Ucuz təyyarə biletləri

Cəbrayıl futbolunun tarixindən: "Çinar"lı start, "Xudafərin"li davam və "Mərcanlı"lı son - YAZI

Tarix:  05.11.17 22:11           Yazar:  Rekord.az           Oxunub: 196 dəfə

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində - Araz çayının sol sahilində - cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 1050 kv metrdi. Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 25 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

 

Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir. Yalnız bir kəndi, Cocuq Mərcanlı işğaldan azad olunub və hazırda yerli əhali doğma yurduna qayıdaraq işğaldan əvvəlki həyatlarını bərpa ediblər. Hazırda rayon əhalisinin sayı 76 min nəfərdən çoxdur.

 

 

Müharibədən sonra başlayan futbol həyatı

 

Cəbrayıl futbol ənənələri olan rayondur. Qarabağ zonasından söz düşəndə ağla gələn ilk rayon şübhəsiz ki, Ağdam olur. Çünki bu rayonun “Qarabağ” komandası hələ SSRİ vaxtından Azərbaycanda məşhur olub. Ağdamlılar həm Azərbaycanın Güclülər Dəstəsində, həm də SSRİ çempionatının II dəstəsində mübarizə aparıblar. Ağdamdan sonra o bölgənin ən məşhur futbol rayonu isə məhz Cəbrayıl olub. Bu günə qədər haqqında bəhs etdiyimiz Şuşa, Laçın, Xocalı, Füzuli, Qubadlı öz futboluna görə Cəbrayıldan geri qalıb. Həm komanda olaraq, həm də infrastruktur olaraq. 

 

Cəbrayılda futbol II dünya müharibəsindən sonra populyarlaşmağa, kütləvi hal almağa başladı. Peşəkar komanda olmasa da rayonun futbol həvəskarları həvəskar şəkildə futbol oynayırdı. Cəbrayılın kəndlərində də güclü komandalar var idi. Məsələn, Mərcanlı və Sirik komandaları bu baxımdan daha məşhur idi. 60-cı illərdən başlayaraq, rayonun özündə də həvəskar şəkildə komanda yaradıldı. 60-70-ci illərdə rayonda istər kəndlər, istərsə də məktəblər arasında futbol yarışları keçirilirdi. Cəbrayılda futbolun inkilşafının pik həddi 80-ci illərə təsadüf elədi. İstər böyüklər, istərsə də uşaqlar arasında güclü komanda formalaşdı. 

 

 

Çinarın “Çinar”ı

Fotoda "Çinar" komandası


Cəbrayılın ilk peşəkar futbol klubu “Çinar” olub. Komandanın yaranışı 1985-ci ilə təsadüf edir. Təşəbbüs göstərənlər isə Xanış Mehdiyevlə Kamal Həsənov olur. Mehdiyev İdman Akademiyasının məzunudur. Ali təhsilini başa vurandan sonra doğma rayona qayıdır və yerli UGİM-də məşqçi kimi fəaliyyətə başlayır. Daha sonra paralel olaraq hakimlik də edir. 1985-ci ildə isə o zaman rayon  komsomol təşkilatının sədri olan Həsənovla belə qərara gəlirlər ki, rayonda peşəkar komanda yaratsınlar. Maraq üçün deyək ki, Kamal Həsənov hazırda Cəbrayılın icra başçısıdır. Elə 1985-ci ildə “Çinar”a futbolçu seçmək üçün rayon çempionatının keçirilməsində də onun böyük rolu oldu. Məhz bu çempionatda özünü ən yaxşı tərəfdən göstərən uşaqlar seçilərək yeni yaranan komandaya cəlb olundular. Komandanın adı isə “Çinar” oldu. Bu adın seçilməsi də təsadüfi deyildi. Çünki hər kəs bilir ki, Cəbrayıl məşhur çinar ağacı ilə məşhurdur. Rayonun mərkəzində yerləşən bu ağac Cəbrayılın simvollarından sayılır. Buna görə də yeni komandaya ad fikirləşəndə üzərində çox düşünməyə gərək olmadı. Beləliklə, 1986-cı ildə “Çinar” komandası futbol üzrə Azərbaycan çempionatının zona yarışlarında mübarizəyə başladı. Komandanın heyətində kifayət qədər istedadlı və bacarıqlı futbolçular var idi. Məhz bunun nəticəsi idi ki, Cəbrayıl təmsilçisi elə ilk cəhdindəcə zona yarışlarının qalibi olaraq final mərhələyə vəsiqə qazandı. Xanış Mehdiyev məşqçi olsa da bəzi oyunlarda futbolçu kimi də meydançaya çıxırdı. Baş məşqçi postunu isə Rauf Qasımov tuturdu. 

 

 

Daha da peşəkarlaşan “Xudafərin”

Foto: "Xudafərin" komandası

 

1989-cu ildə qərara alındı ki, komandanın adı dəyişdirilsin. Yeni ad kimi isə “Xudafərin” seçildi. Əslində bu adın seçilməsi də birmənalı qarşılanmadı. Çünki əksəriyyət, xüsusilə də dövlət adamları, rəhbər şəxslər bu ada ehtiyatla yanaşırdılar. Bildiyiniz kimi, Xudafərin böyük tarixi keçmişi olan və Cəbrayıl ərazisində yerləşən məşhur körpüdür. 15 aşırımdan ibarət olan bu körpü Azərbaycanla İranı birləşdirir. Bu səbəbdən İranın məsələyə münasibəti “yuxarılar”ı narahat edirdi. Üstəlik, həmin illərdə Dağlıq Qarabağda gərginlik artmaqda idi və siyasi əhəmiyyətli məsələlərə həssas yanaşılırdı. Lakin istənilən halda “Xudafərin” adı cəbrrayıllılar tərəfindən qəbul edildi. Çünki bu körpü Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində yerləşən yerləşən tarixi abidə idi. 1989-cu ildən “Xudafərin” Azərbaycan çempionatının I Dəstəsində mübarizə aparmağa başladı. Yeni adda olan bu komanda daha peşəkar idi. İlk növbədə klubun yeni, o dövr üçün müasir stadionu, bazası var idi. Futbolçularla müqavilələr bağlanmış, onlara yaxşı maaş verilirdi. Komanda bu ad altında 1992-ci ilə qədər fəaliyyət göstərdi. Özü də rayonu respublika səviyyəsində çox yaxşı təmsil edirdi. Çünki həmin  vaxtlar Cəbrayıla gələn komandalar hələm asanlıqla ordan xal apara bilmirdi. Əksəriyyəti hətta 4-5 top buraxıb geri dönürdü. Təəssüf ki, get-gedə qızışan müharibə “Xudafərin”nin də fəaliyyətinə təsirsiz ötüşmədi. 1992-ci ildə rayonda vəziyyət çox gərgin idi. Artıq Cəbrayıl da mənfur ermənilərlə aktiv döyüşə qoşulmuşdu. Tez-tez istər kəndlər, istərsə də rayonun mərkəzi ermənilər tərəfindən atəşə tutulur, rayona qrad mərmiləri atılırdı. Bu vəziyyətdə təbii ki, futbol oynamaq da mümkün deyildi. Bunun nəticəsində 1992-ci ildə komanda fəaliyyətini dayandırmalı oldu. Əksər futbolçular, eləcə də baş məşqçi Xanış Mehdiyev  əllərinə silah alıb döyüşməyə getdi. 

 

 

Bir də “Mərcanlı” var idi

Fotoda "Mərcanlı" komandası

 

Cəbrayıl futbolundan danışarkən qısa dönəm mövcud olmuş “Mərcanlı”nı da unutmaq olmaz. Yazının əvvəlində bu kənddə futbola böyük maraq olduğunu qeyt etdik. İlk müstəqil Azərbaycan çempionatının I Dəstəsində yarışanlar arasında bu kəndin də komandası olub. Belə ki, 1992-93-cü il mövsümündə mübarizəyə qoşulanlar arasında “Mərcanlı” komandası da olub. Lakin təəssüf ki, bu komanda çempionatda cəmi 7 tur çıxış edə bilib. Müharibənin get-gedə şiddətlənməsi və kəndin işğalı “Mərcanlı”nın da fəaliyyətini dayandırmasına səbəb olub.

 

 

Kiçik rayondan SSRİ yığmasına qədər


Cəbrayılın futbol ənənələrindən bəhs etdiksə, bu rayonun yetirmələrindən də bəhs etməliyik. Çünki Cəbrayıldan kifayət qədər futbolçu, futbol adamı çıxıb. Hələ Böyük Vətən müharibəsindən sonra rayonda öz oyunu ilə seçilən “Saşa”, Abutalıb və Atakişiyev qardaşları var idi. Rayondan çıxan  digər tanınmış futbolçular sırasında Vəli Hüseynovun və Yaşar Abuzərovun da adlarını çəkmək olar. Vəli 1994-cü ildə Azərbaycan çempionu adını qazanan və Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən “Turan”ın aparıcı futbolçularından olub. Daha sonra “Xəzri” və “Qarabağ”da da forma geyinən Hüseynov hazırda “Keşlə”nin uşaq komandalarından birində çalışır.

 


 Yaşar Abuzərov da uzun  illər “Dinamo”, “Bakı”, “Olimpik”, “Qəbələ” kimi klubların şərəfini qoruyub. Futbolçu karyerasını “Qəbələ”də bitirən Abuzərov hazırda fa orda məşqçi kimi çalışır. Onu da deyək ki, Yaşarın qardaşı Əli də “Çinar”ın yetirmələrindən sayılır.

 

Cəbrayıl futbolunun tanınmış yetirmələri sırasında rayonun sabiq icra başçısı Kərəm Əliyev də var.   Gənc yaşlarında futbolçu kimi tanınan Kərəm əvvəl bütün futbolçuların həsrətində olduğu "Neftçi" komandasının əvəzedici heyətində, sonralar isə Gəncənin "Dinamo" komandasında oynayıb. Kərəm kimi gənci, istedadlı, ümidverici oyunçunu sevdiyi və ilk uğur qazandığı bu peşədən onun komanda yoldaşı, Məmmədov soyadlı şəxsin namərd zərbəsi uzaqlaşdırdı. Deyilənə görə, Kərəm çox istedadlı imiş və həmin ağır zədə olmasaydı sonradan “Neftçi”nin əsas komandasında da oynaya bilərmiş.

 

Cəbrayıl futbolunun yetişdirdiyi ən sanballı şəxslər də biri də Sərdar Abdullayevdir. 1973-cü il təvəllüdlü Sərdar Abdullayev rayonun yetişdirdiyi ən istedadlı futbolçulardan olub. Bəlkə də ən istedadlısı. Belə ki, o, yeniyetmələrdən formalaşan SSRİ yığmasına qədər yüksələ bilib. Sonradan onu “Neftçi” komandasına da cəlb ediblər və 16-17 yaşından etibarən “ağ qaralar”ın əvəzedici komandasında oynamağa başlayıb. Lakin  sonradan diz qapağından aldığı ağır zədə onun da futbolçu karyerasının üzərindən xəttg çəkdi. Düzdür, Abdullayev müstəqillik illərində bir ara “Bakı Fəhləsi” komandasında da forma geyindi. Lakin burda karyerası elə də uzun sürmədi və bir qədər sonra futbolçu karyerasını başa vurdu. Hazırda Abdullayev də Bakıda uşaq məşqçisi kimi fəaliyyət göstərir.

 

Cəbrayılın tanınmış futbol simaları tək adları çəkilənlərlə kifayətlənmir. Məsələn, AFFA Hakimlər Komitəsimin sədri, tanınmış hakim Xaqani Məmmədov da cəbrayıllıdır. 


Həmçinin, hazırda AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alan Ramiz Abdullayev də cəbrayıllıdır. O, hətta rayonda məşqçi kimi də çalışıb və müəyyən uğurlar qazanıb.
Cəbrayılınn futboldakı simalarından biri də Misir Əbilovdu. Onu isə geniş tanıtmağa ehtiyac yoxdur. Düzdür, Misir müəllimin Cəbrayıl futbolu ilə hər hansı bir əlaqəsi olmayıb. O, daha çox “Bakılı”nın prezidenti kimi tanınır. Lakin əslən cəbrayıllı olduğu üçün adını çəkməyi məqsədəuyğun hesab etdik. 


Milli komandamızın üzvü,  “Qəbələ”nin kapitan sarğısını daşıyan Cavid Hüseynov da Cəbrayılda doğulub. 

 

“Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadənin də əsli Cəbrayıl rayonundandı.

 

Ardı var

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Hüseyn Məhəmmədov "Kəpəz"də?
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
“Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

Xəbər Lenti
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
16:00 Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
15:40 Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda
15:22 Millimiz Gürcüstana qalib gəldi
15:00 Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır
14:48 “A” seriyasında 5000 qol vuran ilk klub
14:34 “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı
14:22 Dadaşov dubl etdi, komandası qalib gəldi
14:00 Hüseyn Məhəmmədov "Kəpəz"də?
13:40 Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”
13:22 “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu
13:00 Yunis Hüseynovla işləmək istəmədi
12:42 Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu
12:20 Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü
12:00 FIFA prezidenti Bakıya gəlir
11:41 Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu
11:20 Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi
11:00 "Keşlə" niyə projektor işığında oynamır? - ÖZƏL!
10:21 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
10:10 Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
10:00 Ruslan Qurbanov: "Top məndən çıxmışdı"
09:52 Hücumçumuz yenə sevindi
19 Noyabr 2017
22:00 “Ximnastik” İsrafilovsuz qələbə qazandı
21:00 Nazarovla Eratın dueli baş tutmadı
20:45 Tərlan Əhmədov: "Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq"
20:30 "Neftçi" - "Qəbələ" 2:3 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.