Ucuz təyyarə biletləri

Hüseyn Cəbrayıloğlu: “Xəzər Lənkəran” fəaliyyətini təkcə futbola görə dayandırmamışdı, başqa amillər də rol oynadı”

Tarix:  13.01.18 14:01           Yazar:             Oxunub: 959 dəfə

 

Bir vaxtlar Azərbaycan futbolunun lokomotivi rolunu oynamış, insanlara futbolu sevdirmiş, coşqusunu artırmış “Xəzər Lənkəran” hazırda “kölgədədi”. İki ildir yalnız aşağı yaş qrupları üzrə komandalarını meydanda gördüyümüz klub haqqında zaman-zaman müxtəlif xəbərlər yayılır. Bu günlərdə maliyyə problemi üzündən klub avtobusunun satılması belə yazıldı. “Xəzər Lənkəran”dakı son durum və ümumi gedişatı öyrənmək üçün klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Maraqlı müsahibə alındı, bir çox məqamlara toxunduq.

 

- İlk olaraq elə son xəbəri soruşaq: klub avtobusu həqiqətən də satılıbmı?

- Yox, təbii ki. Avtobusumuzun sürücüsü Sumqayıtda yaşayır. Aşağı yaş qruplarımızın oyunlarında və məşqlərində fasilə yarandığından, avtobusa ehtiyac yox idi. Bu müddətdə də həmin sürücü maşına texniki xidmət göstərirdi. Yanvarın 25-də U-17 komandamızın oyunu va və avtobusumuz sərəncamımızda olacaq. Satılma xəbəri yalandır. Avtobus bizim avtobusumuzdu.

 

- “Xəzər Lənkəran” Futbol Klubu bir klub olaraq hazırda fəaliyyətini necə davam etdirir?

- “Xəzər Lənkəran” MMC olaraq hələ də fəaliyyətini davam etdirir, vergi verir, sosial müdafiə fonduna pul köçürür. Əvvəlki illərlə fərq odu ki, əsas komanda yoxdu. O da olmayanda əvəzedici heyət, U-19-a gərək qalmır. Hazırda Akademiyamızın nəzdində 4 komanda var: 17 yaşlılara qədər. Elə indi də sizinlə stadiondan danışıram, U-17 komandamız məşqlərini təzəcə bitirib. Qış fasiləsi bitdi və məşqlər bərpa olunub, gündəlik davam etdirilir.

 

- Stadion demişkən, bu qurğunun vəziyyəti necədir?

- Cəmi 10 gün əvvəl əsas meydança alaqdan təmizlənib. Qazona qulluğa fasilə vermirik, daima yaxşı vəziyyətdə olmasına çalışırıq. Düzdü, çox adam deyir ki, “niyə bu qədər əziyyət çəkirsiz, onsuz da əsas komanda yoxdu”. Ancaq biz ruhdan düşmürük, dayanmırıq. Ehtiyat meydança çox yükləndiyindən onun durumu o qədər də yaxşı deyil. Ancaq əsas meydança yaxşı vəziyyətdədi. Hətta deyərdim ki, son 2 ilin ən yaxşı vəziyyətidi. Bu yaxınlarda Lənkəranda sel olmuşdu. O vaxt çox ciddi ziyana məruz qaldıq. Təsəvvür edin ki, mühafiəçilərin qeydlərinə əsasən həmin vaxt stadion ərazisindən 197 “Kamaz” maşını qədər palçıq daşınıb. Çox ağır durum idi. Ancaq biz yenə də arenanı əvvəlki vəziyyətinə qaytardıq. Kimsə gəlib baxsa, deyə bilməz ki, burdan bu yaxınlarda bu qədər palçıq daşınıb.

 

- Klub rəhbərliyi, istər faktiki prezident Mais Mənsimov, istərsə də fəxri prezident Mübariz Mənsimov gedişatla nə dərəcədə sıx maraqlanır? Klubu yenidən qaytarmaq haqda fikirləri nədir?

- Mais Mənsimov ötən il ərzində azı 6-7 dəfə stadiona baş çəkib, ərazini gəzib, qazona, inzibati otaqlara  baxıb, həyətdəki otellə tanış olub. Hətta bir-iki dəfə axşam olanda bazada da qalıb. Yəni nəzarət əldən verilmir.

 

- Bəs Mübariz Mənsimov nə düşünür? Ona mütəmadi məlumat verilirmi?

- Təbii ki. Aydındı ki, Mübariz müəllimin klubun yoxluğundan xəbəri var. Nə də olsa, qardaşı prezidenti və aralarında bu barədə danışırdılar. Qərarı o verir. Məsələnin əsas tərəfi odu ki, Mübariz Mənsimov əsas komandanı bərpa etmək fikrinə düşsə, uzağı yarım saat ərzində klub olaraq fəaliyyəti tam bərpa edə bilərik. Yəni inzibati baxımdan ən yüksək səviyyədə hazırıq. Sadəcə bir tapşırıq gəlsin, günü sabah işə başlayaq. Mən həm buranın əməkdaşı, həm də sıravi lənkəranlı, futbol azarkeşi olaraq dua edirəm ki, bir gün o qərar verilsin və komanda qayıtsın.

 

- Hər birimizin istəyi budur. Məsələnin bir tərəfi də var ki, onu soruşmasaq olmaz. Çox sayda xəbərlərə inansaq, Mübariz Mənsimovun komandanı çempionatdan çıxarmasına səbəb təkcə futbol deyil. Mətbuat bu hadisənin arxasında siyasi məsələlərin durduğunu da yazır. Buna münasibətiniz necədir, yazılanların əsası varmı?

- Həmişə açıq danışmağı xoşlamışam və heç nəyi də gizlətməmişəm. Ona görə də deyə bilərəm: aydın məsələdir ki, burada başqa şeylər də var, digər amillər də rol oynayıb. Yazılır ki, ortada biznes məsələsi də var, klub da ona görə yarışdan çəkilib. Yaxşı, deyək ki, belə bir məsələ var. Bəs AFFA rəhbərliyi “Xəzər Lənkəran” olmadığı müddətdə nə işlə məşğul olub? Qurumun məqsədi regionda futbolu inkişaf etdirmək idisə, həmin vaxt deyərdi ki, probleminiz var, maddi durumunuz yaxşı deyil, gəlin 5 manat siz qoyun, 3 də biz verək, komanda yaşasın. Amma bunu heç indi də etmirlər. Bu, onu göstərir ki, ortada birbaşa qərəz var. Burada stadion, baza, bir sözlə hər cür infrastruktur, resurs var. Sadəcə, istək lazımdı. Yaxşı “bu tərəf” istəmir, bəs “o tərəf”ə nə olub? “O tərəf”in istəyini görmüsüz? Özüm də cavab verim: “yox”. “O tərəf ümumiyyətlə istəmir. Nəticədə ziyan çəkən bölgədir, cənub futbolsuz qalır. Məni yandıran şey bir xatirəmdi. Hər gün Astaradan Biləsüvara qədər klubumuzun maşınlar gedirdi, uşaqları yığıb məşqə gətirir, sonra da aparıb evinə qoyurdu. 6 rayonun perspektivli uşaqları burda məşq edirdi. Bu işin ntəcisə də olurdu. Bir fakt deyim: “Qarabağ”ın bu il Çempionlar Liqasında iştirak etmiş U-19 komandasında 6 nəfər “Xəzər Lənkəran” yetirməsi var. Belə asan idisə, elə “Qarabağ” özü yetişdirərdi də. Deməli, bu regionun potensialı var. Necə ki, Tovuzdan, Gəncədən futbolçu çıxırsa, cənubdan da çıxır. Sadəcə, diqqət yetirilməlidi. Futbolun inkişafı da burdan başlayır. Yenə deyirəm, tutaq ki, biz klub olaraq istəmədik, AFFA istəsin, heç olmasa. Qoy, qurum çıxıb açıqlasın ki, bu regiona çox yox, cəmi 5 top verib. Araşdırılsa, son 2 ildə bu 7 rayona bir dənə də olsun top gəlmədiyi üzə çıxar. Bunlar necə futbolun inkişafını düşünürlər? Ölkə bir Bakıdan ibarət deyil axı. Mən regionu gəzirəm, izləyirəm: uşaqlar futbol oynamağa top tapmırlar! Mənsimov 10 ildən çox baxdı. Yaxşı bəs siz nə etdiz, hazırda nə edirsiz, AFFA nə iş görür? Bizim vaxtımızda isə regionun bütün rayonlarının uşaqları həm gəlib burda məşq edirdilər, həm də hər rayonda müəllimlər təyin etmişdik, onlara forma, fişka, müxtəlif ləvazimatlar göndərirdik ki, futbolun inkişafı dayanmasın, kim ki bura gələ bilmir, orda, yerində məşq eləsin. Regionun futboluna “Xəzər Lənkəran” baxırdı. AFFA-nın yaxından-uzaqdan əlaqəsi yox idi.

 

- “Xəzər Lənkəran”ın dönüşü regionu sönük vəziyyətdən çıxara bilərdi...

- Heç nə yox, ən adisindən, ölkə futbolu “Böyük oyun”suz qalıb. Bugünlərdə tanınmış bir futbolçu “Real” – “Barselona” qarşılaşması barədə fikirlərini bölüşürdü. Bizdə də durum fərqli deyildi. “Neftçi” 300 minlik futbolçu alırdı, “Xəzər Lənkəran” gedib 400 minlik oyunçu gətirirdi. Bunun əvəzində “Neftçi gedib 500 minlik futbolçu gətirirdi. Rəqabət böyüyürdü, nəticədə də Azərbaycan futbolu inkişaf edirdi. Bu gün baxırıq, “Qarabağ” – “Neftçi” oyunu var, məsələn. Oyuna “Azərbaycan derbisi” deyilir. Baxırsan ki, stadionda azarkeşdən çox polis var. Bu gün “Qarabağ” nəticə qazanırsa, bu, Azərbaycan futbolunun inkişafı demək deyil. Bu, “Azərsun” şirkətinin uğurudu. Sabah “Azərsun” olmayacaq, “Qarabağ” dağılacaq, qalacaq çöllərdə. Necə ki, “Palmali” yoxdu, “Xəzər Lənkəran” yoxdu, sabah da digərləri eyni aqibəti yaşayacaq. Ölkə futbolumuz dayanaqlı təmələ malik deyil. Şirkətlərdən asılı futbol olmaz.

 

Kənan Məstəliyev, “Rekord.az”

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Klublarımızın qış transferləri - YENİLƏNİR
Antalyanı Masazıra dəyişdilər
Cəmi 5 saniyə keçmişdi...
"Kapital Bank Arena"da yeni meydançaların tikintisinə start verildi - ÖZƏL FOTO
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ

Xəbər Lenti
21 Yanvar 2018
14:30 "Lexiya" - "Qarabağ" 1:1 - VİDEO
13:42 Məmmədova Rusiyada yenə qarşısıalınmazdır
13:30 "Lexiya" - "Qarabağ" 1:1 - FOTOLAR
12:30 Budaq Nəsirov oynamadı, komandası xal itirdi
11:30 Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO
10:30 Dadaşov qol vurdu, komandası qalib gəldi
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
18:00 Rauf Əliyevin "Keşlə"yə keçidi baş tutmadı: 6 ay futbolsuz qalacaq
17:45 Prandelli qovuldu
17:22 Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
17:00 Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
16:47 İbrahim Şehiç: "Prosineçki əla insandır"
16:21 Millimiz üçün 3 yoxlama, 24 futbolçu
15:47 Karateçilərlə görüş keçirildi
15:23 “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO
15:00 Vitali Borisov: “Hamının şansı bərabərdi”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.