Ucuz təyyarə biletləri

Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - III YAZI

Tarix:  29.10.17 17:10           Yazar:  Rekord.az           Oxunub: 188 dəfə

İşğal altında olan bölgələrimizin futbol həyatından bəhs edən layihəmiz çərçivəsində Qubadlı futboluna həsr olunan üçüncü, sonuncu yazımızı sizə təqdim edirik. 

 

Keçən yazımızda 2003-cü ildə Həvəskarlar Liqasının qalibi olan “Həkəri”nin pulsuzluq ucbatından dağılması haqda geniş bəhs etmişdik. 2004-cü ilin yayında fəaliyyətini dayandıran komanda bir də 7 ildən sonra geri döndü. Üçüncü dəfə. Əslində 2011-ci ilə kimi Cavanşir Vahidoğlu ən azından aşağı yaş qruplarından ibarət komandanı saxlamağa çalışırdı. Bu komanda imkan daxilində müxtəlif turnirlərdə, Şimal zonasında keçirilən yarışlarda iştirak edirdi. Lakin qeyd etdiyimiz kimi, böyüklərdən ibarət komanda yox idi. 2011-ci ildə isə rayonun tarixində ilk dəfə peşəkar komanda formalaşdı. Əslində şəraitinə görə heç bu komanda da peşəkara oxşamırdı. Məsələn 2001-ci ildə Sabir Əliyevin dövründə mövcud olan “Həkəri” Həvəskarlar Liqasında oynasa da daha peşəkar görünürdü. Heyətdə güclü futbolçular var idi və onlara heç olmasa bir dəfə maaş da verilmişdi. 2011-ci ildəki “Həkəri”nin heyətində isə elə tanınan futbolçular yox idi. Maaş da həmçinin. Sadəcə, fərq onda idi ki, komanda tarixində ilk dəfə I Divizionda mübarizə aparacaqdı. 

 

 

Tarixi start, yarımçıq son

Bəli, 2011-12-ci il futbol mövsümündə Azərbaycan çempionatının I Divizionunda mübarizə aparacaq komandalar arasında “Həkəri” də var idi. Açığı bu xəbər çoxları üçün gözlənilməz oldu. Hamı dərhal komandanın sponsoru, heyəti ilə maraqlanmağa başladı. Təsəvvür edin, hətta yeni mövsümün hazırlıqlarına start verən Qubadlı təmsilçisinin düşərgəsində legioner futbolçular da var idi. Onlar afrikalı idi. Bizimlə söhbətində Vahidoğlu o dövrü bu cür xatırlayır: “Həmin dövrdə “Həkəri” faktiki yox idi. Yalnız aşağı yaş qrupundan ibarət bir komandamız var idi. Hər şey anidən oldu. Bir gün tanımadığım nömrədən mənə zəng gəldi. Cavab verdim və məlum oldu ki, zəng Moskvadan gəlib. Heç tanımadığım bir şəxs “Həkəri”yə sponsorluq etmək istədiyini bildirdi. İlk anda özüm də təəccübləndim. Sonra düşündüm ki, görünür kimdirsə komandanın daha əvvəlki çıxışlarından xəbərdar idi və bilirdi ki, sponsora ehtiyacımız var. Onu da deyim ki, həmin şəxs Qubadlıdan deyildi, Qarabağımızın başqa bir bölgəsindən idi. Təbii ki, bundan şad oldum və görüşməyə hazır olduğumu bildirdim. Sonra elə oldu ki, həmin şəxslə görüşdüm, I Divizionda oynamaq üçün tələb olunan smetanı onun nəzərinə çatdırdım. Hər şeylə tanış olduqdan sonra bildirdik ki, heç bir problem yoxdur və lazım olan vəsait ayrılacaq. Bundan sonra mən də geri qayıdıb komandanı toplamağa başladım”.

Baş məşqçi qısa müddətdə komandanı toplayır və “Həkəri” üçün doğma olan “İnşaatçı” stadionunda məşqlərə başlayır. İlk vaxtlar işlər qaydasında gedirdi. Komanda üçün həm oyun, həm də məşq formaları, o cümlədən toplar alınır. Futbolçularla da müqavilələr bağlanır və onlara deyilir ki, qısa zamanda maaş da olacaq. Daha sonra yeni mövsümün püşkü atılır və məlum oldur ki, “Həkəri” ilk turda evdə Qazaxın “Göyəzən” komandasını qəbul edəcək. Bu oyun Qubadlı futbolunun tarixinə düşür. Çünki “Həkəri” tarixində ilk dəfə I Divizionda debüt edir. Oyunda isə hesab açılmır və qubadlılar tarixi oyunda xal qazanmağı bacarır. Komanda ikinci turda da pis çıxış eləmir və səfərdə təcrübəli MOİK-lə 1:1 oynayır. İlk iki turda qazanılan 2 xal heç də pis nəticə sayıla bilməzdi. Pis olan o idi ki, sponsor verdiyi vədə əməl etmirdi. Yəni yeni mövsümün startından iki tur keçməsində baxmayaraq, futbolçular maaş almamışdı. Bu durum komandadaxili ab-havaya da mənfi təsir edirdi. Bunun nəticəsi idi ki, “Həkəri” üçüncü turda evdə Salyanın “Muğan” komandasına 0:2 uduzdu. Bundan sonra komandanı toplayan baş məşqçi futbolçularla söhbət edib onları hər şeyin yaxşı olacağına inandırmağa çalışdı. Çünki onun özünə də elə deyilmişdi. Futbolçuları əmin edirdilər ki, qısa zamanda vəziyyət düzələcək və pul da olacaq. Məhz bundan həvəslənən futbolçular dördüncü turda səfərdə Gəncə  “Tərəqqi”sinə qalib gəlməyi bacardılar – 2:1.

 

 

Tarixi, qalmaqallı qələbə


Bu qələbə tarixi qələbə idi. Çünki Qubadlı təmsilçisi I Divizionda ilk qələbəsini qazanmışdı. Amma bu qələbənin özü də xeyli qalmaqallı olmuşdu. “Tərəqqi” həmin dövr I Divizionun güclü komandalarından sayılırdı. Onlar “Həkəri”ni məğlub edəcəklərinə əmin idilər. Üstəlik qarşı tərəfin maddi sıxıntısı var idi və onlar Gəncəyə gəlmək üçün güclıə yol pulu tapmışdı. Ancaq oyun tamam başqa cür alındı. Oyunu yüksək səviyyədə keçirən “Həkəri” güclü rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacardı. Rəqibi oyun hesabına məğlub etməyin çətin olduğunu görən gəncəlilər isə rəqibə məğlub olmaq üçün rüşvət də təklif etdi. Belə ki, “Tərəqqi”nin iki futbolçusu oyunun gedişində “Həkəri”nin bəzi futbolçularına “onsuz da puıunuz yoxdur, maaş ala bilmirsiniz gəlin, biz pul verək oyunu verin bizə” deyərək onlara pul təklif etmişdi. Futbolçular da bunu baş məşqçilərinə çatdırırıar və Vahidoğlu təklifi rədd edir: “Həmin epizodda biz künc zərbəsi vurirduq. Bir də gördüm cərimə meydançasında bizim iki futbolçu ilə rəqib futbolçular arasında gərginlik var. Əvvəl elə bildim ki, öz aralarında diskusiya aparırlar. Lakin sonra gördüm ki, başqa söhbətdir. O anda, məsələni böyüməyə qoymadıq və futbolçularımı sakitləşdirdim. Sonra futbolçularım mənə dedi ki, bizə bu cür təklif irəli sürürlər. Təbii ki, qəbul etmədik və sona qədər mübarizə aparıb 2:1 hesablı qələbə qazandıq”

 


Daha bir qələbə və son


Bəli, komanda Gəncədə rüşvət təklifinə “yox” deyib qələbə qazandı. Amma bıçaq artıq sümüyə dirənmişdi. Nəinki futbolçulara maaş verməyə, səfərə çıxmağa pul yox idi. Bu durumda heç kim oynamaq istəmirdi. Aradan bir ay keçsə də sponsor gəlib bir dəfə də olsun  komandanın oyununa baxmamışdı. Ağır Gəncə səfərindən sonra “Həkəri”ni Biləcəri səfri gözləyirdi. “Lokomotiv”lə üz-üzə gələcəkdilər. Bəzi futbolçular oyuna getmək istəmirdi. Bu vəziyyətdə hansısa motivasiyadan danışmaq gülünc olardı. Bunun nəticəsi idi ki, “Həkəri” “Lokomotiv” səfərində 1:4 hesablı məğlubiyyətlə üzləşdi. Amma komanda növbəti dəfə toparlanaraq növbəti turda evdə “Şahdağ” üzərində əzmkar qələbə qazana biklir – 1:0. Bundan sonra çempionatda iki həftəlik fasilə yarandı. Cavanşir Vahidoğlu bu fasilədən yararlanıb növbəti oyunlar üçün heç olmasa yol pulu tapmağa çalışdı. Amma heç bir faydası olmadı. Görünən bu idi ki, hər şey sona çatmaq üzrədir. Belə də olur. 2011-ci il oktyabrın 30-u “Həkəri” debüt etdiyi I Divizionda son matçına çıxır və səfərdə “Şuşa”ya 0:1 hesabı ilə uduzur. Bu, komandanın divizonda son oyunu olur və “Şuşa” ilə matçdan sonra “Həkəri” fəaliyyətini dayandırır. Vahidoğlu bunun reallıq olduğunu bildirir: “Sponsor tapılanda ona çox inanmışdıq. Təəssüf ki, verdiyi heç bir vədi tutmadı. Komanda 7 tur demək olar, pulsuz oynadı. Artıq davam etmək mümkün deyildi. Çünki pul yox idi. Çox adama ağzı açdım. Nə icra hakimiyyəti, nə də Qubadlıdan olan iş adamları yaxın durmadl. Heç olmasa yol puluna kömək etsəydilər oyunlara gedərdik. O vaxt kömək üçün PFL prezidenti Ramin Musayevin qəbuluna da getdim. Məni yaxşı qarşıladı, baş verənlərdən təəssüf hissi keçirdiyini dedi. Amma eyni zamanda bildirdi ki, onların da elə vəsaiti yoxdur ki, komanda saxlasınlar. Bununla da “Həkəri”nin dağılması ilə barışmalı olduq”.
Nə qədər acınacaqlı olsa da deyək ki, “Həkəri” dağılanda 15 komanda arasında 5-ci pillədə idi. 

 

 

Balacaların yaşatdığı klub

“Həkəri” 6 ildir böyük futbolda olmasa da yaşayır. Komandanın başında yenə Cavanşir Vahidoğlu durur. Hazırda onun rəhbərliyi altında “Həkəri”nin 3 yaş qrupundan ibarət komandası AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında çıxış edir. Komanda məşqlərini Sumqayıt Olimpiya Kompleksinin stadionunda keçir. Bir ara bu kompleksə yeni təyin olunan rəhbərliklə problem yaşandı. Daha da konkretləşdirsək kompleksdə məşq etmək üçün hər uşağa görə 20-25 manat pul istənildi. Elə bizim saytımızda da bu haqda yazı getmişdi. Məhz bundan sonra kompleks rəhbərliyi Vahidoğlunu çağıraraq qiymətlərdə güzəşt etmişdi. Hazırda “Həkəri”nin 3 yaş qrupundan ibarət komandası həftədə 3 dəfə bu kompleksdə məşq edir. Geyim və top problemini kollektiv öz gücünə həll edir. Yaxud Cavanşir müəllim özü ordan-burdan xahişlə işlənmiş forma və inventor əldə edir. Çünki artıq AFFA da bu tip məsələlərdə kömək etmir. Daha doğrusu, deyirlər ki, indi əvvəlki imkan yoxdur. Öyrəndik ki, rayon icra hakimiyyəti yenə də bu komandanın taleyinə biganədir. Eləcə də rayonun gənclər və idman idarəsi. Başa düşürük, qaçqın rayondur, icra hakimiyyətinin də elə böyük gücü, maliyyəsi yoxdur. Amma ən azından mənəvi dəstək göstərmək olar axı. Heç olmasa maraqlanmağa nə söz? Hazırda “Həkəri” AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatının Şimal zonasında çıxış edir. Hər həftənin şənbə-bazar günləri Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda oyunlar olur. Biz də imkan daxilində gedib oyunları izləyirik. Məsələn, Sumqayıt Gənclər və İdman İdarəsinin rəisi, rəis müavini, idarənin digər əməkdaşları vaxtaşırı gəlib oyunları izləyirlər. Ancaq təəssüf ki, bu günə qədər nə Qubadlı icra hakimiyyətindən, nə də gənclər idman idarəsindən heç kimi “Həkəri”nin oyunlarında görməmişik. Uşaqlar bəzən oyundan sonra içməyə su, yeməyə çörək tapmırlar. Görəsən Qubadlı İcra Hakimiyyəti o qədər imkansızdır ki, 10-15 dönər və adi su alıb həftədə bir dəfə bu uşaqlara verə bilmir?

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Klublarımızın qış transferləri - YENİLƏNİR
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI

Xəbər Lenti
19 Yanvar 2018
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
22:22 Paytaxt birinciliyində ilk günün qalibləri məlum oldu
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.