Ucuz təyyarə biletləri

“Güclü komandalarla oynamaq özümüz üçün də maraqlıdı”

Tarix:  11.01.18 13:01           Yazar:             Oxunub: 68 dəfə

Futzal üzrə Yüksək Liqada çıxış edən “FK.İD.Futsal” ehtiyat qüvvə hazırlamaq üçün birinci liqada ikinci komandasının - “İtaldizayn”ın mübarizə aparmasına şərait yaradıb. Heyətində bir neçə gənc oyunçunun yer aldığı “İtaldizayn” sabit çıxış etməsə də, növbəti mövsümdə əsas komandaya bir neçə futzalçının yüksələcəyi şübhə doğurmur.


Rekord.az xəbər verir ki, “Standard” üzərində qələbədən sonra komandanın kapitanı Raqif Eyvazov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib: 


- Əslində, turnir cədvəlinə əsaslanıb “Standard”ı favorit saymaq olardı. Ancaq ardıcıl qollarla rəqibin özünə gəlməsinə imkan vermədiz...
- Bayramdan sonra bu cür başlayacağımızı gözləmirdim. Görünür, fasilə zamanı boş dayanmamağımızın, məşqləri davam etdirməyimizin xeyri oldu. Necə oynayacağımızı bilirdik. Ona görə də başlayan kimi 2 ardıcıl qol vurduq. Düzdü, sonra biz dayandıq, onlar qollar vurdular və hesabı bərabərləşdirdilər. Ancaq üstünlüyümüzü sona qədər qoruduq.


- Demək olar ki, fasiləyə yenidən 2 top fərqi ilə üstün yollanmağınız oyunun qırılma nöqtəsi oldu?
- Bəlkə də son saniyədə vurduğumuz qol həlledici oldu. Fasiləyə 2-3 saniyə qalmışdı, Saleh ötürmə etdi, mən də vurdum. Bu, onları psixoloji cəhətdən gərginləşdirdi. Biri var fasiləyə 1 top məğlub yollanasan, biri də var 2. Təbii ki, həmin qol işimizə çox yaradı.


- Birinci divizionda komandalar arasında səviyyə fərqi çoxdu?
- Heyətimizin əksər üzvlərinin birinci liqada ilk mövsümüdü. Qeyri-sabit nəticələrimizin səbəbi bəlkə də budu. Bizdən üst sıralarda yer alan rəqiblərmiz həqiqətən güclüdü. Oyunlar maraqlı keçir. Həm də güclü komandalarla oynamaq özümüz üçün də maraqlıdı. Hiss edirsən ki, futzal oynayırsan, əziyyət çəkirsən. Birinci dövrəyə “Gilan”la oyunla yekun vuracağıq. Çalışacağıq ki, maksimum nəticə qazanaq və fasiləyə üst sıralarda yollanaq.


- Bu heyət Yüksək Liqada çıxış edən komanda üçün ehtiyat qüvvə rolunu oynayır. Necə düşürsən, əsas komandaya güc qatacaq perspektivli oyunçular varmı?
- Ümumiyyətlə, futzalda gənclər azdı. Bu baxımdan bizim klubun bəxti gətirib. Əsas komandaya düşəcək oyunçularımız var. 2-3 nəfərin ora yollanması bizim üçün stimul olacaq. Üzərimizdə Rafael Abdulovun zəhməti böyükdü.


- Bu gün futzala hobbi kimi yanaşırsan, yoxsa həqiqətən də uğurlu karyera qurmaq istəyirsən?
- Buna peşə kimi yanaşırıq. Bu gün klub bizə ödəniş eləyirsə və biz də qar, yağış demədən məşqlərə, oyunlara gəliriksə, deməli, hobbi yox, peşəmizdi. Bunun bəhrəsini görməliyik.


- Komandanın şəraiti, məşq qrafiki necədi?
- Həftədə iki dəfə zalda məşq edirdik. İndi qrafik sıxlaşıb. Belə ki, məşqlərimizin sayını 4-ə yüksəltmişik. Həftə ərzində 4 məşq və 1 oyun bizim üçün normaldı.


- Bəs baş məşqçinin əsas iradları nə ilə bağlı olur?
- Səhvlərimiz çoxdu. Baş məşqçi bu sahədə bizə çox kömək edir. Xüsusilə müdafiədə tez ötürmə etməyimizi, topu özümüzdə çox saxlamağı irad kimi bildirir. Üstünlüyümüz odu ki, meydanda çox qaçırıq, hərəkət edirik. Buna görə də əksər rəqiblərimizə başağrısı olmağı bacarırıq. 


- Yüksək Liqada oynayan heyətlə heç yoxlama görüşü keçirmisiz?
- Oynamışıq, 1 top fərqi ilə uduzmuşuq. Bir neçə oyunçumuz əsas heyətlə birgə məşqlər edir, bəzən oyunlara da qatılır. Ancaq artırmalıyıq.


- Sirr deyilsə, hər oyunda komandanı yalqız buraxmayan veteran futbolçu Əbdülqəni Nurməmmədov hansısa tövsiyə verirmi? Çünki o, gənclərlə işləməyi sevir...
- O, bizimlə çox ünsiyyət qurmur. İradları, tövsiyələri olanda baş məşqçimizə deyir. Kənardan ruhlandırır bizi, məsləhət görür ki, düzgün oynayaq, hərəkət edək, hər iki ayağımızdan istifadə edək. Bir sözlə, inkişaf etməyimizi istəyir. Qismət olsa, gələcəkdə Yüksək Liqada da oynayacağıq.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Amal Abuşov
“Neftçi”də oynamaqdansa...
2018-01-04  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AFFA-nın oyun alqı-satqısına görə çempionatdan qovduğu komanda geri döndü
"Neftçi"yə lazım olmayan futbolçi "Kəpəz"lə müqavilə bağladı
"Neftçi"yə keçidi baş tutmadı: 20 min maaş istəyirdi
Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
Klublarımızın qış transferləri - YENİLƏNİR
"Səbail"də daha az maaşa oynayacaq
"Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın

Xəbər Lenti
16 Yanvar 2018
19:00 “Kəpəz” daha 3 transferi rəsmən açıqladı
18:43 “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı
18:21 Millimizdən 6 qolluq qələbə
18:00 Gürcü futbolçu "Kəpəz"ə lazım olmadı
17:43 Şehiç milliyə gec qoşulacaq
17:22 "Keşlə"dən növbəti rəsmi transfer
17:00 Millimizin Antalyadakı yoldaşlıq görüşləri canlı yayımlanacaq?
16:41 Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq
16:22 “Neftçi” 2 dövrənin antirekordçusudu
16:00 Rəqib baş məşqçi yekun heyəti açıqladı
15:40 Gimnastımız bürünc medal qazandı
15:21 "Sumqayıt" - "Qaradağ Lökbatan" 3:0 - VİDEO
15:00 "Mançester Yunayted" azarkeşi olan İnqilab Məmmədov: "Heç bir jurnalistlə nə dostluğum var, nə də yoldaşlığım" - MÜSAHİBƏ
14:54 “Union Berlin”lə Kosovo millisinin fərqi
14:41 “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu
14:25 "Borussiya" "Bazel"dən 20 milyona futbolçu aldı
14:00 "Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ
13:43 "Benfika"dan "İnter"ə
13:22 Azərbaycanlı futbolçu Portuqaliyada növbəti qolunu vurdu
13:00 Vladislav Qədirov özünə yeni iş yeri tapdı
12:43 "Qvardiolaya başa saldılar ki, Messiyə toxunmaq olmaz"
12:00 Millimizin sabiq üzvü Yunis Hüseynovdan xahiş etdi: məni yoxlayın
11:38 Ukraynalı qapıçı rəsmən "Kəpəz"də!
11:00 "Kəpəz"in yalanı üzə çıxdı
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
09:12 Komandamızın Yunanıstandakı oyununun hakimləri
15 Yanvar 2018
23:33 Ndlovu Çin klubu ilə nə vaxt müqavilə bağlayacaq?
23:30 “Qəbələ” tək məşqlə kifayətləndi
22:23 Millimizin üzvü "Gənclərbirliyi"ndə!
20:30 “Xəzər” sabah Antalyaya gedir – İlk rəqib də bəllidi
20:00 Firdovsi Umudov yığma komandaların üzvləri ilə görüşdü
19:45 “Sumqayıt” liderə qalib gəldi
19:00 “Bursaspor” millimizin üzvü ilə yollarını rəsmən ayırdı
18:00 Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi
17:41 “Qarabağ” yenə Aqollisiz məşq etdi
17:20 Hücumçumuzun yenə ehtiyatda qaldığı oyunda komandası qələbə qazandı
17:00 Oyun alqı-satıqına görə çempionatdan qovulan komanda "Bakı"nın bazasına sığındı - ÖZƏL!
16:45 Ozobiç “Qəbələ”dəki 3 ən gözəl və vacib qolundan danışdı - VİDEO
16:21 Karateçilərimizdən 8 medal
15:43 Millimizə daha bir futbolçu qoşuldu
15:21 Müşviq İsayevin xatirəsinə açıq Respublika turniri keçiriləcək
15:00 Qurbanov seçim qarşısında: Şeydayevi saxlasın, yoxsa göndərsin?
14:45 “Səbail” Divizion klubuna qalib gəldi
14:22 “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq
14:00 "Səbail"də daha az maaşa oynayacaq
13:45 "Turan Tovuz"dan ayrılan futbolçu "Kəpəz"in düşərgəsində
13:28 "Liverpul" - "Mançester Siti" 4:3 - VİDEO
13:00 "Kəpəz"in oyunu niyə ləğv olundu?
12:46 "Real Sosyedad" - "Barselona" 2:4 - VİDEO
12:27 Məmmədova bu dəfə də çətinlik çəkmədi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.