətdən sıxıntı olduğundan komanda gündəlik məşq edə bilmirdi. Yalnız həftənin 3 günü “İnşaatçı” stadionunda məşq etmək mümkün idi. O da 1, maksimum 1.5 saat. Cavanşir Vahidoğlu komandaya gündəlik məşq keçmək üçün başqa varianta əl atdı. Belə ki, ikinci meydança kimi Sumqayıt Dövlət Universitetinin stadionu götürüldü. Komanda həftədə 3 dəfə “İnşaatçı” stadionunda, 3 dəfə isə universitetinin torpaq meydançasında məşq etməyə başladı. 2003-cü ildən etibarən isə pula qənaət etmək üçün  komanda tamamilə Sumqayıt Dövlət Universitetinin meydançasında məskunlaşdı. Hətta daxili imkanlar hesabına meydançaya əlavə torpaq töküldü və düzləndi. Bununla belə, bəzi vacib oyunlar yenə “İnşaatçı” stadionuna salınırdı ki, bu da oyunlara daha çox azarkeşin gəlməsini təmin etmək üçün edilirdi. Komanda çempionateda oynaya-oynaya baş məşqçi paralel olaraq həm də komandaya sponsor axtarırdı. Döymədiyi qapı qalmırdı, amma təəssüf ki, əməldə heç kim sözümüm üstündə durmurdu. Söz verən çox idi, amma konkret kömək edən yox idi. Qubadlıdan olan bəzi iş adamları ara-sıra müəyyən köməklik edirdi. Bu köməklik isə ancaq bir oyunun nəqliyyat xərcini ödəyirdi. Pul tapmayanda Vahidoğluk avtobusu nisyə danışırdı. Nisyə danışılan tək avtobus olmurdu. Bəzən futbolçuların yeməyini də hansısa marketdən nisyə götürürdülər. Yemək deyəndə kəlmə sizi aldatmasın. Burda söhbət kolbasa-çörəkdən gedir. Kolbasa-çörək və 3-4 butulka su. Bəli, “Həkəri” futbolçuları oyunlara kolbasa-çörək yeyərək oyunlara çıxırdı. Qubadlı Rayon İcra hakimiyyəti isə komandaya demək olar ki, dəstək göstərmirdi. Dəfələrlə müraciət olunsa da kömək üçün maddi imkanın olmadığı göstərilirdi. Təbii ki, belə durumda hansısa maaşdan, mükafatdan söhbət belə gedə bilməzdi. Lakin bütün bu çətinliklərə, ağır şəraitə baxmayaraq “Həkəri” tarix yazmağı bacardı. 

 

 

Məğlubiyyətsiz çempion


2003-cü il “Həkəri”nin “qızıl dövrü” oldu. Komanda Həvəskarlar Liqasında mübarizəyə başlayanda heç kimin ağlına gəlməzdi ki, qaçqın həyatı yaşayan, pulsuz bir komanda mövsümün sonunda çempion adını qazansın. Üstəlik, həmin dövr Həvəskarlar Liqası çox güclü idi. Komandaların səviyyəsini müqayisə etsək hazırkı I Diviziondan da daha güclü və daha səviyyəli çempionat idi. Bir məqamı da vurğulayaq ki, 2002-ci ildə Azərbaycan futbolunda yaşanan məlum qalmaqal və yüksək liqa ilə I dəstədə çempionatın dayanması bir çox futbolçunun Həvəskarlar Liqasına axını ilə də yadda qalmışdı. Bununla futbolçular formalarını qorumağa çalışırdı. Təsadüfi deyil ki, o vaxt Həvəskarlar Liqasında MOİK, “Ədliyyə”, SAF, “Qarabağ”, HHQ, “Kəpəz”, “Göyəzən”, “Avey” kimi komandalar mübarizə aparırdı. Bakı zonasında çox güclü komandalarla mübarizə aparan “Həkəri” ilk turlardan inamlı çıxışı ilə diqqət çəkdi. İlk vaxtlar əksər komandalar Qubadlı təmsilçisini ciddiyə almasa da turlar keçdikcə vəziyyət dəyişməyə başladı. Bununla belə, heç kim qaçqın rayonun komandasını dayandıra bilmədi. 14 komandanın mübarizə apardığı çempionatda 26 oyun keçirən “Həkəri” bunların 22 də qələbə qazanıb cəmi 4 oyunda heç-heçə oynadı. Bununla da final mərhələyə məğlubiyyətsiz lider kimi vəsiqə qazandı. Həmin ərəfədə ilkin mərhələdə qazanılan xallar final mərhələdə silinmədiyi üçün “Həkəri”nin çempionluq şansı çox yüksək idi. Lakin iş elə gətirdi ki, heç final mərhələyə ehtiyac olmadı. Daha doğrusu, AFFA-da baş verən rəhbər dəyişikliyi burda öz təsirini göstərdi. Belə ki, çempionat start götürəndə AFFA prezidenti Fuad Musayev idi. Çempionatın gedişində isə o postundan getdi və yerinə rəhmətlik Ramiz Mirzəyev gəldi. Mirzəyevin gəlişindən sonra Azərbaycan futbolunda hər şey sıfırdan başladı. O cümlədən də Həvəskarlar Liqasında. Məhz yeni AFFA rəhbərliyi final mərhələni keçirməyə ehtiyac görmədi və böyük xal fərqi ilə öndə olan “Həkəri”ni çempion elan elədi. İkinci pilləni isə “Qarabağ-2” komandası tutdu. Daha sonra ilk 3 yerin sahibi ilə AFFA-da görüş keçirildi və çempion “Həkəri”yə kuboku şəxsən Ramiz Mirzəyev özü təqdim etdi. Qubadlı təmsilçisi 2004-cü ildə Azərbaycanı həvəskar komandalar arasında Polşada keçiriləcək Avropa çempionatında da təmsil etməli idi. Lakin AFFA rəhbərliyi buna razı olmadı. Səbəb kimi də o göstərildi ki, 2004-cü ildə yeni çempionat keçiriləcək və həmin çempionatın qalibi Avropaya göndəriləcək. Əslində bu məsələdə “Həkəri”nin haqqı yeyildi. Çünki komanda bu vəsiqəni alın təri ilə qazanmışdı. Lakin buna imkan verilmədi. Amma qeyd etdiyimiz kimi, Qubadlı təmsilçisi tarixə çempion kimi adını yazdırdı ki, bunun özü də qaçqın rayon üçün böyük uğur idi. 

 

 

5 “şirvan”lıq qəbul


Təəssüf ki, komandanın bu uğuru da Qubadlının imkanlı şəxslərini silkələmədi. Halbuki Cavanşir Vahidoğlu ümid edirdi ki, heç olmasa bu uğurdan sonra “Həkəri”yə maraq yaranar və sponsor olmaq istəyən şəxslər ortaya çıxar. Ən azından Qubadlı Rayon İcra Hakimiyyəti hərəkətə gələr. Çünki Həvəskarlar Liqasında çempion adını qazanan “Həkəri”nin hədəfi 2004-cü ildə I Divizionda oynamaq idi. Komandanın buna gücü də var idi, potensialı da. Sadəcə, bir qədər maddi dəstək lazım idi. Həmin dəstək isə olmadı. Düzdür, Qubadlının icra başçısı Malik İsaqov 2003-cü ilin yekunlarına dair keçirilən tədbirdə “Həkəri”ni də qəbul etdi. Tədbirin sonunda hər futbolçuya 5 “şirvan” mükafat da verildi. Ancaq bundan artıq heç nə baş vermədi. 

 

2004-cü ilin yayında komanda üzvləri xoş xəbər eşitdi. “Zaminbank” komandanı öz himayəsinə götürməyə razılıq verib və “Həkəri” yeni mövsümdən I Divizionda mübarizə aparacaq. Cavanşir Vahidoğlu heyətə yeni futbolçular da cəlb etmişdi və komanda səylə I Diviziona hazırlaşırdı. Lakin  günlər keçdikcə vəziyyət mənfiyə doğru dəyişdi. Komanda bir ay fasiləsiz məşq etsə də bank rəhbərliyindən maaşla bağlı səs-soraq çıxmadı. İkinci ay isə kənardan komandaya dəvət olunan futbolçular bir-bir düşərgəni tərk etdi. Ayın sonunda isə məlum oldu ki, “Zaminbank” sözünü tutmadı və komandanı maliyyələşdirməkdən imtina etdi. Bu isə o demək idi ki, “Həkəri” yenə eyni şərtləraltında Həvəskarlar Liqasında oynamalı olacaq. Əslində bir neçə il sonra komanda I Divizionda debüt etdi. Amma buna qədər və bundan sonrakı proseslər haqda növbəti yazımızda...

 

Ardı var

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Hüseyn Məhəmmədov "Kəpəz"də?
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
“Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

Xəbər Lenti
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
16:00 Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
15:40 Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda
15:22 Millimiz Gürcüstana qalib gəldi
15:00 Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır
14:48 “A” seriyasında 5000 qol vuran ilk klub
14:34 “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı
14:22 Dadaşov dubl etdi, komandası qalib gəldi
14:00 Hüseyn Məhəmmədov "Kəpəz"də?
13:40 Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”
13:22 “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu
13:00 Yunis Hüseynovla işləmək istəmədi
12:42 Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu
12:20 Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü
12:00 FIFA prezidenti Bakıya gəlir
11:41 Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu
11:20 Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi
11:00 "Keşlə" niyə projektor işığında oynamır? - ÖZƏL!
10:21 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
10:10 Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
10:00 Ruslan Qurbanov: "Top məndən çıxmışdı"
09:52 Hücumçumuz yenə sevindi
19 Noyabr 2017
22:00 “Ximnastik” İsrafilovsuz qələbə qazandı
21:00 Nazarovla Eratın dueli baş tutmadı
20:45 Tərlan Əhmədov: "Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq"
20:30 "Neftçi" - "Qəbələ" 2:3 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.