Ucuz təyyarə biletləri

Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək

Tarix:  28.11.17 17:11           Yazar:             Oxunub: 83 dəfə

14-18 dekabr 2017-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.


Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 18 yaşı tamamlamış, 1999-cu il və yuxarı təvəllüdlü idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. 


Dünya Güləş Birliyinin qaydalarına əsasən keçiriləcək yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq. Sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-a qədər, yunan-Roma güləşçiləri isə 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar. 


Azərbaycan çempionatı bu il yeniyetmə güləşçilərin Qitə və Dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan yeni qaydalara uyğun təşkil olunacaq. Belə ki, yarışlardan bir gün öncə püşkatma mərasimi, ilk yarış günündə ilkin və təsəlliverici görüşlər, ikinci yarış günündə isə final görüşləri keçiriləcək. Əvvəllər bir gün öncə baş tutan çəki mərasimi bundan sonra yarış günləri keçiriləcək və finala vəsiqə qazanmış idmançılar iki dəfə çəki prosesinə cəlb olunacaq. İkinci dəfə tərəziyə çıxan idmançılara normadan 2 kiloqramadək artıq çəkidə güləşməyə icazə veriləcək.


Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar. 


Proqram


13 dekabr 2017-ci il
Saat 16:00-17:00 - Yunan-Roma güləşi üzrə püşkatma mərasimi: 55, 63, 72, 82 və 97 kq


14 dekabr 2017-ci il
Saat 9:00-9:30 -  Yunan-Roma güləşi üzrə çəki: 55, 63, 72, 82 və 97 kq (ilkin görüşlər üçün)
Saat 10:30-15:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər: 55, 63, 72, 82 və 97 kq
Saat 16:00 - Yunan-Roma güləşi üzrə püşkatma: 60, 67, 77, 87 və 130 kq
Saat 17:00-17:30 - Yarışların açılış mərasimi
Saat 17:30-20:00 - Yunan-Roma güləşi üzrə yarımfinal və təsəlliverici görüşlər: 55, 63, 72, 82 və 97 kq


15 dekabr 2017-ci il
Saat 9:00-9:30 -  Yunan-Roma güləşi üzrə çəki: 60, 67, 77, 87 və 130 kq (ilkin görüşlər üçün)
Saat 9:30-9:45 - Yunan-Roma güləşi üzrə çəki: 55, 63, 72, 82 və 97 kq (final görüşləri üçün)
Saat 10:30-15:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər: 60, 67, 77, 87 və 130 kq
Saat 16:00 - Sərbəst güləş üzrə püşkatma: 57, 65, 74, 86 və 97 kq
Saat 16:30-18:30 - Yunan-Roma güləşi üzrə yarımfinal və təsəlliverici görüşlər: 60, 67, 77, 87 və 130 kq
Saat 18:30-20:00 - Yunan-Roma güləşi üzrə final görüşləri: 55, 63, 72, 82 və 97 kq


16 dekabr 2017-ci il
Saat 9:00-9:30 -  Sərbəst güləş üzrə çəki: 57, 65, 74, 86 və 97 kq (ilkin görüşlər üçün)
Saat 9:30-9:45 - Yunan-Roma güləşi üzrə çəki: 60, 67, 77, 87 və 130 kq (final görüşləri üçün)
Saat 10:30-15:00 - Sərbəst güləş üzrə ilkin görüşlər: 57, 65, 74, 86 və 97 kq
Saat 16:00 - Sərbəst güləş üzrə püşkatma: 61, 70, 79, 92 və 125 kq
Saat 16:30-18:30 - Sərbəst güləş üzrə yarımfinal və təsəlliverici görüşlər: 57, 65, 74, 86 və 97 kq
Saat 18:30-20:00 - Yunan-Roma güləşi üzrə final görüşləri: 60, 67, 77, 87 və 130 kq


17 dekabr 2017-ci il
Saat 9:00-9:30 -  Sərbəst güləş üzrə çəki: 61, 70, 79, 92 və 125 kq (ilkin görüşlər üçün)
Saat 9:30-9:45 - Sərbəst güləş üzrə çəki: 57, 65, 74, 86 və 97 kq (final görüşləri üçün)
Saat 10:30-15:00 - Sərbəst güləş üzrə ilkin görüşlər: 61, 70, 79, 92 və 125 kq
Saat 16:00-18:00 - Sərbəst güləş üzrə yarımfinal və təsəlliverici görüşlər: 61, 70, 79, 92 və 125 kq
Saat 18:00-20:00 - Sərbəst güləş üzrə final görüşləri: 57, 65, 74, 86 və 97 kq


18 dekabr 2017-ci il
Saat 9:00-9:15 - Sərbəst güləş üzrə çəki: 61, 70, 79, 92 və 125 kq (final görüşləri üçün)
Saat 11:00-14:00 - Sərbəst güləş üzrə final görüşləri: 61, 70, 79, 92 və 125 kq.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AFFA-nın oyun alqı-satqısına görə çempionatdan qovduğu komanda geri döndü
"Neftçi"yə lazım olmayan futbolçi "Kəpəz"lə müqavilə bağladı
"Neftçi"yə keçidi baş tutmadı: 20 min maaş istəyirdi
Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Səbail"də daha az maaşa oynayacaq
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində

Xəbər Lenti
16 Yanvar 2018
19:23 Rəşad Sadıqov qələbə ilə başladı
19:21 “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi
19:00 “Kəpəz” daha 3 transferi rəsmən açıqladı
18:43 “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı
18:21 Millimizdən 6 qolluq qələbə
18:00 Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
17:43 Şehiç milliyə gec qoşulacaq
17:22 "Keşlə"dən növbəti rəsmi transfer
17:00 Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?
16:41 Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq
16:22 “Neftçi” 2 dövrənin antirekordçusudu
16:00 Rəqib baş məşqçi yekun heyəti açıqladı
15:40 Gimnastımız bürünc medal qazandı
15:21 "Sumqayıt" - "Qaradağ Lökbatan" 3:0 - VİDEO
15:00 "Mançester Yunayted" azarkeşi olan İnqilab Məmmədov: "Heç bir jurnalistlə nə dostluğum var, nə də yoldaşlığım" - MÜSAHİBƏ
14:54 “Union Berlin”lə Kosovo millisinin fərqi
14:41 “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu
14:25 "Borussiya" "Bazel"dən 20 milyona futbolçu aldı
14:00 "Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
13:43 "Benfika"dan "İnter"ə
13:22 Azərbaycanlı futbolçu Portuqaliyada növbəti qolunu vurdu
13:00 Vladislav Qədirov özünə yeni iş yeri tapdı
12:43 "Qvardiolaya başa saldılar ki, Messiyə toxunmaq olmaz"
12:00 Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
11:38 Ukraynalı qapıçı rəsmən "Kəpəz"də!
11:00 "Kəpəz"in yalanı üzə çıxdı
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:12 Komandamızın Yunanıstandakı oyununun hakimləri
15 Yanvar 2018
23:33 Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
23:30 “Qəbələ” tək məşqlə kifayətləndi
22:23 Millimizin üzvü "Gənclərbirliyi"ndə!
20:30 “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi
20:00 Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü
19:45 “Sumqayıt” liderə qalib gəldi
19:00 “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı
18:00 Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
17:41 “Qarabağ” yenə Aqollisiz məşq etdi
17:20 Hücumçumuzun yenə ehtiyatda qaldığı oyunda komandası qələbə qazandı
17:00 Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
16:45 Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO
16:21 Karateçilərimizdən 8 medal
15:43 Millimizə daha bir futbolçu qoşuldu
15:21 Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
15:00 Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
14:45 “Səbail” Divizion klubuna qalib gəldi
14:22 “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
14:00 "Səbail"də daha az maaşa oynayacaq
13:45 "Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
13:28 "Liverpul" - "Mançester Siti" 4:3 - VİDEO
13:00 "Kəpəz"in oyunu niyə ləğv olundu?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.