Ucuz təyyarə biletləri

Ağdam futbolu: “Qarabağ” Azərbaycan çempionatlarında və avrokuboklarda - YAZI

Tarix:  31.12.17 18:12           Yazar:  Rekord.az           Oxunub: 284 dəfə

İşğal altında qalan rayonlarımızın futbol tarixindən bəhs edən layihəmiz çərçivəsində Ağdam futboluna həsr olunan yazının üçüncü hissəsini sizə təqdim edirik. Beləliklə:

 

1992-ci ildən etibarən digər keçmiş SSRİ dövlətləri kimi, Azərbaycan da müstəqil ölkə kimi özünün ilk milli çempionatını təşkil etdi. SSRİ çempionatında oynamış digər Azərbaycan klubları kimi, “Qarabağ” da müstəqil çempionatımızda çıxış etməyə başladı. İlk milli çempionat isə 1992-ci il mayın 3-də start götürdü. Həmin ərəfədə Qarabağda, o cümlədən də Ağdamda şiddətli döyüşlər gedirdi.  Ermənilər Ağdamı və onun kəndlərini mütəmaddi olaraq atəş altında saxlayırdı. Hətta bir dəfə atılan qrad mərmisi “İmarət” stadionuna düşmüşdü. Bir sözlə, Ağdamda  futbol ikinci plana keçmişdi. Hətta Gülağa Məmmədov başda olmaqla Nazim Mehrəliyev, Məmməd Məmmədov, Şahid  Həsənov, Səttar Əliyev, Yaşar Hüeynov və Cavanşir Novruzov kimi ağdamlı futbolçular yerli özünümüdafiə batalyonların birinə yazılmaq üçün Allahverdi Bağırova müraciət də etmişdilər. Mərhum Bağırovun cavabı isə belə olmuşdu: Bütün Azərbaycan Qarabağı qoruyur, sizin  döyüş yeriniz isə yaşıl meydandır”.  Yalnız bundan sonra “Qarabağ” ilk milli çempionata hazırlaşmağa başladı.


1992-ci ildə “Qarabağ” demək olar ki, yenidən yığıldı. Baş məşqçi Ağasəlim Mircavadov Cəmaləddin Əliyevlə Arif  Zərbalıyevi də götürüb “Tərəqqi”yə yollandı. Mircavadovun yerinə yeni baş məşqçi Nazim Mehralıyev təyin olundu. Legioner həyatı yaşamaq üçün Rusiyaya yollanan Müşviq Hüseynov isə elə birinci dövrənin gedişində geri döndü. “Neftçi”yə keçmiş Təbriz Həsənov da ikinci mərhələdə “Qarabağ”a qayıtdı. 


“Qarabağ”ın  milli çempionatımızdadebüt matçı 1992-ci il mayın 3-də Ağdamda Sabirabad “İnşaatçı”sına qarşı oldu. Rüstəm Rəhimovun fit çaldığı və 1000 azarkeşin izlədiyi oyunda “Qarabağ” sürpriz şəkildə rəqibinə məğlub oldu. Oyunda hesabı “Qarabağ”ın futbolçusu Mehman Alışanov açsa da sonradan iki qol vuran Sabirabad  təmsilçisi evə qələbə ilə yollandı. Alışanovun qolu isə tək “Qarabağ”ın milli çempionatlardakı ilk qolu kimi yox, ümumiyyətlə, Azərbaycan çempionatları tarixində vurulan ilk qol kimi tarixə düşdü. İlk milli çempionatda 26 komanda iki yarımqrupda mübarizə aparırdı. “Qarabağ” öz yarımqrupunda “Kəpəz” və “Turan”ı irəli buraxmaqla çempionluq  şansını da itirmiş oldu. Çünki ikinci mərhələdə komandaların ilk mərhələdə qazandıqları xallar saxlanılırdı. Final mərhələdə “Neftçi” birinci, Sumqayıt “Xəzər”i isə ikinci pilləni tutdu. “Qarabağ” üçüncülük uğurunda sona qədər mübarizə aparsa da yekunda 4-c üpillə ilə kifayətlənməli oldu. Maddi sıxıntı və heyət kasadlığı ucbatından “Qarabağ” ilk ölkə kuboku yarışlarına da qatılmaqdan imtina etdi.


1993-cü il isə “Qarabağ” üçün həm uğurlu, həm də acılı il oldu.  Mövsüm öncəsi rəhbərlik Ağasəlim Mircavadovu yenidən komandanın baş məşqçisi postuna gətirdi. O isə özü ilə Aslan Kərimov, Kənan Kərimov və Elfariz İsayev kimi gəncləri də Ağdama gətirdi. İlk çempionatda olduğu kimi, AFFA bu dəfə də çempionatı iki mərhələdə keçirməyə qərar verdi. Qruplarda ilk iki yeri tutan komandalar isə yarımfinal və final mərhələdə ən güclünü aşkarlamalı idi. Ağdam işğal olunduğundan mövsümün yarısını qaçqın həyatı sürən və Mingəçevirdə məskunlaşan “Qarabağ” bütün çətinliklərə baxmayaraq “qızıl dubl” edə bildi. İlk mərhələdə qrupdan uğurla çıxan “Qarabağ” yarımfinalda “Turan”la üz-üzə gəldi.  Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda Yaşar Hüseynovun 102-ci dəqiqədə vurduğu qol Ağdam klubunu finala çıxardı. Finalda onların rəqibi isə Sumqayıt” “Xəzər”i oldu. 1993-cü il Avqustun 1-də Tofiq Bəhramov adına Respubloiak stadionunda keçirilən final matçının 36-cı dəqiqəsində yenə Yaşar Hüseynovun vurduğu yeganı qol “Qarabağ”a tarixində ilk çempionluğunu qazandırdı.
Kubokun finalı isə bundan xeyli əvvəl, mayın 28-də baş tutmuşdu. Həmin oyunda isə Sabirabad “İnşaatçı”sı ilə qarşılaşan “Qarabağ” 97-ci dəqiqədə Müşviq Hüseynovun yeganə qolu ilə fəxri mükafatı başı üzərinə qaldırmışdı. Beləliklə, 1993-cü il “Qarabağ”ın tarixində ən uğurlu illərdən biri oldu. Eyni zamanda, doğma Ağdamın işğalı isə həmçinin klubun tarixinə qara hərflərlə yazıldı.
Maraq üçün deyək ki, “Qarabağ”ın “İmarət”də keçirdiyi son çempionat oyunu 1993-cü ildə Sumqayıt  “Xəzər”inə qarşı olub. Həmin ərəfədə rayon ətrafında şiddətli döyüşlər getdiyində “Xəzər” öncə oyuna çıxmaq istəməmişdi. Lakin sonradan qərarlarını dəyişib oynamağa razılıq vermişdilər. 3750 tamaşaçınən izlədiyi oyundan “Qarabağ” 1:0 qalib ayrılmışdı. Yeganə qolu penaltidən Mehman Alışanov vurmuşdu.


“Qarabağ”ın Ağdamdakı son kubok matçı isə mayın 12-də “Turan”a qarşı olmuş və Ağdam klubu Yaşar Hüseynovun yeganə qolu ilə qələbə qazanmışdı. Bu oyun, ümumiyyətlə, “Qarabağ”ın “İmarət”dəki son oyunu oldu.


"İmarət"də...
... son oyun — "Qarabağ" – Turan Tovuz 1:0 (Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
... son qol — Yaşar Hüseynov ("Qarabağ" – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
... son fiti çalan hakim — Rüstəm Rəhimov ("Qarabağ" – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
... son sarı vərəqə — Vəli Hüseynov (Qarabağ – Turan Tovuz 1:0, Azərbaycan kubokunun yarımfinalı, 12.05.1993)
... son çempionat oyunu — "Qarabağ" – Xəzər Sumqayıt 1:0 (09.05.1993)
... son qırmızı vərəqə — Aqil Məmmədov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 09.05.1993)
... son penalti — Mehman Alışanov (Qarabağ – Xəzər Sumqayıt 1:0, 09.05.1993)
... qonaqların son qolu — Samir Ələkbərov (Qarabağ – Neftçi Bakı 2:1, Azərbaycan kubokunun ¼ finalı, 28.04.1993)
... son heç-heçə — Qarabağ – Kəpəz 0:0 (24.06.1992)
... son məğlubiyyət — Qarabağ – İnşaatçı Sabirabad 1:2

 

Nə qədər qəribə olsa da deməliyik ki,  ilk çempionluqdan sonra uzun müddət Ağdam klubu çempion ola bilmədi. Düzdür, 1996-97-ci il mövsümündə Fuad Musayevin rəhbəri olduğu AFFA çempion kimi “Qarabağ”I elan etdi. Federasiya həmin mövsüm belə qərar qəbul etmişdi ki, aşağı yaş qruplarından ibarət iki komandanın da xalları mövsümün sonunda əsas komandaların xallarının üzərinə gəlir.  1996-97-ci il mövsümündə “Neftçi” 1-ci, “Qarabağ” isə 2-ci pilləni tutdu. Lakin “Qarabağ”ın hər iki aşağı yaş qrupundan ibarət komandası “Neftçi”dən daha yaxşı nəticə göstərdiyi üçün AFFA “Qarabağ”ı çempion elan elədi. Lakin  UEFA çempion kimi “Qarabağ”ı yox, “Neftçi”ni qə bul elədi və Çempionlar Liqasına da paytaxt klubunu buraxdı. Sonradan  “Qarabağ” özü də bu çempionluğu qəbul etmədi. Ağdam klubu bir də çempionluq sevincini 20 il sonra, 2013-14-cü il mövsümündə yaşadı.  Qurban Qurbanovun rəhbərliyi altında həmin mövsümü uğurlu keçirən "Qarabağ”  sona 2 tur qalmış çempionluğunu elan etdi.  Ağdamlılar 34-cü turda  Tofiq Bəhramov adına Respublika stadionunda ən yaxın izləyicisi "İnter”i  4:1 hesabı ilə darmadağın etməklə bu uğura imza atdı. Bu qələbədən sonra xallarını 72-yə çatdıran "Qarabağ” "İnter”i 9 xal geridə qoyaraq, 1993-cü ildən sonra ilk dəfə  Azərbaycan çempionluğuna qovuşub. Demək olar ki, bununla da “Qarabağ”ın Azərbaycan futbolundakı hegemonluğunun əsası qoyulub. Həmin mövsümdən etibarən Qurban Qurbanovun komandası hər il çempion adını qazanır.  2013-cü ilə kimi cəmi 1 dəfə çempionluq sevinci yaşayan “Qarabağ”  2013-cü ildən 2017-ci ilə qədər 4 dəfə çempion adını qazanıb.  

 

 

“Qarabağ” avrokuboklarda


“Qarabağ”ın avrokuboklardakı debütü 1996-cı ilin 8 avqustuna təsadüf edir.  1995-96-cı il futbol mövsümündə çempionatda mükafata layiq yer tuta bilməyən ağdamlılar kubokda finala çıxmağı bacardı. Lakin burada  “Neftçi”yə 0:3 hesabı ilə məğlub oldular. Ancaq “Neftçi”  həmin mövsüm həm də çempion olduğundan  Çempionlar Liqasına yollandı və “Qarabağ” kubokun finalçısı kimi Kuboklar Kubokuna vəsiqə qazandı. Püşk ilk mərhələdə Finlandiyanın “MÜPA-47” komandasını “Qarabağ”a rəqib etdi. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk matçda “Qarabağ” 0:1 hesabı ilə məğlub oldu.  Cavab oyununun əsas vaxtında isə təmsilçimiz eyni hesabla qalib gəldiyindən oyun əlavə vaxta keçdi.  Burada isə penalti seriyasına saniyələr qalarkən 120-ci dəqiqədə bərabərlik qolunu buraxan “Qarabağ” mübarizəni dayandırdı. 
“Qarabağ”ın ilk uğuru 1999-cu ildə İntertoto kubokunda olub. Həmin vaxt İsrailin “Makkabi” klubu ağdamlılara rəqib olanda çoxları İsrail təmsilçisinin hər iki oyunda böyük hesablı qələbə qazanacağını düşünürdü. Lakin iyunun 19-da Hayfada keçirilən və 12000 azarkeşin izlədiyi oyunda “Qarabağ” sensassiya edərək rəqibini Müşviq Hüseynovun dublu sayəsində 2:1 məğlub etdi. İyunun 26-da Bakıda keçirilən cavab oyununda 0:1 uduzsa da səfərdə vurulan iki qol “Qarabağ”ı növbəti mərhələyə çıxardı. Bu, həm də Azərbaycan klubları arasında ilk oldu.
1998-99-cu il mövsümü isə klubun tarixində ən bərbad növsüm olub. Belə ki, Kuboklar Kuboku çərçivəsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşan ağdamlılar səfərdəki ilk matçda 0:6, evdəki cavab matçında isə 0:4 hesabı ilə uduzaraq turniri biabırçı şəkildə tərk etdi.
2009-cu ildə UEFA kubokunda Norveç “Rusenborq”unu ilk mərhələdə mübarizədən kənarlaşdırmaqla da böyük sensassiyaya imza atdı (0:0, 1:0).  Həmin mövsüm Ağdam klubu 3-cü mərhələyə kimi irəliləməyi bacarmışdı.


Təbii ki, klubun tarixindəki ən böyük uğurlardan biri də 2014-15-ci il mövsümündə oldu. Həmin tarixdə Qurban Qurbanovun komandası Çempionlar Liqasının 3-cü mərhələsində Avstriya “Zalsburq”una məğlub olsa da Avropa Liqasının pley-offunda Hollandiya “Tvente”sini üstələyərək (0:0, 1:1) tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazandı.  Bundan sonra ardıcıl olaraq 3 mövsüm bu uğuru təkrarladı.  “Dnepr” üzərində qazanılan səfər qələbəsi klublarımızın qrup mərhələsindəki ilk qələbəsi oldu. Eyni zamanda da səfər qələbəsi. 
Nəhayət, 2017-ci ildə Azərbaycan futbolu tarixində çox böyük uğura imza atan “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Onlar pley-off-da 1998-ci ildə ümumi hesabda 0:10 uduzduqları “Kopenhagen”i mübarizədən kənarlaşdırdılar. Qrupda “Çelsi”, “Roma” və “Atletiko” kimi rəqiblərlə yer alan ağdamlıılar “Atletiko”dan 2 xal almaqla növətio uğura imza atdılar. 


2011-ci ilin 30 iyununda UEFA Avropa Liqasında ilk dəfə Azərbaycan komandası səfərdə 3 və ya daha çox top fərqi ilə qalib gəldi ki, bu qələbə də Banqa Qarqjday klubunu səfərdə 4:0 hesabı ilə məğlub edən "Qarabağ"ın aktivindədir. Bu qələbə eyni zamanda Azərbaycanın avrokuboklarda ən böyük hesablı qələbəsidir

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyəlıəşdirilir

Şərhlər
Murvet
En boyuk qelebeni seferde Inter qazanib.0-5.Neftci qrupa dusen il
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.