Ucuz təyyarə biletləri

Düşmən işğalında olan stadionlarımız - YAZI

Tarix:  26.11.17 18:11           Yazar:  Rekord.az           Oxunub: 521 dəfə

İşğal altında olan bölgələrimizin futbol həyatından bəhs edən layihə çərçivəsində növbəti yazımız həmin bölgələrdə mövcud olmuş stadionlar haqdadır. Hansı ki, hazırda işğal altında qalıb, çoxu bəlkə də dağıdılıb, talan edilib. Ümumiyyətlə, Qarabağ zonasında peşəkar səviyyədə daha çox üç rayon öz futbol klubu ilə tanınıb. Bunlar Ağdamın və Xankəndinin“Qarabağ”, o cümlədən Cəbrayılın “Xudafərin” komandaları olub. Ağdam təmsilçisi uzun illər həm daxili, həm də ittifaq miqyaslı yarışlarda çıxış edib. Xankəndi təmsilçisi isə SSRİ çempionatlarında oynamasa da daxili yarışlarla bərabər ittofaq kubokunda da gücünü sınamışdı. “Xudafərin” isə daha çox Azərbaycan çempionatının I Dəstəsində mübarizə aparmış və çempionatın iddialı komandalarından olmuşlar. Müəyyən zaman kəsiyində Füzulinin “Tufan” və “Ərgünəş” komandaları da mövcud olmuşdu lakin onlar yuxarıda adları çəkilən 3 komanda səviyyəsinə yüksələ bilməmişdi. Digər işğal altında olan rayonlarımızda isə respublika miqyasına komanda olmamışdı. Stadionlara gəlincə, bu məsələdə də durum klubların durumu ilə eynidir. Ümumilikdə, bütün işğaı altında olan rayonlarımızda futbol meydançaları olub. Ancaq sırf müəyyən tutuma malik stadionlar məhz yuxarıda adlarını sadaladığımız 3 şəhərdə olub. Bir də Füzuli rayonunda ötən əsrikn 80-ci illərində yeni stadion inşa olunmuşdu. Lakin rayonun komandası yüksək səviyyəli turnirlərdə oynamadığı üçün həmin stadion haqda da çox adamın məlumatı yoxdur. Biz də çalışdıq ki, əlimizdə olan məlumatları sizinlə də bölüşək və ən azında hazırada tapdaq altında olan  stadionlarımız haqqında sizə ətraflı bilgi verək.  


 
Xankəndi şəhər stadionu


Xankəndi Azərbaycanın dilbər guşələrindən biridir. Burada stadionun inşaasına 1955-ci ildə başlanıb və tikinti işləri çox sürətlə gedib. Nəticədə 1956-cı ildə o dövr üçün müasir hesab olunan  yığcam bir arena istifadəyə verilib. İlk dəfə stadion İosif Stalinin adı ilə adlandırılıb. Bir neçə il sonra adından İ.Stalinin adı götürülərək Stepanakert stadionu adlandırılıb. Burada isə təbii ki, SSRİ hökumətinin böyük təsiri olub. Amma Qarabağ camaatı üçün o stadion qeyri-rəsmi də olsa elə Xankəndi stadionu kimi tanıyıb. Bununla belə, 1991-ci ildə, SSRİ-nin süqutu əırəfəsində şəhərin tarixi adı qaytarıldıqdan sonra Xankəndindəki həmin bu stadion da "Xankəndi şəhər stadionu" adını daşımağa başlayıb. Şəhərin çox gözəl bir guşəsində yerləşən stadionun tutumu 3000 nəfər olub. Maraqlıdır ki, tarixi mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Qarabağda ilk dəfə futbol komandası 1927-ci ildə məhz Xankəndi şəhərində yaradılmışdır. İlk adı "Dinamo" olmuşdur. 1974-cü ildən "Qarabağ" adını daşımağa başlayıb. 1977-ci ildə Futbol üzrə Azərbaycan SSR çempionatının qalibi olmuş Xankəndi təmsilçisi daha öncə, yəni, 1950 və 1986-cı illərdə SSRİ Kuboku yarışlarında iştirak etmişdir. Maraq üçün onu da deyək ki, hazırda Azərbaycanın tanınan futbol mütəxəssislərindən olan Nadir Qasımov da bir müddət Xankəndi klubunun baş məşqçisi olub.

Stadionun hazırkı durumuna gəlincə, mənfur düşmənlərimiz bu arenanı qoruyub-saxlayıblar. Hətta ona əl gəzdirərək qondarma respublikanın atributlarını da əlavə ediblər. Burada öz daxili çempionatlarını da keçirirlər. Hətta bir ara  Xankəndində futbol komandası yaradaraq onun Ermənistan çempionatında iştirakına, ordan isə Avropaya çıxmasına cəhd edirlər. Lakin UEFA  bu komandanı tanımadığı üçün ermənilərin bu istəyi reallaşmır. Əlacə kəsilən düşmənlərimiz Dağlıq Qarabağda çempionat keçirməklə nəyəsə nail olmaq istəyirlər.  Bu mənada Xankəndi stadionu hazırda da işlək vəziyyətdədir.  Ancaq qeyd etdiyimiz kimi, UEFA və FİFA bu stadionu rəsmən tanımır və bildirib ki, bu qurumların bayrağı altında orada heç bir yarış keçirilə bilməz.

 


 
“İmarət” stadionu


Nəinki Qarabağ bölgəsinin, ümumiyyətlə, Azərbaycanın ən məşhur stadionlarından biri.  Maraqlıdır ki, bu stadion məşhur xanım şairəmiz Xurşudbanu Natəvanın şəxsi mülkiyyəti sayılan ərazidə tikilib. Stadionun inşasından 63  il vaxt keçir. Stadion inşa olunan zaman onun adı üzərində çox fikirləşməmişdilər və "İmarət"ə üstünlük vermişdilər. Görənlərin dediyinə görə bu stadionun ot örtüyü əla olub. Uzun müddət komandanın rəisi vəzifəsində çalışan Adil Nadirovöz xatirələrində belə deyib: "1989-cu ildə Suxumi “Dinamo”suyla oynayırdıq. Möhkəm yağış yağırdı. Onların rəisini fikir götürdü ki, necə futbol oynayacağıq. Oturduq çörək yeməyə, dedim, narahat olma, problem yaranmayacaq. Meydançaya ayaq basanda gözü kəlləsinə çıxmışdı, elə bil yağış yağmamışdı. Gördüm təəccüblənir, zarafat elədim ki, o vaxt Natəvan burda drenaj sistemi quraşdırıb, ona görə belədi…" Stadion 80-ci illərin sonlarında yaxşı təmir olunubmuş. Bazanın vəziyyəti yaxşılaşdırılıb, tribuna qaydasına salınıbmış. Stadionun çox səfalı mənzərəsi varmış. Ağacların kölgəsi birbaşa meydançaya düşürmüş. Natəvanın, hətta şairənin atası Pənah bəyin, babası Mehdiqulu xanın qəbri də stadionun həyətində yerləşirmiş, son vaxtlar oralarda da təmir işləri aparılıbmış.

Ağdam işğal olunana qədər Xurşudbanunun büstünü də həyətdə görmək mümkün imiş. “İmarət”in tutumu təxminən 10000 nəfərə yaxın olub. Düzdür, bu haqda konkret məlumatımız yoxdur, lakin tarixi statistikaları nəzərdən keçirərkən 1993-cü il mayın 12-də “Turan”la ölkə kubokunun ilk yarımfinal matçını 8000 azarkeşin izlədiyinin şahidi olduq. Arenanın hazırkı durumu haqqında dıqiq məlumat olmasa da deyilənə görə ermənilər həmin stadionu tamamilə dağıdaraq, tanınmaz hala salıblar.

 

 
“Xudafərin” stadionu


Cəbrayıl stadionu regionun ən böyük stadionlarından hesab olunurdu. 6000 nəfərlik tutuma malik olan arena 1985-ci ildə tikilməyə başladı. Ona qədər rayonda stadion yox idi. Dəyirman dərəsi adlanan yerdə torpaq meydança var idi və yarışlar orada keçirilirdi. Hər iki tərəfi dərə olduğundan orada tribuna tikmək təhlükəsizlik baxımından məqbul deyildi. Bir dərayonda  internat məktəbinin stadionu var idi, hansı ki, orada uşaq futbol məktəbi fəaliyyət göstərirdir. Rayonda stadiona böyük ehtiyac olduğundan 1985-ci ildə bununla bağlı mühüm qərar verildi.  Təşəbbüs o vaxt rayonun birinci katibi vəzifəsində çalışan Fikrət Vəlixanovdan gəldi. İşə rəhbərlik isə Şamil Bağırova tapşırılmışdı. Stadionun inşası iki il sürdü və 1987-ci ildə təhvil verildi. Cəbrayıl stadionu o dövr üçün kifayət qədər müasir stadion hesab olunurdu və Qarabağ zonasında ən yaxşı iki stadiondan biri sayılırdı. Bir sözlə “İmarət”lə rəqabət aparacaq stadion idi. Ot örtüyü təbii örtüklü idi və qazonun toxumu Hollandiyadan gətirilmişdi.  Rayonun “Xudafərin” komandası həm məşqlərini, həm də ev oyunlarını burada keçirməsinə baxmayaraq, qazon bu yüklənməyə dözürdü.  Futbol meydançasından başqa stadion ərazidində qapaılı idman zalı, yeməkxana, mehmanxana da tikilmişdi ki, bu cür şərait hər stadionda yox idi. Duşxana, soyunub-geyinmə otaqları da yüksək səviyyədə idi. Hətta tablo da var idi. Rayonun yuxarı hissəsində yerləşən arenanın ikimərtəbəli inzibati binası və bir 3 mərtəbəli mehmanxanası var idi.  Stadionda ilk rəsmi görüş 1987-ci ildə futbol üzrə Azərbaycan çempionatının I Dəstəsi çərçivəsində “Xudafərin”lə Şamaxının “Şirvan” komandası arasında olmuş və həmin oyunda hesab açılmamışdı. “Xudafərin”in ev oyunları zamanı stadion ağzınacan dolu olurdu. Qarabağ müharibəsi başladıqdan sonra “Xudafərin” də fəaliyyətini dayandırdı, futbolçular silaha sarılıb vətəni qorumağa yollandılar, arena isə döyüş sursatı anbarına çevrildi. Stadionunun işğaldan sonrakı durumu haqqında məlumat olmasa da böyük ehtimalla ermənilər oranı da dağıdıblar. Ya da silah anbarı kimi istifadə edirlər. 

 


Füzuli stadionu
Xankəndi, Ağdam və Cəbrayıldan sonra bölgədə tribunası olan daha bir stadion Füzuli stadionu idi. Füzuli stadionunun tikintisinə 1983-cü ildə start verilmiş, 1985-ci ildə arena istifadəyə verilmişdi.  Cəbrayılda olduğu kimi, Füzulidə də stadion tikmək ideyası rayon mərkəzi komitəsinin birinci katibindən gəlmişdi. O vaxt rayonda sözügedən postu tutmuş olmuş Əhməd Əhmədzadə yeni stadionun tikintisi ilə bağlı təşəbbüs irəli sürdü.  Çünki rayonda həqiqətən də böyük stadioan ehtiyac var idi. Əhali futbolu sevirdi, bu idman növünə maraq çox böyük idi. Yeni stadion bir tribunalı olsa da sektor hündür idi. Tutumu hardasa 3000 nəfərə yaxın idi. Əslində stadionu iki tribunalı tikmək də olardı. Lakin seçilən ərazinin bir tərəfi park, bir tərəfi isə çay olduğundan ikinci tribuna tikmək mümkün deyildi. Stadion rayonun mərkəzində yerlıəşirdi. İnternat məktəbi və “Ana” abidəsinin yaxınlığında inşa olunmuşdu.  Rayon təmsilçisi “Ərgünəş”in oyunlarında stadion dolu olurdu. Ətraf kəndlərdən də gəlib oyunlara baxırdılar. Füzuli stadionunda ilk oyun Beyləqan komandasına qarşı olmuşdu və “Ərgünəş” həmin oyunda 4:0 hesablı qələbə qazanmışdı. Fizuli stadionunda son rəsmi oyun isə 1988-ci ilə təsadüf elədi. Həmin oyunda “Ərgünəş” Xocalı komandasına 5:0 hesabı ilə qalib gəlmişdi. Ondan sonra artıq Qarabağa məlum hadisələrin baş qaldırması, vəziyyətin get-gedə gərginləşməsi futbola da təsir etdi. 1988-dən sonra komanda peşəkar şəkildə fəaliyyət göstərmədi, ölkə çempionatında oynamadı. Amma ümumilikdə 1992-ci ilə qədər komanda kimi fəaliyyət göstərdi. Füzuli stadionunun hazırkı durumu haqda isə məlumat yoxdur.

 

Qarabağ zonasında yerləşən digər rayonlarımıza gəlincə, əldə etdiyimiz məlumata görə, Şuşa, Laçın, Xocalı, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarında futbola maraq olsa da bu maraq çox böyük və kütləvi halda olmadığından böyük stadionlara da ehtiyac duyulmayıb.

Fotoda Qubadlı rayonunda yerləşən futbol meydançasının peykdən çəkilişi

Yerli əhali yalnız məktəb stadionlarından istifadə edirdi ki, həmin meydançalar da hazırda yararsız vəziyyətdədir. Məsələn, Kəlbəcərdəki böyük məktəb stadionu hazırda hərbi kazarma kimi istifadə olunur və erməni əsgərlər zaman-zaman orda futbol və voleybol oynayırlar.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.