Ucuz təyyarə biletləri

“Xudafərin”in kapitanı: “Cəbrayılda qonaq komanda çay içəndə hesabını yerli camaat ödəyərdi”

Tarix:  12.11.17 20:11           Yazar:  Rekord.az           Oxunub: 501 dəfə

İşğal altında olan bölgələrimizin futbol tarixindən və bu günündən bəhs edən layihəmiz çərçivəsində Cəbrayıl futboluna həsr olunan yazının ikinci hissəsini sizə təqdim edirik. Həmsöhbətimiz bir vaxtlar “Xudafərin”nin kapitan sarğısını daşımış Adil Abdıyevdi. Qeyd edək ki, Abdıyev rayonda kifayət qədər tanınan və nüfuza malik olan şəxsdir. Belə ki,  Qarabağ döyüşlərində də iştirak etmiş və doğma rayonun müdafiəsinə qalxımış Abdıyev sonradan uzun müddət Cəbrayıl Rayon Polis İdarəsində rəis müavini postunda çalışmışdı. Abdıyevlə söhbətə rayonun futbol ənənələrindən başladıq.

 

 

 

“Kərəm Əliyevi ən güclü futbolçu saymışam”

“Bizim rayon futbol ənənəsi olan rayondu. 70-ci illərdə rayonda güclü uşaq komandası var idi. Hansı ki,  SSRİ vaxtı keçirilən “Sevinc kuboku”nda iştirak edirdik. Mən özüm də həmin turnirin iştirakçısı olmuşam. 1980-cı ildə “Qızıl sünbülçük” turniri keçirilirdi və biz həmin turnirin qalibi adını qazanmışdıq. Çətin turnir olmuşdu. Çempion olmaq üçün zona yarışları da daxil olmaqla bir neçə mərhələ keçdik. Final mərhələ Qaxda baş tutdu və qalib adını biz qazandıq. Bununla da Ukraynanın Nikopol şəhərindəki ümumittifaq turnirinə getmək hüququ qazandıq. Həmin turnirdə isə 4-cü yeri tutmuşduq. Geri qayıtdıqdan bir müddət sonra mən hərbi xidmətə yollandım. Cəbrayılda istedadlı uşaqlar çox idi. Bizim rayondan bir çox tanınmış futbolçu, futbol adamı çıxıb. Rauf Qasımov, Kərəm Əliyev, Sərdar Abdullayev, Vəli Hüseynov, Əli Abuzərov, Yaşar Abuzərov? Xaqani Məmmədov, Ramiz Abdullayev, Misir Əbilovun adlarını çəkmək olar. Mənə görə ən güclü futbolçu Kərəm Əliyev olub. Çox istedadlı futbolçu idi.  Oyununa görə Kirovabadın “Dinamo” komandası onu öz heyətinə cəlb etmişdi. “Dinamo” da SSRİ vaxtı “Neftçi”dən sonra ölkənin ən güclü komandası idi. Daha sonra Əliyevi “Neftçi”nin əvəzedici komandasına dəvət etdilər və ordan əsas komandaya yüksəlmək şansı var idi. Təəsüf ki, aldığı ağır zədə hər şeyi alt-üst etdi və futbolçu karyerasını erkən başa vurdu. Maraq üçün deyim ki, sonralar Əliyev Cəbrayılın icra başçısı postunu da tutub. Ondan başqa Sərdar Abdullayevi də xüsusi qeyd edərdim. SSRİ-nin yeniyetmələrdən ibarət millisinə də dəvət almışdı. “Neftçi”nin əvəzedici komandasına da cəlb olunmuşdu. Lakin zədə ona da daha parlaq karyera qurmağa imkan vermədi”.

 

 

 

“İmarət”lə rəqabət aparacaq stadionumuz var idi”

Söhbət zamanı Cəbrayıl stadionu haqda da soruşmaya bilməzdik. Çünki sözügedən arena Qarabağ zonasında ad çıxarmışdı və bir çox üstünlükləri var idi. Adil bəy stadionunun tikintisi və orada olan oyunlar haqda  xatirələrini bölüşdü: “Cəbrayıl stadionu 1985-ci ildə tikilməyə başladı. Ona qədər rayonda stadion yox idi. Dəyirman dərəsi adlanan yerdə torpaq meydança var idi və yarışlar orada keçirilirdi. Orda istəsən də tribuna tikmək qəliz məsələ idi. Hər iki tərəf dərə idi. Bir də internat məktəbinin stadionu var idi Rauf Qasımov azyaşlı uşaqları orda hazırlaşdırırdı. Rayonda stadiona böyük ehtiyac var idi. Çünki futbola maraq böyük idi. İstedadlı uşaqlar da çox idi və sanki özləri özlərinə yetişirdi. Odur ki, 1985-ci ildə stadionun tikintisi ilə bağlı qərar qəbul olundu. Təşəbbüs isə o vaxt rayonun birinci katibi olan Fikrət Vəlixanovdan gəldi. Stadionun tikintisi iki il çəkdi və 1987-ci ildə təhvil verildi. Layihəni yerli memarlar vermişdi. İşə rəhbərlik isə Şamil Bağırova tapşırılmışdı. Əminliklə deyərdim ki, Cəbrayıl stadionu o dövr üçün kifayət qədər müasir stadion idi. Qarabağ zonasında ən yaxşı iki stadiondan biri sayılırdı. “İmarət”lə rəqabət aparacaq stadion idi. Ot örtüyü təbii örtüklü idi. Onu da deyim ki, qazonun toxumu Hollandiyadan gətirilmişdi. Əvvəl Bakıya gətirdilər, ordan da Cəbrayıla. Öncə torpaq töküldü, sonra toxum səpildi. Qazon ideal idi. Həm məşqlərimizi, həm də ev oyunlarımızı orda oynayırdıq. Stadionun tutumu təxminən 6-7 min nəfərliik idi. İki tərəfli tribuna var idi. Bundan başqa, stadion ərazidində qapaılı idman zalı, yeməkxana, mehmanxana da tikilmişdi ki, bu cür şərait hər stadionda yox idi. Duşxana, soyujnub-geyinmə otaqları da yüksək səviyyədə idi. Hətta tablo da var idi. Açılıış oyununda rayon mərkəzinin komandası ilə kəndlər yığması üz-üzə gəlmişdi. 1987-ci ildən etibarən isə rayonu Azərbaycan çempionatının I Dəstəsində təmsil edən “Xudafərin” də ev oyunlarını yeni stadionda keçirməyə başladı”.

 

 

 

“Camaat çayxanalarda oturub oyun saatını gözləyirdi”

 

Daha sonra rayondakı futbol ab-havasını, oyunlar zamanı yaşanan ajiotajı da müzakirə etdik. Bu zaman söhbətə uzun illər “Xudafərin” azarkeşi olmuş rayon sakini Ramiz Sadıqov da qoşuldu. Maraq üçün deyək ki, Sadıqov həm də Abdıyevin bibisi oğludur.

“Bizim rayon həqiqətən də futbolsevər rayon olub. Mən özüm “Xudafərin”nin Cəbrayıldakı bütün oyunlarını izləyirdim. Oyun günü rayonda böyük ajiotaj olurdu. Həftənin əvvəllərində müxtəlif yerlərdə afişalar vurulurdu. Oyun günü səhərdən hamı çayxanalara yığışardı və oyun saatına kimi matçın müzakirəsi gedirdi. Oyun saatı yaxınlaşnda hamı stadiona axışırdı. Giriş pulsuz idi. Oyun zamanı stadionda boş yer tapmaq mümkün deyildi və tribunalar ağzına qədər dolu olardı. Təbii ki, komanda da öz oyunu ilə bu marağı yaratmışdı. Rauf  Qasımov mənim yaxın dostumdur. Cəbrayıldan çıxan əksər futbolçuları o yetişdirib. Onun dövründə “Xudafərin” çox güclü idi. Mənim yadıma gəlir, stadinda rəsmi səviyyədə ilk oyunda Şamaxının “Şirvan” komandasını qəbul edirdik. “Şirvan” da o dövr Azərbaycanın güclü komandalarından hesab olunurdu və baş məşqçiləri də məşhur Əli Əbilzadə idi. Həmin oyunda hesab açılmadı və biz buna çox təəssüfləndik. Çünki rəqibdən üstün oynamışdıq. Yadımdadı, oyundan sonra Əbilzadə yaxşı mənada şokda idi ki, Cəbrayılda bu cür komanda var. “Xudafərin”in oyunu haqda da xoş sözlər demişdi”.

 

 

 

“Cəbrayılda bizdən nəinki xal almaq, qol vurmaq da çətin idi”

Abdıyevlə söhbətimizə davam edirik. Toxunduğumuz növbəti məqam “Xudafərin”in oyunları, nəticələri ilə bağlı oldu. Eyni zamanda komandanın şəraiti, maliyyə durumu və digər mövzular haqda da sabiq kapitandan soruşduq. Adil bəyin sözlərinə görə, hər şey yüksək səviyyədə olub: “Komandamızda maddi baxımdan heç vaxt problem olmayıb. Heyətdə cəbrayıllı uşaqlardan başqa 5 nəfər də sumqayıtlı oynayırdı. Rauf müəllim onları tapıb komandaya gətirmişdi. İndi özünüz fikirləşin də əgər bu qədər futbolçu Sumqayıtdan gəlib Cəbrayılda oynamağa razılıq verirdisə, demək ki, yaxşı pul alırdılar ki, buna razılıq vermişdilər. Ümumiyyətlə, komanda belə maliyyələşirdi: rayon rəhbərliyi ayrı-ayrı idarə və müəssisələrə tapşırırdı və onların da hər biri müəyyən xərcləri qarşılayırdı. Hərə maaşını bir idarədən alırdı. Bundan başqa, hər qələbəyə görə də mükafat verilirdi. Komanda üçün xüsusi avtobus ayırılmışdı və hər oyuna bizi aparıb gətirirdi. Yaxın rayonlara oyun günü gedirdik. Nisbətən uzaq oyunlara isə bir gün öncədən gedirdik. Komandanın geyim dəstlərini, top və inventarları rayon idman komitəsi alırdı. Evdə keçirdiyimiz əksər oyunlarda rəqiblərə 3-4 top vururduqı. Cəbrayılda bizdən nəinki xal almaq, qol vurmaq da çətin idi. Ən yüksək nəticəmiz Azərbaycan çempionatının I Dəstəsində 4-cü yeri tutmağımız oldu. O vaxt çempionatda çox komanda mübarizə aparırdı və güclü komandaların  sayı da kifayət qədər idi: “Metalist” (Bakı), “Azəri” (Bakı), “Şirvan” (Şamaxı), “Aran” (Ağcabədi), “Göyəzən” (Qazax), “Avey” (Ağstafa), “Şahdağ” (Quba) və s.”

 

Bu zaman söhbətə müdaxilə edən Ramiz Sadıqov maraqlı bir məqama da toxundu: “Mənim rəhmətlik atam da futbol azarkeşi idi və “Xudafərin”in oyunlarına gedirdi. Komandanın da aparıcı futbolçularından biri Kərəm Əliyev idi. Atam həmişə Kərəmə deyirdi ki, qol vur, sənin mükafatın mənlikdi. Həqiqətən də Kərəm Əliyev qol vuranda komandanın mükafatından əlavə atam da ona söz verdiyi mükafatı verirdi”.

 

 

 

“Qonaq komanda çay içəndə hesabını rayon camaatı ödəyirdi”

 

Məlum məsələdir ki, rayon yerlərində oyun idarə etmək hər zaman çətin olurdu. İstər qonaq komanda, istərsə də hakimlər böyük təzyiq altında olurdu. Xüsuilə də Qarabağ zonasında döyüşlər gedən vaxtlarda futbol oynamaq ikiqat çətin idi. Hətta Cəbrayılda qonaq qismində oynamış bəzi futbolçular var ki, oyunlar zamanı tribunalarda əli avtomatlı əsgərlərin də olduğunu danışırlar. Lakin Abdıyev Cəbrayılda belə halın mümkünsüzlüyünü deyir: “Bizim rayonda heç vaxt nə hakimlərə, nə də qonaq komandaya təzyiq olmayıb. Birincisi, oyunları rayonun birinci katibi, eləcə də polis rəisi və prokror da izləyirdi. Ona görə mühafizə yüksək səviyyədə təşkil olunurdu. Əli avtomatlı əsgərlərə gəlincə bu, müharibə dövrünə təsadüf edə bilər. Döyüş bölgələrində normal hadisə idi. İkincisi, Cəbrayıl camaatı özü də çox qonaqpərvər camaat olub. Hətta qonaq komandalar oyundan qabaq hansısa məkanda oturub çay içəndə onun hesabını yerli camaat ödəyirdi. Əgər hakim bizim əlehimizə haqlı qərar verirdisə, bizim azarkeşlər o qərarı alqışlayırdı”.

Hakimlikdən söz düşmüşkən bu yaxınlarda saytların birində tanınmış hakimimiz Tahir Süleymanovun Cəbrayıl futbolu və bu rayonda idarə etdiyi oyunlar haqda xatirələri yer almışdı. Süleymanov da Cəbrayılda heç bir neqativ halla üzləşmədiyini bildirmişdi. Elə Abdıyev də Süleymanov haqda müsbət fikirlər söylədi: “Bəli, Tahir Süleymanov Cəbrayılda bir sıra oyunlar idarə edib və deyim ki, bütün oyunları da yüksək səviyyədə idarə edib. Çox ədalətli insan idi. Ümumiyyətlə, Tahir Süleymanov kimi ədalətli hakim heç indi də görmürəm”.

Həmsöhbətimiz bildirdi ki, “Xudafərin” 1992-ci ilə qədər fəaliyyət göstərib. 1992-ci ildə artıq müharibənin şiddətli vaxtları idi və artıq rayonda futbol oynamaq mümkün deyildi. Ona görə də komanda fəaliyyətini dayandırdı. Əksər futbolçular isə silaha sarılıb rayonun müdafiəsinə yollandı. Müharibədən sonra isə heç kim karyerasını bərpa etmədi və çoxu elə hərbi sahədə çalışmağa başladı.

 

 

 

“Cocuq Mərcanlıda stadion da tikmək olar, futbol komandası da yaratmaq olar”

Abdıyev gec-tez Cəbrayılda yenidən futbolun bərpa olunacağına inanır. İndiki halda isə Cocuq Mərcanlıda da bunun mümkünlüyünü bildirir: “Şübhəsiz, inanırıq ki, ən yaxın zamanda Cəbrayıl və digər işğal altında olan rayonlarımız işğaldan azad olunacaq və hamımız doğma yurd-yuvamıza qayıdacağıq. Həmin vaxt rayonda futbol yenidən bərpa olunacaq. Bu gün isə Cocuq Mərcanlıda da bunu etmək olar. Bildiyiniz kimi, dövlətimizin dəstəyi ilə həmin kənd yenidən qurulur. 50 yaşayış evi istifadəyə verildi və daha yüzünün tikintisi gedir. Düşünürəm ki, orada stadion da tikmək olar, futbol komandası da yaratmaq olar. Əgər orda məktəb, baxça tikilirsə demək ki, təhlükəsizlik tam təmin olunub”.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Hüseyn Məhəmmədov "Kəpəz"də?
Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
“Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

Xəbər Lenti
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
16:00 Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
15:40 Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda
15:22 Millimiz Gürcüstana qalib gəldi
15:00 Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır
14:48 “A” seriyasında 5000 qol vuran ilk klub
14:34 “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı
14:22 Dadaşov dubl etdi, komandası qalib gəldi
14:00 Hüseyn Məhəmmədov "Kəpəz"də?
13:40 Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”
13:22 “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu
13:00 Yunis Hüseynovla işləmək istəmədi
12:42 Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu
12:20 Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü
12:00 FIFA prezidenti Bakıya gəlir
11:41 Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu
11:20 Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi
11:00 "Keşlə" niyə projektor işığında oynamır? - ÖZƏL!
10:21 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
10:10 Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
10:00 Ruslan Qurbanov: "Top məndən çıxmışdı"
09:52 Hücumçumuz yenə sevindi
19 Noyabr 2017
22:00 “Ximnastik” İsrafilovsuz qələbə qazandı
21:00 Nazarovla Eratın dueli baş tutmadı
20:45 Tərlan Əhmədov: "Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq"
20:30 "Neftçi" - "Qəbələ" 2:3 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.