Ucuz təyyarə biletləri

Güləşçilərimizdən 94 qızıl, 69 gümüş, 131 bürünc medal

Tarix:  05.01.18 16:01           Yazar:             Oxunub: 59 dəfə

Yola saldığımız 2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.


Rekord.az xəbər verir ki, yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və Dünya çempionatları və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla toplam 99 medal qazanıb. Son 9 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı ildə 86 medal qazanıb. 


Böyüklər


İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İran İslam Respublikasında keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurub. 


Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Sərbəst və qadın güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib. 


Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub. 


Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığmalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə Dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb. 


Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub. 


U-23


Macarıstanın Sombathey şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığmamız Avropa üçüncüsü olub. 


Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə yığmalarımız 5 bürünc medal qazanıb. 


Gənclər 


Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatıbda pəhləvanlarımız ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib. 


Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. 


Yeniyetmələr


2017-ci il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıb. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub. 


Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilərimiz 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib. 


Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.


Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal qazanıb. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. U-23 Avropa və Dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AFFA-nın oyun alqı-satqısına görə çempionatdan qovduğu komanda geri döndü
"Neftçi"yə lazım olmayan futbolçi "Kəpəz"lə müqavilə bağladı
"Neftçi"yə keçidi baş tutmadı: 20 min maaş istəyirdi
Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Səbail"də daha az maaşa oynayacaq
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində

Xəbər Lenti
16 Yanvar 2018
19:23 Rəşad Sadıqov qələbə ilə başladı
19:21 “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi
19:00 “Kəpəz” daha 3 transferi rəsmən açıqladı
18:43 “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı
18:21 Millimizdən 6 qolluq qələbə
18:00 Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
17:43 Şehiç milliyə gec qoşulacaq
17:22 "Keşlə"dən növbəti rəsmi transfer
17:00 Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?
16:41 Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq
16:22 “Neftçi” 2 dövrənin antirekordçusudu
16:00 Rəqib baş məşqçi yekun heyəti açıqladı
15:40 Gimnastımız bürünc medal qazandı
15:21 "Sumqayıt" - "Qaradağ Lökbatan" 3:0 - VİDEO
15:00 "Mançester Yunayted" azarkeşi olan İnqilab Məmmədov: "Heç bir jurnalistlə nə dostluğum var, nə də yoldaşlığım" - MÜSAHİBƏ
14:54 “Union Berlin”lə Kosovo millisinin fərqi
14:41 “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu
14:25 "Borussiya" "Bazel"dən 20 milyona futbolçu aldı
14:00 "Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
13:43 "Benfika"dan "İnter"ə
13:22 Azərbaycanlı futbolçu Portuqaliyada növbəti qolunu vurdu
13:00 Vladislav Qədirov özünə yeni iş yeri tapdı
12:43 "Qvardiolaya başa saldılar ki, Messiyə toxunmaq olmaz"
12:00 Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
11:38 Ukraynalı qapıçı rəsmən "Kəpəz"də!
11:00 "Kəpəz"in yalanı üzə çıxdı
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:12 Komandamızın Yunanıstandakı oyununun hakimləri
15 Yanvar 2018
23:33 Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
23:30 “Qəbələ” tək məşqlə kifayətləndi
22:23 Millimizin üzvü "Gənclərbirliyi"ndə!
20:30 “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi
20:00 Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü
19:45 “Sumqayıt” liderə qalib gəldi
19:00 “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı
18:00 Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
17:41 “Qarabağ” yenə Aqollisiz məşq etdi
17:20 Hücumçumuzun yenə ehtiyatda qaldığı oyunda komandası qələbə qazandı
17:00 Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
16:45 Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO
16:21 Karateçilərimizdən 8 medal
15:43 Millimizə daha bir futbolçu qoşuldu
15:21 Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
15:00 Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
14:45 “Səbail” Divizion klubuna qalib gəldi
14:22 “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
14:00 "Səbail"də daha az maaşa oynayacaq
13:45 "Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
13:28 "Liverpul" - "Mançester Siti" 4:3 - VİDEO
13:00 "Kəpəz"in oyunu niyə ləğv olundu?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.