Ucuz təyyarə biletləri

Azərbaycan cüdosunda əlamətdar hadisə

Tarix:  03.11.17 21:11           Yazar:             Oxunub: 90 dəfə

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalının açılış mərasimi keçirilib. 

Rekord.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, federasiyanın İcraiyyə Komitəsinin üzvləri, tanınmış idman mütəxəssisləri iştirak ediblər.

Əvvəlcə açılış rəmzini bildirən qırmızı lent kəsilib. Qonaqlar yeni yaradılmış cüdo zalı ilə tanış olublar. Nəfis dizaynda tərtib edilmiş zalda Azərbaycanın cüdo tarixində uğur qazanmış olimpiya, dünya və Avropa çempionatının qalib və mükafatçılarının şəkilləri, zəfərlərlə dolu anlar həkk edilən foto-stendlər var. Müasir və tam standartlara cavab verən idman qurğuları ilə təmin olunmuş zalda tibb məntəqəsi, soyunub-geyinmə otaqları və duş kabinləri də yaradılıb. Cüdo zalında əsas milli komandamızla yanaşı gənclər və qadınlardan ibarət yığmaların üzvləri məşq edəcəklər.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov idmançı və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verdi. Bildirildi ki, yeni zalda tanınmış cüdoçularımızın iştirakı ilə kiçik yaşlı yeniyetmə idmançılara master-klasslar keçiriləcək.

Açılış mərasimindən sonra 2017-ci ilin cüdo yekunlarına həsr edilmiş iclas keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev son 2 ildə əldə olunan uğurlardan bəhs edib. Federasiya prezidenti növbəti ilin may ayında Heydər Əliyev adına “Böyük Dəbilqə” yarışının, eləcə də, sentyabrda dünya çempionatının Bakıda keçiriləcəyini diqqətə çatdıraraq 2018-ci ilin daha ağır və məsuliyyətli olacağını vurğulayıb.

Sonra cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçiləri təqdim olunub. Kişilərdən ibarət əsas milli komandaya Olimpiya Oyunlarının mükafatçısı, əməkdar idman xadimi ukraynalı mütəxəssis Ruslan Maşurenko, qadınlardan ibarət milli komdaya isə dünya və Avropa çempionu, Belarusun əməkdar idman ustası adına layiq görülmüş “Şöhrət” ordenli Natiq Bağırov başçılıq edəcək.

Tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı çıxış edərək 2017-ci ildə Azərbaycan cüdoçularının beynəlxalq yarışlarda qazandıqları uğurlar barədə hesabatı diqqətə çatdırıb.

Cari ildə rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin qazanıldığı bildirilib. Belə ki, bu müddət ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri 37 beynəlxalq səviyyəli yarışda 189 medal qazanıblar. Bunlardan 68-i qızıl, 57-si gümüş və 64-ü bürünc medaldır.

Qeyd olunub ki, Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını nizamlayır, onlara öz diqqət və qayğısını əsirgəmir.

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir-neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub, Federasiya tərəfindən cüdo tatamiləri və kimano geyim dəstləri  bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə verilib. Bu iş qarşıdan gələn illərdə də tərəfimizdən müntəzəm olaraq davam etdiriləcək. Həmçinin, cari ilin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla respublikamızın 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaratmışdır. Belə ki, təyin olunmuş şəhərlərin əsasən Olimpiya Komplekslərində təşkil olunmuş bu yarışlarda Respublikamızın 47 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edib, qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar.

Yığıncaqda həmçinin, əməkdar məşqçi Ağayar Axundzadə çıxış edərək idmançılar və məşqçilərə göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 2017-ci ilin son aylarında yüksək nəticələrə imza atmış məşqçilərə, idmançılara hədiyyə və mükafatlar təqdim edib.

Azərbaycan milli komandasının kiapitanı Elxan Məmmədov isə bütün cüdoçular adından cənab Rövnəq Abdullayevə xatirə hədiyyəsini təqdim edib. Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.