Ucuz təyyarə biletləri

Nurəddin Mehdixanlı: "O “Neftçi” yoxdu artıq, o, olmayacaq" - MÜSAHİBƏ

Tarix:  16.12.17 15:12           Yazar:  Rekord.az           Oxunub: 540 dəfə

“Hərdən futboldan danış” rubrikasının budəfəki qonağı sevilən teatr və kino aktyoru Nurəddin Mehdixanlıdı. Zəngin söz ehtiyatı və pafoslu çıxışlarıyla qəlbimizi oxşayan Nurəddin bəyin futbolla bağlı hərarətli çıxışını dinləmək istəyirsizsə, səhifəni çevirməyin:

 

 

- Müsahibəyə razılıq verdikdən sonra kiçik söhbətimizdə mənə Braziliyaya azarkeşlik etdiyinizi dediz. “Sambaçılar”a məhəbbətinizin tarixçəsi nə vaxta gedib çıxır?
- Biz uşaq vaxtlarından Pelenin vurğunu olmuşuq. Elə Braziliyanı da Peleyə görə sevmişik. Braziliya haqda kifayət qədər məlumatımız olmayanda da Peleni tanıyırdıq. Pelenin və ya Qarrinçanın oyunu hələ də gözümüzün qabağındadı. Qarrinça ayaqlarının qəribə quruluşuna baxmayaraq, usta futbolçu idi. Elə Braziliyaya vurğunluğum da ondan başladı. İllər boyunca bu komandanın vurğunu olmuşam. Amma son illər onların uğursuz oyunu… Nə bilim, baxırsan ki, komanda yoxdu. O ruh yoxdu, o oyun yoxdu, o texnika yoxdu. Bəlkə də yeni oyun tətbiq edirlər, amma dediyim kimi, o ruh yoxdu. Texnikayla udulmur ki, oyun lazımdı. İstənilən işdə həm də ruh olmalıdı. Ruh birliyi olanda artıq sənət alınır. Dağıldı, dağıldı… Əvvəllər Braziliya millisində hər oyunçunun öz rəngi var idi, sonradan o rənglər bir-birinə qarışdı, qarışıq bir şeyə çevrildi. Bu gün faktiki Braziliya miilisi çox geridə qalıb.
- Yəqin “sambaçılar”ın son DÇ-də Almaniyayla oyununa baxdız. 1:7 hesabından sonra hansı hissləri keçirdiz?
- Yəni bitdi mənim üçün Braziliya. Almaniya millisi istənilən komandayla oynayanda uzağı yarımsaatdan sonra həmin komandanı öz oyun ritminə və oyun qaydalarına uyğunlaşdırır və nəticədə də qalib gəlir. Əslində “alman maşını” deyilən məfhum oynadığı komandanı öz oyun qaydalarının içinə salmaq deməkdi. Komandanı tələyə salır və udur. Almanların gücü elə bundadı.
- Amma Braziliya millisi DC-2018-in seçmə mərhələsində çox yaxşı oynadı. Komandaya yeni baş məşqçi gəlib, yüksəlişdədilər və DÇ-nin əsas favoritlərindən biridilər.
- O Braziliya komandası yoxdu. Baxın, bizdə “Neftçi” var da, düzdü? Amma o “Neftçi” yoxdu artıq, o olmayacaq. Yox, bu ona görə deyil ki, onda başqa millətlərin nümayəndəsi oynayırdı. Sadəcə, bilirsiz necədi, istənilən işi eşqlə görəndə, orda yorulmaq və zaman arxa plana keçir. Komandalar var ki, oyuna birinci dəqiqədə necə başlamışdısa, sona qədər o şəkildə oynayır. Nəfəs, sürət, topla oyun manevrləri dəyişmir. Əlavə yarımsaat artırılanda da o cür oynayırlar. Amma komandalar da var ki, artıq yarımsaatdan sonra yorulur. Ona görə də belə misal var ki, qoca qartal ağır uçur, amma uzaq gedir. Burda oyun təcrübəsi önəmlidi. Bu gün “Qarabağ” hər bir azərbaycanlının arzusudu. Artıq Türkiyə və Orta Asiyada da “Qarabağ”a azarkeşlik edirlər. Amma bilirsiz, bizdə nə var, tez yoruluruq. Əvvəlki Braziliyanın gücü, bilirsiz, nədə idi? Əvvəlki Braziliya 3 saat fasiləsiz oynaya bilərdi. Onda enerji var idi. Mən sizə bir şey də deyim. Canavar yeganə heyvandı ki, özündən böyüklərə hücum edir və çox zaman da qalib olur. Bilirsiz, səbəbi nədi? Qorxusu yoxdu və qafasına qoyub ki, bu mənimdi, mən bunu yedim. Komanda meydana çıxanda o cür çıxmalıdı, yoxsa bu “Roma”dı, nə bilim, bu “Çelsi”di… Tamaşaçımızın içində də özümüzə qarşı bir inamsızlıq var. Komandanı orda söymək lazım deyil, bu, tərbiyəsizlikdi. “Qarabağ” birinci dəfə, Azərbaycanın adını Yer kürəsinin bütün nöqtələrinə çatdıra bildi. Yaxşı da uşaqlardı, yaxşı da oynayırlar. Amma bir də var ki, 150 illik təcrübəsi olan bir komandalarla oynamaq. Baxın, haralardan gəliblər... Biz birinci dəfədi bu mərhələyə yüksəlmişik. Amma bir şəxsi fikrimi də söyləyim. Mən şəxsən bu püşkatmanı dürüst püşkatma kimi qəbul etmirəm. Nə oldu, “Qarabağ” birinci dəfə bu mərhələyə çıxdı və ilk dəfədən də ən güclülərlə bir qrupa düşdü?! Tam fərqli qruplar da gördük. Təbii ki, kimsə bu fikirlərimə görə məni qınaya da bilər. Məgər “Qarabağ” başqaları ilə düşə bilməzdi? Yaxşı, qoy biri “Çelsi” olsun, o biri komandalar bir az münasib olsun da. Yox, üçü də nəhəng olmalıdı. Amma buna rəğmən, “Qarabağ” oynadı. Sonuncu oyun da ki… Nə bilim, hər şey siyasiləşib. Məncə, portuqaliyalı hakimin yerinə azərbaycanlı olsaydı və “Roma” və ya “Çelsi”nin oyunçusuna o şəkildə cəza versəydi, onu ölkədən salamat buraxmazdılar. Yəni bu qədər ədalətsizlik olmaz. Cəzanın birini verərlər də. Əvvəl deyirdilər ki, hakim nə qərar verdi, odu. İndi isə müxtəlif rakurslardan təkrar göstərirlər. Bilirsiz, dünyanın gözü qarşısında torpağımızı işğal ediblər, işğalçı torpağımızda, amma bizə deyirlər ki, güzəştə gedin, sülhlə olsun, savaşla olmasın. Dünyanın gözü qabağında Qarabağa necə münasibət varsa, komandaya qarşı da elə ədalətsizlik edirlər. Bu açıq-aşkar komandanı sındırmaq idi. “Qarabağ”ı uduzdurdular. Oyunun ilk 10 dəqiqəsində “Qarabağ” əməlli-başlı futbol göstərirdi. Sizi inandırım, nəticə bu şəkildə olmayacaqdı. Hakim işini gördü və “Qarabağ”ı uduzdurdu.
- Təsəvvür edin ki, Qurban Qurbanovla görüşmək imkanı əldə etmisiz, ona birinci hansı sualı verərdiz?
- Sual? Sual verməzdim, sadəcə, bunu deyərdim: fəxr edirəm ki, millətimin sənin kimi oğlu var. Sən bizi bu şəkildə uca edirsən! Mən səninlə bu ölkənin vətəndaşı olaraq fəxr edirəm! 
- Belə bir sual verim: ÇL matçlarında stadionda anşlaq yaşansa da, çempionat matçlarında tribunalarımız boş olur. Bu teatrlarımızda da belədi. Gəlin qəbul edək ki, sovet dövründə nə teatr salonlarında, nə da stadionlarda belə boşluq var idi. Sizcə, hazırda bu geriləmənin səbəbi nədi?
- Biz iki əsrə yaxın dönəmdə müstəqil olmamışıq, əl altında yaşamışıq. Bizim öz fikrimiz olmayıb. Bizə düşündüyümüz kimi yaşamağa imkan verməyiblər. Bizə başqa mədəniyyətləri sevdiriblər, başqa mədəniyyətləri təbliğ ediblər. Xor baxılmışıq. Təbii ki, bu da bizim psixologiyamıza hopub. Başqalarını sevmək, nə bilim, başqaları yaxşıdı… 25 illik müstəqillik tarixi olan ölkə gəlib bu səviyyəyə çata bilibsə, çox şeylərdən imtina edibsə, bu özü yaxşı məqamdı. İnanıram ki, bu şeylər dəyişəcək. Mən bir həqiqəti bilirəm: yaxşı tamaşanın tamaşaçısı var. Bu gün “Azdrama”da yaxşı tamaşa olanda salon 3-cü mərtəbəyə qədər dolu olur. Yaxşı oyunun da azarkeşi var. Sadəcə, oyun nümayiş olunsun. Xüsusən də bizim komandalar rayonlarda, orda-burda oynayanda çox tərbiyəsiz səhnələrin şahidi oluruq. Belə olmur! Tamaşaçı o vaxt teatra gəlir ki, orda aktyor yaşayır, özünü xərcləyir, belə deyək, özünü öldürür. Sonra yenə gəlir ora. Çünki bilir ki, aktyor ömrünü mənə xərcləyib. Amma aktyorun rolunu yola verdiyini görəndə daha teatra gəlmir. Futbolda da belədi.
- Aktyor olmaq çətindi, yoxsa futbolçu?
- Dünya bir teatrdı, bütün insanlar da aktyor. Hamı öz rolunu oynayır. İki peşə sahibləri var ki, onlar oynadıqlarını gizlətmirlər. Deyirlər ki, biz oynayırıq, siz də bizə baxırsız. Bunlar aktyorlar və futbolçulardl (gülür).
- Rejissorlar da bu mənada məşqçilərə oxşayır. Bu iki peşə adamı arasında nə kimi paralellər apara bilərsiz?
- Hər ikisi oyun qurur. Rejissor 3-4 ay bir tamaşanı məşq edir, oyunu qurur. Bəli, rejissor və aktyor tamaşanın necə qurtaracağını bilir, amma zalda olan tamaşaçı bunu bilmir. Çünki hər gün yeni tamaşaçıdı. Amma nüanslar olur. Hər gün, hər oyunda yeni imrovizələr olur. Futbolda isə təbii ki, məşqçi oyunun nəticəsini əvvəlcədən bilmir. Amma oyunu qurub. Kim harda oynayacaq, hansı anda kim necə oynacaq. Məşqçi məşqdə müəyyən işarələr edir. Belə işarələri rejissor da məşqlərdə edir. “Temp düşdü, qaldırın”, “səsin eşidilmir, ucadan danış” və ya əksinə… Rejissor tamaşanın necə bitəcəyini bilir, amma necə alınacağını yox. Bir də görürsən bu gün yaxşı oynanılır, sabah eyni aktyorlarla oynanılan oyun alınmır. Futbolda da belədi. Sadəcə, məşqçi deyir ki, mənim qurduğum şəkildə oyun gedərsə, nəticə budu. Amma oyun vaxtı ya tapşırıq düzgün yerinə yetirilmir, ya da qarşı tərəf sənin oyununu pozur. Bir məqam da var ki, oyunun gedişində məşqçi oyunçunu dəyişir, tamaşada isə bu olmur.
- Futbolda bəzi oyunçular simulyasiyaya əl atır. Belə oyunçulara, adətən, aktyor deyirlər. Tanıdığınız belə aktyor futbolçu kim olub?
- Maradona dünya futbolu tarixində ən gözəl simulyasiya etməyi bacaran oyunçu idi. Aktyorluğu gözəl bacarlırdı (gülür).
- Heç aktyorlarla yığışıb arada futbol oynayırsız?
- Oynayırdıq. İndi bir az alınmır. Yaxınlarda “Həyat sən nə qəribəsən”serialında çəkiləndə texnili işçilərlə aktyorlar oynayanda texniki işçilərdən birinin qıçı sındı.
- Bir çox tamaşalarda oynamısız, filmlərdə çəkilmisiz. Amma Nurəddin Mehdixanlı deyəndə yada Cavad xan düşür. Hazırda Cavad xanın diyarını təmsil edən “Kəpəz”də Cavad xan əzəməti yoxdu. “Kəpəz”in futbolçularına nə məsləhət görərdiz?
- "Kəpəz"in hər bir futbolçusuna məsləhətim odu ki, meydana çıxmazdan öncə "Cavad xan" filminin son döyüş səhnəsini izləsin. SSRİ vaxtı kosmonavtlar göyə uçmazdan əvvəl bütün heyət oturub “Səhranın bəyaz günəşi filminə baxardı. İndinin özündə də bu ənənə saxlanılıb. “Kəpəz”in oyunçuları da bunu etsin. Orda belə bir şüar var: ya vətən, yə kəfən!” Baxsınlar, sonra oyuna çıxsınlar! ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
Cəmi 5 saniyə keçmişdi...
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
Maksimovla Axundov arasında gərginlik böyüyür

Xəbər Lenti
20 Yanvar 2018
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
15:00 Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
14:49 Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR
14:00 "Xəzər"dən ayrılan iranlı "Sabah"la müqavilə bağladı!
13:42 Millimizin oyununda 5 qol
13:23 "Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
12:43 Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”
12:21 Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”
12:00 Vurğun Hüseynov 5 ildir "Sumqayıt"da oynamağının səbəbini açıqladı - MÜSAHİBƏ
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.