Ucuz təyyarə biletləri

Mahir Şükürov: Bizim vaxtımızda mərdlik, kişilik var idi, indi yoxdu

Tarix:  11.01.18 21:01           Yazar:  Rekord.az           Oxunub: 528 dəfə

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov “CBC Sport” telekanalında yayımlanan “3-cü hissə” verilişində qonaq olub. "Rekord.az" xəbər verir ki, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı “Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

 

O, əvvəlcə “Neftçi”də işlədiyi aşağı yaş qruplarından ibarət komandadan ayrılmasına aydınlıq gətirib: “Uşaqlarla işləmək çox çətin idi. Böyük yaş qrupu üzrə komanda verilsəydi, qalıb çalışardım. Biz “Neftçi” üçün can qoymuşuq, oynamışıq, uğurlarında adımız var. Amma baxırıq ki, bu gün komandaya aidiyyatı olmayan adamlar orda işləyir. Belə baxanda Rəşad Sadıqov karyerasını bitirməmiş artıq “Qarabağ”da U-19-da işləyirdi, amma ona böyük qrup vermişdilər, ona görə də üçün işləmək asan idi”.

 

Şükürov forma kolleksiyası haqqında danışarkən, “Neftçi”nin heyətində Milan “İnter”i ilə oynadığı vaxt formasını əldə etdiyi Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını “gördüyünü” deyib.

 

Mahir “Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdurmu?” sualını da cavablandırıb. O, bu fikirlə razılaşmadığını bildirib: “Oynadığım hər yerdə, istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam. Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə yanlışdı, məncə. O gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidi. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə eləsək, bu gün millinin sağ cinahı çox zəifdi”.

 

Şükürov proqramın aparıcısının “Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır” iradını da özünəxas şəkildə cavablayıb: “Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, Allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi”.

 

Azərbaycan futbolunun əsas problemlərindən biri, oyunçuların legioner həyatı yaşaya bilməməsi də verilişdə müzakirə olunub. Millinin keçmiş üzvü bunu belə şərh edib: “Azərbaycanlıların mentaliteti bir az fərqlidi. Bizdə evə qarşı istiqanlılıq var. Kənara gedirsən, ev üçün darıxırsan, qayıdırsan. Yaşın keçəndən sonra da düşünürsən ki, səhv etmişəm. Ona görə də biz avropalılardan 5-10 il geriyik. Onlar bu kimi şeyləri əvvəldən düşünürlər”.

 

Sözügedən verilişdə tamaşaçıların suallarına da yer verilib.

 

- Bəlkə maddi məsələlər futbolçuların xaricdə qalmamasında əsas rol oynayır?

- 5-6 il bundan qabaq Azərbaycan futbolunda pul çox idi. 300-500 min alanlar var idi. Ona görə də deyirdilər ki, nə var kənarda, qalıb oynayıram da.

 

- Ən çox qazandığın klub hansı olub?

- “Anji”, “Qəbələ” və s. Mən hamısında yaxşı qazanırdım.

 

- Bundan sonra özünüzü harda görürsünüz?

- İstərdim ki, klubda menecer, seleksiyaçı və ya idman direktoru olmaq istərdim. Məşqçi işi çox çətindi. Amma fevralda kurslara başlamaq istəyirəm. B kateqoriyası alacam.

 

- Milliyə gələn oyunçuya avtomatik C kateqoriya verirlər. Bu düzdü?

- Məncə, bu, ədalətli deyil. Baxırsan ki, hansısa oyunçu yığmada 15-20 dəqiqə oynayıb, C kateqoriya alıb. Mən – Mahir Şükürov millidə 77 oyuna çıxmışam. Mən də C alım, başqası da. Elhad Nəziri, Daniel Axtyamova da veriblər bəlkə də bu kateqoriyanı.

 

- “Neftçi”yə sonuncu qayıdışına nə ehtiyac var idi?

- İnanırsız, hətta “Neftçi”dən ayrılandan sonra da Türkiyədən təklif var idi. Sadəcə, həmin vaxt oynayan-məşqçi olduğum üçün meydana ara-sıra çıxırdım. Komanda gənclərdən yığılmışdı. Mənim elə o cavanlarla məşq eləməyim də onlara bəs edirdi. Deyim ki, indi də gücüm var, yenə oynaya bilərəm. Belə də ki, “Neftçi”də mənə ehtiyac oldu ki, çağırdılar, gəldim.

 

- Bəlkə bunda “dedovşina” yaratmaq istəyinin rolu var?

- Dedovşina hər klubda var. Elə də olmalıdı. Heyəti cavanlaşdıranda gördüz, “Neftçi” nə hala düşdü? O vaxt mən var idim, Rəşad var idi, düşdük Avroliqaya. Hərəmiz bir tərəfdən qışqırırdıq, gənclər də oynayırdılar. Bizim vaxtımızda belə deyildi. Uşaq-böyük münasibəti, mərdlik, kişilik var idi. Xəbərçilik yox idi. Məsələn, oyundan sonra gözləyirdik ki, böyüklər duşdan çıxsın, sonra biz girək, indi elə şeylər qalmayıb.

 

- Düzünü de, futbolçu vaxtı siqaret çəkmisən?

- Bəli, futbolçu olanda da siqaret çəkirdim. Dünyada futbolçuların əksəriyyəti çəkir. Çəkirdim də, oynayırdım da. “Karşıyaka”da olanda baş məşqçi Yusuf Şimşək özü təklif edirdi ki, götür çək, rahat ol.

 

- Futbolçu vaxtı tez-tez konflikt yaşadığın Elnur Allahverdiyev uzaq düşüb xeyli vaxtdı, xəbərin var ondan?

- Əlaqəm yoxdu, amma adamın üstündə Allah var, gərək düzünü deyəsən. Elnur Allahverdiyev də Azərbaycan futboluna çox xidmət edib. Onun kimi oyunçulara da iş vermək, qabağa çəkmək lazımdı. Ümumiyyətlə, Sovet dövrü futbolçularını yollayın, yenilərə, gənclərə şans verin. Kimə ki, şans verirlər, o dəqiqə “qarğa kimi qonurlar” üstünə ki, bundan məşqçi olmaz. Futboldan gedirsən, heç kimin vecinə olmursan, hansısa komandaya gələndə amma tökülüşürlər. Samir Ələkbərov məsələn, mən onun yerinə olsam, 3-4 oyunluq komandaya gəlməzdim. Sonra da belə söz-söhbətlər olmazdı.

 

- “Neftçi”nin uğurlarında Böyükağa Hacıyevin baş məşqçi olması amili nə qədər önəmli idi?

- Məşqçi kimi Böyükağa müəllim əziyyət çəksə də, onun əlinin altında da baxın, görün hansı futbolçular var idi? Məsələn, indi getsin Gəncəyə görək nəsə qazana biləcək? Amma onun da əziyyətini qətiyyən danmaq olmaz. Çempionluq yaşadıq, qrupa düşdük.

 

- Millidə ən çox Berti Foqtsun vaxtında oynamısan. Səncə o, milliyə nə verdi?

- Berti Foqtsun vaxtında da millinin yaxşı nəticələri olmuşdu. Mənə görə yığmada işlədiyim ən yaxşı məşqçi o olub. Foqts gələnə qədər şəraitsizlik idi, sonra vəziyyət düzəldi, biz də başladıq canla-başla məşq eləməyə. Qaldı ki, mükafat məsələsinə, onu Foqts yox, Federasiya Prezidenti təyin edirdi. Elə vaxt olub ki, hətta uduzduqdan sonra “premiya” vermək istəyirdilər ki, Berti qoymurdu.

 

- Futbolçu olduğun vaxtlarda əsas rəqibin kim idi?

- Futbolçu olduğum illərdə mənim rəqibim ancaq özüm idim. Bütün oyunlarda meydana çıxırdımsa, deməli rəqibim yox idi.

 

- Qurban Qurbanovun baş məşqçiliyi altında yığmadan nə gözləyirsən?

- İki məşqçi (Berti Foqts və Robert Prosineçki) burda işləyib getdikdən sonra deyib ki, bu komanda ilə heç yerə çıxmaq olmaz. Nə deyə bilərəm? Qurban müəllimə 6 il vaxt veriblər, ona görə də heç nə demək olmaz. Ümid edək ki, AÇ-2020-yə vəsiqə qazansınlar, biz də baxaq sevinək.

 

 

apasport.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Klublarımızın qış transferləri - YENİLƏNİR
Antalyanı Masazıra dəyişdilər
Cəmi 5 saniyə keçmişdi...
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ

Xəbər Lenti
21 Yanvar 2018
14:30 "Lexiya" - "Qarabağ" 1:1 - VİDEO
13:42 Məmmədova Rusiyada yenə qarşısıalınmazdır
13:30 "Lexiya" - "Qarabağ" 1:1 - FOTOLAR
12:30 Budaq Nəsirov oynamadı, komandası xal itirdi
11:30 Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO
10:30 Dadaşov qol vurdu, komandası qalib gəldi
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.