Ucuz təyyarə biletləri

Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ

Tarix:  19.11.17 17:11           Yazar:  Rekord.az           Oxunub: 878 dəfə

Rekord.az sabiq futbol hakimi Samir Qasımovun "Futbol plus" qəzetinə müsahibəsini sizə təqdim edir:

 

- Neçə vaxtdı burda işləyirsən?
- Təxminən bir ildi. 
- Hakimlik etmirsən?
- Bir ildi getmirəm. Burda işləyirəm. 
- Ofisiant işləməyin necə oldu? Hakimlikdən ayrıldın deyə, yoxsa futboldakı qazancın qane etmirdi? 
- Hələ hakimlik etdiyim dönəmdə mühafizə xidmətində işləyirdim. Sonradan burda çalışmağa başladım. Hakimlikdə yuxarı qalxa bilmədiyimi görüb bura gəldim. 
- Hakimlikdəki aylıq qazancla dolanmaq olmurdu?
- Ən yaxşı halda ayda 300 manat alırdım. Ondan yuxarı olmayıb. 
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mühafizəçi və ofisiant işlədiyini bilirdi?
- Ofisiant işləyəndən bura çox sayda hakim yoldaşlarım gəlib-gedib. Komitədə eşitməmiş olmazlar. 
- Bütün hakimlərin əlavə işi var?
- Onların əvəzinə söz deyə bilmərəm. Mən özüm ailəliyəm, üzr istəyirəm, iki övladım var. Ailəli adam üçün 300 manatla dolanmaq mümkün deyil. Ola bilsin, subaylar birtəhər yola verir. Amma mənim üçün çətindi. Ona göə də bu gün burdayam. Üstəlik, evim bankdadı, kreditini verə bilmirəm heç. Əlavə işlə məşğul olmaqdan başqa imkanım yoxdu. 
- İndiki qazancın necədi? Dolana bilirsən?
- Burda ancaq xəngəl mövsümündə iş olur. Yayda 2-3 ay işsiz qalırsan. 8 manat gündəlik maaşımdı, sağ olsunlar, müştərilər də əlavə hörmət edir. Günə 25-30 manat evə pul aparıram. Bu günümə şükür edirəm.
- Futbol ictimaiyyətindən gələnlər olur? 
- Hakimlər gəlir, birinci divizionun, əvəzedici komandaların futbolçularını görmüşəm. Amma ad çəkməyəcəm, inciməyin.
- Onları görəndə nə hiss keçirirsən? 
- (düşünür) Pis oluram. Fəxr etməli nəsə yoxdu ki, fəxr edim. Düzdü, çörəkpulu qazanmaq ayıb deyil. Sadəcə, yaxşı hakim ola bilərdim axı. Bizi yaradan Allaha and olsun, hər gecə işdən çıxıb evə gedəndə, yolboyu hakimliklə bağlı xəyallar qururam. Hansısa epizodda hansı qərar verə biləcəyimi göz önünə gətirirəm. Öz-özümə danışa-danışa bir də baxıram ki, evin qapısına çatmışam. Mənim arzum hakim olmaq idi, ofisiant yox (təsirlənir). U-15, U-17 liqasında elə ağır oyunlar idarə edirdim ki, dost-tanış mənə “Əliyar-2” deyirdi.
- Neçə yaşın var?
- 1988-ci ildənəm, 29 yaşım var. 
- Hakimliyə neçə yaşında gəlmisən? 
- Təxminən 5-6 il əvvəl. 
- Hansı liqalara təyinat alırdın?
- U-17-yə kimi bütün liqalarda baş hakim olmuşam. U-19-un, əvəzedicilərin və birinci dəstənin oyunlarına dördüncü hakim kimi təyinat alırdım. 
- Bəs bu gün niyə hakimlikdə deyilsən?
- Dediyim kimi, aşağı liqalardakı idarəçiliyə görə qazandığım 250-300 manatla dolana bilmirdim. Birinci divizionun, əvəzedicilərin oyunlarına isə baş hakim kimi təyinat vermirdilər. Halbuki özümə çox güvənirəm.
- İşində qüsurlar, xoşagəlməz hallar olub?
- Yalan danışmağı xoşlamıram. Bir-iki dəfə məşqçilərlə dalaşmışam, sözümüz düz gəlməyib. Amma Xaqani Məmmədov həmişə arxamda dayanıb. Qətiyyətimi vurğulayıb. Metodiki və texniki səhvlər isə hamıda olur. Özüm də bilmirəm...
- Oyun alğı-satqısında iştirak etməmisən?
- Yox-yox, Allah eləməsin. Sədr dediyim davaları və imtahana getmədiyimi əsas gətirə bilər. Bir neçə dəfə çağırıblar, getməmişəm. 
- İmtahanlarda iştirak etməsən, sənə oyun verməzlər axı. 
- Həmişə iştirak etmişəm. Amma baxırdım ki, yerimdə sayıram. Nə qədər cəhd göstərsəm də, aşağı liqalardan yuxarı qalxa bilmirdim. Həvəsdən düşürdüm, özümə inamım azalırdı. Şükürlər olsun, iştirak etdiyim imtahanlardan da üzüağ çıxmışam. Açığı, bir-iki dəfə imtahana qatılmaq istədim, burdan icazə vermədilər. Öz-özümə deyirdim ki, bu dəfə imtahandan keçəcəm, amma aşağı liqaların oyunlarını verəcəklər. Belədə indiki işim də əlimdən çıxacaq. Vallah, divizionda oyunlara baxırdım, bilirdim ki, mən bu qarşılaşmanı gözüyumulu idarə edə bilərəm. Yəni gücümə, bacarığıma güvənirəm. Razıyam, birinci divizionda, əvəzedicilərdə mənə ən çətin oyunu həvalə etsinlər, o yükün altından çıxa bilməsəm, hakimlik adını dilimə gətirmərəm. Ömürlük uzaqlaşdırsınlar məni. Xaqani Məmmədovdan dəfələrlə xahiş etmişəm. Hər dəfə də eyni sözü eşidirəm: “gözlə”. Banka borcum olmasaydı, yaxud subay olsaydım, vallah, sədr nə qədər desə, gözləyərdim. Fiziki hazırlığımda problem yoxdu, qaydaları necə lazımdı bilirəm, illərdi yığılan təcrübəm var. Nə qədər gözləyim axı?
- Xaqani Məmmədovla sonuncu dəfə nə vaxt danışmısan? 
- 5-6 ay əvvəl. Yanına getmişdim, sağ olsun, qəbul elədi. 
- Nə dedi?
- Dedi, səni tapa, əlaqə qura bilmirik. Bəlkə də mənə güvənmir deyə, karyeramı risk altına atmaq istəmir. Amma mən özümə hədsiz güvənirəm. Sadəcə, əlimdən tutan lazımdı. Mənə yol göstərən, dəstək verən olsa, 2-3 ilə Azərbaycanın üzdə olan hakimlərindən birinə çevrilərəm. Hakimlikdə olsam, ailəmi dolandıracaq qədər qazansam, niyə ofisiant işləyim ki? Xaqani Məmmədov desə ki, 3-5 ay gözlə, öz üzərində çalış, onu da edərəm. Təki hakimlikdə yetişim, irəli gedim. Guya mənə xoşdu (təsirlənir)? Hakim yoldaşlarım gəlib, onların külqabılarını dəyişmişəm, masalarını silmişəm. Vaxtilə köməkçilərim olmuş hakimlər gəlib, ofisiant kimi onlara qulluq etmişəm. Çıxarıb mənə 1 manat zəhmət haqqı veriblər, Allah haqqı, öz-özümə (davamını gətirə bilmir)...
- Çətindi, başa düşürəm.
- Ayaqyoluna girib, özümü sakitləşdirmişəm ki, heç kim görməsin. Bir dəfə sifarişi götürmək üçün masaya yaxınlaşanda, “İnter”in məşqçilərindən biri soruşdu ki, siz hakim deyildiz? Özümü eşitməzliyə vurub, uzaqlaşdım. Müdriyyətə yaxınlaşıb həmin masaya başqa ofisiantın qulluq etməsini xahiş etdim. Başa saldım ki, vaxtilə onların oyunlarını idarə etmişəm, indi külqabılarını dəyişməyə üzüm gəlmir. Onların yanında üstümə qışqırdı ki, get, qulluq et, işini işlə. Allah böyükdü, nə vaxtsa bir qapı açar bəlkə.
- Xaqani Məmmədova nəsə demək istəyirsən? 
- Nəsə demək yox, xahiş etmək istəyirəm. Mənə güvənməsini, irəli getməyim üçün əlimdən tutmasını xahiş edirəm (göz yaşlarını saxlaya bilmir). 5-6 ildi hakimliyin xəyalları ilə yaşayıram, inkişaf etmək, özümü göstərmək istəyirəm. Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Orxan Məmmədov – hər birinin idarə etdiyi oyunlara baxıram, nələrisə öyrənirəm, götür-qoy edirəm. Mən də onlardan biri ola bilərəm. Xaqani Məmmədovdan xahişim odu ki, mənə güvənsin. 5-6 aydan sonra ümidlərini doğrultmasam, bir də bu sənətin adını dilimə alsam, kişi deyiləm.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ"ın sabiq futbolçusu I Divizionda!
Şeydayev AFFA-dan xahiş etdi: mənə yeni klub tapın
"Xəzər Lənkəran"ın sabiq kapitanı işsiz qaldı
"Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimovla görüşmək üçün hazırda İstanbuldadı
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
Xames Rodrigesin pornoulduz sevgilisi - FOTOLAR
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
Vinçesteri "Kəpəz"ə icra başçısı transfer edib?
Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?

Xəbər Lenti
17 Fevral 2018
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
14:00 "İnter Arena"nın qazonu dəyişdirilməyəcək
13:32 16-cı turun oyun cədvəli açıqlandı
13:00 Sumqayıt stadionundan yeni xəbər var
12:22 90 dəqiqə və 1 xal
11:30 Millimizin üzvü ehtiyatda qaldı
11:00 "Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
10:30 “Qarabağ”ın bir legioneri sıraya döndü, digəri…
00:30 “Neftçi”nin “Sumqayıt”la 23-cü dueli
16 Fevral 2018
23:56 “Sumqayıt”dan azarkeşlərinə müraciət
23:30 “Neftçi”nin 6 futbolçusu milli komandamızda
22:30 “Transfer pəncərəsi” bağlandı
22:04 Məmmədova pley-offa qələbə ilə başladı
21:55 Lider də çətinlik çəkmədi
21:46 Yığmamızın üzvü Rusiyada 1/4 finalın ilk oyununda uduzdu
21:04 “Kəpəz” Bakı hazırlığını başa vurdu
20:30 Növbəti anti-dopinq seminarı keçirildi
19:42 "Şüvəlan" - "Binə" 1:0 - VİDEO
19:16 Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı
18:47 Yığmamız Sofiyaya 7 boksçu ilə yollanır
18:00 Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
17:48 Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
17:20 Liderdən Zaqatalada çətin qələbə, “Mil-Muğan”dan darmadağın
17:00 Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
16:41 Azərbaycan - Belarus matçının hakimləri açıqlandı
16:31 "Oyunçularla ciddi söhbətimiz olacaq"
16:21 “Qarabağ” UEFA reytinqində gerilədi
16:11 "Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
16:10 "Abşeron" növbəti qələbəsini qazandı
16:00 Bundesliqa 4 milyard səddini aşdı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.