Ucuz təyyarə biletləri

Aslan Kərimov Kamal Quliyevə "Neftçi"də baş məşqçi olmağa imkan vermədi

Tarix:  15.01.18 18:01           Yazar:  Rekord.az           Oxunub: 1002 dəfə

Ötən ilin sonlarında təşkil olunan A kateqoriyalı məşqçi kurslarına qatılan məşqçilərin imtahan nəticələri açıqlanıb.

 

Rekord.az xəbər verir ki, bu dəfə futbol təhsilini artırmaq istəyənlər arasında Elmir Xankişiyev, Cavad Mirzəyev, Azər Cabbarov, İlham Yadullayev, Kamal Quliyev, Samir Musayev, Füzuli Məmmədov və Xaqani Məmmədov kimi veteran futbolçular olublar.

 

Əldə etdiyimiz məlumata görə, adını çəkdiklərimizdən yalnız Kamal Quliyev A kateqoriyasına yiyələnə bilməyib. Hazırda “Neftçi”nin aşağı yaş qruplarında seleksiya qrupunun rəhbəri kimi çalışan Kamal bəy imtahanda zəif nəticə göstərib.


Ölkənin sayıllıb-seçilən futbolçularından biri olan, məşqçi kimi 2015/16 mövsümündə artıq tarixin yaddaşına köçmüş “Neftçala”nı birinci divizionun qalibi edən Quliyevlə əlaqə saxlayıb, imtahandan kəsilməsinin səbəbinə aydınlıq gətirməsini istədik: “Əvvəlcə A kateqoriyasına sahib çıxan bütün məşqçiləri təbrik edirəm. Onlara gələcəkdə daha böyük uğurlar arzulayıram. O ki qaldı mənim kəsilməyimə, açığı, bu məsələ özümə də qaranlıq qaldı. Fikrimcə, imtahanları kateqoriya alanların heç birindən zəif verməmişəm. Yaxın günlərdə bizə dərs keçən Aslan Kərimovla görüşüb kateqoriya ala bilməməyimin səbəbini soruşacam. Bəlkə elə məsələ var ki, mən onu doğru bildiyim halda kurs rəhbəri başqa fikirdədi. Uzun illər futbol oynayan, məşqçi kimi də az təcrübəyə malik olmayan biri kimi mənə hər detal maraqlıdı. Kateqoriya alanların əksəriyyəti artıq neçənci dəfə idi imtahanda iştirak edirdi. Mən isə birinci dəfə A kateqoriyası almaq üçün kurslara qatılırdım. Ümid edirəm ki, növbəti dəfə məqsədimə nail olacam. Ancaq yenə deyirəm, imtahan suallarını heç kimdən zəif cavablamamışam”.

 


Dövrələrarası fasilədə Kamal bəyin adı “Neftçi”nin əvəzedici komandası ilə yanaşı hallanırdı. Hətta bəzi mətbu orqanlarda onun əvəzedicilərin “sükanı arxasına” keçidinin rəsmiləşdiyi ilə bağlı xəbərlər də yazılmışdı. Lakin məlum olduğu kimi bu gün “ağ-qaralar”ın “ikincilər”i Vadar Nuriyevə tapşırılıb. Kamal bəy bizimlə söhbətdə bu məsələyə də aydınlıq gətirdi: “A kateqoriyamın yoxluğu mənə mane oldu. Rəhbərlik məhz bu nüansı nəzərə alıb, əvəzedici komandanı Vadar müəllimə tapşırdı”. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın sabiq kapitanı işsiz qaldı
"Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimovla görüşmək üçün hazırda İstanbuldadı
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
Xames Rodrigesin pornoulduz sevgilisi - FOTOLAR
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
Vinçesteri "Kəpəz"ə icra başçısı transfer edib?
Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
Sumqayıt stadionundan yeni xəbər var
"Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?

Xəbər Lenti
17 Fevral 2018
23:49 Amil Yunanov: "Bombardir olanda özünə daha çox inam olur" - MÜSAHİBƏ
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
14:00 "İnter Arena"nın qazonu dəyişdirilməyəcək
13:32 16-cı turun oyun cədvəli açıqlandı
13:00 Sumqayıt stadionundan yeni xəbər var
12:22 90 dəqiqə və 1 xal
11:30 Millimizin üzvü ehtiyatda qaldı
11:00 "Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
10:30 “Qarabağ”ın bir legioneri sıraya döndü, digəri…
00:30 “Neftçi”nin “Sumqayıt”la 23-cü dueli
16 Fevral 2018
23:56 “Sumqayıt”dan azarkeşlərinə müraciət
23:30 “Neftçi”nin 6 futbolçusu milli komandamızda
22:30 “Transfer pəncərəsi” bağlandı
22:04 Məmmədova pley-offa qələbə ilə başladı
21:55 Lider də çətinlik çəkmədi
21:46 Yığmamızın üzvü Rusiyada 1/4 finalın ilk oyununda uduzdu
21:04 “Kəpəz” Bakı hazırlığını başa vurdu
20:30 Növbəti anti-dopinq seminarı keçirildi
19:42 "Şüvəlan" - "Binə" 1:0 - VİDEO
19:16 Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı
18:47 Yığmamız Sofiyaya 7 boksçu ilə yollanır
18:00 Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
17:48 Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
17:20 Liderdən Zaqatalada çətin qələbə, “Mil-Muğan”dan darmadağın
17:00 Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
16:41 Azərbaycan - Belarus matçının hakimləri açıqlandı
16:31 "Oyunçularla ciddi söhbətimiz olacaq"
16:21 “Qarabağ” UEFA reytinqində gerilədi
16:11 "Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
16:10 "Abşeron" növbəti qələbəsini qazandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.