Ucuz təyyarə biletləri

Bakı Şəhər Halqasından fotoqraflar üçün təlim

Tarix:  21.10.17 11:10           Yazar:  Rekord.az           Oxunub: 73 dəfə

Bu gün “Nizami” Kino Mərkəzində Bakı Şəhər Halqası əməliyyat şirkətinin dəstəyi ilə noyabrda Azərbaycanda ilk dəfə keçiriləcək “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində yerli peşəkar fotoqraflar üçün təcrübi təlim təşkil olunub. "Rekord.az" xəbər verir ki, “Red Bull Illume” beynəlxalq müsabiqəsinin qaliblərindən olan Denis Kleronun keçirdiyi məşğələyə 20-dən çox media nümayəndəsi qatılıb. Təlimdə Denis Klero peşəkar idman fotojurnalistikası ilə əlaqədar öz təcrübəsindən danışıb, iştirakçılara ekstremal idman növlərinin fotoşəkillər vasitəsilə effektiv işıqlandırılması, hərəkətli obyektlərin fotoşəkillərinin düzgün çəkilməsi və fotoşəkil çəkən zaman idmançılarla səmərəli ünsiyyətin qurulmasına dair üsullar haqqında ətraflı məlumat verib.

Ekstremal idman növlərinin fotoçəkilişi üzrə böyük təcrübəyə malik Denis Klero təlim iştirakçılarının yeni üsullara marağını yüksək qiymətləndirib: “İlk dəfədir Bakıda təlim keçirəm. Təlimdə yeni texnikalardan danışdıq və azərbaycanlı fotoqraflar təlimə böyük maraq göstərdilər. Onların peşəkarlığı təlimin daha səmərəli keçməsinə öz töhfəsini verdi.

Hər il dünyada yeni ekstremal idman növləri yaranır və bu sahə getdikcə inkişaf edir. Bu halda peşəkarlar da həmin inkişafdan uzaq qalmamalı, davamlı olaraq özlərini yeniləməli və ən son üsullardan istifadə edərək işlərində yüksək peşəkarlıq nümayiş etdirməlidirlər. Bu baxımdan da deyə bilərəm ki, təlim çox məhsuldar keçdi”.

BŞH-nin dəstəyi ilə keçirilən təlimlə bağlı fikirlərini bildirən şirkətin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrinin peşəkarlıq baxımından inkişafında onlara davamlı dəstək göstərəcəklərini deyib: “Bakı 2018-ci il aprelin 27-29-da üçüncü dəfə formula-1 yarışına ev sahibliyi edəcək. Biz ötən hər il ərzində yarışın daha yüksək keyfiyyətdə işıqlandırılmasını təmin etməyə çalışırıq. Həmçinin bu il media ilə daha sıx işləməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün baş tutan praktik təlim də həmin silsilə tədbirlərin bir hissəsidir. Ümid edirik ki, bugünkü təlim yerli peşəkar fotoqrafların işinə tezliklə müsbət təsirini göstərəcək və biz yarış həftəsonu ərzində onlar tərəfindən çəkilən fotoşəkillərdə formula-1 idmanının möhtəşəm həyəcan və coşqusunun daha qabarıq şəkildə təsvirinə şahid olacağıq”.

Qeyd edək ki, “Milli Mobil Fotoşəkil” müsabiqəsi çərçivəsində həvəskar fotoqraflar üçün mobil telefonlarla uğurlu şəkil əldə etməyin yollarına dair təlim də keçirilir. Yalnız mobil telefon vasitəsilə çəkilən fotoşəkillərin təqdim olunacağı bu müsabiqənin qalibləri Bakı Şəhər Halqası əməliyyat şirkəti tərəfindən 2018-ci ildə keçiriləcək formula-1 Azərbaycan qran-prisinə biletlərlə mükafatlandırılacaqlar.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
Diniyevi bəyənməyib, onun bəyəndiyinə möhtac qalanlar - YAZI
“Sumqayıt”ın yeni prezidentinin adı məlum oldu - ÖZƏL!
"Ramin Musayev kimdir ki, onun çempionatı ola?" - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
Orxan Hüseynzadə və Kamran Quliyev haqda bu faktı bilirsiniz?
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Keşlə"də yeni qayda: əməl etməyən 500 manat cəzalanacaq
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR

Xəbər Lenti
22 Fevral 2018
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
16:22 Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu
16:10 Kamran Quliyev: "Avroliqaya düşməmək "Neftçi" üçün uğursuzluq olacaq"
15:41 AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı
15:20 Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza
15:00 "Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
14:40 “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”
14:20 2 boksçumuz mübarizəni dayandırdı
14:00 "Şüvəlan" Premyer Liqaya qayıdır?
13:54 “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar
13:20 “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır
13:00 Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
12:44 İstedadlı solaxay, bəxtsiz məşqçi, dalaşqan insan - YAZI
12:22 Ağır yol qəzası keçirən üçqat Avropa çempionu idman qayıdır - MÜSAHİBƏ
12:00 "Sumqayıt" mövsümün sonuna kimi prezidentsiz qalacaq?
11:44 Ceyhun Sultanov "Neftçi"də!
11:40 “Bavariya” – “Beşiktaş” 5:0 - VİDEO
11:33 Mujek rəsmən "Neftçi"dən getdi, yeni klubu da məlumdu
11:22 "Çelsi" - "Barselona" 1:1 - VİDEO
11:00 "Şəmkir" 6 futbolçu ilə gücləndi
10:30 Millimizin sabiq üzvü üçün 76 dəqiqə
10:00 "Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
09:34 Növbəti tur təxirə salındı
01:53 "Bavariya"dan darmadağın, Londonda heç-heçə
20 Fevral 2018
23:32 Azərbaycanda oynamış futbolçu təyinatından 3 gün sonra qovuldu
23:08 Ölkə çempionatında ilk günün qalibləri - VİDEO
22:45 Koutinyonun evi qarət olundu
22:25 "Milan"ın sahibi müflis oldu
19:00 Bombardir fərqi 5-ə yüksəltdi
18:43 EKOL büdrədi, “Araz” yenə qalib gəldi
18:22 Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi
18:00 Bədavi Hüseynov yalnız apreldə futbola dönə bilər
17:40 Premyer Liqada 17-ci turun oyun cədvəli
17:24 “Bayıl Arena”da bir gündə iki çempionat oyunu
17:00 Şahin Diniyevin əsas komandaya cəlb etdiyi futbolçu "Qarabağ"a keçdi
16:40 Birinci Divizionda 15-ci turun oyun cədvəli
16:24 “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO
15:33 “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı
15:29 Bakıda keçirilən Borçalı çempionatının qalibi məlum oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.