Ucuz təyyarə biletləri

“Sivilizasiyaların döyüşü”ndən üzüağ çıxan “Qarabağ”!

Tarix:  08.12.17 01:12           Yazar:  Kənan Məstəliyev           Oxunub: 206 dəfə

Şərq sivilizasiyanın başlanğıcı olan Bakıdan Qərb sivilizasiyasının mərkəzi və təməl daşı Romaya səfərin səbəbkarı bir top oyunu idi. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsindəki son oyununu son yox, sonrakı tarixə çevirmək üçün yola düşmüş, biz də ona yol yoldaşı olmuşduq. “Əbədi şəhər”i görəcək, onun hər küçəsinin tarix olduğunu biləcək, bundan yazacaq, həm də böyük futbol bayramına şahidlik edəcəkdik. Belə də oldu. Amma sizə bir şey deyim: tarixlər şəhəri Roma üçün tarixin heç bir əhəmiyyəti yoxdu. Niyəsini yazacam.

 

Zövqün zirvəsi
“Fuimiçino” hava limanına daxil olandan cəmi 3 dəqiqə sonra İtaliyada olduğumuzu həm gördük, həm də hiss etdik. Terminalın uçuş gözləmə zalında xüsusi hazırlanan oturacaqların üzərinə çəkilən adi parça o qədər gözəl görünürdü ki, deməyə söz tapmaq olmurdu. Düzdü, klassik azərbaycanlı üçün Avropada gördüyü adi ağac belə xüsusi ağaca, adi küçə xüsusi küçəyə, adi yeməklər xüsusi yeməyə (və s.) çevrilir. Ancaq bu həna o hənadan deyildi. Romada hər kəsin, təkrar edirəm, hər kəsin həsəd aparacağımız qədər zövqlə geyindiyini görəndə, bir daha İtaliyanın dünya dəbinin əsas mərkəzlərindən biri, zövqün zirvəsi olduğuna əmin olduq. Özü də başqa yerlərdən fərqli olaraq burada qadınlar xarici görünüş baxımından kişilərə böyük hesabla məğlub olur, hətta deyərdim, darmadağına məruz qalırdılar.

 

Tarixin əhəmiyyət kəsb etmədiyi şəhər
Yazının əvvəlində də qeyd etmişdim ki, “Əbədi şəhər” adı ilə tanınan Roma üçün tarixin heç bir əhəmiyyəti yoxdu. Çünki bu şəhər səhrada toz dənəciyi qədər yüz, min yaşı olan abidələr, binalar, məkanlarla doludu. O qədər ki, ən tanınmışlarını belə gözdən qaçırmaq çox asandı. Məsələn, “Bütün tanrıların iqamətgahı” kimi tanınan Panteonun qarşısında “bura da tarixi yerə oxşayır” deyib şəkil çəkdirmiş, yalnız Bakıya qayıdanda bilmişdik ki, ora məhz oradı. Çünki bu Panteonlardan Romada az qala yüzlərlədi. Odu ki, iki gün günə baş çəkəcəyimiz əsas yerlərin seçimini etməli idik. Qərar bu oldu: “Trevi” fəvvarəsi, “Kolizey” və “Vatikan”.

 

Kolizey, Forum, Vatikan, Trevi...
Girişi 17 avro (34 manat) olan Kolizeydə gəzinti bizə pulsuz başa gəldi. Sən demə, adi jurnalist vəsiqənizin olması, hansı ölkədən gəlməyiniz, hansı KİV-i təmsil etməyinizdən asılı olmayaraq sizi özəl birinə çevirir. Sadəcə vəsiqəni göstər, keç... Kolizeyin özü haqda isə çox danışmayacam. Tarix kitablarında nə oxumusuzsa, nə xəyal qurmusuzsa, məhz elədi. Vaxtilə böyük “əyləncə” və qanlı döyüş meydanı olmuş bu məkanda saatlarla qalıb, minilliklərin yaddaşını öz beyninə, bədəninə hopdurmaq olar. Daha sonra elə Kolizeyin yanındakı Roma Forumuna baş çəkdik. Qalıqları belə möhtəşəm olan bu məkanın minilliklər öncə necə fantastik bir yer olduğunu təsəvvür edəndə, adamı tər basırdı. Sonra Vatikana getdik, Roma Papasının həmişə xalqın qarşısına çıxdığı məşhur eyvanı gördük. Daha sonra “Roma tətilləri” filmi ilə məşhurlaşan “Trevi” fəvvarəsinə qəpik atıb, bir daha bura qayıtmaq arzusunu tutduq. Sonra “İspan pilləkəni”, sonra, sonra, sonra...

 

Bahalı şəhər
Roma baha yerdi. Çox böyük şəhər olsa da, cəmi 3 milyon əhalisi olan paytaxtda turistlər yerli camaatdan çoxdu. Bu da tələbata, qiymətlərə təsir edir. Ən adi, sadə pitsa və ya spagetti ilə kiçik bir “Kola” içmək sizə təxminən 25 manata başa gələ bilər. Hələ normal, “adam kimi” yeməyi heç təsəvvür belə etmək istəmirəm. Geyim, nəqliyyat, xidmətlər, bir sözlə, bizim üçün hər şey bahadı. “Küçələrdə ideal təmizlik var” da deyə bilmərik, çünki belə deyil. Üstəlik, Afrikadan, Karib Hövzəsindən, Asiyadan gələn çox sayda miqrant ya “bomj”luq edir, ya nəsə başqa xidmətlər təklif edir, ya da xırda-xuruş alveriylə məşğul idilər. Az qala bütün suvenir mağazaları, restoran və kafelərdəki ofisiantlar bu “qonaq” əhlindən idi. Ancaq bütün bu və digər mənfi məqamlar şəhərin gözəlliyinə xələl gətirmir. Roma hər şeyi ilə gözəldir. 

 

Azarkeşin ruh verdiyi stadion
Gələk, əsas məsələyə. “Dünyaca məşhur “Stadio Olimpiko” necədir” deyə  soruşsaz, “adı məşhur, özü müasir, ancaq o qədər də əzəmətli olmayan” cavabını verərəm. 70 minlik arena kənardan bir qədər kobud bənzətmə olsa da, “alış-veriş mərkəzi”nə oxşayır. İçərisi çox müasir, texnologiya ilə təmin edilmiş, daxili görünüşü çox yaxşıdı. Ancaq oyun da göstərdi ki, “Stadio Olimpiko”ya rəng qatan, onu zirvəyə qaldıranlar “Roma” (və ya “Latsio”) azarkeşləridi. Onların oyun zamanı rəngarəng bayraq performansları, oxuduqları mahnılar, himn, 90 dəqiqə dayanmadan dəstək vermələri susqun, bir az boş və ruhsuz görünən böyük arenanı canlı bir orqanizmə çevirir. İnsanlar burda bayram edir, olduqları yeri də bayram meydanına çevirirlər. Bu klub-komanda-azarkeş bütünlüyünü görməyə dəyərdi.

 

Amma, ancaq və lakin...
Media İş Otağında apenninli həmkarlarımızın kiçik bir “İsveç masası”nda paylanan yemək və içəcəyə “hücum”u, böyüklü-kiçikli yaxşıca “dartışma”larını görmək xoş olmadı. Növbədən əsər-əlamət yox, yol vermək yox... Belə şeyi biz Bakıda etsəydik, el-aləmə xar olardıq. Yemədik, sakitcə meyvə suyumuzu içib kənara çəkildik. Hələ qış ayında “bir tikə” yemək və soyuq meyvə suyunu pulsuz verib, məhz qızışmaq üçün lazım olan çay və qəhvənin pulla satılması... Nə məntiqdi, nə düşüncədi, hələ də anlamamışam. Oyundan sonra isə həmin “qarın qulluqçularından” biri öz tərbiyəsizliyini nümayiş etdirərək hazırda Şərqin ən güclü məşqçilərindən biri olan Qurban Qurbanovun mətbuat konfransında guya iş görürmüşcəsinə təxribata əl atdı. Mütəxəssis isə sadəcə bu “təlxəy”in “iş”ini bitirməsini gözlədi, sonra da sözünə davam etdi. Əhsən, Qurbanov! 

 

Şərq hələ qayıdacaq!
Heç şübhəsiz, Avropa bizdən demək olar ki, hər şeydə, çox şeydə qabaqda, çox, çox qabaqdadı. Ancaq ÇL-in qrup mərhələsi bizə bəzi şeyləri də öyrətdi. Öyrətdi ki, Qərb bizi özününkü kimi qəbul etmir, hələ də “geridə qalmış”, “yersiz” şərqli imi yanaşır. Meydanda ardıcıl, heç bir məntiqə sığmayan qırmızı vərəqə və penaltilər, ondan kənarda isə qarşılaşdığımız xırda, çoxlarının diqqətə almadığı bəzi məqamlar toplusu bu fikrə gəlməyə tam rəvac verməsə də, belə düşünmək üçün “əl yeri” qoyur. Diqqət yetirin: bu qrupda heç bir rəqib futbolçu azərbaycanlı jurnalistə müsahibə vermədi, ispan qəzetləri bilərəkdən Qarabağın tarixində səhvə yol verib onu ermənilərə aid etdilər, Qurban Qurbanovun mətbuat konfransına müdaxilə edilməsi də son nöqtə oldu. Qərb sivilizasiyası “Qarabağ”ın simasında Şərqin qorxunc gözəlliyinin cizgilərini gördü. Ancaq artıq gecdi, fəth başlayıb. “Qarabağ” Romada “Sivilizasiyaların döyüşü”ndən üzüağ çıxdı. Nə tərbiyəsizliyə tərbiyəsizliklə cavab verdi, nə ofsayddan vurulan qola, nə də hakimin kiçik bicliklərinə etiraz etdi, üstəlik, “Roma” kimi nəhəngi vaxt aparmağa məcbur elədi. “Qarabağ” və onun simasında Azərbaycan böyük əzmkarlıq və döyüşkənlik nümayiş etdirdi. Qərbin üç böyük paytaxt təmsilçisinə əzilməmək, qoparılan iki xal, gözəl və baxımlı oyun, məğrur duruşu ilə özünə hörmət qazanmaq böyük uğurdu. Uduzulan yalnız döyüşdü, “müharibə” isə hələ davam edir. Heç şübhəniz olmasın ki, Şərq hələ qayıdacaq!

Təşəkkürlər, “Qarabağ”!

 

Kənan Məstəliyev, Bakı-Roma-Bakı

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Kamran Ağayev Gəncəyə getmək istəmir
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
“Region Liqası”nda neçə komanda iştirak edəcək?

Xəbər Lenti
12 Dekabr 2017
22:44 Bakı klubunun ukraynalı hücumçusu hamıdan çox fərqləndi
22:05 “Qəbələ” təmsilçisi ukraynalı boksçu ilə döyüşəcək
22:01 Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi - VİDEO
21:04 Komandamız avrokuboka məğlubiyyətlə başladı
20:22 Orxan Sadıqlı "Kəpəz" variantına aydınlıq gətirdi: "2-3 günə hər şey bilinəcək" - MÜSAHİBƏ
18:31 Rəşad Sadıqov “Roma”nın düşərgəsində
18:00 “Qəbələ” Daboya yeni müqavilə təklif edəcək
17:21 Pro kursunun 5-ci mərhələsi başladı
17:00 “Sabah” yenə Mikayıl Cabbarovun nəzarətində olacaq
16:41 Elçin Rəhmanov Delio Rossi ilə görüşəcək
16:21 Orxan Hüseynzadə UEFA-nın tədbirində
16:20 İAM sabah "İlin qalibləri-2017"-ni elan edəcək
16:00 Elşad Əhmədov: “Vardar”ın Akademiyasına yaxşı tərəfdən təəccübləndim”
15:41 Klublar Komitəsinin iclası keçiriləcək
15:23 "Qəbələ" legionerini göndərir
15:00 “Region Liqası”nda neçə komanda iştirak edəcək?
14:45 56 qarşılaşma, 183 futbolçu: Kim oynadı, kim vurdu?
14:22 Biz Lorentsonun ətəyindən yapışarkən...
14:00 “Neftçi” Fəhmini “Səbail”ə verməkdən imtina etdi
13:21 Ölkə çempionatında ilk dövrə başa çatdı
13:00 Ayxan Abbasov “Neftçi”yə qol vuran futbolçunu “Zirə”dən göndərir?
12:40 “Kəpəz” kubokun cavab matçına da Bakıda hazırlaşır
12:23 1/4 finalın cavab oyunlarının başlama saatı açıqlandı
12:00 Kamran Ağayev Gəncəyə getmək istəmir
11:45 Sabiq “Qarabağ”lı özünə yeni klub tapdı
11:27 "Qəbələ" - "Səbail" 1:0 - FOTOLAR
11:00 Elmar Vəliyev “Kəpəz”i Antalyaya göndərir?
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.