Ucuz təyyarə biletləri

Azərbaycan cüdosu 2017-ci ildə: Rekord sayda medal

Tarix:  31.12.17 15:12           Yazar:             Oxunub: 91 dəfə

Yola salmaqda olduğumuz 2017-ci ilin cüdo nəticələrini təhlil etdikdə, rəsmi beynəlxalq yarışlarda rekord sayda medalların və tarixi nailiyyətlərin qazanıldığını görürük. Belə ki, bu müddət ərzində böyüklər, gənclər, yeniyetmələr, paralimpiyaçılar və veteranlardan ibarət milli yığma komandalarımızın üzvləri iştirak etdikləri beynəlxalq səviyyəli yarışlarda 193 medal qazanıblar. Azərbaycan Cüdo Federasiyasından "Report"a bildiriblər ki, bunlardan 68-i qızıl, 57-si gümüş və 68-i bürünc medaldır.

 

Azərbaycan Cüdo Federasiyası mütəmadi olaraq cüdo üzrə bütün milli komandalarımızın yerli və beynəlxalq təlim-məşq toplanışlarını yüksək səviyyədə təşkil edir, cüdoçularımızın hazırlıq planı üzrə nəzərdə tutulan bütün beynəlxalq yarışlarda iştirakını təmin edir, onlara öz diqqət və qayğısını əsirgəmir. Əlbəttə, bu yarışlardan ən mötəbəri Macarıstanın Budapeşt şəhərində keçirilmiş dünya çempionatıdır. Azərbaycan cüdoçuları bu mötəbər yarışda parlaq qələbələr qazanaraq, bizə iki final həyəcanı yaşadıblar. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov və 73kq çəkidə yarışan Rüstəm Orucov dünya çempionatının gümüş medallarına sahib oldular. Ağır çəkili idmançılarımız Elmar Qasımov və İrina Kindzerska isə mundialın bürünc medalına sahib oldu. Bu tarixi zəfərlərə imza atan cüdoçularımz hal-hazırda öz çəkilərində Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlində ön sıraları tuturlar. Dünya çempionatının Azərbaycan cüdosu üçün ən əlamətdar hadisəsi isə Beynəlxalq Cüdo Federasiyasının Budapeştdə keçirilmiş növbəti hesabat-seçki konqresində Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rövnəq Abdullayevin bu qurumun İcraiyə Komitəsinə üzv seçilməsi idi. Bu tarixi hadisənin səbəbi Azərbaycanda uğurla həyata keçirilən inkişaf strategiyasının Beynəlxalq Cüdo Federasiyası tərəfindən bir model kimi tanınması və bir-çox ölkələrə nümunə göstərilməsi kimi başa düşülür.

 

Polşanın Varşava şəhərində keçirilmiş Avropa çempionatında da milli komandamız böyük tarixi nailiyyətə imza atıb. Yığmanın ən gənc üzvü Hidayət Heydərov və komandanın kapitanı Elxan Məmmədov bütün rəqibləri üzərində parlaq qələbələr qazanaraq Avropa çempionu tituluna yiyələniblər. Daha üç cüdoçumuz Orxan Səfərov, Nicat Şıxəlizadə və Rüstəm Orucov isə çempionatın bürünc medalını qazanıblar. Tarixi nailiyyətlər bununla bitmir.

 

Cari ilin 12-22 may tarixlərində paytaxtımızda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında tam heyətlə iştirak etmiş kişilərdən ibarət milli komandamız fərdi yarışda 5 qızıl 2 gümüş, komanda yarışında da qızıl medal qazanaraq 100%-lik nəticə göstərmişdir. Qadın millimizin üzvləri isə komanda yarışının gümüş medalını, fərdi proqramda isə 1 qızıl və 5 gümüş medal qazandılar. Oyunların paralimpiya proqramında da tam heyatlə çıxış etmiş cüdoçularımız 4 qızıl, 4 gümüş və 3 bürünc medal qazanmağa müvəffəq olmuşlar.

 

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı gənc və yeniyetmə cüdoçularımızın da inkişafına böyük önəm verir. Onlar üçün yaradılan şəraitdən maksimum bəhrələnən gənclərimiz cari ildə keçirilmiş Avropa və dünya çempionatı kimi mötəbər yarışlarda sensasion nəticələr göstəriblər. Belə ki, Sloveniyanın Maribor şəhərində keçirilmiş Avropa çempionatının fərdi proqramında 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmaqla yanaşı, Azərbaycan cüdosu tarixində ilk dəfə olaraq komanda yarışının qalibi olub. 1 ay sonra Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş dünya çempionatında gənclərimiz 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq medal əyarına görə ümumkomanda cədvəlində 2-ci, ayrıca oğlanların hesabında isə cüdonun baniləri olan Yaponiya komandasını üstələyərək 1-ci yeri tutdular. Yeniyetmə cüdoçularımız isə Litvanın Kaunas şəhərində baş tutmuş Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar. Macarıstanın Qyor şəhərində keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalında cüdoçularımızın qazancı 1 gümüş və 1 bürünc medal olmuşdur. Taypey şəhərində keçirilmiş Yay Universiadasında cüdoçumuz Zelim Kotsoyev çempion, Firudin Dadaşov isə bürünc mükafatçı oldu.

 

Bununla yanaşı qabaqcıl məşqçilərimiz, hakimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Sevindirici haldır ki, Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü Nazim Umbayev Polşanın Qdıniya şəhərində keçirilmiş imtahandan uğurla keçərək beynəlxalq dərəcəli hakim adına layiq görülüb. Beləliklə də beynəlxalq dərəcəli hakimlərimizin sayı 6-ya çatıb. Yeniyetmələrdən ibarət milli komandamızın məşqçisi Zaur Babayev isə Yaponiyada Beynəlxalq Cüdo Təhsili Proqramı üzrə məşğələlərdə fəal iştirakına görə diplomla təltif olunub.

 

Paralimpiyaçı cüdoçularımız İngiltərədə keçirilmiş Avropa çempionatının fərdi yarışında 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb, komanda yarışında isə həm kişilər, həm də qadınlar fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qitə çempionatının qalibi adına layiq görülüblər. Fərəhli haldır ki, bu qalibiyyət Paralimpiya cüdosunun simvoluna çevrilmiş İlham Zəkiyevin sayca 7-ci Avropa çempionluğudur. Bundan əlavə, kişi paralimpiya cüdo Millimiz 5-ci dəfə, qadın paralimpiya Millimiz isə ilk dəfə Avropa çempionatının komanda yarışının qalibi olub.

 

Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. Xorvatiyanın ev sahibliyi etdiyi Avropa çempionatına veteran cüdoçularımız ezam olunub və onlar vətənə fərdi proqramın 4 qızıl, 4 gümüş və 2 bürünc medalı ilə yanaşı, 30-40 yaş kateqoriyasında kişilərin komanda yarışının da qızıl medalları ilə qayıdıblar.

 

Federasiya fəaliyyətinin prioritet istiqamətlərindən biri də bölgələrdə cüdonun inkişaf etdirilməsidir. Bu sahədə artıq bir-neçə regional cüdo mərkəzlərinin açılışı baş tutub, Federasiya tərəfindən cüdo tatamiləri və kimano geyim dəstləri bu zallarda təmənnasız məşq etməyə cəlb olunan yüzlərlə yeniyetmələrin istifadəsinə əvəzsiz olaraq verilib. Bu iş qarşıdan gələn illərdə də tərəfimizdən müntəzəm olaraq davam etdiriləcək.

 

Bu il paytaxtımızda Azərbaycan Cüdo Federasiyasının yeni təlim-məşq zalı da istifadəyə verilib. Nəfis dizaynda tərtib edilmiş zalda Azərbaycanın cüdo tarixində uğur qazanmış olimpiya, dünya və Avropa çempionatının qalib və mükafatçılarının şəkilləri, zəfərlərlə dolu anlar həkk edilən foto-stendlər var. Müasir və tam standartlara cavab verən idman qurğuları ilə təmin olunmuş zalda tibb məntəqəsi, soyunub-geyinmə otaqları və duş kabinləri də yaradılıb. Cüdo zalında əsas milli komandamızla yanaşı gənclər və qadınlardan ibarət yığmaların üzvləri məşq edəcəklər.

 

Həmçinin, cari ilin ötən ayı ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 7 bölgəsində 2 yaş qrupunda yeniyetmələr arasında regional birinciliklər, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin birincilikləri keçirilib. Bölgə idmançılarının böyük axını müşahidə olunan regional birinciliklərdə yüksək təşkilatçılıq səviyyəsi və iştirakçıların rekord sayı mütəxəssislərə seleksiya işlərinin aparılması və yığma komandalara yeni namizədlərin hazırlanması üçün əlverişli şərait yaratmışdır. Belə ki, təyin olunmuş şəhərlərin əsasən Olimpiya Komplekslərində baş tutan yarışlarda respublikamızın 47 şəhər və rayonundan 2000-dən artıq yeniyetmə idmançı iştirak edib, qalib və mükafatçılar qarşıdan gələn Azərbaycan birinciliklərində iştirak etmək hüququ qazanıblar.

 

İlin sonunda keçirilən kişilər, qadınlar və usta cüdoçuların Azərbaycan çempionatı da möhtəşəmliyi ilə yadda qalıb. Yüksək səviyyədə təşkil edilən yarışda 55 klubdan 497 cüdoçu medallar uğrunda mübarizə aparıb. Çempionatın daha şəffah keçməsi üçün Azərbaycan Cüdo Federasiyası tərəfindən Avropanın tanınmış hakim və komissarları ölkəmizə dəvət olunub. Yerli hakimlər və məşqçilər üçün seminarlar təşkil edilib və Avropalı komissarlar tərəfindən respublika çempionatının ən yaxşı 3 hakimi seçilərək onlara xüsusi hədiyyələr verilib. Yarış zamanı ölkımizdə səfərdə olan İran İslam Respublikası və İraqın cüdo təşkilatlarının rəhbərləri ilə görüşlər keçirilib, bu ölkələrin federasiyaları ilə əməkdaşlıq sazişi imzalanıb.

 

Cari ilin mart ayında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri artıq 2-ci ildir ki, tətbiq etdiyimiz yüksək təşkilatçılıq standartlarında keçirilib. Bu fakt iştirakçı dövlətlərin nümayəndələri tərəfindən şifahi olaraq ünvanımıza səslənən təşəkkür sözlərində, eləcə də Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda öz əksini tapıb. Məhz bunun nəticəsidir ki, Beynəlxalq Cüdo Federasiyası növbəti 2018-ci ildə kişilər və qadınlar arasında dünya çempionatının Bakıda keçirilməsini bizə etibar etmişdir. Bu bir daha onu göstərir ki, ölkə prezidenti İlham Əliyev cənablarının idman sahəsində yürütdüyü uğurlu siyasət sayəsində Azərbaycan nüfuzlu beynəlxalq idman təşkilatları tərəfindən idman ölkəsi kimi tanınır, mötəbər yarışlara ev sahibliyi etimadını qazanır.

 

Qarşıdan gələn illərdə də Avropa, dünya çempionatı, gənclər və yeniyetmələrin Avropa və dünya çempionatları, eləcə də dünya cüdo turu çərçivəsində “Böyük Dəbilqə” və “Qran-Pri” seriyası yarışları, “Masters” turniri, müxtəlif qitə kuboku çempionatları keçiriləcək.

 

Ümidvarıq ki cüdoçularımız parlaq qələbələri ilə Azərbaycan idmanı tarixinə yeni şanlı səhifələr yazmaqla bizləri sevindirməyə davam edəcəklər.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
Vladislav Qədirov özünə yeni iş yeri tapdı
Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI
Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?

Xəbər Lenti
18 Yanvar 2018
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:18 Bakı klubu "Olimpiakos"a belə uduzdu - FOTOSESSİYA
09:08 Rusiyada çıxış edən millimizin üzvü doğma meydanda uduzdu
17 Yanvar 2018
23:30 “Neftçi” artıq Antalyadadı - VİDEO
22:49 Yığmamızın üzvləri Türkiyədə üz-üzə gəldi
22:02 Vasilenkonun 10 xalı "Lokomotiv"ə kömək olmadı
22:00 Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı
21:54 Məmmədovanın komandası bu dəfə də çətinlik çəkmədi
21:41 Kapitanımız Türkiyədə növbəti qələbəsini qazanıb
21:34 Komandamız "Olimpiakos"a quru hesabla uduzdu
21:26 Millimizin üzvü "Beşiktaş"a kömək edə bilmədi
21:00 Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”
20:50 Qriqorçuk: “Rəqib yaxşı məşq etməyimizə səbəb oldu”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.