Ucuz təyyarə biletləri

"Qaradağ Lökbatan"ın baş məşqçisi: "Rəşad Sadıqov bizim komandanın oyunlarını izləsə..." - MÜSAHİBƏ

Tarix:  16.01.18 14:01           Yazar:  Rekord.az           Oxunub: 615 dəfə
I Divizionun vahid lideri olan “Qaradağ Lökbatan”ın baş məşqçisi Həbib Ağayev Rekord.az-a müsahibə verib:
 
 
 
 
- Hazırlıqlar necə gedir?
 
- Hazırlıq normal gedir. Komandaya yeni futbolçular gəlib və biz də istəyirik ki, sistemimizə uyğun olanlarını komandaya götürək.
 
- Bildiyimiz kimi, komandanız qış fasiləsinə böyük üstünlüklə lider kimi yollanıb. Belə olan halda güclənməyə ehtiyacınız var idi?
 
- Düzdür, ikinci pillədə gedən komanda ilə aramızda böyük fərq var. Amma çempionat elədir ki, bir oyunda xal itirdin xal itkiləri ard-arda gələ bilər. Bundan başqa, istəyirik ki, oyun sistemimizi yeni futbolçularla daha da inkişaf etdirək. Daha da irəli baxmaq istəyirik.
 
- Klub prezidentiniz Tahir Mustafayev bu yaxınlarda mətbuata açıqlamasında deyib ki, əgər 14 xallıq üstünlüyü əldən versək, gərək futboldan danışmayaq...
 
- Futbol yeganə idman növüdür ki, burda zəif güclünü məğlub edə bilər. Bundan başqa, şans məsələsi də var. Komanda istənilən an “qara zolağ”a da düşə bilər. Ona görə boşalmaq olmaz. 14 xal öndə olmağımız o demək deyil ki, biz artıq çempionuq. Düşünürəm ki, ikinci dövrə daha ağır olacaq. Özünüz də görürsünüz ki, digər komandalar necə güclənir. 
 
- Ümumiyyətlə, klub olaraq, “Qaradağ Lökbatan”ın hədəfi nədir? Onsuz da çempion olsanız da sizi Premyer Liqaya buraxmırlar və güman ki, elə bu il də elə olacaq.  Bu amil psixoloji cəhətdən sizə mənfi təsir etmir?
 
- Futbolçulara da demişəm ki, biz futbolun içində olan insanlarıq. Düzdür, istəyirik ki, Premyer Liqada oynayaq və bunun üçün az da olsa ümid işığı da var. O bizim işimiz deyil. Buraxsalar oynayacağıq, buraxmasalar yox. Buraxmasalar belə, yenə çempionluq üçün oynamalıyıq. Bəlkə hansısa klub hansısa futbolçumuzu görüb bəyəndi və öz heyətinə qatdı. Bundan başqa, milli komandada da dəyişiklik oldu, Qurban Qurbanov baş məşqçi təyin olundu və bundan sonra I Diviziona da maraq yarana bilər, bizim çempionata da baxa bilərlər.
 
- Yeri gəlmişkən, U-21-in yeni baş məşqçisi Rəşad Sadıqov Antalya toplanışına I Divizion təmsilçisi MOİK-dən də futbolçu aparıb. Maraqlıdır ki, aşkar lider olan “Qaradağ Lökbatan”dan ora düşən olmayıb. Klubunuzda U-21-də oynayacaq səviyyədə futbolçu yoxdur, ya necə?
 
- U-21-ə yaşı düşən futbolçularımız var. Hansı ki, bacarıqlı və istedadlı futbolçulardı. Düşünürəm ki, Rəşad Sadıqov gəlib bizim komandanın oyunlarını izləsə, U-21-ə layiq ən azı 3 futbolçu tapa bilər. Yəni gəlib baxıb, seçim eliyə bilər.
 
- I Divizionda ikinci pillədə gedən komandadan 14 xal öndəsiniz. Amma yoxlama görüşlərində qarşılaşdığınız Premyer Liqa klublarına rahat şəkildə məğlub olursunuz. Məsələn, “Sumqayıt” sizinlə oyunun ikinci hissəsində demək olar əvəzedici heyətlə çıxdı və yenə qol vura bilmədiniz. Sizə elə gəlmir ki, bu, I Divizionla Premyer Liqa arasındakı böyük uçurumu göstərir?
 
- Mən sizə deyim ki, biz “Qarabağ”la kubok matçında tamam başqa futbol oynamışdıq. Sadəcə, indi heyət yeni yığılıb, toplanış yeni başlayıb, komanda fiziki cəhətdən tam hazır deyil. Bizimlə müqayisədə Premyer Liqa komandaları hazırlığa daha tez başlayıb. Razıyam, fərq var. Amma I Diviziona da baxmaq lazımdır. Amil Yunanov iki il bundan qabaq I Divizionda oynayırdı. Amma bu gün “Sumqayıt”da liderdi.
 
Anar XANLAROV
* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın sabiq kapitanı işsiz qaldı
"Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
"Xəzər Lənkəran" rəhbərliyi Mübariz Mənsimovla görüşmək üçün hazırda İstanbuldadı
Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
Xames Rodrigesin pornoulduz sevgilisi - FOTOLAR
“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
Vinçesteri "Kəpəz"ə icra başçısı transfer edib?
Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
Sumqayıt stadionundan yeni xəbər var
"Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?

Xəbər Lenti
17 Fevral 2018
23:49 Amil Yunanov: "Bombardir olanda özünə daha çox inam olur" - MÜSAHİBƏ
23:05 Kapitan yenə məyus etdi
22:53 Əzizovalı "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
22:35 Tərlan Əhmədov: "Məğlub olmuşuq və bunun səbəbkarı mənəm" - MÜSAHİBƏ
22:27 Samir Abasov: "Oyundan qabaq özümüzü alçalmış kimi hiss edirdik"
22:05 "Sumqayıt" - "Neftçi" 2:0 - FOTOLAR
21:50 Ramin Musayev: "Ləzgi xəncəri ilə onun başını kəsəcəm" - MÜSAHİBƏ
21:40 "Sumqayıt" - "Neftçi" 2:0 - VİDEO
21:11 “Kəpəz” Gəncədə məşqə çıxdı
20:57 Avstriyada Azərbaycan cüdoçularından əla nəticə
20:23 “Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə uduzdu
19:29 "Qəbələ"nin mühafizəçisi Ayxan Abbasova kəllə vurdu
19:21 "Qəbələ" - "Zirə" matçında qalmaqal - FOTOLAR
18:22 Roman Qriqorçuk: “Bunlar nəticədə təsdiqini tapdı”
18:03 "Qəbələ" - "Zirə" 2:1 - VİDEO
17:00 Aygün Kazımovanın qardaşı ilə dələduz məktəb direktorunun ortaq cinayəti: AFFA-nın tikdiyi stadionu məhv etdilər
16:46 Bundesliqada əsasnamə dəyişə bilər
16:23 FİFA qış transfer pəncərəsini ləğv edə bilər
16:00 "Zaqatala" - "Qaradağ Lökbatan" 1:2 - VİDEO
15:38 "Mil-Muğan" - "Ağsu" 4:0 - VİDEO
15:00 Petrjela gedişinin səbəbini 10 ildən sonra açıqladı: "Ramin Musayev "Neftçi"də qalmağımı istəmirdi" - MÜSAHİBƏ
14:21 Kubokun finalı 28 mayda keçiriləcək
14:00 "İnter Arena"nın qazonu dəyişdirilməyəcək
13:32 16-cı turun oyun cədvəli açıqlandı
13:00 Sumqayıt stadionundan yeni xəbər var
12:22 90 dəqiqə və 1 xal
11:30 Millimizin üzvü ehtiyatda qaldı
11:00 "Neftçi"də keçirilən qapalı toplantıda nə müzakirə olunub?
10:30 “Qarabağ”ın bir legioneri sıraya döndü, digəri…
00:30 “Neftçi”nin “Sumqayıt”la 23-cü dueli
16 Fevral 2018
23:56 “Sumqayıt”dan azarkeşlərinə müraciət
23:30 “Neftçi”nin 6 futbolçusu milli komandamızda
22:30 “Transfer pəncərəsi” bağlandı
22:04 Məmmədova pley-offa qələbə ilə başladı
21:55 Lider də çətinlik çəkmədi
21:46 Yığmamızın üzvü Rusiyada 1/4 finalın ilk oyununda uduzdu
21:04 “Kəpəz” Bakı hazırlığını başa vurdu
20:30 Növbəti anti-dopinq seminarı keçirildi
19:42 "Şüvəlan" - "Binə" 1:0 - VİDEO
19:16 Azərbaycanlı futbolçu Çexiya çempionu ilə müqavilə imzaladı
18:47 Yığmamız Sofiyaya 7 boksçu ilə yollanır
18:00 Nərimanoğlu Gəncədəki evini 72 min manata, həm də "düşməni"nə satmağa məcbur oldu
17:48 Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
17:20 Liderdən Zaqatalada çətin qələbə, “Mil-Muğan”dan darmadağın
17:00 Nadir Nəbiyev "Turan Tovuz"dan kimə görə gedib?
16:41 Azərbaycan - Belarus matçının hakimləri açıqlandı
16:31 "Oyunçularla ciddi söhbətimiz olacaq"
16:21 “Qarabağ” UEFA reytinqində gerilədi
16:11 "Sumqayıt" - "Neftçi" oyunu təxirə salınacaq?
16:10 "Abşeron" növbəti qələbəsini qazandı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.