Ucuz təyyarə biletləri

Elnur Cəfərovu tanıyırsızmı?

Tarix:  12.11.17 13:11           Yazar:  Sənan Abdullayev           Oxunub: 2327 dəfə

Natiq Qasımovu tanıyırsızmı? 1992-ci ildə - 21 yaşında Ağdamda Azərbaycan bayrağı asılı Alban kilsəsində təkbaşına 5 gün, ac-susuz ermənilərə qarşı döyüşüb. Təslim olmadığını görən dığalar, 22 Xocalı sakinini gözü önündə güllələyəcəyini deyiblər. Bunu mənliyinə sığışdırmayan Natiq Azərbaycan bayrağını özüylə götürüb təslim olub. Azərbaycan bayrağı, bu gün də yaşayan 22 xocalılı, 5 gün ac-susuz qalan Natiq. Elnur Cəfərov 5 gün ac qala bilərmi?


Elnur Cəfərovu tanıyırsızmı? Bu “Xəzər Lənkəran”ın ümidi o Cəfərovdu ki, “bir vaxtlar heç vaxt “Neftçi”də oynamaram deyirdi”. Bu gün hardadı sizcə? Bilirsizsə, acı-acı gülürsüz. 


Hüseyn Cəbrayıloğlunu tanıyırsız? Azərbaycanın zabiti olub. Murovdağda qulluq edib. Dağda, soyuqda, uçqunun ağzının içində. Həmkarımdı. Böyükağa Hacıyevə “Razıyam “Xəzər Lənkəran” dağılsın, amma “Neftçi”yə uduzmasın” deyən adamdı. Bu gün Tahir Süleymanov demişkən, İbrahimlər, Mahsunlar, Elşənlər, Elnurlar qolu bir kənara qoy, ötürmə verəndə belə hər yanı “dağıdır” ki, bu “xəzər”lidir. Onun dumandan görünməyən meydançada “Neftçi”yə vurulan qoldan sonra üzündəki sevinci görmüsüzmü? Mən görmüşəm, Elnur Cəfərov görübmü? Elnur Cəfərovu tanıyırsızmı? İndi “Neftçi”də oynayır, qol vurmağa çalışır “Neftçi” adına. Görəsən, bundan sonra Hüseynin üzünü görübmü? 


Yaşar Vahabzadəni tanıyırsızmı? Ömrünün yarısını məşqçi kimi milli komandalarımızda keçirib axırda 21 yaşlıların baş məşqçisi olmuşdu. Qovdular. Almaniyaya 0:7 uduzandan sonra deyib ki, “məşqçidə günah görmürəm”. Gördüyü bu gün quyruğu qapı arasında olan “böyük adam”ın “zakaz”ıyla milliyə “bayraqsızlar”ı yığmaq olub. Hə, bir də haqqını yeməyək, İslam Oyunlarını qazanıb. Azad Kərimov və Elnur Cəfərovla birgə. Elnur Cəfərovu tanıyırsızmı? Birləşib jurnalisti döymək istəyən “trio”nun üzvüdü. Bəxti gətirib. Həmkarımı deyirəm. Elnurun ayağı güclüdü axı. 

Hacı İlqarı tanıyırsızmı? Qarabağ qazisidi. Bədəni qəlpələrlə doludu. Futbolun, Azərbaycanın, millinin fanatıdı. Azərbaycan Polşaya 0:8 uduzandan sonra üstünə təcili tibbi yardım çağırıblar. Ölürmüş əməlli-başlı. İndiyədək Aslan Kərimova nifrət edir. Deyir “o rəzalətdən sonra Aslanı küçədə gülərək gəzən görmüşdüm”.  0:8, aşağılanan Azərbaycan bayrağı, gülən üz. Hacını qınamaq olmur. Görəsən, o Elnur Cəfərovu tanıyırmı? Elnur müharibəsiz şəraitdə, beşulduzlu otellərdə, kef-damaqda gəzən, ən əsası 21-ci əsrdə Almaniyaya 0:7 uduzan millinin əsas üzvüdür. Oyun bitəndən bir gün sonra yeni “inomarka”sının şəklini paylaşıb. Özü ağılda komanda yoldaşları da gülüş, ürək, aşk mesajları veriblər. 


Milli 0:7 bayraq günündə uduzmuşdu. O bayraq ki, Alban kilsəsində asılmışdı. O bayraq ki, Murovdağda, Hacının yaralarının üzərində var. Hə, bir də “inomarkalı”, gülüşcüklərlə dolu dostları olan, keçmiş “xəzər lənkəran”lı Elnur Cəfərovun geydiyi, əzilən milli formada. 


Elnur Cəfərovları tanıyırsızmı?  

 

Şərhlər
Sumqayit
axir ki menim ureyimden kecenleri yazan tapildi. 0-7 shoku hele cox su aparacaq
Şahin Kərimov
Sənan bəy Azərbaycan futbolunu faciəsi Elnurla bitirmi ki ???
Ocaqov
Senan bey siz "Qarabag" fk-dan belke yazasiz,o klubdan ki,Azersunun pulu ile dagilan "Baki"dan Medetovu ele kechirib,en yuksek odenishli(Azerbaycan uchun) legionerlere malikdi,ozu duz-emelli oyunchu yetishdirmeyib,butun imtiyazlar guya siyaset adina o kluba verilib ve s.Niye yazmirsiz ki,"Qarabag" U-21-e niye futbolchu vere bilmir,axi "boyuk" klubdu,Avropani feth edir? Sizinkimileri yandiran "Neftchi"nin dirchelmesidir,Elnur da buna gore hedef olub,camaat choreyi qulagina-burnuna yemir,deletant!
Ağasəid
Sənan hərkimsənsə çox bekarsan. Adamın çəkdiyi əziyyəti 2 gün çəksən dilin sürünər yerə. Elnurun yeni inomarkası falan yoxdu. Bəsdirin arvad qeybəti rtməkdən. Azərbaycan pna görə bungündədir ki kişilərimiz qadınları vurub keçiblər qeybət torba tikənlikdə. Milli qoı buraxırsa bura Elnuru qatmağ lazım deyil. Hər kəsin gəzdiyi takıldığı ijsanlar var. Səb jurnalistlərlə o futbolçularla birgədir. Müharibəyə qalanda ki guya özün müharibə görmüsən? Ağdərənin talış kəndini görmüsən heç olmasa? Və ön cəbhədə olmusan heç? Adam millidə daha çox xeyir verir niyə müharibəni qatırsız ortaya? Uşağlığınnan o futbolnan məşquldu və həyatını daha yaxşı etməyə çalışır. Qınamıyın əksinə dəstək olmalısız və borcunuzdu.
Zəfər Lerikli
Elnura qarşı təxribat hazırlayanlar subut edə bilərmi ki,həmin paylaşmada Elnur öz yenicə almış maşını ilə kiməsə acığ vermək istəyir?-Ya da həmin maşın Elnura aiddir?.Millinin böyukhesalı məğlubiyyəti tək bir oyunçunun adına yazılması hardan baxırsansa səhf addımdır.Hüseyn bəyin adının hallandırılması isə bu yazıya dırnaqarası rəng qatmaqdır. Bu yazı həqiqəti əks etdirmir.Futbolçunun işi hər bir klubun şərəfini peşəkarcasına qorumaqdır.Qeyri-peşəkar yazı ilə təxribat yaratmaq yaxşı heç nə vəd etmir.Elnur futbolla dunyaya gəlib və futbollada yaşayan futbolçudur.Gəlin millinin məğlubiyyətini başqa yerdə axtaraq...
rəhman
bir onu biliremki elnur çox nankor uşağdı ve bir gün onun gözün tutacağ ve burnundan gelecy bır şey olacağ, niyesinde özü hamıdan yaxşi bilir.
Şahin Kərimov
Sənan bəy Azərbaycan futbolunu faciəsi Elnurla bitirmi ki ??? Siz bir jurnalist kimi uzun müddət ,,Futbol Saatı" verlişini apardınız , birdəfədə olsun ya Rövnəq Abdullayevi, ya Elxan Məmmədovu, ya İcrai Komitəsini tənqid etdinmizmi?Sözsüz ki, gözəl verliş idi hər şeyi mütailə edirdiniz.Hec vaxt Azərbaycan futbolunun problemindən danışmamısınız,cünki işinizin itirilməsindən qorxurdunuz.Bəlkədə ürəyinizdən kecərdi haqqı deməyə ancaq Sizi hansı taleh gözlədiyinizi cox gözəl bilirdiniz. Bu məqaləni yazdınız hansısa problemi həll etdinizmi? Mən hec Elnuru bir insan kimi tanımıram və etdiyi hərəkətə haqq qazandırmıram. Bu gün Ölkədə kimsə etdiyi hərəkətin məsuliyətini daşıyırmı?
Fikrət
Sizi düz əməlli jurnalist bilirdim... Hər şeyi başa düşürəm. Bir bu məğlubiyyətdən sonra maşınla şəkil paylaşmağın niyə günah olduğunu başa düşmürəm ki, düşmürəm.
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Millimizin sabiq üzvləri "Şərurspor"da- ÖZƏL!
Rusiya çempionatının autsayderi "Neftçi"nin daşını-daş üstünə qoymadı: 1:8!
"Neftçi" Mərakeş millisinin üzvünü baxışa çağırdı
U-21 millimiz özlərindən kiçiklərə uduzub - FOTO
Ərəblər "Qarabağ"ın liderinə 500 min avro təklif edir
Cəmil Həsənli: “Xalq Cümhuriyyəti yıxılmasaydı, futbola da imzamızı ata bilərdik“ - MÜSAHİBƏ
“Kəpəz” Rumıniya çempionu ilə heç-heçəyə razılaşdı
Avrokuboklardan "Kəpəz" yox, AFFA imtina edib
Millimiz Albaniyaya məğlub oldu
“Qaradağ Lökbatan”dan “Sabah” üzərində qələbə

Xəbər Lenti
23 Yanvar 2018
15:40 Millimizin üzvləri cüdonun yeni qaydaları ilə məlumatlandırıldı
15:21 Güləş Federasiyasında daha bir yeni təyinat
15:00 “Turan Tovuz” yenə Premyer Liqaya buraxılmayacaq
14:40 Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlandı
14:35 Bakı klubu daha bir legioneri heyətinə qatıb
14:21 Fərid Cəlalov: ""Olimpiakos" güclü olsa da, məğlubedilməz deyil"
14:21 Çinli futbolçuya görə "Yuventus"dan 15 milyon avro istəyirlər
14:00 "Qarabağ" Xorvatiya çempionatında oynayan futbolçuya təklif göndərdi
13:45 "İnter" "Barselona"nın futbolçusunu transfer etdi
13:23 Novruz Məmmədovla Tanrıverdi Məhərrəmli "Xəzər"in toplanışından danışdılar
13:00 Latviyalı qapıçının "Qəbələ"yə keçidi baş tutmaya bilər
12:47 "Mançester Siti"də yeni müqavilə
12:22 DÇ-2018-də videotəkrara qərar verildi
12:05 "Neftçi" biabırçı məğlubiyyətlə bağlı xəbərləri silmələrinə aydınlıq gətirdi
12:00 Ərəblər "Qarabağ"ın liderinə 500 min avro təklif edir
11:40 Tərlan Əhmədov: “Belə şey yüz ildə bir dəfə olur”
11:22 "Qalatasaray" səfərdə qələbə qazandı
11:00 Avrokuboklardan "Kəpəz" yox, AFFA imtina edib
10:30 Ziya Əzizov “Alkmaar”la oyunda ehtiyatda
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:45 "Neftçi" 8 topu belə buraxdı - VİDEO
00:52 “Qəbələ”: öncə zalda, sonra meydanda
00:47 “Qarabağ”a yağış da mane ola bilmədi
22 Yanvar 2018
23:00 “Sumqayıt” ilk günü fitness zalında tamamladı - VİDEO
21:30 Millimiz Antalyada ilk məşqə çıxdı - FOTOLAR
21:00 “Qaradağ Lökbatan”dan “Sabah” üzərində qələbə
20:30 Millimizdə baş məşqçi dəyişikliyi
20:00 “Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbaxça”nın düşərgəsində
19:41 “Kəpəz”in rumınlarla heç-heçəsi - VİDEO
19:25 Rusiya çempionatının autsayderi "Neftçi"nin daşını-daş üstünə qoymadı: 1:8!
19:21 "Kəpəz" - "Vitorul" 1:1 - FOTOLAR
19:00 Dünya Çempionatının kuboku Bakıya gətiriləcək
18:40 “Səbail” daha bir futbolçu ilə vidalaşdı
18:21 “Zirə” Antalyada ilk məşqə çıxdı
17:40 Azərbaycan - Kosovo matçının vaxtı açıqlandı
17:21 “Sumqayıt”ın Türkiyədə ilk məşqi - VİDEO
17:00 U-21 millimiz özlərindən kiçiklərə uduzub - FOTO
16:46 Bugünkü matçlara necə baxmaq olar? - AFİŞA
16:23 "Keşlə" bu gün Türkiyəyə yola düşür
15:41 “Sumqayıt” Antalyada ilk məşqə çıxdı
15:21 “Kəpəz” Rumıniya çempionu ilə heç-heçəyə razılaşdı
15:15 2018-ci ilin təqvimi
15:14 Millimizin üzvü Fransada quru hesablı qələbə qazanıb
15:00 Millimizin sabiq üzvləri "Şərurspor"da- ÖZƏL!
14:41 “Kəpəz” Divizion klubuna uduzdu
14:21 Neftçinin yeni transferi: “O vaxtdan ləqəbim "Qato”du” - VİDEO
14:04 I Liqa yarışları start götürüb
14:00 Cəmil Həsənli: “Xalq Cümhuriyyəti yıxılmasaydı, futbola da imzamızı ata bilərdik“ - MÜSAHİBƏ
13:40 Səbailin legioneri: “Onlardan həmişə dəstək gözləyirik”
13:21 Azərbaycan - İran: Hakim təyinatları açıqlandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.