Ucuz təyyarə biletləri

Orxan Sadıqlı "Kəpəz" variantına aydınlıq gətirdi: "2-3 günə hər şey bilinəcək" - MÜSAHİBƏ

Tarix:  12.12.17 20:12           Yazar:  Rekord.az           Oxunub: 412 dəfə

“Keşlə”nin qapıçısı Orxan Sadıqlı qol.az-a müsahibə verib. Ölkə kubokunun 1/4  final mərhələsinin “Kəpəz”lə cavab oyunu ərəfəsində şansları dəyərləndirən gənc qolkiper “Keşlə”dən ayrılacağı ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 


- Ölkə kubokunun 1/4  final mərhələsi çərçivəsində qarşıda “Kəpəz”lə cavab oyunu var. Eyni rəqiblə bu dəfə çətin Gəncə səfərində üz-üzə gələcəksiniz. Həmin oyunla bağlı nə deyə bilərsən?

- Kubokda 1 mərhələdə 2 matçdan ibarət olur. Birinci oyunu biz udmuşuq. İkinci oyun  Gəncədə olacaq. Orada da maksimum nəticə üçün meydana çıxacağıq. 2:0 bizə sərf edir. Rəqib evdə çox yaxşı oynayır. Onların da gücü bəllidir. Özümüzə inanırıq. Gəncədən qələbə ilə qayıdıb, mərhələni keçmək istəyirik.


- 2:0 mərhələni keçmək üçün yaxşı nəticədir. Bu hesab sizi arxayınlaşdırmır?

- Əlbəttə, yox. Rəqib burada 1 qol vursaydı, evdə minimal hesablı qələbə ilə növbəti mərhələyə çıxa bilərdi. Birinci oyunda 2:0 hesablı qələbəyə baxmayaraq, cavab matçında hər şey ola bilər. Diqqətli olmalıyıq. Gəncədə maksimum gücümüzü ortaya qoyub, uduzmamaq üçün oynamalıyıq. Bizim üçün bundan başqa stimul yoxdur. Kubokda mərhələni keçsək, çempionatın ikinci dövrəsinə daha yaxşı hazırlaşmaq üçün komandada istək olacaq.


- Son günlər “Keşlə”ni “Kəpəz”ə dəyişəcəyinlə bağlı xəbərlər yazılır. Amma indi dediklərindən belə qənaətə gəlmək olar ki, hazırkı komandada qalacaqsan...

- Hələ ki, “Keşlə”nin futbolçusuyam. 6 aylıq müqaviləm var. Klub rəhbərliyi buraxmasa, heç yerə gedən deyiləm. Qarşıdakı 2 gündə hər şeyə aydınlıq gələcək. Çünki bundan sonra mən əsas heyətdə oynamaq istəyirəm. Ehtiyatda oturmaq fikrim yoxdur. Çünki məqsədim var. Mili komandaya dəvət almaq istəyirəm.

- “Keşlə”də daim əsas heyətdə meydana çıxırsan. Az öncə isə dedin ki, bundan sonra ehtiyatda oturmaq istəmirsən. Maraqlıdır, Kamran Ağayevin “Keşlə”yə mümkün keçidinə görə belə fikirləşirsən? Yəni o gələndən sonra ehtiyatda qalmaqdan qorxursan?

- Yox. Onsuz da bizə qapıçı lazımdır. Bir mənəm, bir də Şahin. O da gənc qapıçıdır. 18 yaşı var. Özüm də zədəli halda oynayıram. Komandaya qapıçı lazımdır. Bu, Kamran da ola bilər, bir başqası da. Hər şey 3-4 günün içində bəlli olacaq.


- Yunis Hüseynovun sənin xidmətində maraqlı olduğu, buna görə də komandasında görmək istədiyi söylənilir. Bu barədə sənə rəsmi təklif gəlib?

- Qarşıda “Kəpəz”lə oyunumuz var. Ona görə bu haqda danışmaq isətmirəm. Yenə deyirəm, kubok oyunundan sonra hər şey bəlli olacaq.

- Milli komandaya dəvət almaq istədiyini bildirdin. Səncə, yığmaya “Keşlə”dən düşmək daha asandır, yoxsa “Kəpəz”dən?

- Fərqi yoxdur. Hər şey mənim özümdən asılıdır. Sabit çıxış edəndən sonra yəqin ki, dəvət olunaram. Yığdığım təcrübənin bəhrəsini görürəm. Bundan sonra daha da inkişaf etmək istəyirəm. Bütün bunları nəzərə alanda, fikirləşirəm ki. Daim oynamaq lazımdır.

- Komandanın maddi durumu indi necədir?

- Hər şey qaydasına düşüb. Maaşlarımızı vaxtı-vaxtında alırıq. 1-2 günə noyabr ayının maaşlarını da alacağıq. Oyunlarımıza mükafat da qoyulur.

- Belə çıxır ki, artıq “Keşlə”nin futbolçulara borcu yoxdur...

- Bəli, klubun bizə borcu qalmayıb. Hər şey normaldır.

- “Kəpəz” üzərindəki qələbəyə görə mükafat söz verilib?

- Həmin görüşlərin nəticəsinə görə mükafat veriləcək. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Klublarımızın qış transferləri - YENİLƏNİR
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI

Xəbər Lenti
19 Yanvar 2018
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
12:21 Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”
12:00 Vurğun Hüseynov 5 ildir "Sumqayıt"da oynamağının səbəbini açıqladı - MÜSAHİBƏ
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
22:22 Paytaxt birinciliyində ilk günün qalibləri məlum oldu
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.