Ucuz təyyarə biletləri

Rizvan Rəsulov: “Anti-dopinq konfransında şans əldə etdik”

Tarix:  18.11.17 16:11           Yazar:             Oxunub: 134 dəfə

Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Ağır Atletika Federasiyasının (QAAF) təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Anti-Dopinq Konfransı keçirilib. 


Rekord.az xəbər verir ki, tədbirdə IWF prezidenti Tamaş Ayan, baş katib Mohammad Calud, IWF Anti-Dopinq Komissiyasının sədri Patrik Şamaş, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin tələbi ilə 2008-ci il Pekin və 2012-ci il Londonda keçirilən Olimpiya Oyunlarında mübarizə aparan idmançıların analizlərinin yenidən yoxlanılması nəticəsində ağır atletlərindən 3 və daha çox dopinq-testi müsbət çıxan və buna görə 1 (bir) illik diskvalifikasiyaya məruz qalan 9 federasiyanın (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Çin, Moldova, Rusiya, Türkiyə və Ukrayna) idarə heyətlərinin üzvləri iştirak ediblər. Ölkəmizi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov təmsil edib.


Konfrans, orada müzakirə olunan məsələlər və perspektivlər barədə baş katib Rizvan Rəsulov federasiyanın rəsmi saytına verdiyi müsahibədə ətraflı məlumat verib:


– Konfransın təşkilində məqsəd nə idi?
– Məqsəd dopinqə qarşı mübarizənin ən yüksək səviyyədə aparılmasının təmini, bunun üçün lazım olan bütün tədbirlərin görülməsi və müvafiq addımların atılması yollarının müzakirə edilməsi idi. Təşəbbüs QAAF tərəfindən gəlmiş, IWF tərəfindən müsbət qarşılanmışdı. İştirakçılar bir illik diskvalifikasiyaya məruz qalmış 9 ölkə idi. Əsas müzakirə mövzusu verilən cəzanın bir ildən 8 aya endirilməsi, bunun üçün meyarların təyini, bu müddət ərzində yerli federasiyalar və anti-dopinq agentlikləri vasitəsilə ciddi mübarizə sistemlərinin yaradılması, belə halların bir də təkrarlanmaması üçün işlərin görülməsi oldu.


– Xüsusilə fərqləndirə biləcəyiniz məqamlar hansılar idi?
– Hazırda Beynəlxalq Olimpiya Komitəsi (BOK) başda olmaqla müvafiq qurumlar yalnız bizim yox, digər idman növlərində də yaranan böyük dopinq problemlərinin həllinə çalışır. Ağır atletika dopinq sayı baxımından “öncül” növlərdən biri olduğundan IWF çox narahatdır. Prezident Tamaş Ayan Astanadakı çıxışı zamanı bu narahatlığını dəfələrlə ifadə etdi. O, qeyd etdi ki, belə hallar davam edəcəyi təqdirdə, ağır atletika idman növünün Olimpiya ailəsində qalıb-qalmama məsələsi ciddi gündəmə səbəb ola bilər. AAAF olaraq biz də narahatıq, çünki ilk Olimpiya Oyunlarından bu yana ağır atletika həmişə böyük idmanın ayrılmaz hissi olub, kökləri dərinə gedir və Azərbaycanda da böyük ənənələri var. Olimpiadadan təcrid olunma qərarı minlərlə, on, yüzminlərlə adamın idmandan getməsi ilə nəticələnə bilər ki, bunu da heç kim istəməz, çox üzücü məqam olar. IWF çalışır ki, ənənələri qorusun, buna mane olmaq istəyənlərə isə ciddi sanksiyalar tətbiq etsin. Cənab Ayan hətta belə bir fikir səsləndirdi ki, “hazırda IWF özündə 192 ölkənin federasiyasını ehtiva edir. Bundan sonra da hər hansı federasiya dopinqə qarşı lazımi mübarizə aparmasa, bu problemin böyüməsinə rəvac versə, tələb olunan qayda-qanunlara riayət etməsə, həmin ölkəni IWF-dən birdəfəlik uzaqlaşdırılması haqda da düşünə bilərik. Olmasın 192, olsun 150 ölkə üzv federasiya”.


– Konfransda Azərbaycanla bağlı nə danışıldı?
– Ölkə fərqi qoyulmadı. Hamıya eyni münasibət oldu, hamımıza cəzanın yüngülləşdirməsi üçün bir şans yaradıldığı bildirdildi. Qeyd edildi ki, işimizə daha ciddi yanaşmaq, dopinqlə mübarizəni davam etdirmək, bu halların bir daha baş verməməsi üçün bütün mexanizmlərin – istər federasiya, istərsə də dövlət səviyyəsində – həyata keçirilməsi vacibdir.


– IWF-in barəmizdəki konkret istəyi, tələb və təklifləri nə oldu?
– Tələblər anti-dopinq seminarları təşkili və sayının çoxaldılması, WADA və Azərbaycan Milli Anti-Dopinq Agentliyi (AMADA) ilə sıx çalışmaq, ən əsası federasiyanın qarşısına qoyulan tələblərin tam yerinə yetirilməsidir. Bu müddətdə müstəqil anti-dopinq ekspertlərindən təşkil olunmuş monitorinq qrupu müntəzəm olaraq Azərbaycana gələcək. Qarşıya qoyulan tələblər federasiya tərəfindən yerinə yetirilərsə, diskvalifikasıya müddətinin bitməsinə 4 ay qalmış yeniyetmələrin, iki ay qalmış isə digər yaş qruplarının və rəsmi (texniki) nümayəndələrin beynəlxalq yarışlara qatılması icazəsi veriləcəkdir. Əks halda diskvalifikasiya dövrünün sonuna qədər beynəlxalq yarışlarda iştirak edə bilməyəcəyik.


– Necə düşünürsünüz, dopinqlə bağlı mübarizə işləri hansı formatda aparılmalıdır?
– Bilirsiniz, bu işləri biz AMADA ilə birgə aparırıq. Ölkəmizdə ağır atletika bölmələri Təhsil Nazirliyinin, Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN), AHİTA-nın nəzdində olan Uşaq Gənclər İdman məktəblərində fəaliyyət göstərir. Bu məktəblərdə fəaliyyət göstərən bölmələrin rəhbər işçiləri mütəmadi olaraq məşqçi-müəllim heyəti ilə dopinqlə bağlı təbliğat və təşviqat işləri aparmalıdırlar. Çünki ölkədaxili yarışlarda iştirak edən idmançılar idman məktəblərinin yetirmələridir. Hansısa idmançıdan analiz nəticəsində qadağan olunmuş maddə aşkar edilərsə, bu hal qeyd olunan təşkilatların imicinə ciddi ziyan vurur. Federasiya isə bu hallar baş verdikdə həmin məktəblərin yuxarı təşkilatlarına rəsmi məlumat göndərəcəkdir. Düşünürəm ki, federasiya AMADA, GİN və MOK-la vahid bir sistemdə fəaliyyət göstərərək dopinqə qarşı birgə mübarizəni və əsasən də məşqçi-müəllimlər arasında təbliğat və təşviqat işlərini gücləndirməlidir. Bu işdə hazırda bədən tərbiyəsi və idman sahəsində ali bədən tərbiyəsi mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə qadağan edilmiş dərman preparatlarının rolu olmadan yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində yeni müasir metodların işlənib hazırlanması da vacib məsələlərdən biridir. Bir məsələni də bildirmək istəyirəm ki, bu preparatlarının qəbulu idmançının orqanizminə kifayət qədər ziyan vurmaqla bərabər, zehni inkişafını da kəskin şəkildə minimuma endirir. Ağır atletika elə bir idman növüdür ki, burada idmançı əql ilə hərəkət etməlidir. Əks halda, heç bir nəticəyə gəlib çıxmaq olmaz. Bunu əvvəlki proseslər də göstərdi. Keçmişə baxsaq görərik ki, ağır atletika ilə məşğul olanların əksəriyyəti dopinq vasitələrindən istifadə etməyiblər. Bunun nəticəsində onlar 25-35 yaş aralarında yüksək nəticələr əldə ediblər. Sonda isə ali təhsil müəssisələrində tədris aparan müəllimlər, professorlar, digər elmi dərəcələri olan kafedra müdirləri, nazirliklərdə işləyən vəzifəli şəxslər, həkim və mühəndis peşəsində işləyən insanlar yetişib. Bu baxımdan bugünkü statistika bizi narahat etməyə bilməz. Bu, psixoloji bir maneədir və bunu layiqli şəkildə arxada qoymalı, keçməliyik.


– AAAF-ın fəaliyyətinə beynəlxalq münasibət necədir?
– Çox müsbətdir, bunu konfrans zamanı da hiss etdim. Bilirsiniz ki, AAAF anti-dopinq fəaliyyətini artıq ötən ilin yayından aparır. Tamaş Ayan özü də Bakıya səfəri zamanı buna şahidlik etdi və barəmizdə yetərincə müsbət fikirlər səsləndirdi. O, gördü ki, AAAF dopinqə “yox” deyir və bunu hər addımı ilə göstərir, sübut edir. Biz işin psixoloji tərəfinə də böyük önəm veririk. “Dopinqsiz nəticə qazanmaq mümkün deyil” fikrini insanların beynindən çıxarmaq, onları yeni, təmiz mübarizə erasının başlandığına inandırmaq asan deyil. Bu, yetərincə böyük vaxt və əmək sərfi tələb edən işdir. Ötən ilin noyabr ayında Cənab Prezident İlham Əliyevin fərmanı əsasında, anti-dopinq qanunu qüvvəyə mindi və AMADA yaradıldı. Mexanizm, hüquqi əsas, təməl var, qalır işi başa çatdırmaq.


– Astanada bir açılış mərasimi də oldu…
– Bəli, paytaxda IWF-in baş katibinin ofisinin açılışı oldu. Artıq deyə bilərik ki, dünyada ağır atletikanın iki mərkəzi var: Budapeştdə prezident, Astanada isə baş katibin oturduğu yer. Bu, həm Qazaxıstan, həm də yaxın ölkələrin inkişafına təkan verə biləcək bir məqamdır. Çünki məsafələr qısalacaq və ünsiyyət, çalışma daha rahat olacaq. Mənim üçün açılış zamanı qeyd edə biləcəyim əsas məqam, bu ofisdə Olimpiya çempionu, azərbaycanlı Nicat Rəhimovun rəngli boya ilə çəkilmiş rəsminin divardan asılması oldu. Bundan böyük fərəh hissi duydum. Nicat bizimdir, bizim çempionumuzdur, Qazaxıstanın adından çıxış etməsi isə çox şeyi dəyişmir. Onun əldə etdiyi nəticə bizim bütün atletlərimiz üçün nümunədir. O, özü də hazırda Bakıda, Vətənindədir. Nicat ilk addımlarını atdığı “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti, eyni zamanda AAAF-ın vitse-prezidenti olan Tofiq Heydərovla görüşdü. Uğurlarındakı roluna görə ona, kluba, onun bütün üzvlərinə, həmçinin bütün ağır atletika ailəsinə öz minnətdarlığını bildirdi. Biz həmişə onun uğurlarına sevinmişik, bundan sonra da sevinəcəyik. O, Olimpiya çempionu kimi Azərbaycan ağır atletikasının tarixinə adını qızıl hərflərlə yazmış idmançıdır. Nicat hansı ölkədə çıxış etməyindən asılı olmayaraq, azərbaycanlıdır. Onun böyük şəklini orada divarda görəndə çox qürurlandım.


– Necə düşünürsünüz, AAAF-ın gördüyü işlər bir illik cəzanın 8 aya endirilməsinə şans verirmi?
– Təbii ki. Gələn il üçün əsas beynəlxalq yarışlarımız Yeniyetmələrin Olimpiya Oyunları,gənclər arasında Avropa və böyüklər arasında Dünya çempionatıdır. Dövlətin anti-dopinq siyasətinin fəaliyyət mexanizmi də get-gedə bərkiyir, möhkəmlənir. AGİN tərəfindən vacib amillər təmin edilir. Federasiya isə fəaliyyətini yaranmış bu imkanlar üzərində quraraq çalışır ki, düzgün addımlarla idmançılarımızın fiziki, psixoloji, texniki hazırlığını ən yüksək səviyyəyə çatdırsın. İnsanlar bizə inanmalı, kömək etməlidirlər. Azərbaycan güclü insanların vətənidir. Regionlarmızdakı təbiət ağır atletlərin yetişməsi üçün çox münbitdir. Biz də təbii güclü insanları bu idmana cəlb edir, əsl çempionlar yetişdirməyə çalışırıq. Bunun üçün bütün maddi-texniki bazamız, mütəxəssis ehtiyatımız var. Əminəm ki, cəzamız da 8 aya endiriləcək və biz beynəlxalq yarışlarda iştiraka vaxtından əvvəl başlaya biləcəyik.


– Son sual: cəza müddətində ölkədaxili yarışlar keçiriləcəkmi?
– Bəli, bu barədə heç bir problem yoxdur. IWF bu 9 ölkəyə diskvalifikasiya dövründə ruhdan düşməmək üçün motivasiya verməyə çalışır. Buna görə də daxili yarışların təşkilinə razılıq verilir, hazırlığın fasiləsiz olmasına imkan yaradılır. Qarşıdakı ən azı 8 ay ərzində beynəlxalq yarışlarda iştirak edə bilməsək də, ölkə çempionatı, kuboku və birinciliklərinin keçirilməsinə maneə yoxdur.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.