Ucuz təyyarə biletləri

İki uğursuz cəhd və ümid dolu Cocuq Mərcanlı - YAZI

Tarix:  17.11.17 18:11           Yazar:  Rekord.az           Oxunub: 291 dəfə

Rekord.az olaraq, məcburi köçkün həyatı yaşayan bölgələrimizin futbol həyatından bəhs edən layihəmiz çərçivəsində Cəbrayəl futbolundan bəhs edən sonuncu yazımızı sizə təqdim edirik.  Bundan əvvəlki yazılarımızda rayonun futbol həyatının işğala qədər olan dövrü haqda size məlumatlandırmışdıq. Sonuncu yazımız isə işğaldan sonrakı dövrə təsadüf edir.

 

 

Uğursuz ilk cəhd
Qeyd olunduğu kimi, rayon işğal olunandan sonra onun futbol həyatı da tamamilə məhv oldu. Əhali yerindən, yurdundan didərgin düşdü, futbolçuların çoxu əlinə silah alıb döyüşlərə qoşuldu.  Bir sözlə, hansısa futboldan, komandadan danışmaq qeyri-mümkün idi. Çadırlarda, köhnə vaqonlarda yaşayan əhaliyə futbol yox, ərzaq, geyim lazım idi. Bu durğunluq 7-8 il çəkdi. Nəhayət 2001-ci ildə bir qrup cəbrayıllı futbolsevər yenidən “Xudafərin”i  bərpa etmək qərarına gəldi. Bunun üçün ilkin işlərə start verildi, komanda üçün heyət yığılmağa başladı. Komanda məcburi köçkün həyatı yaşadığından bu işə Bakıda start verildi. Heyətə cəlb olunan futbolçular arasında da məcburi köçkünlərlə bərabər şəhərlilər də var idi. Komanda Tofiq Bəhramov adına stadionun arxasındakı parkda məşqlərə başladı. Bilməyənlər üçün deyək ki, təmirdən qabaq əksər komandalar qış hazırlığının fiziki hazırlığını məhz həmin parkda keçirdi. Tablonun altında yerləşən meydançada isə toplu çalışmalar aparılırdı. Yenidən bərpanın və hazırlıqların məqsədi isə 2001-02-ci il futbol mövsümündə I Dəstədə çıxış etmək idi.  Yəni hər şey buna hesablanmışdı. Təbii ki, maddi durum çox pis idi və komandanın sponsor yox idi. Sadəcə, komandanı bərpa edən insanlar ümid edirdilər ki, çempionat başlayana qədər sponsor da taparlar. Hətta baş məşqçi postuna hələ rayondan hər kəsə tanış olan tanınmış məşqçi Rauf Qasımov dəvət olunmuşdu. Sponsor axtarışları isə davam edirdi. Lakin təəssüf ki, bərpanın ilk cəhdi uğursuz alındı. Komanda çempionatın startına kimi hazırlıqlarını davam etdirdi, yoxlama görüşlərində qüvvəsini sınadı. Son ana qədər ümid var idi ki, sponsor tapılacaq. Çünki çempionatda iştirak üçün tələb olunan rüsum var idi ki, onu mütləq ödəmək lazım idi. Ödəməyən komandanı çempionata buraxmırdılar. Cəbrayıl təmsilçisi AFFA-dan da güzəşt gözləyirdi. Məhz bu səbəbdən komandanın nümayəndələri püşkatma mərasiminə də yollanmışdı. Ümid edirdilər ki, son anda bəlkə AFFA insafa gələ. Amma təəssüf ki, federasiya köçkün komandaya güzəştə getmədi.  Bununla da komandanın I Dəstədə iştirakı baş tutmadı. Bu arada maraqlı bir məqamı da sizin nəzərinizə çatdıraq. Əslində “Xudafərin”nin I Dəstədə oynaması mümkün idi. Çünki iki komanda, Sumqayıt “Xəzər”i  və “Bakılı” “Xudafərin”nin yerinə rüsumu ödəməyə hazır idi. “Bakılı”nın cəbrayıllı prezidenti Misir Əbilovla “Xəzər”in prezidenti Fəxrəddin Mürvətov cəbrayıllılara kömək etmək üçün hazır olduqlarını bildirdilər. Lakin “Xudafərin” rəhbərliyi bu təklifi qəbul etmədi.  Çünki sabah meydançaya çıxıb onların yerinə rüsum ödəmiş komandaya qarşı mübarizə aparmağı, onlardan xal alıb büdrətməyi özlərinə sığışdırmadılar. 

 

 

Uğursuz ikindi cəhd


“Xudafərin”in bərpasına ikinci cəhd bir də 2015-ci ildə cəhd göstərildi. Növbəti təşəbbüs  Eldəniz Həşimovdan gəldi.  O, klub prezidenti kimi işə başladı, komanda topladı və baş məşqçi postunu da sabiq futbolçu, bir vaxtlar “Neftqaz”da oynamış Oruc Balakişiyevə həvalə etdi. Ən qısa zamanda I Divizionda iştirak üçün lazım olan sənədlər də toplanaraq PFL-ə təqdim olundu. Həşimovun hədəfləri də yetərincə ciddi idi. Belə ki, uzun müddət Almaniyada yaşamış bu şəxsin həmin ölkə ilə yaxşı əlaqələri var idi. Gələcəkdə həmin ölkədən “Xudafərin”ə sponsorların cəlb olunması, ordan futbolçu transferi də planda var idi. İlkin mərhələdə isə komanda Masazır qəsəbəsindəki “Əlincə” stadionu ilə müqavilə bağladı. Komanda birada məşqlərinin müəyyən hissəsini və ev oyunlarını keçirəcəkdi.  Lakin bu, müvəqqəti plan idi.  Komanda gələcəkdə bütünlüklə Biləsuvara köçməyi düşünürdü. Çünki Cəbrayıldan məcburi köçkün düşmüş 30 mindən artıq insan məhz bu rayonun yaxınlığında yerlşən şəhərcikdə yaşayırdı. Klub rəhbərliyi məhz bu səbəbdən həmin ərazidə yer götürüb stadion tikməyi də düşünürdü. Hətta həmin stadionun tikintisinə almanlar da cəlb olunacaqdı. Təbii ki, bütün bu işlərin görülməsi üçün böyük vəsait lazım idi və klub prezidenti də bütün işləri mərhələli şəkildə görmək istəyirdi. İlk növbədə hədəfdə olan iş isə komandanı formalaşdırıb çempionatda iştirak etmək idi. Lakin PFL-in gözlənilməz tələbi hər şeyi alt-üst etdi. Belə ki, bu qurum “Xudafərin”in  divizionda yeni komanda olduğunu əsas gətirərək onlardan 300 min manat bank təminatı istədi. Halbukin cəbrayıllılar AFFA-dan və PFL-dən güzəşt gözləyirdi. Lakin PFL israrla bildirdi ki, 300 minlik bank təminatı olmasa “Xudafərin”nin I Divizionda oynaması mümkün olmayacaq. Təbii ki, bu tələb klub rəhbərliyi, baş məşqçi və futbolçular üçün əsl şok effekti yaratdı. Əslində onlar 300 mini ödəyə bilərdilər. Bizimlə söhbətində Eldəniz Həşimov bildirdi ki, həmin pulu iki səbəbdən ödəməkdən imtina etmişdilər: “Biz əslində tələb olunan 300 minlik bank təminatını ödəyə bilərdik. Sadəcə, özümüzə qarşı haqsızlıq olduğunu düşünürdük. Çünki təminat ancaq bizdən tələb olunurdu, digər klublardan yox. Səbəb də göstərilirdi ki, onları tanıyırıq, amma siz yenisiniz əmin deyilik. Bu düzgün deyildi axı. Əgər qayda varsa, hamı üçün eyni olmalıdır. Guya həmin vaxt çempionatda oynayan komandaların pulu var idi. Eləsi var idi, futbolçusuna 80 manat maaş verirdi. Amma ondan bank təminatı istənilmədi, bizdən istənildi.  İkincisi də biz yeni komandaydıq, qaçqın rayonu təmsil edirdik və bununla belə böyük planlarımız var idi, Azərbaycan futbolu üçün nələrsə etmək istəyirdik. Stadion, baza tikməyi hədəfləmişdik. Bunun üçün komandaya yeni sponsorların cəlbi üçün də danışıqlar aparırdıq. Əldə olan vəsaiti isə komandaya xərcləyib çempionatda oynamaq istəyirdik. Amma PFL-in birdən-birə bizdən 300 minlik bank təminatı istəməsi o demək idi ki, mən 300 min onlara verməliydim, əlavə 300 min də komandaya xərcləməli idim.  Təbii ki, yeni komanda üçün heç çempionat başlamamış 600 min manat xərcə düşmək çətin idi. Siftə etməmiş bu qədər pulu xərcləsək qalan layihələrimizi həyata keçirə bilməzdik. Buna görə bank təminatı vermədik və PFL də bizi çempionata buraxmadı”. Beləliklə, “Xudafərin”nin ikinci cəhdən bərpası da baş tutmadı.

 

 

Kiçiklərin torpaq üzərində yaşatdığı “Xudafərin”


Hazırda böyük futbolda olmasa da uşaq futbolunda Cəbrayıl futbolunun adını yaşadanlar var. Belə ki,  İmişli ilə Biləsuvar rayonları arasında Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış bir qəsəbə var. Daha doğrusu, 11 qəsəbəni özündə birləşdirən şəhərcik. Həmin bu şəhərçikdə “Xudafərin” adını daşıyan komanda da fəaliyyət göstərir və   AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qruplarından ibarət ölkə çempionatında Cəbrayılı təmsil edir.  4 yaş qrupu üzrə fəaliyyət göstərən bu komandanı sözügedən qəsəbədə fəaliyyət göstərən “İnsan Kapitalı Mərkəzi”nə üzv olan bir qrup gənc  yaradıb. Şərait o qədər də yaxşı deyil.

“Xudafərin” məşqlərini 4-cü qəsəbədə keçir. Nazim Fətullayev və Yasəf Göyüşov torpaq meydançada uşaqlara futbolun sirrlərini öyrətməyə çalışır. Heç bura meydança da demək olmaz. Sadəcə boş torpaq ərazidə xətt çəkərək, yerə dəmir dirək basdıraraq stadiona oxşatmağa çalışıblar. Komanda Aran zonasında mübarizə aparır.  Çətinliklərə baxmayaraq, iki il bundan öncə “Xudafərin”nin U-13 komandası keçən il zona yarışlarında uğurla çıxış edərək pley-off mərhələsinə vəsiqə qazanıb. Cəbrayıl təmsilçisi “Şirvan” və “Ağsu” kimi komandaları mübarizədən kənarlaşdırıb. Hətta medalın bir addımlığında olublar. Lakin güclü “Qarabağ”a məğlub olaraq yarımfinala çıxmaq şansını əldən veriblər. Amma komanda ağdamlılara layiqli müqavimət göstərb. İlk oyunda 2:1 qalib gəlib və cavab oyununda 1:3 hesabı ilə uduzaraq yarımfinala keçə bilməyib. Hazırda “Xudafərin”nin futbolçusu Hüseyn Məmmədov Azərbaycanın U-15 millisinə də dəvət alıb. Komandanın bir sıra futbolçuları ilə “Vətən” və digər komandalar ciddi şəkildə maraqlanr. Hətta Hüseyn Məmmədov adlı futbolçunu Azərbaycanən U-15 millisinə də cəlb etmişdilər. Bundan başqa, “Neftçi” və “Qarabağ” da Hüseynin oyununu bəyənib öz heyətinə cəlb etmək istəyirdi. Lakin bunun üçün Bakıya köçüb orda yaşamaq lazım idi. Sadəcə, Hüseynin vakideynləri bu işə isti baxmadılar və təəssüf ki, Məmmədovun potensialını tam açması üçün yaranan imkan boşa verildi.  OHazırda U-10, U- 11, U-12, U-13, U-14 komandaları fəaliyyət göstərir və AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında rayonu təmsil edir. Komandaya AFFA tərəfindən heç bir köməklik göstərilmir. Bütün xərcləri yerli əhali, xüsusilə də “İnsan  Kapital Mərkəzi”ndə toplaşan xeyirxah insanlar qarşılayır.

 

 

"Lap gedib Cocuq Mərcanlıda da oynayarıq"


Eyni zamanda "Xudafərin"nin direktoru olan Nazim Fətullayev “Xudafərin”nin I Divizionda oynamasının mümkünlüyünü də bildirdi. Sadəcə, sponsor lazımdır. Sponsor olsa, ən qısa zamanda heyət formalaşdırmaq olar:  “Lap gedib Cocuq Mərcanlıda da oynayarıq. Artıq orada 50 ev tikilib istifadəyə verilib və insanlar köçüb yaşayır. Qısa zamanda daha 100 ev də tikiləcək.  Məktəb, baxça, xəstəxana və s. var. Yəqin ki, idman kompleksi də tikilər. Sponsor olsa yaxşı komanda da yaratmaq olar, gedib ev oyunlarını Cocuq Mərcanlıda da keçirərik”.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.