Ucuz təyyarə biletləri

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirildi

Tarix:  15.12.17 15:12           Yazar:             Oxunub: 61 dəfə

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.  


Rekord.az xəbər verir ki, çempionatın aşılış mərasimi idmançıların paradı ilə başlayıb. 


Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, güləşin inkişafı bu kimi yarışlardan başlayır. Natiq əmin olduğunu deyib ki, bu çempionatın qalib və mükafatçıları yığma komandanın üzvü kimi gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda məsuliyyətlə təmsil edəcək. 


Daha sonra çıxış edən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov vurğulayıb ki, güləşçilər daima ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan ruhlanaraq yüksək nailiyyətlər qazanır, xalqımızı sevindirir. 


“Güləşçilərimiz ötən il Rio Yay Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc medal qazanaraq güləş tariximizdə yeni bir səhifə yazdılar. Bu il isə sərbəst güləşçimiz Hacı Əliyev 3 qat Dünya çempionu oldu. Bütün bunlar çox böyük nailiyyətlərdir.”


Qarşıda güləşçiləri Qitə və Dünya çempionatları, 2020-ci ildə isə Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının gözlədiyini bildirən Sahib Ələkbərov bu mötəbər yarışlarda böyük nəticələr əldə etmək üçün idmançıların mütəmadi olaraq turnirlərə qatılmaqla təcrübə toplamalarının və gələcək böyük yarışlara hazırlaşmalarının vacibliyinə diqqət çəkib. 


Natiq bildirib ki, bu gün beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəltmək, himnimizi səsləndirmək hər bir Azərbaycan idmançısının əsas hədəfi olmalıdır. 


Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. 


Parad iştirakçıları xalçanı tərk etdikdən sonra yarışlar davam edib. 


İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparıb. 


Məlumat üçün bildirək ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.