Ucuz təyyarə biletləri

De Souza, Rəşad və “Qarabağ” haqqında

Tarix:  23.11.17 11:11           Yazar:  Amal Abuşov           Oxunub: 1152 dəfə

İngiltərənin məşhur “The Sun” qəzeti dünənki oyundan sonra qeydlərində hakim Manuel De Souzanın 19-cu dəqiqədəki məlum qərarı haqda belə bir ifadə işlədib: “bu, çılğın qərar idi”. Bəli, biz portuqaliyalı referinin qərarının çılğınlığından, yersizliyindən danışırıq. Üç il bundan əvvəl Zelinkanın bərbad idarəçiliyini, qaydalar çərçivəsində vurulmuş qolumuzu saymamasını görən adamlarıq. Zelinkanın yanında Manuel toya getməli idi, çox da sevinməsin. Zelinkanı bizə unutdurub, daha çox söyüş qazanması mümkün deyil. UEFA-nın bizə olan münasibətinə, onun “Qarabağ”ın oyununa göndərdiyi hakimlərin Azərbaycan çempionuna ikili standartlarla yanaşmasına da öyrəncəliyik.


“Çelsi” azarkeşlərinin arasında da dəliqanlıların, düzgünlük və kişi kimi mübarizə aparmağın tərəfdarı olanların sayı yetərincədi. Heç şübhə etmirəm ki, onlar da dünyanın ən zəngin klublarından birinin Azərbaycan çempionunu bərabər mübarizədə, hakim müdaxiləsi olmadan məğlub etməsini arzulayırdılar. Penaltisiz, qırmızı vərəqəsiz də mümkün olardı. Bunu heç kim inkar edə bilməz. Amma Miçelin dirəkdən dönən zərbəsi bizi qarşıda əla mübarizənin gözlədiyindən xəbər verirdi. “Qarabağ” meydana yenə ürəklə çıxmış, Qurbanov ağıllı taktika qurmuşdu. Souza “souzu”nu çıxartdı, bu zövqü 90 dəqiqə yaşamağımıza imkan vermədi. 
Hakimləri qınamağın, onların qərarlarını müzakirə obyektinə çevirməyin mənasız məşğuliyyət olduğunu bizə UEFA-dan da əvvəl Xəqani Məmmədov öyrədib. Onun eyni epizoda verdiyi fərqli izahlardan sonra anlamışıq ki, futbol qaydaları rezin saqqız kimidi. Dartdıqca uzanır, dartanın dartdığı istiqamətdə, o istədiyi yeri qədər. Hakim ərəb dilində hökm edən deməkdir. Onlar hədisləri yaxşı bildikləri üçün hökm verirmişlər. Dedikləri də müzakirəyə çıxarılmadan qəbul olunurmuş.


Necə ki, “Qarabağ” da illərdi bu hakimlərin çıxardıqları hökmləri sakitcə qəbul edə-edə gəlir. Amma bununla da elə hökm verənlərə də, onların sifarişçilərinə də çox şeyi sübut edir. Ölkə prezidenti İlham Əliyev “İnter”lə oyunda yaşananlardan sonra “Qarabağ”ın futbolçularının soyuqqanlı davranışlarını xüsusiylə vurğulamışdı. Cənab prezident haqlı idi. Belə bir məqamda hisslərini boğmaq, üsyan etməmək, haqqını yeyənin üzərinə atılıb, onu boğmağa çalışmamaq böyük iradə istəyir. Onlar bunu bacarırlar.

 

Bir neçə kəlmə də Rəşad Sadıqov haqqında yazmaq istəyirəm. Onun barəsində son zamanlar çox yazılıb. Təkrarçılıq etməyəcəm. Amma bir məqamın üzərindən sakit keçmək olmur. Kapitan “Atletiko” ilə oyunda səhvsiz oynayan müdafiə xəttinə inamla başçılıq edəndə, boş qapıya gedən topa son anda ayaq qoyanda “Rəşad futbolla vidalaşmalıdı” deyənlər susurdu. Səviyyəli rəqiblərə qarşı oynamaq çətindi, dostlar. Heç ən sürətli və gənc müdafiəçimiz belə “Çelsi”nin hücumçularına qarşı səhvsiz oynaya biləcək səviyyədə deyil. Rəqiblə mübarizə aparanda onu dartırsan da, formasından çəkirsən də. Bunlar mübarizə oyunu olan futbolun tərkib hissələridi. Penalti də, qırmızı vərəqə də elə bu mübarizənin parçalarıdı. Özü də əsasən müdafiəçilərin qismətinə yazılan parçalar. Asaqmı, kəsəkmi, hər şeyin üzərindən qalın xətt çəkəkmi?

 

Özümüz Souzanı ədalətsiz davranmaqda suçlayırıq, amma Rəşada qarşı onun kimi davranırıq. Bəlkə, etməyək?

Şərhlər
Dok.Talib
Hormetli Amal bey!1960-70-ci illerde kecmis SSPI mekaninda Anzulis Spirin ve diger alcaq-serefsif hakimlerin odovrku Neftyannik komandasinin basina getirdikleri oyunlari bizim neslin azerkisleri cox yaxsi bildiyimiz ucun bele oyun idare edimlerin bizim xalqa hansi munasibbetde olduqlarinda hec bir deyisilik yoxdur.Deyisen yalniz adlar ve olkelerdir.Bizim gunahimiz muselman ve kicik olke olmagimizan qaynaqlanir.Dostum HuseyneMenden salam soyle
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
“Neftçi”yə keçməkdən imtina edən Fazil Əsədov: “Qarabağ”ın haqqına girmişdik” - MÜSAHİBƏ
Orxan Hüseynzadənin ardından köməkçisi də "Neftçi"dən göndərildi
Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
"Kəpəz"in və AFFA-nın yalanı üzə çıxdı: "Siz müsbət 3-5 dərəcəyə soyuq deyirsizsə, Sibirdəkilər nə etsin?"
Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI

Xəbər Lenti
21 Fevral 2018
01:53 "Bavariya"dan darmadağın, Londonda heç-heçə
20 Fevral 2018
23:32 Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu
23:08 Ölkə çempionatında ilk günün qalibləri - VİDEO
22:45 Koutinyonun evi qarət olundu
22:25 "Milan"ın sahibi müflis oldu
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
15:18 “Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
15:00 "Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
14:42 Yığma komandalarımız Kiyevə bu heyətlə yollanır
14:20 “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi
14:00 Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
13:42 Seçmə mərhələ yarışları keçiriləcək
13:20 PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi
13:00 Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
12:49 Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
12:34 “Qarabağ”ı gözləyən çətin sınaq
12:00 Gəncə stadionunda işlərə yenidən ara verildi
11:47 Boksçularımızdan bir qələbə, iki məğlubiyyət
11:21 “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi
11:00 "Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
10:30 Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı
10:00 Ayxan Abbasov Qəbələdə döyülüb? - özü açıqlama verdi
19 Fevral 2018
23:45 Millimizin hücumçusu ehtiyatda qaldı
23:30 ÇL: Azərbaycan klubu yenə uduzdu
22:11 Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü
21:30 Azərbaycan çempionatı öncəsi seminar
21:00 “Səbail” - “Qarabağ” matçında 5 qol
20:40 “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR
20:22 Millimiz Qomelə yollandı
20:00 16-cı turun hakimləri bəlli oldu
19:40 Heydər Məmmədəliyevə AGF-nin Fəxri Diplomu verildi - VİDEO
19:21 Rafael Ağayevdən qızıl medal
19:00 Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi
18:40 Azərbaycan çempionatlarının ilk uqandalısı
18:21 “Xəzər Lənkəran”ın üzvü millidə
18:00 Tərlan Əhmədov getsə, onun yerinə kim gələcək?
17:41 Amit Quluzadə Kosovoda debüt etdi
17:20 Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi
17:00 Rəşad Sadıqov məcburiyyətdən meydançaya çıxır
16:40 Yenə “Qarabağ”, yenə Mədətov
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.