Ucuz təyyarə biletləri

Doğma atanın ögey övladları

Tarix:  20.12.17 14:12           Yazar:  Amal Abuşov           Oxunub: 587 dəfə

Əvvəlki adı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olan SOCAR ötən ilin yayında Fransada keçirilən Avropa çempionatının əsas sponsorlarından biri idi. Bu əməkdaşlıq Azərbaycanın neft paralarından UEFA-nın tədbirlərinə vəsait ayrılmasının yeganə nümunəsi deyil. Elə dünya çempionatının seçmə oyunları zamanı da SOCAR-ın adı yazılan reklam bannerləri qitənin çeşidli stadionlarını bəzəyirdi. Sözsüz ki, bütün bunlar Azərbaycana heç də az vəsait qarşılığına başa gəlmir. Bu paraların qarşılığında da UEFA bizi sayıb-seçməyə başlayıb. AFFA-nın baş katibi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olur, hansısa komissiyanın işinə cəlb edilir. Bundan başqa 2020-ci ildə keçiriləcək Avropa çempionatını qəbul edəcəklər şəhərlər sırasına paytaxtımız Bakı da əlavə olunub. Növbəti mövsümün Avropa Liqasının finalı da bizim Olimpiya Stadionumuzda oynanılacaq. Elə bilirsiz bütün bunlar havayıdı?


SOCAR-ın səxavətindən təkcə UEFA faydalanmır. Bu yaxınlarda evdə oturub, xarici idman kanallarından birində cüdo turnirinə baxırdım. Cüdoçuların güləşdiyi döşəkçələrin ətrafını bəyəzən reklam löhvələrində SOCAR-ın adı göz qamaşdırırdı. Olsun, verən əlləri ağrımasın. Bu cür sponsorluq müqavilələri ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna, Azərbaycanın tanınmasına xeyir verəcəksə, belə də davam etsinlər. Onsuz da avropalılara vermədiklərini bizə paylayası deyillər. Amma bir şərtlə ki, israfçılıq edilməsin, evimizin içindəki nöqsanlara, əyər-əksiklərə göz yumub, özümüzü Avropada dünyanın şahı kimi göstərməyə çalışmayaq...


Dekabrın 10-də mərhum Anatoli Banişevskinin vəfatının üzərindən 20 il keçdi. Onun dünyadan hansı çətinliklərlə köçməsini, son günlərində evində köməksiz, qayğıya möhtac qalmasını hamımız bilirik. Fikirləşirdim ki, Banişevski bir qədər də dözsəydi, xəstəliyi indiki vaxtlarda özünü göstərsəydi, onu tək qoymazdılar, AFFA Azərbaycan futbolunun yetişdirdiyi nadir istedadı taleyin ümidinə buraxmazdı. Amma yanılıbmışam. AFFA-ya qarşı həddindən artıq yüksək fikirdə olmuşam.


Banişevskinin vəfatının ildönümü ərəfəsində həmkarımız Aydın Bağırov təşəbbüs irəli sürdü. Biz də ona qoşulduq. Səsimizi AFFA-ya çatdırmağa çalışırdıq ki, Bakıdakı yeni stadionların birinə Banişevskinin adı verilsin, əfsanəvi futbolçunun adı yaşadılsın. Bu gün keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayevə bununla bağlı ünvanlanan sualın cavabı belə olub ki, Azərbaycandan Banişevskinin adına stadion var. Hardadı o stadion, cənab Abdullayev? Orda futbol oynanılırmı, Banişevskinin adı futbol oyunları zamanı çəkilirmi? Varsa, ora “böyük futbol”u qaytarın, qoy Banişevskinin adını daşıyan stadion elə onun böyük adına layiq olsun. 
Bilirik ki, edə bilməyəcəksiz. Sizə daha asan yolu təklif etmişdik.


AFFA prezidenti bildirib ki, Bakıdakı staionlara sponsor cəlb etmək istəyirlər. Sitat: “kimin pulu varsa, sponsorluq edib, stadiona lap atasının adını qoya bilər”. Sizdən böyük sponsor, cənab Abdullayev? Axı, siz həm də bütün Avropa futboluna sponsorluq edən SOCAR-ın prezidentisiz. Banişevski də Azərbaycan futbolunun atasıdı. Ona ögey münasibət bəsləməyə haqqımız yoxdu. Gəlin pul toplayaq, Banişevskinin adını daşıyan stadionun sponsoru elə özümüz olaq. Birinci elə SOCAR-dan başlayaq...

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Klublarımızın qış transferləri - YENİLƏNİR
Antalyanı Masazıra dəyişdilər
Cəmi 5 saniyə keçmişdi...
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ

Xəbər Lenti
21 Yanvar 2018
14:30 "Lexiya" - "Qarabağ" 1:1 - VİDEO
13:42 Məmmədova Rusiyada yenə qarşısıalınmazdır
13:30 "Lexiya" - "Qarabağ" 1:1 - FOTOLAR
12:30 Budaq Nəsirov oynamadı, komandası xal itirdi
11:30 Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO
10:30 Dadaşov qol vurdu, komandası qalib gəldi
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.