Ucuz təyyarə biletləri

Xatirə turnirinin qalibləri bəlli oldu

Tarix:  27.12.17 18:12           Yazar:             Oxunub: 51 dəfə

Dekabrın 27-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib. Rekord.az xəbər verir ki, “Zirvə İnternational Sport Clubs” tərəfindən təşkil olunan və bilavasitə keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən təsdiq edilmiş baş hakimlər kollegiyasına həvalə edilən yarışda qadınlar və kişilərdən ibarət yığma komandaların əsas üzvləri, həmçinin veteran atletlər iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib, mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.


Əvvəlcə, yarışların açılış mərasimi keçirilib. İlk olaraq Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayılov İsmayılov giriş sözü ilə çıxış edib. Natiq idmançılar, mərhumun ailə üzvləri, həmçinin digər qonaqları salamlayaraq Hacıbaba Əskərovun ölkə ağır atletikasının inkişafındakı böyük rolu barədə danışıb. O, qeyd edib ki, hazırkı nailiyyətlərimizdə bu əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimi xidmətləri əvəzsizdi.


İsmayılov İsmayılov daha sonra ölkəmizin 2017-ci ildə əldə etdiyi idman uğur və nailiyyətləri, təşkil olunan yerli və beynəlxalq yarışlar barədə məlumat verib, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasəti haqda danışıb. 


Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova da çıxış edərək yarışın təşkilatçılarına təşəkkürünü bildirib: “Mən əminəm ki, atamın ruhu bu yarışı, bu təşkilatçılığı görür və çox şaddır. Hətta deyərdim indi o burada bizimlədir və sevincimizə qoşulur. Hacıbaba Əskərov ağır atletikanın fanatı olub, onun inkişafı üçün əlindən gələni əsirgəməyib, ömrünü bu növə həsr edib. Onun xatirəsinin belə mötəbər yarışla qeyd edilməsi həm ona, həm də ümumilikdə ağır atletikaya nümayiş etdirilən hörmətin nəticəsidir”. 


Sonda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərova söz verilib. O, hər kəsi salamlayaraq bu yarışda görməkdən şad olduqlarını qeyd edib: “Azərbaycanda idmana xüsusi dövlət qayğısı var və bu prosesə Cənab Prezident İlham Əliyevin nəzarət etməsi nəticəsində qazanılan uğurlar göz qabağındadır. Ölkə olaraq bütün sahələrdə olduğu kimi, idmanda da dünyanın ən güclüləri sırasında olmağımız aparılan işlərin məntiqi nəticəsidir. 2017-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onların içərisində ağır atletlərin də olması, öz töhfələrini verməsi bizi sevindirir. Ağır atletikamızın 100 ilə yaxın tarixi var. Bu tarixin böyük hissəsində Hacıbaba müəllim Əskərovun adı var. Onun əməyi, gördüyü işlər çox böyükdür. O, nəinki bizim, həm də müəllimlərimizin müəllimi olub. Onu yad etmək, xatirəsini saxlamaq çox vacib məqamdır. Hələ uzaq 90-cı illərdə ümummilli lider Heydər Əliyev biz idmançılarla görüşdə demişdi ki, bu idmanda əməyi olan insanların heç biri kənarda qalmamalıdır. Biz də hazırda həm yaşayan, aktiv fəaliiyət göstərən, həm də dünyasını dəyişmiş mütəxəssislərə diqqətimizi əsirgəməməliyik. Bu yarışın təşkilində məqsəd də ağır atletika ənənələrinin qorunması, idman tariximizə töhfəsini vermiş insanları yad etmək, onlara hörmətimizi nümayiş etdirməkdir. Bu fəaliyyətimizi növbəti illərdə də davam etdirəcəyik”.


AAAF tərəfindən xüsusi plaketlər də təqdim olunub. Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova, zədəli ağır atlet Rüstəm İmanzadə, veteran atlet və ağır atletika mütəxəssisləri Vahid Nəzərov, Yuri Ryabov, Akif Alıyev və Azad Mustafayev, ağır atletika yarışlarının işqlandırılmasında əməyinə görə “İdman Azərbaycan” kanalı və “AAAF Media”, həmçinin ustad ağır atletlərdən ibarət yığma komandamızın baş məşqçisi Oktay Muxtarov bu xatirə hədiyyələrinə layiq görülüblər.


Yarışlar isə maraqlı mübarizə şəraitində keçib. Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Toplam 157 kq (66+91) nəticə ilə 236.45 Sinkleyr xalı qazanan Səbinə Əzimova bütün rəqiblərini üstələyərək, qızıl medala sahib çıxıb. İkinci yeri toplam 141 kq (63+78) nəticə və 222.76 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə toplam 157 kq (71+86) və 220.97 xalla Gülçin Əlizadə tutub.


Kişilərdə fəxri kürsünün ən yüksək pilləsinə Rövşən Fətullayev çıxıb. IV İslam Oyunlarının bürünc mükafatçısı olmuş atlet bu yarışda toplam 360 kq (160+200) çəkinin öhdəsindən gəlib və 399.92 xalla turnirin qalibi adını qazanıb. İkinci yerə toplam 274 kq (121+153) nəticə və 384.81 xalla Məhəmməd Məmmədli, üçüncü yerə isə toplam 288 kq (127+161) nəticə və 372.04 xalla Kənan Əliquliyev layiq görülüblər.


Son olaraq medal mübarizəsinə ustad ağır atletlər qoşulub. Toplam 233 kq (103+130) nəticə və 346.98 xalla Zəfər Tağıyev yarışın qalibi olub. İkinci pillədə toplam 150 kq (70+80) nəticə və 339.05 xalla Akif Alıyev, üçüncü pillədə isə toplam 255 kq (110+145) nəticə və 335.92 xalla Natiq Həsənov qərarlaşıb.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.