Ucuz təyyarə biletləri

Ağdam futbolu: “Məhsul”dan “Qarabağ”a kimi - I HİSSƏ

Tarix:  17.12.17 18:12           Yazar:  Rekord.az           Oxunub: 293 dəfə

İşğal altında olan bölgələrimizin futbol həyatından bəhs edən layihəmiz çərçivəsində növbəti yazımız Ağdam futbolunun tarixinə və bu gününə həsr olunub. Amma ənənəvi olaraq, öncə futbolu haqqında bəhs edəcəyimiz rayonun özü haqqında qısaca məlumat.

 

 

Xanəndələr diyarı

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Xanəndələr diyarı kimi tanınır. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayondur. Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.


İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.


1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

 

 

50-ci illərdən başlayan tarix

Ağdamda futbolun təşkilatlanması, kütləviləşməsi, eləcə də populyarlaşması ötən əsrin 50-ci illərindən etibarən başlamışdır. Bundan bir il sonra, yəni 1951-ci ildə Ağdamın məşhur “İmarət” stadionunun tikintisi başa çatdı. Stadiona “İmarət” adının verilməsinə gəlincə, deyilənə görə, bu arena Xurşudbanu Natəvana məxsus torpaq sahəsində tikildiyi üçün onu bu cür adlandırıblar. Stadionun istifadəyə verilməsi ilə şəhərin futbol həyatı da canlanmağa başladı. Təsadüfi deyil ki, həmin zamandan etibarən Azərbaycan çempionatının və kubokunun zona üzrə yarışları məhz Ağdamda keçirilməyə başladı. O vaxt ikinci qrupda yarışan ağdamlılar 7 komandanın yer aldığı qrupda uğurlu çıxış edərək ilk pilləni tutdular. Ağdam təmsilçisi qrupda Bərdə (6:0), Mingəçevir (2:0) və Cəbrayıl (3:1) kimi güclü komandaları qabaqlaya bildi. Lakin Bakıda keçirilən final mərhələdə gözlənildiyi kimi, rəqiblər daha güclü olduğundan uğurlu nəticəni davam etdirmək mümkün olmadı. Ağdamlılar Qazax (3:4), Zaqatala (0:2) və Quba (0:1) kimi güclü rəqiblərə qarşı layiqli müqavimət göstərsə də yekun nəticədə hər üçünə uduzaraq mübarizəni dayandırdı.
Həmin il ölkə kubokunun zona yarışları da Ağdamda təşkil olunmuşdu. Komanda ilk mərhələni yenə uğurla dəf etdi. Kubokun final mərhələsi isə Sumqayıtda təşkil olunmuşdu. Çempionatda olduğu kimi, ağdamlılar kubokda da final mərhələdə mübarizəni dayandırdı. 

 

 

İlk "Qarabağ" və ilk laqeydlik

60-cı illər isə Ağdamın futbol həyatında yeni nəfəs oldu. Təsadüfi deyil ki, məhz həmin ildən şəhərdə “Məhsul” adlı komanda yaradıldı. Bir müddət sonra bu ad “Qarabağ”la əvəz olundu və 1966-cı ildən etibarən Azərbaycan birinciliyində oynamağa başladı. Komanda 4 il ardıcıl olaraq Respublika çempionatında uğurla çıxış etdi. Ağdamlıların ən böyük uğuru 1968-ci ildə oldu. Belə ki, komanda Bakı OİK-indən sonra çempionatı ikinci pillədə başa vurdu. Həmin vaxt komandanın baş məşqçisi Ramiz Şahməmmədov idi. Heyətdə Bəxtiyar Qulamov, Elbrus Abbasov, Allahverdi Bağırov, Adil Nadirov kimi futbolçular yer almışdı. Lakin təəssüf ki, sonrakı illərdə bu uğurun davamı gəlmədi. Bunun əsas səbəbi isə rayon rəhbərliyinin komandaya laqeyd münasibəti oldu. Məhz bu laqeydliyin nəticəsində “Qarabağ” 1969-cu ilsə ölkə çempionatından kənar qaldı. Məhz bundan sonra o vaxt Stepanakert adlanan Xankədində “Qarabağ” adlı komanda yaradıldı və həmin komandada erməni futbolçular da forma geyinməyə başladı. Bundan sonra hardasa 70-ci illərin sonlarına kimi Ağdamda futbol tənəzzül dövrü yaşadı.

 

 

Ağdamın "Şəfəq" dövrü

Nəhayət, 1977-ci ildə rayonun futbol həyatı yenidən canlanmağa başladı. Buna da səbəb Ağdamda “Şəfəq” adlı yeni komandanın yaradılması idi. “Qarabağ”ın sabiq futbolçusu, futbolçu karyerasını başa vurmuş Adil Nadirov komandaya baş məşqçi təyin olundu. Yeni yarandığı üçün komanda birbaşa birinci dəstəyə buraxılmadı və Azərbaycan çempionatının ikinci dəstəsində mübarizəyə başladı. Lakin güclü futbol bazası olan Ağdam təmsilçisi elə ilk ildəcə uğurlu çıxış edərək birinci dəstəyə vəsiqə qazandı. Ümumiyyətlə, “Şəfəq” komandası 1982-ci ilə qədər rayonu ölkə miqyasında təmsil etdi. Bu müddətdə Nadirovdan başqa Allahverdi Bağırov da bir dönəm komandanın başında oldu və 1981-ci ildə “Qızıl sünbül” kubokunu qazandı. Həmin ildə komanda eyni zamanda Respublika çempionatında bürünc medalları qazandı. 

 

 

Uğursuz "Koorperator"


1982-ci ildə isə “Şəfəq”in dövrü başa çatdı və yeni “Kooperator” adlı komanda yaradıldı. Əslində buna tam olaraq yeni komanda da demək olmazdı. Sadəcə, müxtəlif illərdə rayonu müxtəlif adlı komandalar təmsil etsə də baza demək olar ki eyni idi. “Koorperator” mövcud olduğu 5 il ərzində ciddi uğurlar qazana bilmədi. Komanda daha çox ortabab imicini daşıdı. 

 

 

Təsisçiliyinə dörd nəfərin iddia etdiyi "Qarabağ"

1987-ci ildə isə günümüzün məşhur “Qarabağ”ı yaradıldı. Əslində bu komandanın yaranma tarixi də bu günə kimi mübahisəlidir. Daha doğrudu bir neçə şəxs bir qayda olaraq komandanı onun yaratdığını iddia edir. Məsələn, 2007-ci ildə işıq üzü görən və “Qarabağ”ın yaranmasının 20 illiyinə həsr olunmuş “Qarabağ” - 20” adlı kitabda klubun təsisçisi kimi Nadir İsmayılovun adı qeyd olunub. İsmayılovun həmin kitabda yer alan fikirlərində də özü iddia edib ki, “Qarabağ”ı o yaradıb: “1987-ci ildə Ağdam təmsilçidi “Koorperator” adlanırdı. Məhz bu cür adlandığı üçün komandanı mənə həvalə etdilər. O vaxt mən Ağdamda İctimai İaşə Birliyinin direktoru işləyirdim. Həmin dövrdə siyasi dəyişiklik təkcə Qarabağda yox, bütün ölkədə təsirini göstərirdi. Ermənilərin torpaq iddiası açıq-aşkar büruzə verəndə bizə bəlli oldu ki, niyə məhz “Qarabağ” adını Ağdam komandasından alaraq Stepanakertə veriblər. Çünki onların marağı bütövlükdə Qarabağa yönəlmişdi. 1988-ci ildə çempionatın təqvimi artıq çıxmışdı. Təqvimdə Ağdam təmsilçisi “Koorperator” yazılmışdı. Onda biz rayon rəhbərliyi və futbol şöbəsi qarşısında məsələ qaldırdıq. Məqsədimiz Ağdam komandasının əvvəlki adını özünə qaytarmaq idi. Elə oldu ki, siyasi proses bu istəyimizi daha tez reallaşdırdı. Çünki həm rayon rəhbərliyi, həm də AFFA nümayəndələri bu məsələdə çox maraqlı idi. Məhz bizim israrlı istəyimiz yekunda nəticə verdi və komanda 1988-ci il çempionatında “Qarabağ” adı ilə çıxış etməyə başladı”.

 

Maraqlıdır ki, adı daim Ağdam futbolu ilə yaxından çəkilən və Ağdam futbolunun ayrılmaz hissəsi olan Adil Nadirov da daim özünü “Qarabağ”ın təsisçisi kimi təqdim edir. O da maraqlıdır ki, Nadirovun da iddiası “Qarabağ -20” kitabında yer alıb: “Peşəkar klub kimi “Qarabağ"ı 1987-ci ildə mən yaratmışam. “Qarabağ" komandası ləğv olunmuş, Ağdamda “İaşəçi" (“Kooperator - red”.) yaradılmışdı. Mən də futboldan uzaqlaşmışdım. Avtomobil ehtiyat hissələri mağazası açmışdım. Günlərin birində Nadir İsmayılov (o zaman İctimai İaşə Birliyinin müdiri işləyirdi, sonra Ağdamın icra başçısı olub - red.) məni çağırıb dedi ki, bir komanda yaradıb, güclülər dəstəsində oynada bilərsənmi? Beləliklə, 1987-ci ilin payızında İsmayılovun təklifiylə “Qarabağ"ı yaratdıq. Uşaqıları yığdıq, 1988-ci ildə respublika çempionu olub SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandıq. İki il də orada oynadıq. 1990-cı ildə respublika çempionu olduq, kuboku da aldıq".

 

Klubun yaradılmasında əsas şəxs kimi adı hallanan şəxslərdən biri də o dövr Ağdam rayon Həmkarlar komitəsinin sədri vəzifəsində çalışmış Zeynal Məmmədovdur.  1985-ci ilin yazından 1991-ci ilin yazına kimi Aqrar sənaye işçiləri həmkarlar ittifaqı Ağdam rayon komitəsində əvvəlcə təlimatçı-müfəttiş, sonra da baş mühasib vəzifəsində çalışan keçmiş Qarabağ döyüşçüsü Elbrus Mustafayev ölke.az saytına geniş müsahibəsində “Qarabağ”ın yaranma tarixinə də toxunmuş və bu hadisəni bu cür xatırlamışdı: “Həmin illər Qarabağda baş verən hadisələrdən sonra Zeynal Məmmədovun fikri tam milli məsələyə yönəldi. O vaxt indiki Qarabağ klubu "Kooperator" adı altında çıxış edirdi. Zeynal Məmmədov o zaman klubun baş məşqçisi olan Adil Nadirovu və məni yanına çağırdı. Adil Nadirova dedi ki, dayın qurban, gedirsən Bakıya, deyirsən ki, klubun adını “Qarabağ” kimi qeydiyyata alsınlar. Adil Nadirov isə dedi ki, respublikada Xankəndinin “Qarabağ” adlı klubu var, ikinci “Qarabağ” adını qeydiyyata almazlar. Zeynal Məmmədov dedi ki, get Bakıya, əgər kimsə razılaşmasa mənə zəng edərsən, özüm həll edəcəm. Zeynal müəllim də mənə tapşırdı ki, Bakıya gedənlərə pul ver, gedib gəlsinlər. 2-3 gündən sonra Adil Nadirov sevincək gəldi ki, heç kəs etiraz etmədi, klubun adı “Qarabağ” oldu”.

 

Veteran futbolçu, bir vaxtlar “Neftçi”nin şərəfini qorumuş və eləcə də “Qarabağ”ın baş məşqçisi olmuş əslən ağdamlı Elbrus Abbasov isə israrla iddia edir ki, “Qarabağ”ı o yaradıb. 2016-cı ildə “Het-trik news" qəzetinı verdiyi açıqlamasında o, “Qarabağ”ın yaranma tarixini öz tərəfindən bu cür təsvir edib: “Bu haqda çox yerdə məlumatlar gedib, çox insan bu haqda danışıb, bu ada iddia edib. Bəli, “Qarabağ"ın yaşamasında, ayaqda qalmasında çox insanın rolu olub. Amma komandanın yaradıcısı mənəm. “Neftçi"də futbolçu karyeramı başa vurandan sonra ailə qurdum və SSRİ vaxtı mərhum prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin Bakıda mənə verdiyi mənzildə yaşamağa başladım. Ötən əsrin 80-ci illərinin sonunda Qarabağda məlum hadisələr başlayanda Ağdama köçdüm. “Qarabağ"a qədər Ağdamda müxtəlif ad altında bir neçə komanda fəsliyyət göstərib. Öncə “Şəfəq" yaradılıb. Sonradan isə bu ad dəyişdirilib “Koorperator" edilib. Yadımdadır, o vaxt “Koorperator" ölkə çempionatının vacib oyununda Ağdamda Sabirabadın “İnşaatçı" komandasını qəbul edirdi. Oyunu izləmək üçün Ağdam rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev stadiona gəlmişdi. Elə oldu ki, “”İnşaatçı”ya 1:2 hesabıyla uduzdq. Oyundan sonra belə qərar gəlindi ki, rayonda yeni, güclü komanda yaratmaq lazımdır. Komandanın “Qarabağ" adlandırılması təşəbbüsünü irəli sürdüm".


Elbrus müəllim deyir ki, o vaxt istəklərini həyata keçirmək asan olmayıb. Komandaya “Qarabağ” adının verilməsi üçün şəxsən özü Bakıya gəlib. Çünki yeni mövsümün startına kimi, bu adı təsdiqləmək lazım imiş: “Çox maneələrlə üzləşdik. “Yuxarılar"dan bizə dedilər ki, Xankəndidə “Qarabağ" adında komanda var, bu adla ikinci komanda nəyə lazımdır? Lakin israr elədim ki, Ağdamda da “Qarabağ" olmalıdır. Xeyli əziyyətdən sonra istəyimizə çatdıq və 1988-ci ildə hazırkı “Qarabağ"ı yaratdıq. Bir daha deyirəm, bu komandanın yaranması, onun “Qarabağ" adlandırılması birbaşa mənim təşəbbüsümlə olub".

 

Gördüyünüz kimi, haqqında qeyd olunan bütün şəxslər “Qarabağ”ın yaranmasında əsas pay sahibi olduğunu iddia edir. Hər halda kimin daha haqlı olduğunu o dövr Ağdamda yaşamış futbol həvəskarları daha yaxşı bilər. Əsas odur ki, 1987-ci ildə “Qarabağ” adı yenidən komandaya qaytarıldı və Ağdam 1988-ci ildən etibarən yenidən bu adla mübarizəyə qoşuldu…

 

ARDI VAR...

Anar XANLAROV
Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AFFA-nın oyun alqı-satqısına görə çempionatdan qovduğu komanda geri döndü
"Neftçi"yə lazım olmayan futbolçi "Kəpəz"lə müqavilə bağladı
"Neftçi"yə keçidi baş tutmadı: 20 min maaş istəyirdi
Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Səbail"də daha az maaşa oynayacaq
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın

Xəbər Lenti
16 Yanvar 2018
19:00 “Kəpəz” daha 3 transferi rəsmən açıqladı
18:43 “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı
18:21 Millimizdən 6 qolluq qələbə
18:00 Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
17:43 Şehiç milliyə gec qoşulacaq
17:22 "Keşlə"dən növbəti rəsmi transfer
17:00 Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?
16:41 Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq
16:22 “Neftçi” 2 dövrənin antirekordçusudu
16:00 Rəqib baş məşqçi yekun heyəti açıqladı
15:40 Gimnastımız bürünc medal qazandı
15:21 "Sumqayıt" - "Qaradağ Lökbatan" 3:0 - VİDEO
15:00 "Mançester Yunayted" azarkeşi olan İnqilab Məmmədov: "Heç bir jurnalistlə nə dostluğum var, nə də yoldaşlığım" - MÜSAHİBƏ
14:54 “Union Berlin”lə Kosovo millisinin fərqi
14:41 “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu
14:25 "Borussiya" "Bazel"dən 20 milyona futbolçu aldı
14:00 "Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
13:43 "Benfika"dan "İnter"ə
13:22 Azərbaycanlı futbolçu Portuqaliyada növbəti qolunu vurdu
13:00 Vladislav Qədirov özünə yeni iş yeri tapdı
12:43 "Qvardiolaya başa saldılar ki, Messiyə toxunmaq olmaz"
12:00 Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
11:38 Ukraynalı qapıçı rəsmən "Kəpəz"də!
11:00 "Kəpəz"in yalanı üzə çıxdı
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:12 Komandamızın Yunanıstandakı oyununun hakimləri
15 Yanvar 2018
23:33 Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
23:30 “Qəbələ” tək məşqlə kifayətləndi
22:23 Millimizin üzvü "Gənclərbirliyi"ndə!
20:30 “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi
20:00 Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü
19:45 “Sumqayıt” liderə qalib gəldi
19:00 “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı
18:00 Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
17:41 “Qarabağ” yenə Aqollisiz məşq etdi
17:20 Hücumçumuzun yenə ehtiyatda qaldığı oyunda komandası qələbə qazandı
17:00 Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
16:45 Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO
16:21 Karateçilərimizdən 8 medal
15:43 Millimizə daha bir futbolçu qoşuldu
15:21 Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
15:00 Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
14:45 “Səbail” Divizion klubuna qalib gəldi
14:22 “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
14:00 "Səbail"də daha az maaşa oynayacaq
13:45 "Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
13:28 "Liverpul" - "Mançester Siti" 4:3 - VİDEO
13:00 "Kəpəz"in oyunu niyə ləğv olundu?
12:46 "Real Sosyedad" - "Barselona" 2:4 - VİDEO
12:27 Məmmədova bu dəfə də çətinlik çəkmədi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.