Ucuz təyyarə biletləri

Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI

Tarix:  10.12.17 21:12           Yazar:  Rekord.az           Oxunub: 453 dəfə

Məcburi köçkün rayonlarımızın futbol həyatından bəhs edən layihəmiz çərçivəsində Zəngilan futboluna həsr etdiyimiz ikinci yazını sizə təqdim edirik. İlk yazımızda sizə rayonun futbol həyatından, futbol tarixindən, tanınmış futbol adamlarından bəhs etmişdik. Bir nəfəri isə xüsusi qeyd etmişdik və bildirmişdik ki, ikinci yazımızda həmin insan haqda geniş bəhs edəcəyik. Söhbət Elxan Rəsulovdan gedir. Elxan Rəsulovu əminliklə Zəngilan futbolunun ön sözü hesab etmək olar. Bəlkə də Zəngilanda az yaşayıb, orada az olub. Amma onu əminliklə Zəngilan futbolunun ən məşhur siması adlandırmaq olar. Rəsulov 1960-cı il martın 26-da dünyaya gəlib. “Neftçi”nin stajlı azarkeşləri onu yaxşı tanıyır. Çünki Elxan fasilələrlə 5 il “ağ qaralar”ın qapısını qoruyub. Elə böyük futbolda da ilk addımlarını “Neftçi”də atıb. Bundan başqa, karyerası boyunca  Ukraynanın OİK Karpatı,”Karpatı” (Lvov), “Çertkov”, “Karpati – 2”, Rusiyanın OİK Xabarovsk, eləcə də Almaniyanın “Xerforder” komandalarında forma geyinib. Hazırda elə Almaniyada yaşayır və karyerasını başa vurduğu klubda məşqçi kimi çalışır. 

Rəsulovun ilk peşəkar klubu “Neftçi” olub. O, orta məktəbdə oxuduğu zamanlarda bu klubun hazırlıq qrupuna cəlb olunur. 1977-ci ilə kimi, yəni 17 yaşınadək hazırlıq qrupunda məşq edir. 1977-ci ildə isə  “ağ qaralar”ın əvəzedici komandasına cəlb olunur. Orta məktəbi bitirdikdən  dərhal sonra isə əsas komandaya qatılır. Təbii ki, zəngilanlı balası əsas komandanın məşqçilərinin diqqətini öz oyunu ilə cəlb edir.1978-ci ildə Rəsulov əsas komandanın heyətində debüt edir və yoldaşlıq görüşü çərçivəsində SSRİ-nin olimpiya yığmasına qarşı oyunda bakılıların qapısını qoruyur. Hansı ki, həmin vaxt SSRİ-nin olimpiya yığması çox güclü heyətə malik idi və həmin heyət 1980 Moskva olimpiadasına hazırlaşırdı. Elxan məhz həmin oyunda əfsanəvi qapıçı Rinat Dasayevlə də tanış olur. Qəhrəmanımızın “Neftçi”dəki rəsmi debütü isə 1979-cu ildə Moskva “Dinamo”suna qarşı oyun olur. Lakin təəssüf ki, 19 yaşlı qapıçının debüt matçı məğlubiyyətlə başa çatır. Belə ki, 87-ci dəqiqədə hesab 0:0 olarkən hakim bakılıların qapısına penalti təyin edir. Alekdsandr Maksimenko isə bu şansı qaçırmır və moskvalılar meydançanı qələbə ilə tərk edir. Həmin il Elxan daha bir neçə çempionat matçında “Neftçi”nin qapısını qoruyur. 1981-ci il isə şəxsi planda onun üçün çox uğurlu olur. Belə ki, komandanın əsas qapıçısı kimi mövsümün bütün oyunlarında meydançaya çıxır.  34 matç arasında Moskva “Spartak”ı və “Dinamo”su ilə 1:1-lik heç-heçələr daha yaddaqalan olur. 

 

1983-cü ildə isə Rəsulov məcbur şəkildə “Neftçi”dən ayrılmalı olur. Çünki hərbi xidmət vaxtı çatmışdı. Buna görə də o, Ukraynanın OİK Karpatı komandasının düşərgəsinə yollanır. Onun Ukrayna klubuna gedişi də maraqlı olur. Halbuki Elxanın planında bu variant yox idi. O, Bakıdan birbaşa Moskvaya yollanır. Çünki onu ilk olaraq paytaxt OMİK-i heyətinə cəlb edir. Həmyerlimiz hətta bu komanda ilə birlikdə Bolqarıstana təlim-məşq toplanışına da yollanır. Bolqarıstan toplanışı zamanı isə Rəsulov komandanın baş məşqçisi Albert  Şesternevlə söhbət edir. Məlum məsələ idi ki, onun üçün MOİK-in əsas heyətində oynamaq çətin görünürdü. Şesternev isə həmyerlimizə iki variant irəli sürür: ya MOİK-də qalaraq Valeri Novikovdan sonra ikinci qapıçı olacaq, ya da daimi əsas heyətdə oynayacağı başqa bir hərbi komandaya keçməli idi. Həmin ərəfədə Rostov və Smolensk OİK-i və eləcə də Karpatı OİK-i Rəsulovun xidmətində maraqlı idi. OMİK-də ikinci qapıçı olmaq istəməyən Elxan isə digər variantı seçir və Şesternevin məsləhəti ilə üstünlüyü Ukrayna klubuna verir.  Daha sonra Lvov klubunun baş məşqçisi Nikolay Samarinimlə danışan Elxan birbaşa Soçiyə, “Karpat”nın təlim-məşq toplanışına yollanır 1983-cü ildən etibarən qəhrəmanımız OİK “Karpatı”nın əsas qapıçısı olur. Çox maraqlıdır ki, hərbi xidmətlə əlaqədar bir mövsümlük getdiyi klub Elxan üçün o qədər uğurlu və doğma oldu ki, düz 4 il orada qalmalı oldu. Klubun uğurlu olması isə elə ilk oyunlardan göründü. Belə ki, qapıçımız yeni mövsümə “quru seriya” ilə başladı və 1983-84-cü il mövsümünün startından etibarən 500 dəqiqə qapısından top buraxmadı. 1984-cü ildə “Karpatı” tarixi və yaddaşlardan silinməyəcək qələbə qazandı. Onlar Volqoqradın “Rotor” klubunu 8:0 hesabı ilə məğlub etdi. Elxanın Lvov karyerası 1988-ci ilə kimi davam etdi. Həmin il Moskvada MOİK-ə məğlub olan OİK “Karpatı” bununla da yüksək liqa ilə vidalaşdı. Bundan sonra bir sıra futbolçu düşərgəni tərk etdi ki, onların sırasında həmyerlimiz də var idi. O, 1989-cu ildə Rusiyanın  hərbi komandası olan Xabarovski OİK-nə keçir. 1991-ci ilə qədər bu klubda oynayır. 1991-ci ilin martında qısa müddətli Polşa “Stal”nın düşərgəsinə yollansa da orda işləri uğurlu alınmır. Polşadan isə birbaşa Azərbaycana qayıdır və 8 illik fasilədən sonra yenidən “Neftçi”yə dönür.  Lakin doğma klubunda cəmi iki mövsüm oynayır.  1991-92 və 1992-93-cü illər mövsümündə “Neftçi”nin heyətində 32 oyunda meydançaya çıxır və 39 top buraxır. 1993-cü ildə isə yenidən özünün ikinci evi sayılan Lvovav dönür. Həmin vaxt “Karpatı”nın baş məşqçisi olan Miron Markoviç şəxsən Elxanı öz komandasına dəvət edir. Maraq üçün deyək ki, Markoviç Azərbaycan azarkeşlərinə yad sima deyil. Belə ki, 2014-cü ildə Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Dnepr”in baş məşqçisi məhz Markoviç idi.  Bəli, 1993-cü ildə Markoviç Elxanı “Karpatı”ya dəvət edir. O zaman artıq SSRİ dağılmış, bütün keçmiş ittifaq ölkələri kimi, Ukrayna da öz milli çempionatını keçirirdi. Rəsulovun Ukrayna çempionatındakı debütü 1993-cü ilin 22 avqustunda “Temp”ə qarşı oldu. Həmyerlimiz 1997-ci ilə qədər bu klubun şərəfini qorudu. 1997-ci ildə dostlarının da tövsiyyəsi ilə Almaniyaya üz tutdu və bu ölkənin aşağı liqasında yarışan “Xerforder” klubu ilə müqavilə bağladı. 1999-cu ildə karyerasını da elə bu klubda başa vurdu və həmin ildən orada məşqçi işləməyə başladı.  Çoxları düşünə bilər ki, nə əcəb müstəqilliyin ilk illərində Rəsul Azərbaycan  millisinə dəvət olunmayıb. Əldə etdiyimiz bir məlumata görə, Rəsul 1993-cü ildən Ukrayna vətəndaşlığını da qəbul etdiyi üçün onun Azərbaycan millisində çıxışı baş tutmayıb. Digər məlumata görə isə o vaxt millidə Aleksandr Jidkov, Elxan Həsənov, Nizami Sadıqov kimi qapıçılar olduğundan milli məşqçiləri Rəsulova dəvət göndərməyə ehtiyac duymayıb.

 

 

Bunlar çox maraqlıdır

İndi isə Elxan Rəsulovla bağlı baş vermiş bəzi maraqlı əhvalatları da sizin diqqətinizə çatdırırıq. 80-ci illərin əvvəlləridir Novruz Əzimov da “Neftçi”nin heyətində aparıcı  futbolçularan sayılır. Özü də yaxşı formadadır. Di gəl ki, Moskvadakı oyunların birində dizindən ağır zədə alır və əməliyyat olunur. Həkimlər bildirir ki, hələlik futbolu unutsun, futbol haqda düşünməsin. Çünki zədə çox ciddidir. Lakin Əzimov həkimlərin sözünə əməl etmir və tam sağalmamış yaşıl meydançalara qayıdır. Bunun fəsadı isə daha ağır olur.  Əzimovun dizinə maye yığılmağa başladı. 1983-cü ildə komandaya yeni baş məşqçi gələn Kazbek Tuayev  onu “JB”a (”Jelez Betonniy İzdelii”) göndərdi. Bildirdi ki, ordan maaş da alacaq. Lakin bunu qəbul etməyən Novruz öz istəyi ilə ərizə yazıb “Neftçi”dən ayrıldı. Demək olar ki, futbolu buraxmaq haqda düşünürdü. Onsuz da qarşıdan hərbi xidmət gəlirdi. Elə hərbi xidmətə hazırlaşarkən təsadüfən küçədə keçmiş komanda yoldaşı Elxan Rəsulovu görür. Rəsulov Novruzdan niyə futbol oynamadığını soruşanda cavabında dizindəki zədəni göstərir. Elxanın cavabı ümidverici olur: Gəl Lvova. Oynaya bilsən, lap yaxşı, oynaya bilməsən orada “OİK”də (Ordu İdman Klubunda) xidmətini keçərsən. Bununla da Əzimovun futbol həyatında dönüş nöqtəsi başlayır. Ukraynaya gedən Əzimov orda həkim müayinəsindən keçir və ukraynalı həkimlər onun müalicəsinə başlayır. Müalicə uğurla yekunlaşır və Novruz yenidən yaşıl meydanlara qayıdır. Hətta onu bərpa üçün sanatoriyaya da göndərirlər. Sonra Karpat OİK-nə cəlb olunur. Həm futbol oynayır, həm də əsgərliyi çəkir. Beləliklə, Rəsulov keçmiş komanda yoldaşının futbola itmiş ümidlərini yenidən bərpa edir və onun yenidən yaşıl meydançalara dönüşündə böyük pay sahibi olur.

 

 

Bu, daha maraqlıdır


Zəngilanın tanınmış futbol adamlarından olan, futbol üzrə respublika dərəcəli hakim Akif Kərimlinin Rəsulovla bağlı maraqlı bir xatirəsini də sizinlə bölüşürük:

1983-cü ildə “Neftçi” SSRİ çempionatında növbəti oyununu keçirirdi.  “Neftçi”nin qapısını həmyerlimiz Elxan Rəsulov qoruyurdu. Bir gün evdən xəlvəti olaraq Bakı-Qafan qatarına minib “Neftçi”nin növbəti oyununu izləməyə getdim. Evdə də demdişdim ki, kəndə gedirəm, bir gün sonra gələcəm. 
... Oyun başlayana kimi 10 ədəd qərənfilk günü alıb stadiona gəldim. Oyunçular meydançaya daxil olanda həmin gülü Elxan Rəsulova vermək istədim. Ancaq meydançanın kənarındakı keçmiş Sover Ordusunun əsgərləri buraxmadılar. Hansı istiqamətə getsəm də buna məruz qaldım. Buna dözməyib, geri çəkilib, ayağımı dəmir hasarların üstünə qoyub, əsgərlərin başı üzrərindən tullanıb güllərin bir neçəsini Elxana verdim. Təəssüf ki, qayıdanda əsgərlər məni tamaşaçılar oturan istiqamətə buraxmadılar. Stadionu isə tamaşaçıların hay-küyü və qışqırıq səsləri bürümüşdü. 
... Bir neçə dəqiqədən sonra üç milis nəfəri gəlib mənim qollarımdan tutub apardı. Çox qorxu vəziyyətinə düşdüm. Anladım ki, yəqin məni aparıb 3-5 sutka içəri salacaqlar. Lakin milis işçiləri məni 17-ci sektorun axırıncı sıralarına aparıb  zabit rütbələri olan bir neçə milis işçisinə təhvil verdilər. 15 dəqiqə sonra milis işçilərindən biri mənim hardan olduğumu soruşdu. Mən isə cavabında: - Zəngilandanam dedim. O isə mənə dedi ki, Zəngilandan Ərəstunu tanıyırsanmı? Mən dedim ki, hansı Ərəstunu? Kərimov Ərəstunu?
O dedi:
-Bəli, Kərimov Ərəstunu. Tanıyıram, dedim! Sonra o, cavabında dedi ki, gördüm ki, gülü Elxana verdin, bildim ki, bu, yəqin Zəngilandan olacaq. 
 Sonra milis zabiti mənə dedi ki, mən Ərəstunun qardaşıyam. Bundan sonra məni oradan uzaqlaşdırdılar. Beləliklə, oyuna baxıb axşam qatarı ilə rayona qayıtdım. Rayonda Ərəstunla görüşüb əhvalatı danışdım. Sonradan bildim ki,  bu, Ağa Kərimovdur. O, gözəl insan idi. Hər bir zəngilanlıya kömək əlini uzadardı. Mənim sonradan çap etdirdiyim kitablara da maddi cəhətdən kömək əlini uzatmışdı.  İndi həmin insan dünyasını dəyişib. Allah ona rəhmət eləsin.
... Həmin gün gülü Elxan Rəsulova verən vaxtı Azərbaycan televiziyası oyunu canlı yayımlayırmış və məni də televizorda göstəriblər. Qonşu uşaqlar da bizim evə gəlib atama deyinlər ki, bəs Akif Bakıya gedib, futbola baxmağa. Atam da onlara cavab verib ki, Akif Bakıya yox, kəndə gedib. Sabah gələcək.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.