Ucuz təyyarə biletləri

İAM-ın sədri: "AFFA-nın baş katibi və PFL prezidentinin biganə münasibətinin yanından, sadəcə, ötüb keçmək gərəkdir"

Tarix:  15.12.17 10:12           Yazar:  Rekord.az           Oxunub: 478 dəfə

İdman Araşdırmalar Mərkəzinin (İAM) sədri Elşən Məmmmədovun "Rekord.az"a müsahibəsi.

 

- Elşən bəy, İAM-ın yaranma səbəbi nədir?

- "İdman Araşdırmalar Mərkəzi" Azərbaycanda Olimpiya hərəkatı və idmanın inkişafına dəstək məqsədilə yaradılıb. Məhz bu məqsədlə lahiyələr, sorğular, müxtəlif növlər üzrə yarışlar keçirilir və idman qurumları qarşısında təkliflərlə çıxış edirik. Jurnalist həmrəyliyinə xidmət edən addımlar atırıq. Təbii ki, bu lahiyələr arasında ən əsaslı və ən uğurlu lahiyəmiz "ilin qalibləri"dir. Bu lahiyə bir neçə mərhələdən ibarət olur. Əvvəlcə, il ərzində müxtəlif nominasiya üzrə namizədlər açıqlanır, daha sonra isə KİV nümayəndələri arasında sorğu keçirilir və hamıdan çox səs toplayan şəxs həmin nomimasiya üzrə qalib olur, xüsusi mərasimdə mukafatlandırılır. Bu il artıq 5-ci dəfə "ilin qalibləri"ni müəyyən etdik. Mənə elə gəlir ki, dünənki tədbir indiyə kimi təşkil etdiyimiz mükafatlandırma mərasimlərinin ən pik nöqtəsi idi. Bununla bağlı deyə bilərəm ki, tədbirmizdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Olimpiya çempionu Fərid Mansurov, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Fazil Mustafa, Adil Əliyev, mətbuat şurasının sədri və millət vəkili Əflatun Amaşov, həmçinin idman ictimaiyyətinin digər nümayəndələrinin iştirakı həqiqətən də bu tədbirin təşkilatı cəhətdən gözəl alındığını göstərir. Ümüd edirik ki, növbəti illər də təşkilatımız bundan da uğurlu lahiyələrə imza atacaq.

 

- Dediyiniz kimi, budəfəki tədbir daha geniş formatda və daha mötəbər keçirildi. Bir təşkilatçı olaraq özünüz razı qaldınızmı və qonaqlar hansı fikirlər söylədilər?
- Təbii ki, təşkilatçılıq məni razı salmaya bilməz. Tədbirimizdə ilk dəfə dəyərli millət vəkilləri iştirak etdi. Əvvəlki tədbirlər də nüfuzlu məkanlarda keçirilirdi, amma bəzən çoxsaylı qonaq və jurnalistlərin yerləşməsi baxımından darısqallıq olurdu. Bu, xüsusən, 2014-cü və 2016-cı illərdə keçirdiyimiz mərasimlərə aiddir. Bu dəfə isə istədik ki, hamı üçün rahatlıq olsun, qonaqlar həm də vaxtlarını daha səmərəli keçirə bilsinlər. Bu məsələdə Bakı Olimpiya Stadionunun bizə böyük dəstəyi oldu. Bir daha başda direktor Cavid Qarayev və mətbuat katibi Cəmilə Mehdiyeva olmaqla, stadionun kollektivinə minnətdarlığımı bildirirəm. Eyni zamanda sponsorlarımız "Aloff Made in Azerbaijan" və TESS-in sponsor dəstəyini qeyd edərdim. Bir də təbii ki, çalışdığım "Report" Agentliyinin informasiya dəstəyini vurğulamalıyam. Agentliyimizin baş redaktoru Murad Əliyevin tədbirdə şəxsən iştirakı və mükafatlardan birini təqdim etməsi, tədbirin geniş işıqlandırılması bu dəstəyin real ifadəsidir. Mərasimə səsvermədə iştirak edən həmkarlarımızın əksəriyyəti qatılmışdı. Onların bir çoxu tədbirdən razı qaldıqlarını bildirdilər və məni gözəl təşkilatçılıq münasibətilə təbrik etdilər. Bu da bizim əməyə verilən qiymətdir.

 

- Qurum olaraq bundan sonra hansı işləri görməyi planlaşdırırsız?
- Görüləcək işlər çox, vaxt və maddi imkanlar isə məhduddur. İAM-ın ilk növbədə, qeydiyyat problemini həll etməliyik. Çünki 5 ildən çoxdur normal fəaliyyət göstərən qurum qeydiyyatsız qala bilməz. Eyni zamanda beynəlxalq əlaqələrimizi gücləndirməli, daha çox layihədə iştirak etməliyik. Müxtəlif federasiyalar və idman qurumları ilə birgə layihələr həyata keçirməyə çalışır, müəyyən təkliflər irəli sürürük. Amma bu məsələdə qarşı tərəfin istəyindən çox şey asılıdır. Güman edirik ki, idmanın inkişafına dəstək olan addımlarımız gələcəkdə daha intensiv olacaq. Bütün bunlarla yanaşı, İlin Qalibləri layihəsində iştirakla bağlı bir məsələyə də toxunmalıyam. İndiyədək dəvətlərimizə baxmayaraq, AFFA-nın baş katibi Elxan Məmmədov heç bir tədbirimizdə iştirak etməyib. Bu il ilk dəfə AFFA İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri səviyyəsində təmsil olundu. 2013-cü ildə keçirdiyimiz ilk tədbirdə isə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak etsə də, sonrakı 4 tədbirimizə, dəvətlərimizə baxmayaraq, sadəcə, gəlməyib. Bunların davamlı hal alması Məmmədovla Musayevin mükafatlandırma mərasimimizə biganəliyini göstərir. Halbuki, baş katib bizə müsahibələrində "peşəkar jurnalistlə danışmaqdan" məmnunluğunu dilə gətirir. PFL prezidenti isə "Bilirəm ki, təkbaşına sponsorlar tapırsan, normal mükafatlandırma mərasimləri keçirirsən" deyə gördüyümüz işi təqdir edir. Olsun. İndiyədək tədbirlərimizdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, gənclər və idman nazirinin müavini və şöbə müdiri, olimpiya çempionları, digər nüfuzlu şəxslər iştirak edib, bu il isə deputatlar dəvətimizi qəbul edərək, qatılmışdılar. Yəni, belə qonaqların tədbirimizə dəyər verdiyini gördükdən sonra AFFA-nın baş katibi ilə PFL prezidentinin biganə münasibətinin yanından, sadəcə, ötüb keçməyin gərəkliyini düşünürəm. Amma mənim fikrimcə, idmanın, o cümlədən, komandaların, futbolçuların stimullaşdırılmasına xidmət edən istənilən addımı dəstəkləmək lazımdır. Çünki bu stimullaşdırma futbol oyunlarının mərcə qoyulması, müxtəlif komandaların alqı-satqı yolu ilə stimullaşdırılmasından deyil.

 

Nuh TARVERDİYEV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AFFA-nın oyun alqı-satqısına görə çempionatdan qovduğu komanda geri döndü
"Neftçi"yə lazım olmayan futbolçi "Kəpəz"lə müqavilə bağladı
"Neftçi"yə keçidi baş tutmadı: 20 min maaş istəyirdi
Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Səbail"də daha az maaşa oynayacaq
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində

Xəbər Lenti
16 Yanvar 2018
19:23 Rəşad Sadıqov qələbə ilə başladı
19:21 “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi
19:00 “Kəpəz” daha 3 transferi rəsmən açıqladı
18:43 “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı
18:21 Millimizdən 6 qolluq qələbə
18:00 Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
17:43 Şehiç milliyə gec qoşulacaq
17:22 "Keşlə"dən növbəti rəsmi transfer
17:00 Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?
16:41 Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq
16:22 “Neftçi” 2 dövrənin antirekordçusudu
16:00 Rəqib baş məşqçi yekun heyəti açıqladı
15:40 Gimnastımız bürünc medal qazandı
15:21 "Sumqayıt" - "Qaradağ Lökbatan" 3:0 - VİDEO
15:00 "Mançester Yunayted" azarkeşi olan İnqilab Məmmədov: "Heç bir jurnalistlə nə dostluğum var, nə də yoldaşlığım" - MÜSAHİBƏ
14:54 “Union Berlin”lə Kosovo millisinin fərqi
14:41 “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu
14:25 "Borussiya" "Bazel"dən 20 milyona futbolçu aldı
14:00 "Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
13:43 "Benfika"dan "İnter"ə
13:22 Azərbaycanlı futbolçu Portuqaliyada növbəti qolunu vurdu
13:00 Vladislav Qədirov özünə yeni iş yeri tapdı
12:43 "Qvardiolaya başa saldılar ki, Messiyə toxunmaq olmaz"
12:00 Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
11:38 Ukraynalı qapıçı rəsmən "Kəpəz"də!
11:00 "Kəpəz"in yalanı üzə çıxdı
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:12 Komandamızın Yunanıstandakı oyununun hakimləri
15 Yanvar 2018
23:33 Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
23:30 “Qəbələ” tək məşqlə kifayətləndi
22:23 Millimizin üzvü "Gənclərbirliyi"ndə!
20:30 “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi
20:00 Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü
19:45 “Sumqayıt” liderə qalib gəldi
19:00 “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı
18:00 Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
17:41 “Qarabağ” yenə Aqollisiz məşq etdi
17:20 Hücumçumuzun yenə ehtiyatda qaldığı oyunda komandası qələbə qazandı
17:00 Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
16:45 Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO
16:21 Karateçilərimizdən 8 medal
15:43 Millimizə daha bir futbolçu qoşuldu
15:21 Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
15:00 Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
14:45 “Səbail” Divizion klubuna qalib gəldi
14:22 “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
14:00 "Səbail"də daha az maaşa oynayacaq
13:45 "Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
13:28 "Liverpul" - "Mançester Siti" 4:3 - VİDEO
13:00 "Kəpəz"in oyunu niyə ləğv olundu?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.