Ucuz təyyarə biletləri

Ağdam futbolu: "Qarabağ" SSRİ çempionatında - YAZI

Tarix:  24.12.17 23:12           Yazar:  Rekord.az           Oxunub: 277 dəfə

İşğal altında qalan rayonlarımızın futbol tarixindən bəhs edən layihəmiz çərçivəsində Ağdam futboluna həsr olunan yazının ikinci hissəsini sizə təqdim edirik. Beləliklə:

 

...1988-ci ildə SSRİ-də baş verən siyasi dəyişikliklər bir çox hallarda ictimai həyata da təsirsiz ötüşmədi. Tarix boyu hər məqamda saxtakarlığa, Azərbaycana qarşı şantaja, ərazi iddiasına qalxan ermənilər yenə də boş oturmaq fikrində deyildi. Onların növbəti hədəfi Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında gərginlik yaratmaq idi ki, buna da nail oldular. Mənfur düşmənlərimizin əsas niyyəti SSRİ-nin, daha da dəqiqləşdirsək, Rusiyanın dəstəyi ilə DQMV-ni Ermənistana birləşdirmək idi. Bu hadisələr Ağdam və ətraf rayonlarda da gərginlik yaratmış, ölkəni mitinqlər bürüməyə başlamışdı.

 

Məlum məsələdir ki, siyasi hadisələr futboldan da kənar qala bilməzdi və futbola da öz təsirini göstərməli idi. Artıq SSRİ-də futbol həvəskar statusdan çıxaraq peşəkar statisa doğru getməyə başladı. Söhbət, hansısa dövlət idarə və müəssisəsindən asılı olan komandaların peşəkar klub kimi formalaşaraq sponsorlu kluba keçidi idi. BU baxından SSRİ-nin ilk peşəkar klubu Ukrayna “Dnepr”i oldu. Belə ki, ilk dəfə məhz Dneprepetrovski təmsilçisi təsərrüfathesablı, özünü maliyyələşdirən komandaya çevirildi.


“Qarabağ” da məhz ictimai-siyasi hadisələrin bu cür qaynar vaxtında yaradıldı. Əslində “bərpa olundu” ifadəsi daha yerinə düşər. Çünki əvvəlki yazımızda da qeyd etmişdik ki, “Qarabağ” adlı komanda hələ 60-cı illərdə fəaliyyət göstərmişdi. Bəli, 1987-ci ildə “Qarabağ” adını qəbul edən Ağdam təmsilçisi 1988-ci ildən etibarən SSRİ çempionatında bu ad altında oynamağa başladı. O vaxt komandada rəhbər şəxs kimi Nadir İsmayılov gedirdi. Baş məşqçi isə Elbrus Abbasov idi. Təbii ki. Adil Nadirov da “Qarabağ”da əsas foqurlardan biri idi. Məhz bu üç şəxs qısa zamanda yaxşı heyət formalaşdırmalıydı. Ən qısa zamanda yaxşı heyət toplandı. “Göyəzən”dən Cavanşir Novruzov, “Kəpəz”dən Məmməd Məmmədov, Mingəçevir “Avtomobilçi”sindən Yusif Əsədov, Vasif İsgəndərov, Şahid Həsənov və Elşad Xudadatov komandaya cəlb edildi. “Qarabağ” “Koorperator”un əvəzindən birbaşa Azərbaycan SSRİ-nin güclülər dəstəsində mübarizəyə qoşuldu. Həmin vaxt ölkə çempionatında 18 komanda iki dövrədən ibarət sistemlə mübarizə aparırdı. Qalib adını qazanan komanda SSRİ çempionatının II dəstəsində ölkəni təmsil etmək hüququ qazanacaqdı. 


Komanda ilk oyununu Qubada “Şahdağ”a qarşı keçirdi və qarşılaşma 1:1 hesabı ilə başa çatdı. “Qarabağ” adı altında komandanın ilk qolunun müəllifi isə Gülağa Məmmədov oldu. İkinci turda Ağdamda Tovuzun “Məhsul” komandasını qəbul edən “Qarabağ” rəqibini böyük hesabla məğlub etdi. III turda B akıda “Araz”a uduzan Ağdam təmsilçisi bunun ardında 15 oyun məğlubiyyət üzü görmədi. Artılq 12 turdan sonra “Qarabağ” Bərdə “Pambıqçı”sı ilə turnir cədvəlinin zirvəsini bölüşürdü. Daha sonra evdə “Viləş”i də məğlub edən ağdamlılar vahid liderə çevirildilər və sona qədər də bu mövqeyi heç kimə vermədilər. Ümumiyyətlə, 1988-ci il çempionatını uzun sürən və başıbəlalı çempionat adlandırmaq olardı. Qış yetişdə də çempionat başa çatmamışdı. Buna səbəb isə ölkədəki gərginlik idi. Çünki DQMV ətrafında cərəyan edən hadisələrə görə, respublikanın bəzi şəhər və rayonlarında fövqəladə vəziyyət elan olunmuşdu. Hətta bir sıra oyunlarda texniki nəticələr də qeydə alınırdı. Bütün bu gərginliyə və çempionatda yaranan müəyyən fasilələrə baxmayaraq, “Qarabağ” çempionluğunu bayram edə bildi. O vaxt komandanın qələbəsi Ağdamda böyük bayram kimi qəbul olunmuşdu.


Məlum məsələdir ki, çempion olan ağdamlılar 1989-cu ildə Azərbaycanı SSRİ çempionatının II dəstəsində təmsil etməli idi. Lakin hər şey bu qədər baş  verməsi rəhbərliyi də təşvişə salmışdı. Təsəvvür edin,1 il bundan qabaq yaranan komanda 1 ildən sonra SSRİ çempionatında oynamalı idi. Həm bir məsələ də var idi, əlavə maddi dəstək olmadan SSRİ çempionatında oynamaq da müşkül məsələ idi. Ona görə “Qarabağ”ın zona birinciliyində çıxışı sual altında idi. Lakin belə bir ağır vaxtda Ağdam Üzüm Emalı İstehsalat Birliyinin direktoru Səyavuş Fərzəliyev komandaya kömək əlini uzatdı. Komanda bu birliyin nəzdində fəaliyyət göstərməyə başladı. Bütün futbolçular bu koorperativin üzvü oldu və komanda özünümaliyyələşdirməyə keçdi. Yalnız bundan sonra “Qarabağ” Lənkəran “Xəzər”i ilə birlikdə SSRİ çempionatının II dəstəsinin 9-cu zonasına buraxıldı. Azərbaycanı bu yarışda “Qarabağ” və “Xəzər”dən başqa daha 4 komanda təmsil edirdi. Rəqiblərimiz isə Rusiya və Gürcüstan klubları idi. Həmin vaxt klubun prezidenti vəzifəsi də Səyavuş Fərzəliyevə həvalə olundu. Adil Nadirov komandanın rəisi idi.Elbrus Abbasovun gedişindən sonra baş məşqçi postuna Rəşid Özbəyov gətirildi. Nazim Mehrəliyev isə onun köməkçisi oldu. Komanda çempionata ciddi səylə hazırlaşırdı.


SSRİ çempionatının ikinci dəstəsində 9 zona üzrə 195 komanda mübarizəyə qoşuldu. Azərbaycan təmsilçilərinin yer aldığı 9-cu zonada isə 22 komanda mübarizə aparırdı. “Qarabağ”ın SSRİ çempionatındakı startı uğurlu alınmadı.. Komanda gənc və təcrübəsiz “Lokomotiv”-ə 0:4 hesabı ilə uduzdu. Daha sonra Ağdama qayıdan komanda ümumittifaq miqyasında ilk dəfə Azərbaycan derbisinə hazırlaşmağa başladı. Rəqib Qazax “Göyəzən”i idi. Həmin oyunda Cavanşir Novruzovun vurduğu yeganə qol ağdamlılara qələbə qazandırdı. Bu qələbə həm də “Qarabağ”ın SSRİ çempionatında ilk qələbəsi kimi də tarixə düşdü. Yeri gəlmişkən, Novruzov həmin mövsüm 20 qola imza atdı. Komandanın nəticəsi isə ortabab oldu. Stabil çıxış etmək mümkün olmadı. Evdə qələbə qazanılsa da növbəti turda səfərdə bunun ardını gətirmək mümkün olmurdu və komanda acı məğlubiyyət yaşayırdı. Məhz bu qeyri-stabilliyin nəticəsində ağdamlılar mövsümü 11-ci pillədə bsaşa vurdular. İlk ilk üçün bunu normal qəbul etmək olar. Azərbaycan təmsilçiləri arasında “Qarabağ” “Göyəzən” və “Kəpəz”dən geri qalsa da bu turnirdə daha çox təcrübəsi olan Sumqayıt və Lənkəran “Xəzər”ni qabaqladı.


1990-cı ildə də “Qarabağ” SSRİ çempionatının II dəstəsində çıxış etməli idi. Lakin SSRİ Futbol Federasiyası 1989-cu il mövsümünün sonunda II dəstə komandaları arasındakı çempionatın təşkili və keçirilməsi qaydalarını dəyişdi. Sıra nömrələri ləğv eildi, əvəzində Qərb, Mərkəz və Şərq zonaları olmaqla hərəsində 22 komandanın yer aldığı 3 dəstə yaradıldı. Bundan başqa, II dəstədə bufer zonalar təşkil olundu. Burada isə 10 zona yaradıldı. Demək olar ki, hər ölkəyə ayrıca zona verilmişdi. Azərbaycan komandaları 3-cü zonada yarışmalı idi. “Qarabağ” II dəstənin Azərbaycan komandalarının çıxış edəcəyi 3-cü zonada yarışmalı idi. 24 komandanın mübarizə apardığı zona yarışında komandalar “A” və “B” olmaqla iki yarımqrupa bölünmüşdü. İlk mərhələdən sonra ilk 6 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanırdı. Üstəlik, ilk mərhələdə qazanılan xallar saxlanılırdı. Mövsüm ərzində Elbrus Abbasov yenidən komandaya baş məşqçi təyin olundu. Komanda ilk mərhələni demək olar ki, birnəfəsə başa vurdu, 4-ü rəqib meydançasında olmaqla 11 böyükhesablı qələbə qazandı. Ağdam təmsilçisi yalnız Lənkəran “Xəzər”inə məğlub oldu,hücum xətti isə məsuldarlığa görə Sumqayıt “Xəzər”İndən geri qaldı. Həmin il komanda aralıq zonaya vəsiqə qazanmaqla yanaşı həm də ölkə kubokuna yiyələndi. Bakıda keçirilən final matçında Bakı “İnşaatçı”sı ilə üz-üzə gələn ağdamlılar əlavə vaxtda Emin Salmanovun uzaq məsafədən vurduğu qolla fəxri titulu başı üzərinə qaldırdı. 


1990-cı ildəki uğurlu çıxışlarımna görə “Qarabağ” 1991-ci ildə 22 komanda ilə birlikdə ikidövrəli dairəvi sistemlə II dəstənin aralıq zonasında yarışlara başladı. Artıq komandaya Ağasəlim Mircavadov kimi təcrübəli birisi baş məşqçi təyin olundu. Heyət də kifayət qədər gücləndirildi. Dağıstandan Hüseynbəy Hüseynbəyov, ondan başqa, Cəmaləddin Əliyev, Təbriz Həsənov, Mahir Əliyev, Rasim Abışov və Arif Zərbalıyev komandaya cəlb olundu. Qərb zonasında Azərbaycanı ağdamlılarla yanaşı Gəncə “Dinamo”su ilə “Göyəzən” də təmsil edirdi. Zonada güclü Ukrayna, Belarus, Moldova və Rusiya klubları da mübarizə aparırdı. Onların arasında vaxtilə SSRİ çempionu olmuş Luqans “Zarya”sı ilə kuboku qazanmış Lvov “Karpatı”sı da var idi. 
Mövsümə ciddi hazırlıq görülməsinə baxmayaraq, start uğurlu alınmadı. Ağdamlılar Ukraynada keçirdikləri iki oyundan xalsız döndülər. Daha sonra Gəncədə də büdrədilər. İlk 3 oyundan sonra “Qarabağ” rəqib qapılarına qol da vurmamışdı. Yalnız 4-cü turda Cavanşir Novruzovun qolu ilə “Qaliçina”nı məğlub etmək mümkün oldu. Ardından “Karpatı” ilə qolsuz bərabərlik qeydə alındı. Bundan sonra komanda adətən səfərdən məğlubiyyətlə dönür, “doğma divarlar” arasında isə uğur qazanırdı. Bun tendenssiya ilk dövrənin sonuna kimi davam etdi. 


İkinci dövrədə isə əslhərc-mərclik oldu. Artıq Qarabağda hərbi əməliyyatlar başlamış, ermənilər rusların köməyi ilə bəzi kəndləri işğal etmişdi. Bundan başqa, Moskvanın mənfi təbliğatı da işini görürdü. Belə ki, bir çox komandalar Ağdama gəlməkdən imtina edirdi. Bunun nəticəsində komanda ikinci dövrədə Ağdamda cəmi iki oyuna çıxa bildi. Qalan bütün oyunlarda rəqiblərə texniki məğlubiyyət verildi. Rəqiblərinin hörmətsizliyinə baxmayaraq, “Qarabağ” bütün səfər oyunlarına getdi. Lakin təəssüf ki, bu oyunların heç birində qələbə qazana bilmədi. Daim səfərdə oynamaq, doğma azarkeş dəstəyi görməmək, hakim haqsızlığı ilə üzləşmək komandanı mənəvi cəhətdən sındırırdı. Həmin mövsüm belə bir hadisə də yaşanmışdı:


I Dəstəyə iddialı Ternopol “Niva”sı öncə Qazaxda “Göyəzən”lə oynamalı, daha sonra isə Ağdama “Qarabağ”la oyuna gəlməli idi. Lakin qonaqlar “Göyəzən”lə oyundan sonra Ağdama gəlməyərək Qazaxdan birbaşa evə qayıtmışdılar. Maraqlıdır ki, SSRİ Futbol Federasiyası buna görə onlara texniki məğlubiyyət vermədi. Çempionatın sonuna qədər də bu oyunun nəticəsi təsdiqlənmədi. Yalnız “Karpati” qalib gəldikdən sonra bu oyunun nəticəsi heç bir əhəmiyyət kəsb etmədi və “Niva”ya texniki məğlubiyyət verildi. Artıq görünürdü ki, SSRİ Futbol Federasiyası yarışların tam keçirilməsinə nəzarət edə bilmir. Gürcüstan komandaları, ümumiyyətlə, SSRİ birinciliyini tərk edib müstəqiul çempionatlarını keçirməyə başladı. 1991-ci il mövsümü SSRİ Futbol Federasiyasının bayrağı altında keçirilən sonuncu yarış oldu...

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.