Ucuz təyyarə biletləri

"15 yaşında Azərbaycana getdim"

Tarix:  10.11.17 11:11           Yazar:             Oxunub: 322 dəfə

Rusiya çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kseniya Poznak (Koçyiğit) şərəfini qoruduğu "Leninqradka" klubunun rəsmi saytına müsahibə verib. "Rekord.az" xəbər verir ki, Belarus əsilli təcrübəli voleybolçumuz Azərbaycana gəlişindən, kapitanı olduğu Sankt-Peterburq təmsilçinin hazırki vəziyyətin danışıb. 

 

- Bir aydır ki, "Leninqradka"da çıxış edirsiniz. Komandada keçirdiyiniz bu müddəti necə dəyərləndirərsiniz?

- Çox pozitiv. Bura gəlişim, məni necə qarşılamaqları, qızlar və məşqçilər heyəti, elə bu gün də hər şey yaxşıdır. Çox xoşuma gəlir.

- Karyeranızın böyük hissəsini Azərbaycanda keçirmisiniz. Bu ölkənin çempionatı haqqında danışardınız. Belə görünür ki, voleybolun bütün gücü Bakıda toplanıb.

- Bəli, lakin son iki ildə çox şey dəyişib. Ölkə Avropa Oyunlarını keçirdi və görünür bu yarışa maliyyə vəsaiti çox xərclənib. Klublarda sponsor problemləri yarandı. Həmin komandalardasa böyük müqavilələrlə xarici oyunçular çıxış edirdilər. Hazırda 3 komanda qalıb - "Azərreyl", "Azəryol" və "Telekom". Əvvəllər biz həmişə avrokuboklarda iştirak edirdiksə, bu il reqlamnetə görə ölkə birinciliyində ən azı 5-6 klub olmalıdır. Yerli kollektivlərlə yanaşı, əvvəllər Gürcüstandan da komanda dəvət olunurdu. İndi isə səviyyə də, maliyyələşmə də aşağı düşüb.

- "Leninqradka"ya dəvət olunmağınız gözlənilməz oldu?

- İlk danışıqlar avqustda oldu. Lakin həmin vaxt Avropa Çempionatına hazırlaşırdıq və bütün fikrimi buna yönəltmişdim. Yığma komandaya köklənmək qərarına gəldim. Yarışdakı sonuncu oyunumçuzdan sonra menecerim yenidən bu məsələni qaldırdı. Dümək olar bir gün içərisində hər şey həll olundu. Bütün sənədlər hazırlandı və 3 gün sonra mən Sankt-Peterburqa gəldim. Düzünü düsəm, Əvvəllər Rusiya çempionatında oynamaqdan çəkinirdim. Ola bilər soyuqadan qorxurdum, bəlkə də nədənsə istəmirdim. Lakin yaş artdıqca hər şey dəyişir.

- İndi soyuq deyil ? Nəzərə alsaq ki, əslən Belarusdansınız, soyuq sizin üçün ciddi maneə ola bilməz.

- 15 yaşımda evdən getmişəm. Həmin vaxt Azərbaycanın gənclərdən ibarət millisi Baraniviçiyə (Belarus) seçmə mərhələyə gəlmişdi. Mən də həmi zalda məşq keçirdim və topları oyuna daxil etməyə köməklik göstərirdim. Komandanın nümayəndələri məni, hündürboylu gənc qızı gördülər və danışmaq üçün yaxınlaşdırlar. Həmin vaxt Belarus millisinin çox yaxşı heyəti vardı və ora düşəmək çox çətin idi. Düşündüm və dərhal razılaşdım. İdman yüksəlişi üçün çox yaxşı şərtlər və məişət şəraiti təklif etdilər. Valideynlərim isə uzun müddət qərar verə bilmirdilər.   

- 15 yaşında belə ciddi qərar...

- Bəli, hələ 9-cu sinifdə oxuyarkən Azərbaycana getdim. Məktəbi də orada bitirdim və ali məktəbə daxil oldum. Klub təmamilə hər şeylə təmin etmişdi. Orada məni oyunçu kimi yetişdirdilər və buna görə çox minnətdaram. 1-2 il Azərbaycanın gənc millisində çıxış etdim. Əsas komandada mənim mövqeyimdə İnessa Qorxmaz çıxış edirdi. Karyerasını bitirəndə onun yerinə təcili oyunçu lazım idi.

- Sanki həmişə sizin üçün hər şey uğurlu alınıb...

- Bəli, demək olar mən dərhal düzgün qərar vermişəm. Öz doğma ölkəm üçün oynamadığımı heç vaxt hiss etməmişəm. Azərbaycanda mənə hər zaman yaxşı davranıblar, özümü evimdəki kimi hiss etmişəm. Yəqin ki, elə ona görə də, orada kifayət qədər uzun müddət - 15 il yaşadım.

- Bir neçə dəfə Azərbaycan çempionatının ənyaxşı blokçusu seçilmisiniz. Çempionlar Liqasında da ən yaxşı blokçu olmusunuz. Milli komandanın heyətində böyük turnirlərdə qələbələr qazanmısınız...

- Həmin vaxt çempionat güclü deyildi. Millini bütün oyunçuları bir komandada, "Azərreyl"də toplaşmışdı. Hər şey bizim il ərzində bir yerdə məşq keçməyimizə yönəlmişdi. Çempionlar Liqasında oynayırdıq, millidə çıxış edirdik. Qalan vaxtımız isə təlim-məşq toplanışında keçirdi. Yeri gəlmişkən, tez-tez Rusiyaya, Novoqorska gəlirdik. İsveçrəyə "Volero" ilə oynamağa gedirdik, həmçinin Türkiyəyə.

- Nə üçün Azərbaycanda voleybola belə böyük maraq var.

- 2000-ci ildə Azərbaycan prezidenti məşqçimiz Faiq Qarayevi ölkəyə dəvət etdi və ona voleybolun səviyyəsini yüksəltməyi tapşırdı. Məncə, voleybol hazırda ölkədə ən populyar idman növlərindən biridir. Nə futbol. nə həndbol, nə də basketbol. Hökümət tərəfindən böyük dəstək var və xalq da voleybolu sevir. Oyunlarda zal dolu olur. Küçə ilə gedəndə səni tanıyırlar. 

- Qayıdaq Piterə. Baxmayaraq ki, mövsümün başlanmasın çox az zaman qalmış gəldiniz, sizi kapitan təyin etdilər. Sizcə niyə?

- Bu, mənim üçüm gözlənilməz oldu. Cəmi 3 gün idi ki, komandaya qoşulmuşdum. Qızlar təklif etdilər, mən də etiraz etmədim. Mən pozitiv insanam. Dəstəkləməyi, ruhlandırmağı sevirəm, hətta hərdən qışqırmağı da. Çox xoş idi, həm də məsuliyyətli. Lakin bu, heç bir təzyiq yaratmır. Daha da güc verir, özünü yaxşı tərəfdən göstərməyə çalışırsan.

- Çempionatda 4 oyun oynanılıb. Onları necə dəyərləndirərdiniz?

- Ümumilikdə yaxşı. "Dinamo Kazan"la oyun ağır alındı. Bu, Rusiyanın ən güclü komandalarındandır. "Yeniseyi" uda bilərdik, bunu bacaracaq gücdəyik, lakin çox az çatmadı. Ola bilər psixoloji və ya özünə inam az idi. Lakin bizim potensialımız çox böyükdür. Düzü, nəyisə proqnozlaşdırmaq istəmirəm. Vaxt keçdikcə özümüzü daha yaxşı hiss edirik. Oyunumuz daha sürətli olub. İndi hər yerdə, Avropada, bütün dünyada voleybol çox sürətlidir. Sadəcə çox çalışmaq və bu ritmə öyrəşmək lazımdır. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 178 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
Yunis Hüseynovla işləmək istəmədi
Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
"Zirə"yə lazım deyil, qışda göndərilir
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
Hüseyn Məhəmmədov "Kəpəz"də?
"Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
Kərim Diniyevin "Kəpəz"dəki taleyi necə olacaq?
Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır

Xəbər Lenti
22 Noyabr 2017
02:52 "Real" və "Beşiktaş" 1/8 finalda, "Sevilya"dan möhtəşəm geridönüş
21 Noyabr 2017
23:56 “Qarabağ” “Çelsi” ilə matça hazırlığı başa vurdu - FOTOLAR
23:45 Bakı Olimpiya Stadionu “Qarabağ” - “Çelsi” matçına tam hazırdı - FOTO
22:30 "Binə" - "Sabah" 1:1 - VİDEO
21:55 "Şüvəlan" - "Turan Tovuz" 1:0 - VİDEO
21:45 "Qaradağ Lökbatan" - MOİK 2:1 - VİDEO
20:40 Əməkdar məşqçinin xatirəsinə turnir keçirilib
20:32 Bakı klubu avrokuboka qələbə ilə başladı
20:22 “Keşlə” - “Neftçi” matçının hakim təyinatları açıqlandı
20:00 Birinci Divizonda 11-ci turun oyun cədvəli açıqlandı
19:41 Millimizin toplanış üçün heyəti açıqlandı
19:32 Antonio Konte: “Qarabağ”la cavab matçında çox diqqətli olmalıyıq”
19:21 “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı
19:10 Tibo Kurtua: “Qarabağ”a erkən qol vurub, təzyiq altında saxlamalıyıq”
19:00 “Çelsi” Bakıda məşq etdi - FOTOLAR
18:40 Əliyar Ağayev “Beşiktaş”ın məğlubiyyətini qeydə aldı
18:21 Liderdən növbəti qələbə, çempion yenə uduzdu
18:00 Millidən göndərilən məşqçilər işsiz qaldı
17:41 Yunis Hüseynov “Kəpəz”i ilk məşqə çıxardı
17:20 “Kəpəz” Yunis Hüseynovu təqdim etdi
17:00 "Kəpəz"in yeni icraçı direktoru: sabiq televiziyaçı, komandir və deputatlığa namizəd - FOTOLAR
16:41 Millimiz Kosovoya məğlub oldu
16:21 9-cu turun oyun cədvəli açıqlandı
16:00 Millimizin üzvü reytinqdə 14-cüdü
15:46 Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda
15:22 Olimpiya Stadionundan azarkeşlərə müraciət
15:00 "Zirə"yə lazım deyil, qışda göndərilir
14:40 “Payız turniri” keçiriləcək
14:21 Monroz "Diqqət Mərkəzində" - VİDEO
14:05 Dino Ndlovu: “Təzyiq altında olan biz yox, “Çelsi”di”
14:00 Qurban Qurbanov: “Nə qədər desək ki, Avropa səviyyəsinə çatmışıq, yalan olar”
13:42 Tahir Gözəl: "Çelsi”yə ilk oyundakı böyükhesablı məğlubiyyəti kənara qoyaq"
13:21 “Qarabağ” – “Çelsi” matçında türkiyəli hakimlər
13:00 Tahir Süleymanov: "Futbol adamları bir-birlərini ittiham etməklə məşğuldur"
12:40 “Traktorsazi” darmadağın oldu
12:21 Vüqar qol vursa da, komandası elitaya yüksələ bilmədi
12:00 Kərim Diniyevin "Kəpəz"dəki taleyi necə olacaq?
11:40 Mövsümün əvvəlində qovulmuşdu, yenidən Super Liqa klubuna qayıtdı
11:29 Millimizin üzvü bu dəfə məyus oldu
11:21 Rauf Əliyev oynadı, “Kukesi” evdə uduzdu
11:00 Nizami Hacıyevin "Neftçi"yə gəlişi kimi narahat edir?
10:30 Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu
10:00 Qurban Qurbanov Aslan Kərimovu özünə köməkçi götürməkdən imtina etdi
09:32 Komandamızın taleyi gürcüstanlıya tapşırıldı
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.