Ucuz təyyarə biletləri

AFFA-nın Argentina boyda yalanı

Tarix:  24.10.17 15:10           Yazar:  Amal Abuşov           Oxunub: 715 dəfə

Yayı çoxdan geridə qoymuşuq. Amma Robert Prosineçki üçün yay fəsli hələ də başa çatmayıb. İyunun 13-də məzuniyyətə yollanan xorvatın Bakıda 73 gündən sonra görünməsi yetərincə söz-söhbətə səbəb olmuşdu. Həmin müddətdə klublarımızın avrokuboklardakı çıxışını izləməyən Robi Azərbaycan çempionatının ilk iki turunu da vecinə almadı. Maraqlısı odu ki, həmin 73 gün də ona doyunca istirahət etmək, Adriatik dənizinin sahillərində günəşlənib, Zaqrebi əyləncə məkanlarını dolaşmaq üçün yetərli olmayıb. Çexiya ilə oyundan əvvəl və sonra keçirilən mətbuat konfranslarında Almaniyadan Bakıya dönəcəyini deyən Prosineçki yenə də vədinə xələf çıxdı. Oktyabrın 8-dən bəri keçən 16 gündə xorvatdan bir xəbət-ətər yoxdu. Əvvəlcə onun bir həftəlik vətəninə yollandığı deyilirdi. Həmin müddət də çoxdan bitib. AFFA ötən həftə Prosineçkinin Bakıya gəlişi üçün 3 dəfə bilet dəyişdirib. Çərşənbə axşamını çərşənbəyə, çərşənbəni cüməyə, cüməni də şənbəyə ötürdülər. Prosineçki gəlmədi. Ondan sonra bazar ertəsini nişan verdilər. Həftənin ilk iş günü də Prosineçki Bakıya uçan təyyarələrin heç birinə oturmadı. Ən son məlumata görə, onun yolunu bu gün gözləyirdilər. 

 

Gəlib-gəlmədiyindən xəbər yoxdu. Əslində, bundan belə məsələnin mahiyyəti heç Prosineçkinin nə vaxt gələcəyi də deyil. Adam iyun ayından bəri AFFA-dan küsüb. Hər imkandaca bunu nümayiş etdirir, AFFA-nı yumşaq desəm, barmağına dolayır. Onlar isə özlərini görməzliyi-bilməzliyə vurublar. Məşqçi kimi ciddi bir imici olmayan, “dəlləkliyi” bizim başımızda öyrənən Prosineçkinin əlində aciz qalan AFFA-nın halı həm gülməlidi, həm də ağlamalı. Ümid edirəm ki, Robinin çıxardığı oyunlara seyrçi qalan Elxan Məmmədov bundan sonra heç vaxt UEFA İcraiyyə Komitəsinin üzvü olmaq sevdasına düşməyəcək. Bir də görərik avropalı funksionerlərdən biri üzə durdu, cənab baş katibə sual verdi ki, siz bir Prosineçkini ram edə bilmirdiz, bizim futbola necə ağsaqqal olacaqsız?!

 

Mən bu dəfə Prosineçki mövzusuna toxunmayacaqdım, hadisələrin gedişatını izləyib, gülməklə kifayətlənəcəkdim. Amma dünən axşam AFFA-nın sözçüsü, dəyərli Mikayıl Nərimanoğlunun mətbuata ötürdüyü bir məlumat məni fikrimdən daşındırdı. Mikayıl bəy onsuz da ötən həftə “Prosineçki bizim işçimizdi, gəlib hesabat verəcək” deməklə məni xeyli güldürmüşdü. Belə yerdə adamdan soruşardılar ki, elə Berti Foqts da sizin işçiniz idi də, onu Bakıya gətirib, hesabat tələb edə bilnizimi? Qadanızı alım, yalvar-yaxarla Prosineçkini görüntü xatirinə Bakıya gətirməyi bacarın, hesabatı özünüz-özünüzə verərsiz. 

 

Dünən də cənab Nərimanoğlu deyib ki, AFFA Argentina millisi ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib. Dünya dağılmasın, neynəsin? Ay Mikayıl müəllim, AFFA belə imtina edəndisə, illərdi niyə milliyə düz-əməlli rəqib tapa bilmir? Mayda nə üçün millinin təlim-məşq toplanışı boşa getdi, Şimali İrlandiya ilə vacib qarşılaşmaya oyun təcrübəsi olmadan çıxdıq? 

 

Əlavə şərh vermədən Qazaxıstan Futbol Federasiyasının idman direktoru İqor Utrobinin “Sports.ru”ya açıqlamasından kiçik bir hissəni sizə təqdim edirəm: “Argentina millisə ilə noyabrın 14-də qarşılaşmaq üçün danışıqlar aparırıq. Bu, çox çətin prosesdir. Əsas məsələ maliyyə bağlı suallardı. Tələb olunan məbləğin 40 faizini QFF öz üzərinə götürür. Qalan 60 faizlə bağlı sponsorlarla danışıq aparırıq”. Sitatın sonu!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Antalyanı Masazıra dəyişdilər
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
“Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO

Xəbər Lenti
21 Yanvar 2018
21:30 “Qəbələ” məşqləri bərpa etdi - VİDEO
21:05 Millimiz Albaniyaya məğlub oldu
20:44 Rəhimovalı "Fənərbaxça" Əzizovalı "Beşiktaş"ı məğlub etdi
20:30 “Qəbələ” “Keşlə”ni məğlub etdi
20:23 Hücumçularımızın qarşılaşmasında kapitanımız sevindi
20:00 Nəbiyev qol vurdu, “Slaviya” qalib gəldi
19:30 Millimizin oyununda sükut və qara sarğı
18:30 “Sumqayıt” Türkiyəyə yollandı
15:31 Əliyar Ağayev “Şaxtyor”un matçını idarə etdi
14:30 "Lexiya" - "Qarabağ" 1:1 - VİDEO
13:42 Məmmədova Rusiyada yenə qarşısıalınmazdır
13:30 "Lexiya" - "Qarabağ" 1:1 - FOTOLAR
12:30 Budaq Nəsirov oynamadı, komandası xal itirdi
11:30 Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO
10:30 Dadaşov qol vurdu, komandası qalib gəldi
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.