Ucuz təyyarə biletləri

Baş məşqçiyə uzun müddət şans verilməlidir?!

Tarix:  10.12.17 23:12           Yazar:             Oxunub: 495 dəfə

Bu sual, mövzu elə uzun müddətdir ki, futbol ictimaiyyəti arasında müzakirə olunur. Qurban Qurbanovun timsalında nümunə göstərilir, müxtəlif arqumentlər gətirilir. Bundan istifadə edən məşqçilər də özlərinə bəraət qazanmağa çalışırlar...


Dərin təhlillər aparılmalıdır. Azərbaycan futbolunun ən böyük problemlərindən biri elə problemlərə üzdən yanaşmaqdır.


Dünyada əsasən iki kateqoriyalı klublar mövcuddur. Köklü, tarixi ənənəsi, formalaşan oyun üslubu olan daimi lider klublar və başqaları. Dünya çapında nəhəng klublardan tutmuş ölkə miqyasında olan bütün klublara qədər...


Lider klublar eksperiment məkanı deyil. Ola da bilməz. Belə klublar tarixinə uyğun idarə olunmalı, fəlsəfəsinə, ruhuna görə məşqçi, futbolçular seçilməli, yetişdirilməlidir. "İmrrovizasiya" məkanı ikinci dərəcəli klublarda ola bilər...


Məşqçilər formalaşmış peşəkar psixologiyaya malikdir. 70-80%-i komandanın qələbə, heç-heçəsindən çox görüşdən sonra mətbuat konfransında "məğlubiyyəti kimin üstünə atım" düşüncəsilə oyuna çıxır. "Məğlubiyyətlərin günahkarı mənəm" deyən çoxmu məşqçi görmüsüz? Məsuliyyətdən qaçmaq məşqçilərin peşəkar vərdişidir. Klublarda zəif idarəçilik olanda isə bu "vərdiş" pik nöqtəyə çatır. Lider klubları zirvədə saxlamaq üçün işini bacaran lider rəhbərlər, məşqçilər, futbolçular lazımdır.


Gələk yuxarıda qeyd etdiyim məsələyə. Qurban Qurbanova uzun müddət ona görə şans verilib ki, başladığı məşqçilik karyerasının ilk vaxtlarından potensialını göstərməyə başlayıb.


Hətta "Neftçi"də çalışdığı ilk ilində də sona kimi çempionluq uğrunda mübarizə aparıb.


"Qarabağ"da isə p.-offlar yaşaya-yaşaya, bürünc, gümüş medallar qazanaraq sonda çempionluq, qruplar, Ç.L.-n tarixi uğurunu qazanıb. Çətinliklər görərək, istefalar eşidərək, püxtələşə-püxtələşə milliyə qədər yüksəlib... Qırılma nöqtəsi də ola bilərdi. Xatırlayıram, 2012-ci ildə "Neftçi"nin tarixi uğuru fonunda "Qarabağ" 4-cü yerlə kifayətləndi və Avroliqaya vəsiqə belə qazana bilmədi. Həqiqətən "Qarabağ" sponsorları, Qurban Qurbanov üçün çətin dönəm idi. Ya tamam, ya davam dilemması ilə qarşı-qarşıya dayanmışdılar. Baş məşqçi ciddi təzyiqlər, rəhbərliyin inamsızlığını görsəydi özü də istefa verə bilərdi. Doğru analizlər, ictimaiyyətin dəstəyi (istəməyənlər də var idi) kritik nöqtəni aşmağa imkan verdi. İndiki uğurların təməli 5 il öncə atılmış oldu. Buna görə də ilk növbədə "Qarabağ" sponsorlarına xüsusi təşəkkür düşür.


Və bu boşuna verilən qərar deyildi. Çalışdığı dönəmdə "Qarabağ" heç vaxt ortabab, autsayder rolunda olmayıb. Hər mövsüm stabil olaraq liderlər arasında mövqeyini qoruyurdu. Uğursuzluqdan isə heç kim sığortalanmayıb. Əsas odur ki, bu uğursuzluqlar davamlı olmasın. Belə olsaydı Qurban Qurbanovu heç kim bağışlamazdı və üzün müddət şans verilməzdi...


"Neftçi" də çalışdığım 5 il ərzində Bakıda, Quzanlıda 30 yaxın prinsipial, barışmaz, çempionluq, kubok uğrunda oyunlarımız oldu. Görüşlərdə məğlubiyyət, qələbə, heç-heçələr də olub. Qurban Qurbanov bir dəfə də olsun uğursuzluqlara bəhanələr gətirməyib, öz səhvləri üzərində çalışıb. Məşqçilərin bacarığı tək fiziki, taktiki, nəzəri biliklərlə kifayətlənməməlidir. Sponsor, rəhbərlik, rəqiblər, ictimaiyyət, azarkeş, media ilə əlaqələr, psixoloji yanaşma, ünsiyyət çox vacibdir. Qeyd etdiklərim lider məşqçilərin formalaşmasında mütləq amildir.


"Məşqçilərə uzun müddət şans verilməlidir" ifadəsi, fikirləri şablonluqdan uzaq olmalıdır.


Bu fərdi məsələdir və kütləvi olaraq hər məşqçiyə şamil oluna bilməz. Aparıcı klublarda çalışmaq böyük bacarıq, istedad, əzmkarlıq, geniş təfəkkür tələb edir. Yuxarıda qeyd etdiyim kimi lider klubların ortabab, autsayder olmaq şansı yoxdur. Məğlubiyyətləri sıralayaraq "mənə uzun müddət şans verilməlidir" düşüncəsi vaxt udmaqdan, manipulyasiyadan başqa bir şey deyil. Böyük klublarda rəhbər, məşqçi, futbolçuların bir şansı var- lider klubda liderliyini sübut etmək. Əks halda, deməli böyük kluba layiq deyillər.


Müxtəlif situasiyalar ola bilər. Azərbaycan futbolunda belə hallar çox yaşanıb. Sponsor-rəhbər-məşqçi-futbolçu ardıcıllığı ilə məşqçi və ya başqasının günahı olmadan problemlər yaşana bilər. İdeyalarını həyata keçirmək üçün obyektiv, subyektiv səbəblər təhlil olunmalı, sabahın qalibi olmaq üçün real, qətiyyətli addımlar atılmalıdır. Məğlubiyyətlərə bəhanələr gətirərək böyük məşqçi olmaq mümkün deyil.


Böyük klubları məhvə sürükləyib "bizə şans verilmədi" ifadəsini "lider klublara layiq olmayanlara şans veril(lir)di" yanaşması daha doğrudur. Belə tələbkarlıq rəhbər, məşqçi, futbolçuların hər birinə aiddir.


Lider klubları ayaqda saxlayacaq, daha da inkişaf etdirəcək qalibiyyət ruhlu liderlər olmalıdır!


"Ğöydən üç alma düşdü" nağıllarını ən yaxşı halda ikinci dərəcəli klublarda davam etdirmək olar. Aşağı düşə-düşə...


TAHİR SÜLEYMANOV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Klublarımızın qış transferləri - YENİLƏNİR
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI

Xəbər Lenti
19 Yanvar 2018
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
12:21 Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”
12:00 Vurğun Hüseynov 5 ildir "Sumqayıt"da oynamağının səbəbini açıqladı - MÜSAHİBƏ
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
22:22 Paytaxt birinciliyində ilk günün qalibləri məlum oldu
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.