Ucuz təyyarə biletləri

“Union Berlin”lə Kosovo millisinin fərqi

Tarix:  16.01.18 14:01           Yazar:  Amal Abuşov           Oxunub: 599 dəfə

Azərbaycan millisi fevralın 2-də Antalyada Kosovo ilə qarşılaşacaq. AFFA-nın seçimi, rəsmən tanımadığımız bir ölkənin millisini özümüzə rəqib seçməyimiz yetərincə riskli addımdı. Çünki Dağlıq Qarabağ münaqişəsini həll edə bilməməyimiz, ermənilərin burnunu ovub, onları tarix torpaqlarımızdan hələ qovmamağımız bu cür məsələlərdə həssas davranmağı tələb edir. UEFA-nın Kosovonu tamhüquqlu üzv qəbul etməsi belə indiki halda bizə bəraət qazandırmır. Sabah Serbiya qondarma “DQR”in yığmasıyla dostluq görüşü keçirmək üçün Xankəndinə səfər etsə, bizim buna etiraz üçün heç bir arqumentimiz olmayacaq. Könüllü seçim etmədiyinə heç kimi inandıra bilmərik. 


AFFA yetərincə təzadlı və Azərbaycan üçün siyasi dairələrdə ciddi problem yaradacaq addım atıb. Özü də məmləkətin xarici işlər naziri Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinin üzvü ola-ola. Cənab Məmmədyarov üçün AFFA-nın bir önəminin olub-olmadığını, nazirin Azərbaycan futbolu haqda düşünüb-düşünmədiyini dəqiq bilmirik. Amma bir məsələ dəqiqdi ki, ölkənin xarici siyasətinin idarə olunmasında əsas məsuliyyət payı onundu. AFFA Kosovonu rəqib seçməklə Elmar müəllimin də başını ağrıda bilər.


Bəli, AFFA qısa müddət ərzində yığma üçün rəqib tapmağa məcbur idi. Gürcülərin gözlənilən imtinasından sonra əlimyandıda rəqib axtarmağın nəticəsi belə oldu. Halbuki, elə ilk gündən gürcülərin baş məşqçisi Vladimr Vays belə bir zamanda Azərbaycanla qarşılaşmaq, ümumiyyətlə, hansısa oyun keçirmək arzusunda olmadığını demişdi. Məlum məsələdi ki, gürcülərin sayılıb-seçilən futbolçuları bizimkilərdən fərqli olaraq, Avropanın müxtəlif klublarında oynayır. İndiki həssas məqamda onlar Azərbaycan millisi ilə görüş yox, öz komandalarında heyətdə yer almaq barədə düşünürlər. Bu səbəbdən də Gürcüstanla danışıqlara başlamağın, onlara ümid etməyin belə mənası yox idi. Gürcülər bizimlə oyundan imtina etməsəydilər belə meydana əvəzedici qüvvə sayılan gənclərlə çıxacaqdılar. Zəif rəqiblə oyun isə Qurban Qurbanova ciddi mənada heç nə verməyəcəkdi. Çox güman ki, dünya çempionatının seçmə mərhələsində mübarizə apardığı I qrupunda topladığı bir xalla təskinlik tapan Kosovo ilə oyunda da belə olacaq.


Bu məqamda soyuq başla düşünmək, daha ağıllı qərar vermək olardı. Olmaya, AFFA-nın özü də Qurban Qurbanovun işini qəlizləşdirməkdə, milliyə samballı rəqib tapmaqda maraqlı deyildi? 2011-ci ildə Azərbaycan millisi 2-ci Bundesliqada mübarizə aparan “Union Berlin”lə qarşılaşmaq üçün Almaniyaya getmişdi. Özü də 0:1 hesabıyla məğlub olduğumuz bu qarşılaşma noyabrın 15-də keçirilirdi. Seçmə mərhələ başa çatmış, millinin gücünü sınaması üçün hansısa zəmin qalmamışdı. Amma AFFA Berti Foqtsun nazı ilə oynayır, heç bir əhəmiyyət daşımayan oyun üçün millini geniş heyətlə onun vətəninə aparırdı. Maraq üçün qeyd edim ki, həmin ilin fevralında milli Dubayda daha bir klubla, Ukrayna “Metallurq”u ilə də qarşılaşmışdı. Prosineçkinin millidəki debütü də Antalyada Donetsk “Şaxtyor”u ilə oyuna təsadüf etmişdi.

 
Deməli, milli üçün Antalyada hazırlıq keçən klubların birini rəqib seçmək, nöqsanlarımızı göstərəcək ciddi yoxlama oyunu keçirmək olardı. “Union Berlin”lə Kosovo millisi arasında hansısa fərq yoxdu. Görünən odu ki, AFFA üçün Qurbanovla Foqtsun fərqi var...

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.