Ucuz təyyarə biletləri

"Neftçi"də forma geyinən balaca italiyan kimdir?

Tarix:  23.11.17 17:11           Yazar:  Rekord.az           Oxunub: 628 dəfə

"Neftçi"nin Akademiyasında bir futbolçunun çıxışı üzərinə diqqətləri çəkməyi bacarıb.

Rekord.az prosport.az-a istinadən xəbər verir ki, futbolçu o qədər istedadlı və qol vurmaq bacarığına sahibdir ki, onun xidmətlərindən "Neftçi"nin aşağı yaş qrupları üzrə bir neçə komandasında yararlanırlar.

Söhbət Lorentso Metsoterodan gedir. Bu futbolçu son turda U-10, U-11 və U-12 Liqasının oyunlarında iştirak edib. U-10 Liqasında "Neftçi"nin "Təhsil Qaradağ"ı 18:0 darmadağın etdiyi görüşdə qolların yarıdan çoxunu o vurub - 11 qol. U-11 Liqasında yenə "Təhsil Qaradağ" darmadağın edilib - 12:0. Bu dəfə Lorentso 5 qol vurub. Daha sonra bu istedadlı qoleador "Neftçi"yə U-12 Liqasında qələbə qazandırıb. "Neftçi" PFK-nın "Neftçi" İdman Klubunu 3:1 məğlub etdiyi görüşdə o, komandasının qələbəsinə dublla töhfə verib. Göründüyü kimi, 1 tur ərzində 3 oyuna 18 qol vurub.

Bəs Lorentso Metsotero kimdir? Ad-soyadından göründüyü kimi, əcnəbidir. Bəli, italyandır. U-10 Liqasında oynadığına görə, cəmi 9 yaşı var. Lakin istedadlı olduğu üçün özündən yaşca böyük uşaqların çıxış etdiyi liqa oyunlarında iştirak edir və qollarını da vurur. Məsələn, ötən tur U-12 Liqasında "Zirə" ilə oyunda artıq ilk qolunu vurub.

"9" nömrəli futbolçunun "Neftçi"də necə peyda olması da maraqlıdır. Klubdan öyrəndiyimiz məlumata görə, onun atası Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda sifarişçi İtaliya neft-qaz şirkəti olan "Saypem"də baş menecer işləyir. Adı Sercio Metsoterodur. Bu ilin fevralından uşağını "Neftçi"yə yazdırıb. İtalyan atanın uşağını bu kluba yazdırması da təsadüfi deyil. Ata Metsotero Azərbaycanda "Neftçi"ni Milan "İnter"i ilə oyunlardan tanıyır. Milanda "İnter"lə 2:2 oynaması atanın gözündə "Neftçi"yə xüsusi simpatiya formalaşdırıb.

Kiçik Lorentsoya gəlincə, onun adı ilk dəfə iyunda mətbuatda çəkilib. Belə ki, "Neftçi"nin rəsmi saytı həmin vaxt Gürcüstanda keçirilən turnir haqda məlumat verərkən italyan uşağın 2 yaş qrupunda oynadılmasının qalmaqala səbəb olduğunu bildirib: 

"Neftçi” PFK-nın U-10 komandası Tbilisidə təşkil edilən SSRİ-nin əməkdar idman ustası Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə IV yeri tutub. Qrup birincisi kimi 1/4 finala vəsiqə qazanmış komanda bu mərhələdə "Dinamo məktəbi”nə (U-10) 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu Lorentso Metsotero vurub. Lakin yarımfinalda "Dinamo akademiyası” (U-10) səddi keçilməz olub – 0:3. "Neftçi” "Saburtalo” ilə III yer uğrunda qarşılaşmada 2:0 hesabı ilə irəlidə olsa da, sonda qələbəni əldən verib – 2:2. Təəssüf ki, oyunsonrası penalti seriyasında məğlub olan "Neftçi" IV yerlə kifayətlənməli olub.

"Neftçi"nin turnirdəki digər təmsilçisi U-9 komandası isə haqsızlığa uğrayıb. 1/4 final mərhələsində "Neftçi” (U-9) – "Dinamo məktəbi” (U-9) oyununun ilk hissəsindən (1:2) sonra rəqib klub bunadək U-10-da da oynamış futbolçu Lorentso Metsoteronun U-9-un formasını geyinməsinə etiraz edib. 2008-ci il təvəllüdlü, yəni 9 yaşlı futbolçunun həm U-10, həm də U-9 komandasının heyətində meydana çıxmasının reqlamentə zidd olmadığı sübuta yetirilsə də, rəqib komanda etirazından əl çəkməyib. Nəticədə "Neftçi” birinci hissədə qol vurmuş Lorentso Metsoteronun xidmətindən fasilədən sonra yararlana bilməyib. Bununla belə, Vüsal Kərimovun qolu sayəsində hesabı bərabərləşdirməyə nail olan komanda oyunsonrası penalti seriyasından qalib ayrılaraq, yarımfinala vəsiqə qazanıb. Lakin təşkilatçılar Lorentso Metsoteronun ilk hissədə meydanda olduğunu əsas gətirərək, komandaya texniki məğlubiyyət veriblər. Belə olduğu halda, "Neftçi” haqsızlığa etiraz əlaməti olaraq V yer uğrunda oyuna çıxmaqdan imtina edib”.

Göründüyü kimi, "Neftçi" üçün "hazırca kökə" olan bu vunderkindin əməyindən bütün cəbhələrdə istifadə olunur və açığı, effektini də verir. Lakin ümid edək ki, onun atası Azərbaycandakı işində hələ çox qalacaq və burdan gec ayrılacaq. Yoxsa ki, italyan ata oğlunu da yanına salıb vətəninə aparacaq. Heç inanmarıq ki, bu futbolçu üçün "Milan", "İnter", "Yuventus", "Roma" kimi məşhur İtaliya klublarının akademiya qapıları açıq olmasın.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qurban Qurbanov daha bir nəfəri "ofsayd"a saldı - ÖZƏL!
AFFA bu komandanı Premyer Liqaya gətirmək istəyir
Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
Kamran Ağayev Gəncəyə getmək istəmir
Gürcüstanda iş tapa bilməyən Svanadze Azərbaycanda çalışmaq istəyir: 3 kluba göz dikib
“Region Liqası”nda neçə komanda iştirak edəcək?
"Keşlə" argentinalı futbolçu transfer edir
Region Liqasının püşkü atıldı
Ayxan Abbasov “Neftçi”yə qol vuran futbolçunu “Zirə”dən göndərir?
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi

Xəbər Lenti
13 Dekabr 2017
21:00 “Sumqayıt”ın baş məşqçisi Kosta və Qodinlə birgə - FOTO
20:00 “Kəpəz” kubok matçının hazırlığını başa vurdu
19:41 Vüqar Məmməd: “Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik”
19:22 Zaur Həşimov: “Mənə məsuliyyətli iş tapşırılıb”
19:00 Ramin Quliyev: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
18:50 Region Liqasının püşkü atıldı
18:41 Region Liqası ilə bağlı qeydiyyat statistikası açıqlandı
18:21 Klublar Komitəsindən bəyanat
18:00 “Sumqayıt” Makedoniya və Serbiya klubları ilə qarşılaşacaq
17:42 Bakıda keçiriləcək DÇ-nin Təşkilat Komitəsinin ilk iclası baş tutdu
17:22 "İmarət" 2017-ci ilə yekun vurdu : Maraqlı görüntülər - VİDEO
17:00 “Keşlə” Elşad Nəsirovun nəzarətinə keçir?
16:45 "Biz siyasətçilərin 20 ilə edə bilmədiyini Qurban Qurbanov və komandası etdi" - VİDEO
16:30 Rəşad Sadıqov: “Yığmaya milli formaya dəyər verən futbolçular dəvət alacaq”
16:22 Aqil Abbas Aqolliyə qılınc hədiyyə etdi - VİDEO
15:45 "İmarət" Jezniçakı belə mükafatlandırdı - VİDEO
15:41 Kütləvi davada iştirak edən futbolçulara 5 oyunluq cəza
15:21 Klublar Komitəsində yeni sədr - FOTOLAR
15:00 Gürcüstanda iş tapa bilməyən Svanadze Azərbaycanda çalışmaq istəyir: 3 kluba göz dikib
14:40 İcraiyyə Komitəsinin iclası olacaq
14:21 Ölkə kubokunda 1/4 finalın cavab oyunlarının hakimləri bəlli oldu
14:10 İlin qalibləri müəyyənləşdi
14:00 Musa Qurbanov “Zaqatala”dan istefa verir
13:40 Divizion klublarına ilin son cəzaları açıqlandı
13:22 “Zirə” və “Keşlə”yə cərimə, Fərhad Vəliyevə 1 oyunluq cəza
13:00 AFFA bu komandanı Premyer Liqaya gətirmək istəyir
13:00 AFFA "Region Liqası"nda oynayacaq komandalara 50 manatlıq toplar bağışladı, forma üçün icra başçılarına ağız açdı
12:45 “Neftçi” - “Zirə” matçının biletləri satışda
12:39 Orxan Hüseynzadə Klublar Komitəsinin sədri seçildi
12:00 Qurban Qurbanov daha bir nəfəri "ofsayd"a saldı - ÖZƏL!
11:52 Kramarenko rəsmən milli komandamızda
11:42 Yığma komandalarımızın yeni baş məşqçilərinin adları açıqlandı
11:21 Dəniz Yılmaz nəhayət ki, oynadı, “Bursaspor” qalib gəldi
11:00 AFFA “Kəpəz”i Gəncədə məşq etməyə qoymur
10:30 Dünya çempionatında ilk finalçı bəlli oldu
10:00 "Keşlə" argentinalı futbolçu transfer edir
09:07 Millimizin üzvü ÇL-də ilk qələbəsini qazanıb
12 Dekabr 2017
22:44 Bakı klubunun ukraynalı hücumçusu hamıdan çox fərqləndi
22:05 “Qəbələ” təmsilçisi ukraynalı boksçu ilə döyüşəcək
22:01 Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi - VİDEO
21:04 Komandamız avrokuboka məğlubiyyətlə başladı
20:22 Orxan Sadıqlı "Kəpəz" variantına aydınlıq gətirdi: "2-3 günə hər şey bilinəcək" - MÜSAHİBƏ
18:31 Rəşad Sadıqov “Roma”nın düşərgəsində
18:00 “Qəbələ” Daboya yeni müqavilə təklif edəcək
17:21 Pro kursunun 5-ci mərhələsi başladı
17:00 “Sabah” yenə Mikayıl Cabbarovun nəzarətində olacaq
16:41 Elçin Rəhmanov Delio Rossi ilə görüşəcək
16:21 Orxan Hüseynzadə UEFA-nın tədbirində
16:20 İAM sabah "İlin qalibləri-2017"-ni elan edəcək
16:00 Elşad Əhmədov: “Vardar”ın Akademiyasına yaxşı tərəfdən təəccübləndim”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.