Ucuz təyyarə biletləri

Biz Lorentsonun ətəyindən yapışarkən...

Tarix:  12.12.17 14:12           Yazar:  Amal Abuşov           Oxunub: 574 dəfə

Andrey Luninin cəmi 18 yaşı var. Ukraynanın Xarkov vilayətində dünyaya gəlib. Hazırda Luqansk şəhərini təmsil edən “Zarya”nın qapıçısıdı. 191 santimetr boyu, 80 kiloqram çəkisi olan Lunin 17 yaşında “Dnepr”in heyətində Ukrayna Premyer Liqasında debüt edib. Yolu Bakıya da düşüb. Paytaxtımıza 17 yaşadək futbolçuların Avropa çempionatı zamanı Ukrayna yığmasının qapıçısı kimi səfər edib. Hazırda onun “çərçivə”sini qoruduğu “Zarya” Ukrayna çempionatında 4-cü pilləni tutur. Luqansk təmsilçisi Avropa Liqasının J qrupunda da özünü pis göstərmədi, Bilbao “Atletik”ini və Berlin “Herta”sını məğlub etməyi bacardı. “Zarya”nın uğurlarında 18 yaşlı Lunin də böyük payı var. Bu pay o qədər böyükdü ki, Lunin “böyük beşlik” ölkələrinin təmsilçilərinin də diqqətini cəlb edib.


Luninə Avropanın aparıcı klubları elçi düşüblər. London təmsilçiləri “Arsenal” və “Tottenhem”in onun oyununa baxmaq üçün skautlarını “Zarya”nın oyunlarına göndərdiyi deyilir. Bundan başqa Andreyə Almaniya, İtaliya, İspaniya və Belçikadan da müştərilər var. “Zarya”nın icraçı direktoru Sergey Rafailov bütün bu məlumatları təsdiqləyib. Direktor bildirib ki, son ay yarımda onlara Lunini izləmək üçün Avropanın bir çox klublarından müraciətlər daxil olub və “Zarya” gələnləri qonaqpərvərliklə qarşılayıb, qarşılaşmalara baxmaq üçün şərait yaradıb. Bununla belə onlar hələ “Zarya” ilə 1,5 il müqaviləsi olan Lunini heç yerə buraxmaq fikrində deyillər. 


Əlbəttə ki, Rafailovun dedikləri Luninin müştərilərinə hədə-qorxu gəlmək cəhdidi. Klubla müqaviləsi olan gənc istedadı heyətinə qatmaq istəyən Avropanın böyük klubları 1-2 milyon avro xərcə düşəcəklər. Bu da onlar üçün ciddi problem sayılmır. İstedadına əmindilərsə, pulu da verəcəklər. Gələcəkdə həmin pulu artıqlamasıyla çıxaracaqlar da.


Mənim yaxşı yadımdadı, bizim yeniyetmə və gənclik çağlarımız Nadir Nəbiyevi, Zaur Tağızadəni, Ramal Hüseynovu istəyən əcnəbi klubların adı yazılan xəbərləri oxumaqla keçib. Emin İmaməliyevin “Trabzonspor”un hazırlıqlarına qatılmasını Türkiyənin məşhur “NTV” kanalından açgözlüklə izləmişdik. Həmin 2-3 dəqiqəlik süjetdə “Kara deniz ekibinin hazırlıklarına Azerbaycandan gelen Emin de katıldı” cümləsini hər dəfə eşidəndə göyün yeddinci qatına qədər yüksəlirdik. 


Artıq neçə ildi ki, klublarımız avrokuboklarda sabit çıxış edir. Qrup mərhələsi adlı xəyalımız belə gerçəkləşib. Avropa Liqasının qrupunu “su yolu”na döndərəndən sonra Çempionlar Liqasının ləzzətini də daddıq, o möhtəşəm turnirin həyacanını yaşadıq. Amma bir məsələdə dəyişikliyə heç cür nail ola bilmirik. Bu da futbolçularımızın “Biləcəridən o taya” keçə bilməməsidi. Keçənlər belə epizodik xarakterli, xırda təsəllidən başqa heç nəyə nail olmayıblar. 


İllərdi dediyimiz bir həqiqət var. Nə qədər ki, bunu bacarmamışıq, böyük uğurlara sevinməyəcəyik. Qazandıqlarımız da ötərli olacaq. Klub və milli səviyyəli uğurlar başqadı. Biz Azərbaycan futbolunu Avropada layiqincə təmsil etməyi bacaran, legioner olmaqdan qorxmayan, “köhnə dünya”da baş çıxaran futbolçulara sahib olmaq üçün çalışmalıyıq. Bir italyan balası Lorentso tapmışıq. “Neftçi”nin uşaq komandalarının məşqçiləri onu öz sərəncamında görmək üçün bir-biriylə didişirlər. 


O uşağın ətəyində yapışmayın, futbolçu yetişdirməklə məşğul olun. Lunin yetişdirin, Lunin. Sonra da sinənizi qürurla irəli verin. Hələliksə biz heç kimik!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
Cəmi 5 saniyə keçmişdi...
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
Maksimovla Axundov arasında gərginlik böyüyür

Xəbər Lenti
20 Yanvar 2018
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
12:21 Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”
12:00 Vurğun Hüseynov 5 ildir "Sumqayıt"da oynamağının səbəbini açıqladı - MÜSAHİBƏ
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.