Ucuz təyyarə biletləri

Zəngilan futbolunun tarixindən - YAZI

Tarix:  03.12.17 20:12           Yazar:  Rekord.az           Oxunub: 401 dəfə

Məcburi köçkün rayonlarımızın futbol həyatından bəhs edən layihəmiz çərçivəsində növbəti yazımız Zəngilan rayonunun futboluna həsr olunur.

 

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Ərazisi 707 kv km, əhalisi 37,6 min nəfərdir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Ərazisində bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.


Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.
Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay
Ərzidə 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətcə əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir.
Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır. 
Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn təbii Çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır.
Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. Zəngilan qədim «Ağ Oyuğ»un üzüm plantasiyaları ilə də məşhurdu. 
Zəngilan aramsız düşmən hücümlarına mərdliklə sinə gərərək iki ay mühasirədə qalsa da 1993-cü il oktyabrın 29-da erməni işğalçıları tərəfindən işğal olunub. 

 

 

50-ci illərdə əsası qoyulan futbol

Zəngilanı idmandan kənar rayon saymaq olmaz. Burada zaman-zaman güləş, şahmat və hətta voleybol üzrə tanınan idmançılar yetişib. Futbolun yeri isə təbii ki, bir başqa olub. Rayonda futbolun tarixi ötən əsrin 50-ci illərinə gedib çıxıb. Burada isə o zaman bütün ölkə üzrə məşhur olan “Məhsul” Kənd Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin də rolu oldu. Sözügedən cəmiyyətin Zəngilanda da bölməsi yaradıldı və digər idman növləri kimi, futbol üzrə də yarışlar keçirilməyə başladı. Rayonda ilk futbol yarışı isə 1953-cü ildə keçirmişdi. Rayon idman şurasının keçirdiyi futbol turnirinin qalibi adını Pirçivan kənd orta məktəbi qazanmışdı. 1954-cü ildən etibarən isə kəndlər arasında mütəmaddi olaraq yoldaşlıq görüşləri də keçirilməyə başladı. Həmin ildə ilk yoldaşlıq görüşündə Pirçivan orta məktəbi ilə Malatkeşin yeddiillik məktəblə üz-üzə gəlmiş və pirçivanlılar rəqibini 7:1 hesabl ilə məğlub etmişdi. 1955-ci ildə Pilçivan komandası Zəngilanın rayon mərkəzinin komandasını da 4:2 hesabı ilə məğlub etmişdi. Ümumiyyətlə həmin illərdə bu kəndin komandası rayonda ən güclü sayılırdı. 


1958-ci ildən etibarən isə Zəngilan rayonunun futbol üzrə yığma komandası təşkil olundu. Rayon yığması ilk oyununu 1958-cu ildə Saatlı rayonunda yerli komandaya qarşı keçirdi. Matç saatlıların 2:0-lıq qələbəsi ilə başa çatdı. 
Bir il sonra Zəngilan rayon yığma komandası ilk qələbəsini qazandı. Zəngilanlılar evdə Culfa rayonunun komandasını 2:0 hesabı ilə məğlub etməyi bacardı. Buna tarixi qələbə də demək olar.
1960-cı ildən etibarən futbol yarışları daha mütəşəkkil və kütləvi şəkildə təşkil olunmağa başladı.Məsələn, 1964-cü ildə Masallıda ilk dəfə İdman və Təhsil Nazirliyinin xətti ilə rayonlar arası futbol üzrə zona birinciliyi keçirildi ki, Zəngilan rayonunun komandası həmin yarışda 1-ci yeri tutdu.


1967-ci ildə İdman və Komsomol Komitəsinin Dəvəçidə məktəblilərin XXV spartakiadasında iştirak edən Zəngilanın məktəblilərdən ibarət futbol komandası 4-cü pilləni tutdu. 1968-ci ildə isə Ağdamda keçirilən analoji yarışda nəticə bir qədər də yaxşılaşıb 3-cü yer oldu. 
70-ci illərdə Azərbaycanda, xüsusilə də bölgələrdə “Sevinc” kuboku yarışı geniş yayılmışdı və çox populyar idi. 1972-ci ildə rayonda  sözügedən kubokun 11-12 yaşlı futbolçular arasında zona yarışı təşkil olundu. Zəngilan məktəbliləri bu turnirdə 2-ci yerin sahibi oldu.13-14 yaşlı futbolçuların yarışında isə çempion adını qazandılar.
70-ci illərdə keçirilən və məşhur olan digər bir yarış isə “Qızıl sünbül” kuboku idi. Zəngilan futbolçuları bu turnirdə də uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, 1977-ci ildə Zəngilanda keçirilən bu yarışın qalibi adını məhz yerli komanda qazanmışdı. 


70-ci illərin sonundan etibarən rayonda müxtəlif yaş qruplarından ibarət futbol komandaları yaradıldı ki, bunlar arasında “Süsən” və Çinar” komandaları daha populyar idi. “Süsən”in 10-11 yaşlı futbolçuları 1980-ci ildə Zəngilanda keçirilən “Sevinc” kubokunda 2-ci pilləni, 11-12 yaşlı futbolçulardan ibarət “Çinar” komandası isə 1-ci pilləni tutmuşdu. 
1986-cı ildə isə rayonun “Məhsul” komandası Zəngilanda keçirilən “Sünbülcük” kubokunun zona yarışının qalibi olmuşdu.
1988-ci ildə isə “Süsən” komandası I Fəhlə spartakiadasının Sabirabadda keçirilən zona yarışında bütün rəqiblərindən üstün olmağı bacardı.
1990-cı ildə rayonun futbol komandası Zəngilanda keçirilən Əfqanıstan müharibəsində həlak olmuş “Qırmızı ulduz” ordenli Eynur Həsənovun xatirəsinə həsr edilmiş Respublika turnirinin də qalibi olmuşdu.
Analoji turnir 1991-ci ildə də keçirilmiş və bu dəfə rayon komandası ikinciliklə kifayətləndi. 

 

Ümumiyyətlə, “Məhsul” cəmiyyəti 1964-cü ildən etibarən 1992-ci ilə kimi mütəmaddi olaraq futbol üzrə rayon birinciliyi keçirib. İlk birinciliyijn qalibi adını isə “Spartak” komandası qazanıb. Müxtəlif illərdə “Spartak”dan başqa “Süsən”, “Şimşək”, Şaumyan adına kolxoz, “Dinamo”, “Gənclik”, “Kooperator”, “Şəfəq”, “Rabitəçi” və “Qarabağ” komandaları da rayon çempionu adını qazanıb. Son rayon çempionu adını 1992-ci ildə “Qarabağ” komandası qazanıb.
Eyni zamanda rayonda “Məhsul” cəmiyyətinin xətti ilə idman kollektivləri arasında da futbol turnirləri keçirilib. 


Akif Kərimli isə futbol üzrə “Respublika dərəcəli hakim” adına layiq görülüb. O, eyni zamanda “Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi” adını da daşıyır. Şahmar Bayramov, Cabbar İmamverdiyev, Arif Bəşirov, Rasif Fərəcov, Zöhrab Ağayev, Mətləb Abışov  rayonun tanınmış futbolçularından olublar. 
Şübhəsiz ki, Zəngilan deyəndə ağıa gələn ən məşhur sima bir vaxtlar “Neftçi”nin qapısını qorumuş Elxan Rəsulov olub. Onun haqqında növbəti yazımızda geniş bəhs edəcəyik.

 

 

 

Məğlubedilməz "Süsən"

Rayonun ən məşhur futbol komandası isə “Süsən” olub. Bu komanda həm də bir növü rayonun yığma komandasının bazası olub. Xüsusilə 80-cı illərdə rayonun futbol həyatında öz çəkisi ilə iz qoyub. Məsələn, “Süsən” 1983-86-cı illər aralığında 3 dəfə ard-arda rayon çempionu adını qazanıb. “Süsən” həm də 1982-88-ci illər arasında 3 dəfə də rayon kubokunun qalibi olub.
Yuxarıda rayonun futbol tarixi, futbol komandaları haqda müəyyən məlumatlar verdik. Amma məlum məsələdir ki, Zəngilan futbolu ölkə futbolunda böyük çəkisi olmayıb. Qarabağ zonasında da Zəngilan futbolunun çəkisi Ağdam, Cəbrayıl, Xanlkəndi kimi rayonlarla müqayisədə aşağı olub. Hətta Füzulinin futbolu da Zəngilanla müqayisədə daha üstün hesab olunur. Görünür məhz bu səbəbdən rayonda böyük futbol qurğuları olmayıb.

 

 

Məşhur şairin adını daşıyan stadion

1983-cü ildə rayonda 1500 nəfər tutumu olan kiçik stadion inşa olundu və əksər yarışlar da orada keçirildi. Stadion məşhur Azərbaycan şairi Səməd Vurğunun adını daşıyırdı. Tutumu az olsa da arkitektik quruluşu və yerləşmə mövqeyinə görə xüsusi seçilib. Dəmir yolu stansiyası və rayon mərkəzinin baş küçəsi arasındakı geniş sahədə yerləşən bu stadionda hər cür şərait var idi. Deyilənə görə, o vaxt həmin stadionun tikintisi üçün 70 min rubl pul xərclənmişdi. Amma zəngilanlıların bildirdiyinə görə, stadionun potensialından heç də tam istifadə olunmadı. Yəni orada daha çox və daha yüksək səviyyəli futbol matçları keçirmək mümkün idi. Onu da öyrəndik ki, kiçik rayon olsa da burada futbol yarışlarına böyülk maraq olub. İnsanlar daim oyunlara gəlib öz komandalarına azarkeşlik ediblər.  Bundan başqa rayonun bir sadə, tribunasız futbol meydançası da olub.  rayonu da bu  bu turnir rayonda keçirilən son futbol turniri oldu 1988-ci ildən etibarən yaşanan məlum olaylar, mənfur düşmənlərimizin ölkəmizə qarşı ərazi iddiası, qızışan müharibə ocağı rayonun futbol həyatında da geriləməyə səbəb oldu. 1993-cü ildə rayon işğal olunduqdan sonra zəngilanlılar da ölkənin dörd bir yanına səpələnərək məcburi köçkün həyatı yaşamağa başladı. Qaçqınçılıq dövründə isə Zəngilan futbolunun hər hansı bir uğurundan danışmaq mümkün deyil. Rayonun müxtəlif idman növləri üzrə idmançıları 1997-ci ildən etibarən rayon miqyaslı yarışlara qatılmağa başlasa da futbolda 2006-cı ilə kimi susqunluq hökm sürmüşdü. Yalnız 2006-cı ildə rayonun “Süsən” futzal komandası Bakı şəhər gənclər və idman idarəsinin işğal olunmuş rayonların komandaları arasında keçirilən mini-futbol turnirində iştirak etmiş və qalib adını qazanmışdı. 

 

 

Qaytarın o ənənəni


Əldə etdiyimiz məlumata görə, Zəngilan rayon Gənclər və İdman idarəsi yaxın zamanlarda yenidən köhnə ənənəni bərpa etmək istəyir. Belə ki, sözügedən qurum futbol üzrə Zəngilan birinciliyi keçirməyi nəzərdə tutur. Məqsəd rayon gəncləri arasında əlaqələri genişləndirmək, Zəngilanın futbol ənənələrini davam etdirməkdən ibarətdir. Rayonun istənilən kəndinin, o cümlədən idarə və müəssisələrinin komandaları bu turnirdə iştirak edə bilər. Yarışın Bakıda keçirilməsi nəzərdə tutulub. Hər halda biz də bu təşəbbüsü alqışlayır və davamlı olmasını arzu edirik.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.