Ucuz təyyarə biletləri

AFFA-nın hüquqşünası: "Bu işin cəzası azadlıqdan məhrumetmədir" - MÜSAHİBƏ

Tarix:  07.12.17 21:12           Yazar:  Rekord.az           Oxunub: 338 dəfə

UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov qol.az saytına müsahibə verib. Ölkə futbolunda danışılmış oyunlarla bağlı baş verən qalmaqaldan söhbət açan Cəbrayılov günahkarları gözləyən növbəti mümkün cəzaları da açıqlayıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

Ölkə futbolu son günlər danışılmış oyunlar qalmaqalı ilə çalxalanır. Ümumiyyətlə, oyun alqı-satqısında iştirakı təsdiqlənən şəxslərlə bağlı cinayət məcəlləsində hansı cəzalar nəzərdə tutulub?

- Cinayət məcəlləsinin 192-2-ci maddəsinə görə, idman yarışlarının nəticələrini manipulyasiya edən şəxsləri həbs cəzası gözləyir. Sadəcə, istintaq araşdırmaları davam etdiyi üçün hələlik o bəndin tələbi yerinə yetirilmir. Bu cür hallarda günahkarlara birbaşa cəza verilmir. Əslində bu işin cəzası azadlıqdan məhrumetmədir. Bu qərarı isə məhkəmə verir. Araşdırma əsasında yığılan faktlar sənədləşdirilir və məhkəməyə təqdim olunur. Məhkəmə isə hökm çıxarır. Son olaylarla bağlı azadlıqdan məhrumetmə cəzası gözlənilir.

- AFFA-nın baş katibi Elxan Məmmədov da bildirmişdi, indi özünüz də qeyd etdiniz ki, araşdırmalar davam edir. Şübhələndiyiniz başqa məqamlar, başqa şəxslər də varmı?

- Təbii ki, yenə də var. Biz işimizi yekunlaşdırmamışıq. Araşdırmalar davam edir. Müvafiq olaraq, hüquq-mühafizə orqanlarına da məlumat veririk.

- Digər günahkarların adları nə vaxt açıqlanacaq?

- Bununla bağlı konkret nəsə demək mümkün deyil. Çünki araşdırma hələ gedir. Ola bilər ki, müəyyən müddətdən sonra açıqlansın. Amma heç olmaya da bilər. Sadəcə, onu deyim ki, şübhəli məqamlar kifayət qədər çoxdur. Biz də bununla bağlı araşdırmalara davam edirik.

- Nizami Hacıyev, Mirhüseyn Seyidov və son olaraq Ağakişi Mehdizadə konkret olaraq hansı oyunun nəticəsini manipulyasiya etməkdə günahlandırılırlar?

- Araşdırmanın detalları istintaq, gələcəkdə əməliyyat-axtarış materialıdır. İndi həmin detalların ətraflı açıqlanması istintaqın aparılmasına mane olur. Buna görə də ad çəkmək düzgün olmaz.

- Ağakişi Mehdizadə dünən saytımıza müsahibəsində AFFA-ya gedəcəyini və apellyasiya şikayəti verəcəyini bildirib. Federasiyada onunla görüş olub?

- Bəli, görüş olub. O, apellyasiya şikayətini necə verəcəyini soruşdu. Biz də detalları izah etdik. Yəqin ki, müraciət edəcək.

- Necə düşünürsünüz, şikayət nəyisə dəyişə bilər?

- Buna Apellyasiya Arbitraj Tribunalı baxır. Onlar nə qərar verəcək, bilmirəm. Bu barədə məlumatım yoxdur. Hər şey tribunalın qərarından asılı olacaq.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Kamran Ağayev Gəncəyə getmək istəmir
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
“Region Liqası”nda neçə komanda iştirak edəcək?

Xəbər Lenti
12 Dekabr 2017
22:44 Bakı klubunun ukraynalı hücumçusu hamıdan çox fərqləndi
22:05 “Qəbələ” təmsilçisi ukraynalı boksçu ilə döyüşəcək
22:01 Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi - VİDEO
21:04 Komandamız avrokuboka məğlubiyyətlə başladı
20:22 Orxan Sadıqlı "Kəpəz" variantına aydınlıq gətirdi: "2-3 günə hər şey bilinəcək" - MÜSAHİBƏ
18:31 Rəşad Sadıqov “Roma”nın düşərgəsində
18:00 “Qəbələ” Daboya yeni müqavilə təklif edəcək
17:21 Pro kursunun 5-ci mərhələsi başladı
17:00 “Sabah” yenə Mikayıl Cabbarovun nəzarətində olacaq
16:41 Elçin Rəhmanov Delio Rossi ilə görüşəcək
16:21 Orxan Hüseynzadə UEFA-nın tədbirində
16:20 İAM sabah "İlin qalibləri-2017"-ni elan edəcək
16:00 Elşad Əhmədov: “Vardar”ın Akademiyasına yaxşı tərəfdən təəccübləndim”
15:41 Klublar Komitəsinin iclası keçiriləcək
15:23 "Qəbələ" legionerini göndərir
15:00 “Region Liqası”nda neçə komanda iştirak edəcək?
14:45 56 qarşılaşma, 183 futbolçu: Kim oynadı, kim vurdu?
14:22 Biz Lorentsonun ətəyindən yapışarkən...
14:00 “Neftçi” Fəhmini “Səbail”ə verməkdən imtina etdi
13:21 Ölkə çempionatında ilk dövrə başa çatdı
13:00 Ayxan Abbasov “Neftçi”yə qol vuran futbolçunu “Zirə”dən göndərir?
12:40 “Kəpəz” kubokun cavab matçına da Bakıda hazırlaşır
12:23 1/4 finalın cavab oyunlarının başlama saatı açıqlandı
12:00 Kamran Ağayev Gəncəyə getmək istəmir
11:45 Sabiq “Qarabağ”lı özünə yeni klub tapdı
11:27 "Qəbələ" - "Səbail" 1:0 - FOTOLAR
11:00 Elmar Vəliyev “Kəpəz”i Antalyaya göndərir?
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.